Qarabağın altında nələr
baş verir?
Ermənistanın
işğalı altında olan Azərbaycan ərazilərində
təbii sərvətlərimizi talan etməsi, bu prosesdə
xarici şirkətlərin iştirakına dair
çoxsaylı faktlar var. Hələ 90-cı illərdən
bununla bağlı faktlar yerli və xarici mediada
işıqlandırılıb. Azərbaycan Ordusunun
Qarabağı işğaldan və terrorçulardan azad etməsi
nəticəsində bu cinayətə və
talançılığa son qoyulur.
Bu cinayət faktı ilə bağlı Azərbaycan
prokurorluğunda cinayət işləri açılıb. Məsələn, Azərbaycanın işğal
olunmuş Laçın, Kəlbəcər və digər
rayonlarının ərazilərində xarici dövlətlərin
erməni əsilli vətəndaşları olan şəxslərin
ekologiya və yerin təkinin istismarı qaydalarının
kobud şəkildə pozulması ilə nəticələnən
qanunsuz sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaları faktları üzrə Azərbaycan
Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində
21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin
192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə
(dövlət sərhədini qanunsuz keçmə) cinayət
işləri başlanıb. Həmin cinayət işlərindən
biri- işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları
nəticəsində son günlərdə işğaldan azad
edilən Zəngilan rayonunun Vejnəli kəndi ilə
bağlı olub. Bu məsələ ilə bağlı dəfələrlə
beynəlxalq təşkilatlara müraciət edilib. Lakin buna
qarşı heç bir reaksiya olmayıb.
Ümumilikdə, işğal olunmuş Azərbaycan
torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı
qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki
qızıl, gümüş, civə, mis, qurğuşun,
daş kömür, rəngli, dekorativ daşlar və digər
yataqları mövcuddur.
Ermənistanın ixracında
mühüm yer tutan dağ-mədən məhsulları
sırasındakı qızıl, mis, sink filizləri və
konsentratlarının, həmçinin qiymətli metalların
konsentratlarının xeyli hissəsinin Azərbaycanın
işğal olunmuş ərazilərindəki
Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli
qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir
yataqlarından hasil olunur.
İşğaldan azad olunmuş Zəngilan
rayonun ərazisində yerləşən Vejnəli
qızıl yatağı kvars-qızıl-sulfid tərkibli
damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda
qızıl saxlayan kvars damar zonaları öyrənilib,
14,15,16,19,21 və 24-cü zonalar üzrə Cı+C2
kateqoriyası ilə ehtiyatlar hesablanılıb.
Yataq 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış
partiyası tərəfindən kəşf edilib.
1962-1971,1976-1981 və 1983-1984-cü illərdə
geoloji-axtarış və kəşfiyyat işləri
aparılıb.
Vejnəli qızıl yatağı 1984-cü
ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq
Azərbaycan Respublikası Faydalı Qazıntı
Ehtiyatlarının Dövlət Balansına qəbul edilib.
Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyası
üzrə filiz- 183 min ton, qızıl- 2,169 ton; C2
kateqoriyası üzrə filiz- 433 min ton, qızıl- 4,347 ton
təşkil edib. C1 kateqoriyası üzrə
gümüş- 0,19 ton; C2 kateqoriyası üzrə
gümüş- 9,9 ton təşkil edib. C1 kateqoriyası
üzrə mis- 0,2 min ton; C2 kateqoriyası üzrə mis- 2,8
min ton təşkil edib.
Azərbaycanda
qızılçıxarma sənayesinin yaradılması məqsədi
ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının bir sıra qızıl yataqlarının
kəşfiyyatı və işlənməsi barədə”
1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq
1997-ci il avqustun 20-də keçmiş “Azərqızıl” DŞ ilə ABŞ-ın “RV Investment
Group Sevrvices LLS” arasında Gədəbəy, Qoşa, Ordubad
qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə,
Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli
perspektivli qızıl yataqlarının kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında Saziş imzalanıb. Lakin Söyüdlü (Zod),
Qızılbulaq və Vejnəli yataqları ermənilərin
işğalı altında olduğuna görə, həmin
yataqlar üzrə işlərin aparılması mümkün
olmayıb.
Ermənistan genişmiqyaslı talan əməliyyatına
Fransa, Kanada, İsveçrə və digər ölkələrdən
imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri
olan iş adamları Azərbaycan ərazisində yataqların
istismarına cəlb edilib. Bu cür kriminal biznes nümayəndələrindən
biri də İsveçrənin dünyaca məşhur saat
brendi “Franck Muller Group”un təsisçilərindən biri və
baş direktoru Vartan Sirmakesdir.
V.Simakes 1956-cı ildə İstanbulda anadan olub
və 18 yaşında İsveçrəyə
köçüb. Hazırda İsveçrənin erməni
diasporunun maliyyə donoru hesab olunan V.Sirmakes “ArmSwissBank”
bankının təsisçisidir, bu ölkədə 7 brendə
və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda
müxtəlif sahələrə böyük investisiyalar
yatırır, rəhbərlərindən biri olduğu “Franck
Muller” şirkəti dünyada yeganə nümayəndəliyini
məhz Ermənistanda açıb. Keçmiş prezident Serj
Sarqsyanın fərmanı ilə Ermənistanın
Fransadakı Baş Konsulu təyin olunub və “Vətən
qarşısında xidmətlərinə görə” ordeni ilə
təltif edilib.
Yataqların istismarında nəinki xarici
korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər
yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də
iştirak etmişdir. Bu sıraya R.Koçaryan-S.Sarqsyan
cütlüyü, keçmiş səfir və indiki prezident
Armen Sarkisyan və baş nazir N.Paşinyan daxildirlər.
V.Sirmakesin Kəlbəcərin
“Söyüdlü” və Zəngilanın “Vejneli”
yataqlarından oğurlanan qızıl İsveçrə
birjalarında satışa çıxarılır, qazanc isə
elə həmin ölkənin banklarına yatırılır.
Simarkes Azərbaycanın işğal olunmuş ərazilərində
999,9 əyyarlıq qızıl külçələrin
satışı ilə məşğul olan bir sıra
proqramların da əsas sərmayədarıdır.
2001-ci ildə “Franck Muller”in Ermənistandakı
nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi
bildirmişdi ki, burada saatların qızıl çərçivələri
üçün 18 karatlıq qızıl və 550 əyyarlıq
platindən istifadə olunacaq.
İsveçrəli biznesmen Ermənistanda qiymətli
materialların emalı zavodunun inşasına
hazırlaşdığı barədə də məlumatlar
vardır. Onun zavodun tikilməsi planını 6 il əvvəl–
2014-cü ildə açıqlayıb və Ermənistan Mərkəzi
Bankı ilə müvafiq memorandum da imzalayıb. Hasil edilən
qızılı dünya bazarına çıxarmaq məqsədi
ilə 2020-ci ildə Ermənistanda affinaj (qızıl
emalı) zavodunun açılması nəzərdə
tutulurdu. Əsas investor Vartan Sirmakesdir.
Rəsmi statistikaya görə,
Ermənistandan ixrac edilən məhsulların böyük bir
hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə
ixrac olunur. 2019-cu ildə Ermənistan məhsullarının
ixrac edildiyi ölkələr sırasında ikinci ən
böyük paya sahib olan ölkə məhz İsveçrədir-
ixracda bu ölkənin payı 17.4% (457 milyon dollar) həcmində
olub.
Azərbaycan ərazisində hazsil olunan
qızıl resursları Ermənistana gətirilir, Ermənistanda
müəyyən saflaşdırma mərhələsindən
keçdikdən sonra üçüncü ölkələrin
bazarlarına çıxarılaraq, orada satışı həyata
keçirilir.
5 il əvvəl Azərbaycanın
Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət
işi açaraq onu beynəlxalq axtarışa verib.
İstintaq materiallarından aydın görünür ki, Azərbaycan
tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və
xüsusilə də, qızıl yataqlarının qeyri-qanuni
istismarında iştirakı ilə bağlı kifayət
qədər məlumat əldə edib. Bütün bu faktlar
İsveçrə Konfederasiyası Baş Prokurorluğuna da təqdim
olunub.
Azərbaycan Prezidentinin
tapşırığına əsasən işğal
olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan
vurduğu zərərlərin kompleks qiymətləndirilməsi
aparılacaq. Vətəndaşların
mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri
və s. ilə yanaşı, həm də Azərbaycana məxsus
təbii resursların qeyri-qanuni istismarı haqqında
materiallar əsasında Ermənistanın Azərbaycan
vurduğu zərərlər qiymətləndiriləcək,
düşmən ölkənin, onun əvvəlki və
indiki rəhbərlərinin, bu prosesdə iştirak edən
xarici şirkətlərin, onların rəhbərlərinin məsuliyyətə
cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər
görüləcək.
Azərbaycan Ordusunun uğurlu əməliyyatı
nəticəsində ərazilərimiz işğaldan azad
olunur, xalqımıza məxsus milli sərvətlərimiz, o
cümlədən Vejnəli qızıl yatağı onun
özünə qaytarılır. Yaxın günlərdə
azadetmə əməliyyatı başa çatacaq və
bütün torpaqlarımızın yerüstü sərvətləri
kimi, yeraltı sərvətləri də öz həqiqi
sahibinə qayıdacaq- Azərbaycan xalqına və dövlətinə.
Qeyd olunanlardan belə nəticə
çıxır ki, Qarabağın azad edilməsi isə erməni
işğalından və istismarından xilas edilən
faydalı qazıntı yataqları ölkəmizə
çox böyük iqtisadi fayda gətirəcək. Bu
yataqlardan əldə edilən gəlirlər Qarabağın bərpası
və yenidənqurması üçün böyük
töhfə verəcəkdir. Ermənistanın isə gəlirləri
xeyli azalmış olacaq. Onsuz da iqtisadiyyatı
dağılmış, defolt həddinə gəlmiş
ölkə üçün bu daha bir sarsıdıcı zərbədir.
Üstəlik, Ermənistan Azərbaycana vurduğu
azı yarım trilyonluq zərərə görə də
cavab verməli olacaq və təzminat iddiası
qaldırılacaq. Ölkəmiz artıq öz yüksəlişinin
nəticələrini yaşamağa başlayacaq.
Azərbaycan Prezidenti İlham
Əliyevin 17 illik gərgin zəhmətinin nəticəsi
olaraq dövlətimizin bu gün yenidən qurulmasının-
həm də bu dəfə tam formasında- əsası
qoyulur. 2021-ci il Azərbaycanda yeni dövlət, yeni ölkə,
yeni cəmiyyət görəcəyik.
Elçin Bayramlı
Səs.- 2020.- 4 noyabr.- S.14.