"Təəssüf
ki, dünya Azərbaycanlı uşaqların
qətlinə susur"
Jalə Əliyeva
Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri
komitəsinin sədr müavini
Qarabağ məsələsində
bu günə qədər mövcud olan “ikili standartlar”
bu məsələdə
də özünü
göstərir.
Bir ay ərzində
həyata keçirilən
təxribatlar, döyüş
bölgələrindən uzaqda
yerləşən şəhər
və qəsəbələrimizdəki
dinc əhaliyə qarşı törədilən
hərbi cinayətlər
nəticəsində 36 uşaq
müxtəlif dərəcəli
bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Erməni terrorçularının dinc
sakinlərə hücumu
davam etdikcə bu rəqəmlər də dəyişir.
Çox təəssüf olsun ki, 30 ildən
bəri davam edən erməni aqressiyası və iddiaları, ədalətsiz
müharibənin nəticələri
qarşısında ötən
müddətdə olduğu
kimi, bu gün də bir çox dünya ölkələri,
beynəlxalq təşkilatlar,
hətta birbaşa bu problemin həlli ilə bağlı məsul olan ATƏT-in Minsk qrupu kimi
təşkilatlar, onun
həmsədrləri səslərini
çıxartmadılar. Bu
illər ərzində
yalnız bölgəyə
turist səfərləri
edib növbətçi
bəyanatlarını verməklə
öz vəzifələrini
bitmiş hesab etdilər. Bu gün də 34 gündür ki, erməni təxribatı qarşısında Azərbaycanın
əks hücumları
böyük uğurla
davam edir, zəfərlə irəli
addımlayırıq. Bu nailiyyətlərdən
təşvişə düşən
Ermənistanın siyasi
və hərbi rəhbərliyi cavabı münaqişə bölgəsində
ordumuza vermək yerinə, cəbhə bölgəsindən çox
uzaqda olan tamamilə dinc əhalinin yaşadığı,
ölkənin əhəmiyyətli
, strateji və qədim şəhərləri
olan Gəncə, Bərdə, Mingəçeviri, daha öncədən isə Tovuzu, hətta Naxçıvanın Ordubad
şəhərini vurmağa
başladılar. Onların içində
xüsusən də son günlər Gəncəyə ard-arda ballistik raketlərdən atılan atəşlər
və son olaraq Bərdədə bazar mərkəzinə atılan kaset tipli bombalar, onun nəticəsində çox sayda insanın həyatını
itirməsi və yaralanması ilə nəticələndi. Təəssüf
ki, ölən və yaralananların içində həyatını
itirən, xəsarət
alan uşaqlarımız
var, hər iki valideynini, valideynlərindən birini
itirən uşaqlarımız
var. Bu uşaqların
hamısının taleyi
qırılıb, bundan
sonrakı ömürləri
böyük bir psixoloji travma ilə keçəcək.
Onların uşaqlıqları
beşiyindəcə boğulub.
Onlar yatdıqları yerdə, evlərində dinc oturarkən qətlə yetiriliblər.
Başqa vaxtlarda dünyaya demokratiya dərsi keçən, barmaq silkələməyi
bacaraq Avropa beynəlxalq qurumları bu gün ermənilərin
yanındadır, ermənipərəst
mövqe ortaya qoyurlar. Birbaşa uşaq hüquqları ilə məşğul olan UNİCEF uzun illərdən və son bir aydan
sonra ilk dəfə dünən bəyanat yayıb. Lakin təəssüf ki, yenə də
heç bir təsir gücünə malik olmayan, növbətçi,, dişsiz
bir bəyanat... Bu uşaqlar kimdirlər, hansı ölkəyə aiddirlər,
heç ad və soyadları, yaşları qeyd olunmur, hadisənin harada baş verməsi qeyd olunmur. Nədir bu ikili mövqenin
səbəbi, haqsızın
yanında olmanın səbəbi?
Bu gün
beynəlxalq təşkilatların
göz yumduğu terror sərhəd tanımır və sabah digər ölkələrə qarşı
da törədilə bilər. BMT-nin uşaq hüquqları ilə bağı konvensiyası var. Uşaq hüquqları ilə bağlı konvensiyanın
38-ci maddəsi 15 yaşına
qədər uşaqların
müharibəyə cəlb
edilməsini, onlardan istifadə edilməsini, onların həyatına təhlükə yaranmasını
cinayət hesab edir. Ən azı
buna əsaslanaraq səslərini çıxartmalıdırlar
. Dünya bu qədər səssiz qala bilməz. Anlamalıdırlar ki, bu gün Azərbaycanın, İslamın, türkün
gücündən qorxuya
düşərək hücum
edən Ermənistan və onların havadarları istənilən
ölkəni nişan
ala bilərlər. Çünki terrorun sərhədi yoxdur, məhdudiyyət tanımır,
kimlik tanımır.
O zaman bu güllələr, ballistik
raketlər digər ölkələrə yönələ
bilər. Bütün
dünya, xüsusən
də özlərini insan hüquqlarının
carçısı hesab
edən ölkələr
duyarlı olmalı, Azərbaycanın haqlı
mübarizəsinin yanında
dayanaraq öz səslərini qaldırmalı,
aqressora ”dur" deməyi bacarmalıdırlar.
Dur deyərkən bunu Azərbaycana da şamil edirlər,
ancaq Azərbaycan heç kimin torpağına hücum etməyib, öz torpağında savaşır,
öz vətəndaşlarını
qoruyur və haqlı bir vətən müharibəsi
aparır.
Səs.- 2020.- 4
noyabr.- S.12