ÖLKƏMİZDƏ ORDU QURUCULUĞUNUN

DAVAMLI OLMASI QÜRURVERİCİ AMİLDİR

  

Müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, ruh yüksəkliyinə malik olan Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməklə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi, müqəddəs vəzifənin icrasına tam hazırdır. Buna hər kəs əmin ola bilər. Ordumuz bu əminliyi, inamı doğrultmaq qüdrətinə malikdir.

Bu fikirlər hərbi jurnalist İsa İsmayılovun “Ölkəmizdə Ordu quruculuğunun davamlı olması qürurverici amildir” sərlövhəli yazısında yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Son bir neçə ildə ordu quruculuğunda görülən işlərə nəzər salsaq, təhlillər aparsaq, görərik ki, yola saldığımız illər bizim üçün səmərəli, nailiyyətlərlə doluOrdu quruculuğu prosesində başucalığı gətirən dövr olub.

Ordu quruculuğunun bizim üçün ən başlıca və prioritet məsələ olduğunu vurğulayan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi və tapşırığına əsasən kompleks şəkildə aparılan islahatlar Silahlı Qüvvələrdə bütün istiqamətləri əhatə edə bilib. Bunun nəticəsidir ki, Ordumuz aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməyə nail ola bilibgüclü ordularla bir cərgədə dayanmağa layiq olduğunu sübut edib.

Ali Baş Komandanın atdığı uğurlu addımlar sayəsində Azərbaycanın iqtisadi qüdrətlənməsi ölkəmizdə bütün sahələrdə inkişafa təkan verdiyi kimi, hərbi büdcəmizin də sürətlə yüksəlməsinə, qısa zaman kəsiyində 20 dəfədən çox artmaqla üç milyardı ötməsinə səbəb oldu. Bu istiqamətdə artım tendensiyasının ölkəmizdə davamlı olması da qürurvericidir.

Son bir neçə il ərzində Ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, dəqiq, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursatdöyüş texnikası qəbul edilib. Bu proses mərhələlərlə, planlı surətdə, həyata keçirilməkdə davam edir. Odur ki, bu gün Ordumuzun qüdrətinə şübhə etməyə, ağız büzməyə cürət edənlərə, köhnəlmiş hərbi texnika alınır deməyə ürəyi gələnlərə istifadəmizdə olan bəzi döyüş texnikalarını sadalamaqla tutarlı cavab vermək istərdim:

“ÐÌ 70/85”, “Qasırğa”, “Ekstra”, “Polonez”, “LORA” və s. kimi raket silahlanma sistemləri, 2 S31 “Vena”, “DANA”, “TOC-1A Solntsepyok”, “MSTA-S”, 2A 36 “Geasint” və s. kimi artilleriyaminaatan sistemləri, “SPAYK” və “XRİZANTEMA-S” kimi tankəleyhinə idarəolunan raket kompleksləri, Ò-90S tankları, BMP-3, ZTR 82 Às. kimi zirehli-döyüş texnikaları, “BELL-412”, “MD-530” və “Mİ-35” helikopterləri, “ÀEROSTAR”, “HERON”, “ORBİTER” və başqa PUA-lars. kimi aviasiya döyüş texnikası, dünyada tanınmış müxtəlif qabaqcıl dövlətlərin istehsalı olan müxtəlif hava hücumundan müdafiə üçün silahlanma sistemləri, rabitə və radioelektron mübarəzə vasitələri... Daha nələr, nələr! Odur ki, bu gün Ordumuzun qüdrətindən şübhə ilə danışmaq insafsızlıq, ədalətsizlik, diletantlıq ən əsası isə düşmənçilik, qərəzçilik əlamətindən başqa bir şey deyildir.

Azərbaycan Ordusunda aparılan islahatlar, döyüş qabiliyyətinin yüksəlməsi üçün qəbul edilən qərarların nə dərəcədə düzgün, əhəmiyyətli, uğurlu olmasına 2016-cı ilin aprel ayında həyata keçirilən əks-həmlə əməliyyatının və Günnüt əməliyyatının qələbəmizlə başa çatması buna ən dolğun əyani sübut, bariz nümunədir. Heç kimdə şübhə olmasın ki, Ali Baş Komandanın əmri ilə ordumuz hələ dəfələrlə qələbələr əldə etməklə ötən zamandan, keçirilən təlim-məşqlərdən, ayrılan vəsaitindən nə dərəcədə səmərəli bəhrələndiyini sübut edəcək.

Aprel döyüşlərində minə yaxın düşmən öldürüldü və yaralandı, 30-dək tank və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, düşmənin müdafiəsi yarıldı, o geri çəkilməyə məcbur oldu və torpaqlarımızın bir qismi azad edildi.

Aprel zəfəri və Günnüt əməliyyatı ilə xalqımıza qələbə sevincini yaşadan Ordumuza isə ən böyük qiyməti və dəyəri “Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir” sözləri ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev verib. Verilən bu qiymətdən qürurlanan Azərbaycan hərbçiləri, eyni zamanda, ona etimad göstərildiyini, üzərlərinə ərazi bütövlüyümüzün təmin edilməsi kimi müqəddəs vəzifə düşdüyünübir anlıq unutmurlar. Bu etimadı bu vəzifənin müqəddəsliyini və nə qədər şərəfli olduğunu düzgün dərk edən şəxsi heyət irimiqyaslı təlimlərdə, çöl çıxışlarında günbəgün döyüş qabiliyyətini yüksəldərək, mənəvi-psixoloji hazırlığını daim artırmaqla, peşəkarlığını təkmilləşdirərək Vətən qarşısında borcunu şərəflə yerinə yetirməkdə davam edir. Dövlətimizin qayğısından, xalqımızın sevgisindən ruhlanan Ordumuz torpaqlarımızı inamla qoruyur və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi naminə daha da əzmlə öz döyüş qabiliyyətini artırmaqda davam edir.

Yuxarıda qeyd edilən tapşırıqların yerinə yetirilməsində Hərbi Hava Qüvvələrinin böyük rolu da danılmazdır. Bunu nəzərə alaraq Ali Baş Komandanın tapşırığına əsasən, Ordumuzun daima modernləşdirilməsi çərçivəsində Hərbi Hava Qüvvələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi, modernizasiyası, yenilənməsi və dünya standartları səviyyəsinə çatdırılması, hava hücumundan müdafiə sistemin eşalonlaşdırılması istiqamətində də böyük işlər görülüb və Müdafiə Nazirliyinin fəaliyyət planına əsasən bu proses bu gün də məqsədyönlü şəkildə, ölkəmizin yerləşdiyi regionun xüsusiyyətləri nəzərə alınmaqla davam edir.

Ən müasir və yüksək texnologiyalar əsasında yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən yeni Qırıcı Aviasiya Bazası və Radiolokasiya hərbi hissəsinin Birləşmiş Komanda Məntəqəsinin istifadəyə verilməsi, respublikamızın müxtəlif bölgələrdə hava hücumundan müdafiə bölmələrinin yeni məntəqələri yaradılması, “İldırım” və modernləşdirilmiş S-125, eləcə də digər zenit raket komplekslərindən döyüş atışlarının icrası bu istiqamətdə görülən işlərin cüzi bir qismi, həyata keçirilən tədbirlər müəyyən bir parçasıdır. Ümumi proseslərə nəzər saldıqda isə əminliklə deyə bilərik ki, müasir texnoloji avadanlıqla təchiz edilən Hərbi Hava Qüvvələrimiz özünəməxsus bütün komponentlərə - döyüş növbətçiliyinin yüksək səviyyədə aparılması, qüvvələrin qısa müddətdə döyüş hazır vəziyyətə gətirilməsi, həmçinin istənilən iqlim, hava şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanması, təhlili, qərarların dəqiq, vaxtında qəbulu, bütün hədəflərin dərhal, dəqiqliklə məhv edilməsi və aviasiya qüvvələrinin bütün döyüş tapşırıqlarını səmərəli icrasını təmin etmək imkanına tam malikdir. Bu gün Ordumuzun üzərində çalışdığı ən mühüm istiqamətlərdən birimüasir döyüş taktikasına uyğun olaraq, düşmənlə birbaşa təmasa girmədən onun qüvvə və vasitələri məhv etmək, hərbi strukturlarını iflic vəziyyətinə salmaqla onun canlı qüvvəsinin maksimum demoralizə olmasına nail olmaqdır. Və tam səmimiyyətlə deyə bilərik ki, bu istiqamətdə böyük uğurlara artıq imza atmışıq.

Heç kimə sirr deyil ki, son illər Azərbaycanda hərbi-sənaye kompleksinə aid onlarla müəssisə uğurla fəaliyyət göstərir və Ordumuzu keyfiyyətli məhsullarla təmin edir.

İki nazirlik arasında imzalananı anlaşma memorandumuna əsasən bölmələrimiz yerli istehsal olan “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları ilə təmin ediləcək həmçinin, yüzlərlə yeni növ kamikadze tipli PUA hərbi hissələrimizin istismarına veriləcəkdir.

Heç kimə sirr deyil ki, Azərbaycanın hərbi sənaye zavodlarında bütün növ patronlar, tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz uçuş aparatları da daxil olmaqla mindən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir.

Bütün bunlarla yanaşı, digər dost ölkələrin hərbi sənaye imkanları nəzərə alınmaqla müxtəlif istiqamətlərdə, müxtəlif çeşiddə hərbi təyinatlı məhsulların əldə olunması, modernizasiyası da nəzərdə tutulurbu proses davamlı xarakter daşımaqdadır. Düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla Ordumuzun silahlanmasına inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli, yüksək dəqiqliyə malik, geniş ərazidə məhvetmə gücündə olan döyüş texnikaları, eləcə də digər hərbi təyinatlı məhsulların daxil edilməsi planauyğun təşkil ediləcəkdir.

Sonda onu da qeyd etmək istərdim ki, bütün bunlar yalnız bir məqsədə xidmət edir Vətən torpaqlarını işğaldan azad etmək. Sadaladığımız bütün bu imkanlara malik olan ordumuz düşmən üzərində qələbə qazanmaqda israrlıdır, əzmlidir və buna qadirdir. Bunu Aprel döyüşlərində darmadağın edilən düşmən anlamışdır və o bundan nəticə çıxarmaq, torpaqlarımızı sülh yolu ilə tərk etmək məcburiyyətindədir. Aprel döyüşlərini unutmamaqla, növbəti döyüşlərdə onları nələrin gözlədiyini düşmənin artıq anlamaq və təsəvvür etməyin vaxtı çoxdan gəlib.

Heç şübhəsiz işğalla heç vaxt barışmayacaq ölkəmizdə ordu quruculuğu Ali Baş Komandanın tapşırığına əsasən növbəti illərdə də prioritet sahələrdən biri olaraq qalacaqdır. Müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, ruh yüksəkliyinə malik olan Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etməklə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi, müqəddəs vəzifənin icrasına tam hazırdır. Buna hər kəs əmin ola bilər. Ordumuz bu əminliyi, inamı doğrultmaq qüdrətinə malikdir.

 

Səs.- 2020.- 22 may.- S.8-9.