Müstəqilliyimizin, suverenliyimizin qarantı Müzəffər Azərbaycan Ordusu – son 17 ildə

    

 

Prezident İlham Əliyev: “Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür”

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. Və dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 30 illik həsrətimizə son qoyuldu! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirib ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur: “30 ildir ki, Azərbaycan Ermənistan təcavüzündən əziyyət çəkir. Biz bu barədə dəfələrlə BMT başda olmaqla, dünyanın bütün beynəlxalq təşkilatlarını məlumatlandırmışıq. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə kağız üzərində qalıb”.

 

Dövlət başçısı bildirib ki, erməni vəhşiliyinin cavabı verilmədikcə, işğalçı ölkə öz cızığından çıxdı, bunun bir sonu olmalı idi və cinayətkar Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat cəhdini reallaşdırdı. Düşmən artilleriya qurğularından istifadə edərək mülki əhalini və yaşayış məntəqələrini hədəfə aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan düşmənin hərbi təxribatının qarşısının alınması üçün ordumuza əmr verdi. Güclü Azərbaycan Ordusu və məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazır. Bu o əsgərlərimizdir ki, düşmənləri 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovurlar: "Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”.

 

Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında

 

Azərbaycan Ordusunun potensialı göz önündədir. Ulu Öndərin başlatdığı ordu quruculuğunu son 17 ildə yeni keyfiyyət mərhələsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını uğurla təmin edib. Ümumiyyətlə, bu mərhələdə görülən tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin müasir döyüş standartlarına uyğun modernləşməsi baş verib. Ən yeni, dağıdıcı qüvvəyə malik silah və döyüş texnikası ordumuzun arsenalına daxil edilib. Dünyanın ən güclü ordularında olan artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, toplar, taktiki raket və zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları Azərbaycanda qoşun növlərinin silahlanmasında yer alır. Hissə və bölmələrimiz müasir zirehli tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları ilə təmin olunub. Bundan başqa, ən qabaqcıl ölkələrin istifadə etdiyi hava hücumundan müdafiə sistemləri ölkəmizin hava məkanını etibarlı şəkildə qorumaqdadır.

 

Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti dəfələrlə artıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu barədə deyib: "Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək".

 

Bunun nəticəsidir ki, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq Azərbaycanın təcrübəsini öyrənir. Bu gün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz regionun və dünyanın ən güclü 50 ordusu sırasına yüksəlib. Məhz bu inkişafın nəticəsidir ki, xalqımızın və Ali Baş Komandanın rəhbərliyi ilə bu gün yeni bir tarix yazıldı. Şanlı Ordumuz Qarabağın azadlığı uğrunda öz layiqli missiyasını uğurla icra edir. Bu gün 30 illik erməni işğalına məhz güclü ordumuz sayəsində son qoyulur.

 

Hərbi üstünlüyümüzü təsdiqləyən qələbələr

 

Hərb tariximizə həkk olunan 2016-cı ilin Aprel hadisələri, cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istənilən tədbiri görə bilək.

 

Bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlər isə aprel hadisələrinin təsadüfi olmadığını təsdiq etdi. Bu dəfə də Ermənistanın hərbi təxribatının qarşısını alan hərbçilərimiz yeni qəhrəmanlıq dastanı yazdılar. Düşmənin qəfil və xain hücumunun qarşısını dərhal alaraq ona sarsıdıcı zərbə vuran, qaçmağa məcbur edən ordumuz Ermənistanı darmadağın etməyə qadir olduğunu Aprel döyüşlərindən sonra bir daha döyüş meydanında sübut etdi.

 

Ordumuzun hər iki uğuru mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər bir daha dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.

 

Azərbaycan Ordusunun uğurları - xalq-ordu birliyi

 

Sentyabrın 27-dən başlayaraq Ermənistan–Azərbaycan münaqişəsində hərbi toqquşmalar yenidən alovlandı. Bu dəfə də işğalçı tərəf növbəti təxribata əl ataraq, yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutdu. Azərbaycan vəziyyətə uyğun adekvat tədbirlər gördü və düşmən mövqelərini susdurmaq üçün əks-hücum əməliyyatına başladı. Qısa müddət ərzində düşmən mövqeləri darmadağın edildi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və rayonlarının bir sıra kəndləri, həmçinin bəzi yüksəkliklər, habelə Suqovuşan işğalçılardan təmizləndi.

 

Hazırda düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir.

 

Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Ordusunun güc-qüdrətinin indiki səviyyəyə çatmasının təsadüfi olmadığını da xüsusi vurğulayıb: "Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır".

 

Bu gün hər bir vətəndaş hərbçilərimizin peşəkarlığına, ordumuzun gücünə güvənir. Həmçinin, Ermənistan və ona havadarlıq edən qüvvələr də ordumuzun gücünü və qüdrətini artıq yaxşı bilir. Düşmən aydın şəkildə başa düşür ki, müasir Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır.

 

Belə bir orduya sahib olan Azərbaycan rəhbəri möhtərəm İlham Əliyev uzun illər ən yüksək tribunalardan daim bəyan edib ki, əgər münaqişənin həllində sülh danışıqları səmərə verməsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək.

 

Artıq xalqımız o günü yaşayır. Azərbaycan Ordusunun vətənpərvər, cəsur və mərd oğulları tərəfindən cəbhədə bir-birinin ardınca uğurlar əldə edilir, düşmənlə təmas xəttində döyüş şücaəti, qətiyyəti göstərilir, xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsinin ilk səhifələri yazılır. Heç bir gücə, heç bir sərsəm bəyanatlar, cəbhə xəttində təxribatlar törədən, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan, danışıqlar prosesini pozan Ermənistan və onun rəhbərliyi anlamalıdır ki, Azərbaycanın apardığı mübarizə cənab Prezidentimizin dediyi kimi, haqq mübarizəsidir, haqq davasıdır. Çünki işğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan, məhz xalqımızdır, Azərbaycandır.

Artıq Böyük Qələbənin, Böyük Qayıdışın reallaşması üçün ciddi zəmin yarandı və güclü iqtisadi imkanlara, möhkəm beynəlxalq mövqeyə, qüdrətli orduya malik Azərbaycan tarixi ədaləti bərpa etmək əzmindədir. Və dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 30 illik həsrətimizə son qoyuldu! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirib ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur: "30 ildir ki, Azərbaycan Ermənistan təcavüzündən əziyyət çəkir. Biz bu barədə dəfələrlə BMT başda olmaqla, dünyanın bütün beynəlxalq təşkilatlarını məlumatlandırmışıq. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə kağız üzərində qalıb”.

 

Dövlət başçısı bildirib ki, erməni vəhşiliyinin cavabı verilmədikcə, işğalçı ölkə öz cızığından çıxdı, bunun bir sonu olmalı idi və cinayətkar Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat cəhdini reallaşdırdı. Düşmən artilleriya qurğularından istifadə edərək mülki əhalini və yaşayış məntəqələrini hədəfə aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan düşmənin hərbi təxribatının qarşısının alınması üçün ordumuza əmr verdi. Güclü Azərbaycan Ordusu və məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək artıq 44 gündür ki, Azərbaycanımızın şanlı tarixini yazır. Bu o əsgərlərimizdir ki, düşmənləri 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovurlar: "İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".

 

Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Təcavüzkar və işğalçı Ermənistan gördü ki, xalq-iqtidar-ordu birliyinin nümunəsi QƏLƏBƏDİR! Həmçinin, bu vəhdətin nümunəsi qədirbilən xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyidir. Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Çünki yalançı, faşist, qorxaq, rəzil Paşinyanın bu iki ildən yuxarı hakimiyyətdə olduğu müddətdə Ermənistanı və erməni xalqını məhəvə aparır. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür.

 

“Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir", - deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib və deyib: "İti qovan kimi qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2020.- 4 noyabr.- S.8-9.