Fransız deputat həmkarlarını Dağlıq
Qarabağla bağlı
səsləndirdikləri fikirlərdə
ehtiyatlı olmağa çağırıb
Dağlıq Qarabağın müstəqilliyinin
tanınmasına dair çağırış Fransa
tərəfindən qəbul
edilmiş beynəlxalq
və ikitərəfli
öhdəliklərə ziddir
və buna görə də beynəlxalq hüquqa hörmətlə yanaşanlar
tərəfindən qəbul
edilə bilməz.
Fransa üzərinə BMT Təhlükəsizlik
Şurasının qətnamələri
ilə bağlı öhdəlik götürüb
və hər hansı yeni diplomatik mövqe Dnestryanı (Moldova) və ya Şimali
Osetiya (Gürcüstan)
kimi bir çox separatçı ərazilərin tanınmasına
yol açaraq, ölkəmizin beynəlxalq
öhdəliklərinə
yenidən dönüşünü
doğurur.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər fransız deputat Jerom Lamberin
Sosialist Partiyasından
olan həmkarlarının
Dağlıq Qarabağla
bağlı fikirlərinə
etiraz olaraq ünvanladığı məktubda
yer alıb.
Məktubda qeyd olunur ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələri
ilə müəyyən
edilmiş beynəlxalq
hüquq prinsipləri
Dağlıq Qarabağla
bağlı məcburi
kompasımız olaraq
qalmalıdır. Üstəlik
bu, son onilliklər
boyunca fransız diplomatiyasının dəyişməz
mövqeyi olub.
Fransa Sosialist Partiyasının
Milli Bürosunda Dağlıq Qarabağda vəziyyətlə bağlı
mətnə etiraz edən Jerom Lamber fransız siyasətçilərini bir
qrup ifratçı erməninin diktəsi ilə oturub-durmamağa, hər hansı bir qərara qəbul edərkən diqqətli olmağa və onun nəticələri haqqında düşünməyə səsləyib.
O, eyni zamanda,
həmkarlarının Dağlıq
Qarabağla bağlı
səsləndirikləri fikirlərin
Fransanın qəbul etdiyi beynəlxalq və ikitərəfli öhdəliklərə tamamilə
zidd olduğunu, eləcə də beynəlxalq hüququn bir neçə prinsipini, xüsusilə sərhədlərin toxunulmazlığı
prinsipini pozduğunu diqqətə çatdırıb.
Fransız deputat
xatırladıb ki,
BMT Dağlıq Qarabağ,
eləcə də Ermənistanın 1993-cü ildən
işğal etdiyi digər ərazilər də daxil olmaqla,
bütün bu torpaqlar üzərində
Azərbaycan Respublikasının
suverenliyini tanıyıb.
Jerom Lamber 1993-cü ilin dekabrında Fransa və Azərbaycan arasında imzalanmış
dostluq, anlaşma və əməkdaşlıq
müqaviləsinin məğzini
də xatırladaraq, bildirib ki, BMT Təhlükəsizlik Şurasının
qətnamələrində müəyyən edilmiş
beynəlxalq hüquq prinsipləri Dağlıq
Qarabağla bağlı məcburi kompas olaraq qalmalıdır.
O, həmçinin
diqqətə çatdırıb
ki, Fransa beynəlxalq səviyyədə
götürdüyü öhdəliklərə
əməl etməli və hətta nüfuzlu erməni mənşəli fransız
icmasının təzyiqləri
altında olsa da, medianı təhdid etməməli, müvafiq qurumlara, eləcə də seçilmiş məmurlara təzyiq göstərməməlidir.
“Ailə üzvlərimə
ölüm hədələri
də daxil olmaqla, minlərlə təhqir və təhdid mesajları alıram. Bütün bu təhqir və hədələr mənə Fransa diplomatiyasının mövqeyini
xatırlatmaqdan çəkindirmək
üçün ünvanlanır”,
- deyə J. Lamber yazıb. Vurğulayıb ki, bəzilərinin
seçki dairələrində
erməni icması ilə əlaqələrini
bilsək də, Sosialist Partiyası beynəlxalq hüquqa məhəl qoymadan daim millətçi çıxışlar edən
ermənilər tərəfindən
ələ keçirilməməlidir.
“Dünyanın
bu bölgəsində
və digər bölgələrində Fransanın
layiqli diplomatik mövqe tutmasını istəyiriksə, əslində
çox ifratçı
erməni qrupunun diktə etdiyi nöqteyi-nəzərləri qəbul
etməməli və buna diqqət yetirməliyik. Əgər
atəşkəs istəmiriksə,
onun yerinə nə istəyirik?! Əbədi müharibəmi?”,
- deyə J. Lamber həmkarlarına səslənib
və onları beynəlxalq hüquq çərçivəsində regiondakı insanlar üçün sülh və firavanlığı
təmin etməyə
çağırıb.
Səs.-
2020.- 19 noyabr.- S.5.