28 illik ömrün şəhidlik zirvəsi - Kamran Quliyev

    

 

Bu gün milyonlarla insanın qüruruna çevrilən Azərbaycan ordusu tariximizin yeni salnaməsinə qəhrəmanlıq tarixini yazdı. Dünyanın ən müqəddəs bir zirvəsinə yüksələrək qanı ilə torpaqlarımızı suvararaq şəhidlik zirvəsinə yüksəldi vətən oğulları. Torpaq nəfəs aldı şəhid qanı ilə. Torpaq sanki rahatlığına qovuşdu. 30 illik zaman məsəfəsində dinclik biləyən işğal altında olan cadarlanmış 20 faiz Azərbaycan torpağı yenidən öz sakinlərini ağuşuna alacaq günün həsrəti ilə igid, qəhrəmin, mərd insanlarının üzərində gəzəcəyini duyaraq elə insanları kimi bu gün çox məğrurdur. Neçə-neçə şəhid bu torpağa "Can Azərbaycan" deyərək canını fəda etdi. Şəhid oldu. Bu gün onların hər birinin həyat yolu bizlərə, yetişəcək gələcək nəsillərə bir nümunədir, ərənlik, kişilik məktəbidir. Elə haqqında söhbət açağımız Azərbaycanın şəhid oğlu Kamran Quliyev Dadaş oğlunun vətənpərvərlik, qeyrət simvoluna çevrilən bir ömür yolu kimi. Vətən ucalığı, vətən sevgisi bir oğulun da ömür yolunu yarımçıq qoysa da ona əbədi yaşamaq hüququnu verdi. Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı Kamran Quliyev. Üçrəngli bayrağımızın uca tutulması onun müqəddəs amalı idi.

 

Əfsanələşən bir ömür payı. Bu Kamrana da nəsib oldu. Çox ağır qürurludur şəhid oğullardan yazmaq. Bəzən düşünürsən ki, birdən hansısa bir fikri onun ünvana söyləyərkən qəhrəman oğullarımızın hünərini, vətənpəarvərlik duyğularını lazımı şəkildə ifadə edə bilməzsən. Belə insanların ömür yolundan yazmaq şərəfdir. Qəhəmanlıq zirəsinə yüksələn Quliyev Kamran Dadaş oğlu zirvədən enməyəcək bir yüksəklikdə özünün əbədi məşəlini yandırdı. Hamı kimi uşaqlıq illərini yaşadı. 1992-ci ilin 11 may tarixində Salyan rayonunda dünya gəldi- Şuşanın işğalından üç gün sonra, Azərbaycan da hadisələrin gərgin olan bir dövründə. Ermənilər ötən əsrin 90-cı illərinin əvvəllərində dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın tarixi torpaqları olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı kimi məkanlarımızı işğal etdi. Əlbəttə ki, körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı yoğrulduğu ana laylalarından kök atmağa başlayır. Kamranın da ana laylasından, ana südündan vətənə sevgi bütün varlığına hopur. Vətənlə bağlı düşüncələri, vətənpərvərlik tərbiyəsi, vətəni sevmək kimi ali dəyərləri kiçik yaşlarından əxz olunur. Məktəb yaşı çatanda bütün yaşıdları kimi, birinci sinfə gedir. Salyan rayon 7 saylı tam orta məktəbdə təhsil alıb. Parta arxasında oturduğu illərdə qisası qiyamətə qoymamaq kimi fikiri vətənsevər oğullar kimi onun da ruhi, əqli, mənəvi dünyasına hakim olur. Amma bilmirdi ki, zaman yetişəcək o, bir evin, bir ailənin yox Azərbaycan dünyasının övladına çevriləcək. Onun haqqında qələmə alınacaq yazılarda igidlik, qəhrəmanlıq sücaətindən söz açılacaq. 2011-ci ildə əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində başa vursa da elə həmin ildən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. 28 illik ömür yolunda o da çoxları kimi torpaqlarımızı işğal edib, insanları ev-eşiyindən didərgin salan düşməndən qisas almaq hissi ilə yaşayır. Ali Baş Komadanın əmrini gözləyirdi ki, düşmənə dərsini versin. Sentiyabrın 27-də Vətən müharibəsi başlayanda o da mürahibəyə yola düşür. Düşmənin ağır itkilərə məruz qoyulmasında onun da pay var. Tovuzdan başlanan döyüş yolu Cəbrayılda, Füzulidə davam edib. Füzuli istiqamətində aparılan hərbi əməliyyatlarda şəhid olur. 6 oktyabr 2020-ci il tarixində onun ön cəbhədə son döyüşü olur. Kamran torpaqlarımızın işğalçılardan azad olunması yolunda şəhid olur.

 

Dünyaya, ən əsası da erməniyə Azərbaycan gücünü, Azərbaycan oğullarının cəsarətini, qəhrəmanlığını göstərən şəhid olullarımız sırasında bu gün Kamran Quliyevin adı var. Fəxarətimiz olan Şəhidlər. Sizlər, Kamran Dadaş oğlu elə bir abidə yaratmısan ki, kimsə buna toxuna bilməz. Torpaq yolunda Şəhidlik hər kəsə nəsib olmur. Əlbəttə ki, Kamranı yaşadığı zaman, doğulduğu torpaq, vətənpərvərlik ruhu şəhidlik zirvəsinə yüksəltdi. Azərbaycan xalqı ermənilərə dərs verdi. Qəhrəmanlıq hər həsə nəsib olmur, torpaq yolunda Şəhidlik hər kəsə nəsib olmur. Bu adları Azərbaycan torpağının yetirdiyi oğullarımız qazandı. Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı bizim şəhid Kamran. Bu gün onun ruhu şaddır. Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə müjdəsini verənkən şəhidlərimizin ruhu şad oldu, onların qisası alındı.

 

Vətən - ərazisi, səhədləri bəlli müqəddəs məkandır. Tarix boyu yadelli işğalçıların, imperiyanın, erməni daşnaqlarının hücumuna məruz qalsa da məğrur dayanıb. Bu gün Azərbaycanın mərd oğulları Azərbaycan ordusunun əzmini ermənilərə göstərdi. Azərbaycan ordusu mərdi-mərdanə döyüşərək düşməndən işğalda olan torpaqlarımızı azad etdi. Yağı düşmənlərimizə qarşı vuruşan oğullarımız üç rəngliay ulduzlu bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancdılar.

 

Bu gün Kamranın iki övladı onun ocağında böyüyür: Tunar Ümid. Vətən üçün əmanətdir bu oğullar. Tunar hələ həyatda baş verdiyindən xəbərsizdir O, 4 aylıqdır. Ümid isə 7 yaşındadır. Ordumuzun düşməni necə məhv etməsi haqqqında kitablardan oxuyacaqlar, çəkilən filmlərə baxacaqlar. Azərbaycan əsgərinin işğaldan azad olan torpaqlarımaza üç rəngli müqqəddəs bayrağımız neçə sancmalarını görəcəklər. Onda atalarının müqqəddəs bir üçün şəhid olduğunu daha dərindən anlayacaqlar. Azad ölkədə böyüyüb boya-başa çatacaqlar. Bu torpaq hamınındır, hər bir Azərbaycanlınındır. Qorumaq, müdafisində durmaq hər birimizin məsuliyyətidir. Tökülən qanlar həsrətdən cadar-cadar olmuş Qarabağ torpağını bizlər qovuşdurdu. O yerlərə dönürük. Allah şəhidlərimizə rəhmət eləsin!

 

Nəzakət ƏLƏDDİNQIZI

 

 Səs.- 2020.- 19 noyabr.- S.13.