Erməni barbarlığının növbəti sübutu: Kəlbəcərdən çıxarkən evləri meşələri yandırırlar

 

   

 

Prezident İlham Əliyev: “Biz öz torpağımızda düşməni əzirik torpaqlarımızdan çıxarırıq

 

Bu gün terrorçu işğvlçı Ermənistanın barbarlığı, vandallığı heç təəcccüb doğurmur. Çünki terrorçu Ermənistan bütün dünyada işğalçılıq siyasəti ilə qəbul edilir.Azərbaycan isə həmişə haqq ədalətin bərpası uğrunda mübarizə aparıb.

 

Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı İkinci Vətən Müharibəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev diplomatik siyasəti, Müzəffər Ordumuzun gücü, rəşadətli əsgər zabitlərimizin şücaəti nəticəsində işğal altında olan torpaqlarımızın həsrətinə noyabrın 10-da son qoyuldu. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.

 

10 noyabr - Dağlıq Qarabağ münaqişəsi bitdi

 

Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin bayraq qaldırmaq kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur hərbi əməliyyatlar dayandırılır. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.

 

Noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya Türkiyənin birgə iştirakı ilə təmin olunacaq. Həmçinin sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılacaq.

 

Bəyanatda Dağlıq Qarabağa hər hansı statusun verilməsi ilə bağlı hir soz yazılmayıb Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam şərsiz qələbəsinin əyani sübutudur. Artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Rusiya Türkiyə silahları qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir.

 

Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

 

Qarabağ müharibəsində uğursuzluğa düçar olan Azərbaycan Ordusu qarşısında darmadağın olan Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib. Yenə işğalçı erməni öz faşist xislətli olmasının nümayiş etdirir. 30 ildir Azərbaycanın doğma torpaqlarını zəbt edən ermənilər bu azmış kimi gedəndə maksimum ziyan vuraraq kəndləri tərk edirlər. Onlar evləri, meşələri yandırırlar, abidələri dağıdırlar salamat qalan hər şeyi sıradan çıxarırlar. Hətta özlərinin unitasa kimi mundar əşualarını belə götürüb aparırlar. Bu, ermənilərin necə xəstə düşüncə sahibi olduqlarından terrorçuluq vərdişlərindən, necə vandal olduqlarının növbəti sübutudur.

 

Bəs Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı 53340 nəfər öz dədə-baba torpaqlarından qovulan, öldürülən 511 dinc sakinin, əsir götürülən itkin düşən 321 nəfərin, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan vurduqları halda murdar sınıq-salxaq unitaslarının götürərən ermənilərin elə o murdur əşyaya layiq olduqlarını sübut edir.

 

Qeyd edək ki, Qarabağdan çıxan ermənilər birbaşa İrəvana üz tuturlar.

 

Qeyd etmək lazımdır ki, Risiya sülhməramlıları bu vandalizm aktının qarşısını almağa borcludur.

 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev dediyi kimi: “Qarabağ Azərbaycandır nidaifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

 

RƏFİQƏ KAMALQIZI

 

 Səs.- 2020.- 14 noyabr.- S.14