Səyavuş Heydərov: Ermənistanın
münaqişəni dini motivə çəkmək cəhdləri
iflasa uğrayır
Təcavüzkar
dövlət xristianlığa da böyük ləkə, xəcalət
mənbəyidir Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi XX əsrin ən faciəli
münaqişələrindən biridir. Bu münaqişə
nəticəsində xalqımız böyük fəlakətlər,
tarixi haqsızlıq və işğalçı təfəkkürlə
üz-üzə qalıb. Təcavüzkar Ermənistanın
tarixi “tərcümeyi-halı” bizə deməyə əsas
verir ki, bu xalqın “xəmiri” xəyanət və
satqınlıqla yoğrulub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin
müavini Səyavuş Heydərov bildirib.
Səyavuş Heydərov qeyd edib
ki, XX əsrin əvvəllərində Osmanlı dövlətində
önəmli mövqelərə malik olan, lakin onun zəiflədiyi
dövrdə xəyanət edərək çar Rusiyasına
sığınan ermənilər “zəifi sat”,
“güclünü zəifləyəndə satarsan” prinsipi ilə
yaşayıblar. 1918-ci ildə
yaranmış geosiyasi reallıqlardan yararlanaraq tarixi Azərbaycan
torpaqlarında özlərinə saxta dövlət
qurmağı bacaran bu nankor xalq SSRİ dövründə
müəyyən səbəblərə görə
üstün mövqelər əldə etməklə öz
xislətinə xas “fəaliyyətindən” əl çəkməmiş,
hər vəchlə Azərbaycan xalqına qarşı
düşmənçilik siyasətini davam etdirmişdir. Ermənistan
ərazisindən azərbaycanlıların bir neçə dəfə
köçürülməsi buna əyani sübutdur.
1980-ci illərdə SSRİ-nin
siyasi-iqtisadi cəhətdən zəifləməsi, “yenidənqurma”
siyasətinin iflasa uğraması bu imperiyanı süquta
sürükləyəndə Qərb dövlətləri də
bu vəziyyətdən maksimum dərəcədə bəhrələnməyə
çalışırdı. Həmin dövrdə Qərbin
maraqları ermənilərin maraqları ilə
üst-üstə düşürdü. Belə ki, yeni ərazilər
əldə etməyə çalışan ermənilər
Dağlıq Qarabağda milli ədavəti
qızışdırırdı. Tarixin hər dövründə
“ikiüzlü” və “ləyaqətsiz” hərəkətləri
ilə seçilən erməni xisləti
bir tərəfdən Qərbin maraqlarına uyğun olaraq
SSRİ-nin daha da zəifləməsi və
dağılmasında müstəsna rol oynamış milli zəmində
qarşıdurmaya rəvac verir, digər tərəfdən
milli məsələlərin xüsusiyyətlərini dərindən
bilməyən sovet rəhbərliyini Azərbaycana
qarşı yönəldirdi. Heç kimə sirr deyil ki, həmin
dövrdə Sovet İttifaqının rəhbəri olmuş
Mixail Qorbaçov Qərbin böyük planının bir
parçası idi. M.Qorbaçovun erməni lobbisinin dəstəyi
ilə hakimiyyətə gəlişi onda ermənilərə
qarşı xüsusi “münasibət” və imkanlar
yaratmışdı.
Ermənilər yaranmış vəziyyətdən
hiyləgərcəsinə istifadə edərək öncə
ulu öndər Heydər Əliyevin Moskvada tutduğu yüksək
vəzifələrdən kənarlaşdırılmasına
nail oldular. Sonra isə Azərbaycana qarşı ərazi
iddialarını həyata keçirmək üçün
xaricdəki erməni lobbisi ilə birlikdə məqsədyönlü
fəaliyyətə keçdilər. Nəticədə Azərbaycana
qarşı yönəlmiş təxribatlara və get-gedə
qızışan münaqişə
qığılcımlarına göz yumulurdu. Dağlıq
Qarabağ Muxtar Vilayətində nizam-intizam yaratmaq əvəzinə
ona xüsusi idarəçilik statusu verilməklə
bugünkü mövcud münaqişənin əsası
qoyuldu. SSRİ-nin süqutunda birbaşa rol
oynayan ermənilər riyakarcasına daha sonra Rusiya və onun rəhbəri
Boris Yeltsinlə də “alət” qismində əməkdaşlığı
davam etdirdilər. 1988-ci ildə erməni
separatçılarının Azərbaycanın tarixi
torpaqlarına açıq formada ərazi iddiaları və
etnik zəmində təxribatları ilə başlamış
bu münaqişə yekunda Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü ilə nəticələndi.
İndi isə Ermənistanda “Soros məhsulu”
olan iqtidar rəhbərliyi Qərbə üz tutub.
Paşinyanın inqilab ərəfəsində küçələrdə
səsləndirdiyi bütün şüarlar anti-Rusiya xarakteri
daşıyırdı. Bəli, ermənilər bu gün də
Rusiyaya xəyanət edirlər. Bir tərəfdən
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
(KTMT) ayaqlarına qapanıb yalvaran Ermənistan istədiyi
cavabı almadığı üçün dərhal NATO-nun
qapısını döydü. Qərb və Rusiya arasında
əsrlərdir manevrlər etməyi bacaran bu xalqdan heç
kim sədaqət gözləməməlidir. Özlərini
sadəcə “alət” və “əlaltı” funksiyasında
görən ermənilər hansı xalq tərəfindən nəvaziş
görüblərsə, sonda mütləq o xalqa xəyanət
ediblər. Onların satqınlıq və xəyanət
üzərində təşəkkül tapan “əqidəsi”
tarixin bütün dövrlərində açıq şəkildə
özünü büruzə vermişdir. Əlbəttə
ki, siyasi proseslərdə onların çirkin və qeyri-əxlaqi
fəaliyyətini əsrlərdir Azərbaycan xalqı
görür. Xalqımız bu terrorçu zehniyyətdən
çox əziyyət çəkib. Ancaq bu gün Ermənistan
sadəcə siyasi olaraq deyil, dini-mənəvi cəhətdən
də iyrənc və qəbuledilməz mövqe nümayiş
etdirir. Bir neçə gün əvvəl
bütün Ermənistan katalikosu II Qareginin xalqa müraciəti,
onun kilsə adından bütün vətəndaşları və
hətta uşaqları belə ölümə qədər hərbi
savaşa çağırması açıq-aşkar dinin
siyasiləşdirilməsi faktıdır. Ermənistanın
dini lideri anlamır ki, bütün dinlər insanları
sülhə və əmin-amanlığa
çağırır. Kilsə adından
çıxış edərək müharibə bəyanatları
vermək yalnız onun ağlına gələ bilərdi. Nəticə
isə birmənalıdır: Ermənistan
xristianlığı siyasiləşdirməyə
çalışır. Əslində, Ermənistanı
heç xristian dövləti də adlandırmaq olmaz.
Xristianlığın bütün mötəbər,
sülhsevər və ümumbəşəri prinsiplərini
tapdalayan bu dövlətin mənəviyyata hörmət etməsi
mümkün deyil. Ermənistan mənəviyyatsız dövlətdir.
Çünki mənəviyyatı olan dövlət
silahsız insanların, məsum körpələrin üzərinə
raket yağdırmaz. Bu xalqın “köksüzlüyü”
bütün davranışlarında aydın şəkildə
sezilir.
Döyüş meydanında müzəffər
Ordumuz qarşısında tab gətirə bilməyən namərd
düşmən hər vasitədən istifadə edir. Dini
amili ortaya ataraq Şuşadakı kilsənin vurulması ilə
bağlı ölkəmizə qarşı
başlatdığı çirkin “kampaniya” nəticə vermədiyi
üçün onlar daha qlobal müstəviyə keçərək
məsələni xristian-müsəlman
qarşıdurmasına çevirmək istəyir. Gəncəni, Bərdəni, Tərtəri və digər
yaşayış məntəqələrimizi raket atəşinə
tutaraq yüzə yaxın günahsız insanın
ölümünə səbəb olan bu “dövlət” öz
terrorçu mahiyyətini bir daha göstərir. Terrorun,
terrorçunun dili, dini, irqi olmadığını bilsək
də, bir dövlətin bütün dünyəvi və dini
strukturları ilə birgə terrorizm mənbəyinə
çevrilməsi, əslində, qlobal təhlükəsizliyə
təhdiddir. İŞİD, Əl-Qaidə, Boko Haram kimi terror
təşkilatları İslam dinini necə siyasiləşdirib
ölkə və şəhərləri viran qoyursa, Ermənistanın
terror təşkilatı da xristianlığı siyasiləşdirərək
şəhərlərimizi bombalayır, dinc sakinlərə
qarşı soyqırımı aktı törədir. Onlar
Xocalı soyqırımını bu gün də davam etdirmək
niyyətində olduqlarını öz əməlləri ilə
bəyan edirlər. Ermənistan katalikosu II Qareginin məlum
müraciəti isə bir daha sübut edir ki, onlar
üçün heç bir dəyər yoxdur. Qəsbkarlığı,
təcavüzü, haqsızlığı dini müstəvidən
pərdələmək, hətta dini buna alət etmək
xristian aləminə qarşı da böyük hörmətsizlikdir.
Bu dövlət dünya və region üçün olduğu
kimi, xristianlıq üçün də bir ləkə, xəcalət
mənbəyidir. Ermənistanın bu hərəkətləri
düşünülmüş və planlı bir
strategiyadır. Onlar bu münaqişəni dinlərarası
toqquşma səviyyəsinə gətirərək beynəlxalq
təhlükəsizlik üçün ciddi bir təhdid
yaratmaq, dini zəmində total müharibəni tətikləmək
istəyirlər. Bununla da böyük dövlətlərin
dini zəmində müharibəyə cəlb edilməsini
arzulayırlar. Azərbaycan isə daim dinlərarası və
mədəniyyətlərarası dialoqun mərkəzi kimi
çıxış edir. Dünya birliyi hər iki ölkənin
məqsəd və məramını obyektiv qiymətləndirməli,
ermənilərin ləyaqətsiz planları ilə bəşəri
dəyərlər sisteminə vuracağı zərərləri
zamanında dəyərləndirməlidirlər. Heç kəs
unutmamalıdır ki, biz öz torpağımızda
döyüşür, ərazi
bütövlüyümüzü bərpa edirik.
Bu Vətən müharibəsində
bütün dinlərə mənsub, o cümlədən rus, yəhudi
və s. millətlərdən olan Azərbaycan vətəndaşları
çiyin-çiyinə vuruşur, şəhid olurlar. Ermənistanın
bu müharibəyə dini don geyindirmək cəhdləri
baş tutmayacaqdır. Çünki Azərbaycan bütün
dinlərin və etnik qrupların nümayəndələrinin
bir ailə kimi yaşadığı tarixi bir məkandır.
Ermənistan artıq məğlub olub. Əmin olun ki, bunu
başda Paşinyan olmaqla, hər kəs anlayır. Sadəcə,
hakimiyyəti itirməmək məqsədilə manevrlər
etmək və rüsvayçı formada məğlub
olduqlarını gizlətmək üçün vaxtı
uzadırlar. Özünü indi də Qərbə
“sırımaq” istəyən bu hakimiyyət fəlakətə
məhkumdur. Qərb isə öz dəyərlər sisteminə
hörmət etməklə bu təcavüzkar ölkənin əməllərinə
düzgün qiymət verməlidir. Onlar da anlamalıdırlar
ki, bəşəriyyət üçün olduqca təhlükəli
bir oyun oynayan Ermənistan artıq bir “alət” kimi də
funksionallığını itirib.
Əminliklə deyə bilərik ki, başda
Paşinyan olmaqla, digər erməni təcavüzkarları da
tarix və beynəlxalq qanunlar qarşısında törətdikləri
vəhşiliyə, təcavüzə görə cavab verəcək,
mütləq cəzalarını alacaqlar. Ona da əminəm
ki, bunu daha 27 ildən sonra yox, Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi
ilə yaxın zamanlarda mütləq görəcəyik.
Səs.- 2020.- 4 noyabr.- S.10.