Azərbaycan dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirilir

    

 

Prezident İlham Əliyev: "Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik"

 

Tarixin müxtəlif dönəmlərində Azərbaycan tolerant mühiti, multikultural dəyərləri ilə seçilən məkan olub. Ölkəmiz hər zaman sülsevər dövlət kimi, dünyaya multkultural dəyərələrini, tolerant mütiti ilə özünün xoşməramlı mesajlarını göndərir. Bütün dinlərin etnik qrupların nümayəndələrinin birgə yaşaması ölkəmizin uğurlu inkişafına birgə töhfələr mövcud mühitin təzahürüdür. Multikultural çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır, qurub-yaradırlar.

 

Bütün dinlərə hörmətlə yanaşaraq müxtəlif dinlərin məbədlərinə qayğı diqqət göstərlir, o cümlədən dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrində böyük hörmətlə yanaşan bir ölkədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. Əlbəttə ki. dünya ölkələri üçün nümunəyə çevrilən Azərbaycanda həm məscidlərimiz, həm qeyri-xalqların dini abidələri qorunur, abadlaşır. "Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır Azərbaycan xalqının maraqlarına cavab verir", deyən dövlət başçısı real mənzərə əsaslanaraq bu fikirləri söyləyir. Ölkəmizdə abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi, İmamzadə kompleksi, möhtəşəm Heydər Məscidi Azərbaycanda olan mühitin təzahürüdür. Bu müxtəlif dinlərə olan münasibətdir. Azərbaycanın həyata keçirdiyi layihələr sırasında Azərbaycan Prezidentinin yardımı sayəsində Vladiqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidini vurğulamaq yerinə düşər. Bu, Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından, xüsusi əhəmiyyət daşıyan bir hadisədir. Azərbaycan Prezidentinin qayğısı sayəsində yenidən qurulmuş Muxtarov məscidi xalqlarımız arasında mənəvi dostluq abidəsi olaraq qiymətləndirilir.

 

AZƏRBAYCAN DÜNYA MİQYASINDA DA XRİSTİAN İRSİNİN QORUNMASINA TÖHFƏLƏR VERİB

 

Vurğulayaq ki, ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz fəal hissəsidir, onların abidələri ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir mütəmadi olaraq bərpa edilir. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-cı ilin oktyabr ayında respublikamıza səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirmişdi.

 

Son illərdə Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub, Bakı Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Bundan əlavə, Qəbələdəki Çotari alban-udi Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanıAzərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb. O cümlədən, Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Azərbaycan təkcə ölkə daxilində deyil, dünya miqyasında da xristian irsinin qorunmasına töhfələr verib. Ölkəmizin dəstəyi ilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio Pietro katakombalarının bərpası s. ölkəmizin dini tolerantlığının nümunəsidir.

 

Bütün bunlarla yanaşı, Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən erməni kilsəsi bərpa edilib. Çox təəssüfedici haldır ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam mədəniyyətinə aid olan bütün abidələr dağıdılıb. Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi mədəni irsin məhv edilməsi" "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim edilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. Dağlıq Qarabağ ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz iyrənc simalarını göstəriblər. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib.

 

"GÜN GƏLƏCƏK BİZ ŞUŞA ŞƏHƏRİNDƏ ERMƏNİ VANDALLARI TƏRƏFİNDƏN DAĞIDILMIŞ MƏSCİDLƏRİMİZİ BƏRPA EDƏCƏYİK VƏ BU GÜN GƏLİR"

 

Artıq zaman yetişib. Azərbaycan işğaldan azad olunan bütün ərazilərimizdə olan tarixi, dini abidələrimizi məscidləri tikəcək, yenidən bərpa edəcəkdir. Azərbaycan Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə azan səsi eşidiləcəkdir: "Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik bu gün gəlir".

 

Nəzakət ƏLƏDDİNQIZI

 

 Səs.- 2020.- 19 noyabr.- S.11.