Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik tariximizin
ən şərəfli
səhifələri yazılır
Milli
Məclisin deputatı Anar Məmmədov www.yap.org.az saytına
müsahibə verib:
-
Anar müəllim, bu gün Azərbaycan dünyada dinamik
inkişaf edən, nüfuzlu ölkə kimi tanınır. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Bu gün
Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf
edən ölkələr
sırasında ən
öncül yerlərdən
birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə
reallaşdırılan daxili
və xarici siyasət kursu dayanır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi 2003-cü ildən
bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və
sürətli inkişaf
dövrü kimi daxil olub. Cənab Prezident
İlham Əliyevin dövlət başçısı
kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti,
qətiyyətli və
milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən Ona böyük ictimai dəstək, xalqın sonsuz inam və
etibarını qazandırmışdır.
Prezident İlham Əliyev isə bu gücə söykənərək, xalqın
inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul
etdiyi bütün taleyüklü qərarlarda,
yalnız xalqın mənafeyini rəhbər tutmuşdur.
Azərbaycan bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət
quruculuğu və idarəçiliyinin növbəti
şərəfli mərhələsini
yaşayır. Son 17 il
sosial-iqtisadi inkişafın
sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan
iqtisadiyyatı üçün
olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə ölkə rəhbərliyinin
siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi
sabitliyin qorunub saxlanılması, dövlət
idarəçiliyinin səmərəli
təşkili, vahid dövlət
siyasətinin həyata
keçirilməsi, iqtisadi
inkişafda əsas hədəflərin dəqiq
müəyyən edilməsi,
islahatların davamlı
xarakter daşıması,
cəmiyyətin real ehtiyaclarının ödənilməsinə
yönəldilmiş dövlət
proqramlarının reallaşdırılması
təmin etmişdir. Bununla yanaşı, ölkənin
artan imkanları hesabına insan kapitalının formalaşması,
əhalinin sosial təminatının, xalqın
rifahının daha da yüksəlməsinə
yönəlmiş, Azərbaycan
nümunəvi sosial siyasət həyata keçirən dövlətə
çevrilmişdir.
- Ötən dövr ərzində sosial-iqtisadi inkişafla yanaşı, ölkədə
hərtərəfli islahatların
həyata keçirilməsi
baxımından da mühüm nailiyyətlər
əldə olunub. Bu haqda nə
deyə bilərsiniz?
- Bu zaman keçidində iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü
tərəqqi, dayanıqlı
makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə
nail olunmuş, həyata keçirilən
dövlət proqramları
bütün bölgələrin
hərtərəfli və
tarazlı sosial-iqtisadi
tərəqqisinə və
qeyri-neft sektorunun inkişafına yol açmışdır.
Prezident İlham Əliyevin milli inkişaf doktrinasının başlıca
hədəflərini təşkil
edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa
və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır.
İqtisadiyyatın aqrar
sektorunda islahatlar, kənd təsərrüfatı
məhsulları istehsalçıları
üçün güzəştlər və dövlət yardımı
iqtisadiyyatın bu sahəsinin inkişafına
güclü təkan vermişdir. Həmçinin məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin
sosial müdafiəsinin
gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət
edən uğurlu sosial dövlət modeli formalaşdırılmış,
işsizliyin və yoxsulluğun səviyyəsinin
aşağı salınmasına
nail olunmuş, əməkhaqları, pensiya
və təqaüdlər
əsaslı şəkildə
artırılmışdır.
Bu gün möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən yeni nəsil və modern islahatlar strategiyası Azərbaycanın
dinamik inkişafını
təmin edən mühüm şərtlərdən
biridir. Ötən dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının
yaradılması və
hörmətli Mehriban
xanım Əliyevanın
Birinci vitse-prezident təyin edilməsi sonrakı mərhələdə
vətəndaşlara dövlət
diqqəti və qayğısının gücləndirilməsində,
cəmiyyətin bütün
təbəqələrini əhatə
edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur. Birinci vitse-prezident vəzifəsinə təyinatından
sonra Mehriban xanım Əliyeva dövlətin sosial siyasətinin daha uğurla həyata keçirilməsinə öz
töhfələrini verməkdədir.
- Azərbaycan ordu quruculuğu istiqamətində də çox ciddi uğurlara imza atıb. Bu gün
şanlı ordumuzun gücü hesabına işğal altında olan torpaqlarımızın
bir hissəsi azad edilib və
bu proses davam etməkdədir...
- Bəli, ötən
17 ildə bütün
digər istiqamətlərdə
olduğu kimi, müasir ordu quruculuğu istiqamətində
də mühüm addımlar atıldı, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına daxil oldu. Bu gün şanlı
Azərbaycan Ordusu Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan,
Qubadlı rayonlarının
bir çox kəndlərini, Tərtərin
Suqovuşan və Talış kəndlərini,
Hadrut qəsəbəsini,
Cəbrayıl, Füzuli,
Zəngilan və Qubadlı şəhərlərini
düşməndən təmizləyərək öz müzəffər yürüşünü
davam etdirir, Ali Baş Komandanın
dediyi kimi düşmənə dərs
verir və öz uğurlu əməliyyatları ilə
Azərbaycan xalqını
sevindirir, sözlə
ifadəsi mümkün
olmayan hislər yaşadır.
Azərbaycan xalqı öz
Prezidentinə, Onun komandanlığı ilə
qələbələr qazanan
rəşadətli ordumuza
inanır və yaxın günlərdə
üçrəngli bayrağımızın
Xankəndi, Şuşa
və digər yaşayış məntəqələri
üzərində dalğalanacağına
əmindir. Haqq işi uğrunda vuruşan, xilaskarlıq missiyasını uğurla
yerinə yetirən ordumuzu alqışlayır,
düşməni tezliklə
tam diz çökdürməsini,
qələbə qazanmasını
arzulayırıq. İnşallah,
belə də olacaq!
Səs.- 2020.- 4 noyabr.- S.11.