Azərbaycan-Ermənistan: Sülh
sazişinin izahı və strateji əhəmiyyəti
Qarabağın müharibə yolu ilə azad olunması yaxşı idi, yoxsa sülhlə? Cavab birmənalıdır!
Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşması və bu kontekstdə imzalanmış ilkin bəyanat ümumi müddəaları özündə ehtiva etdiyindən bir çox suallar açıq qalıb ki, bu da, bəzi vətəndaşlarımızda narahatlıq yaradır. Bu yazıda sazişin detalları və onun strateji əhəmiyyətini izah etməyə çalışacağıq.
Müharibəni
sonadək aparmaq nə vəd edirdi?
İşğal
olunmuş Qarabağ bölgəsi 12 rayondan ibarət olan təxminən
15 min kv km-lik böyük bir ərazidir. Bu ərazi
dünyadakı təxminən 30 ölkədən
böyükdür. Bu 25-30 il ərzində Ermənistan
Qarabağda çox güclü istehkamlar, müdafiə sədləri,
saysız tələlər qurmuşdu.
Azad olunan
əksər yaşayış məntəqələrində
evlər, binalar, obyektlər demək olar ki tamamilə
sökülüb. Bu materiallar ilə saysız hesabsız
tunellər, kazarmalar, bunkerlər tikiblər. Çox
güclü müdafiıə sistemləri, minalanmış
sahələr yaradılmışdı. Bunları ordu ilə
keçmək çox nəhəng itkilərə və
böyük vaxt itkisinə səbəb ola bilərdi.
Lakin Azərbaycan
komandanlığı əməliyyatları elə
hazırlayıb həyata keçirdi ki, ən minimum itki ilə
ən maksimum nəticə əldə edildi. Azərbaycan əsgərləri
düşməni elə darmadağın etdi ki, heç bir
müdafiə sistemi köməyinə gələ bilmədi.
Qısa müddətdə 300-ə yaxın kənd, qəsəbə,
şəhər azad olundu, əksər strateji nöqtələr
ələ keçirildi.
Lakin nəzərə
almaq lazımdır ki, Ermənistanın faktiki olaraq
ümumilikdə 100 minə yaxın ordusu var idi ki, onun da ən
pis halda 80 mini durur. 80 minlik ordu hissələri, üstəgəl
PKK-dan və sair yerlərdən gətirilmiş minlərlə
muzdlu döyüşçü müharibə davam edəcəyi
halda uzun aylar müqavimət göstərəcəkdi, biz
sonda qalib gəlsək belə, minlərlə əlavə
şəhid verəcəkdik. Sərt şaxtalı qış
boyu əsgərlərimiz çox çətin və təhlükəli
relyefdə- dağlarda, meşələrdə çox
ağır vəziyyətə düşəcəkdi. Gəncə
və sair şəhərlər raket atəşlərinə
məruz qalacaqdı, yüzlərlə mülki şəxs də
həlak olacaqdı.
Qarabağı
bizə xarabalıq halda, meşələrin tam
yandırıldığı bir vəziyyətdə, hər
yeri minalanmış vəziyyətdə, torpağın hər
yeri təhlükəli kimyəvi maddələrlə və
“Metsamor” AES-in radiaktiv tullantıları ilə zəhərlənmiş
halda təslim edib çəkiləcəkdilər. “Sərsəng”
su anbarı partladıla və 2-3 rayon su altında qala, on minlərlə
insanımızın da evləri, torpaqları su altına qala
bilərdi. Bunlar ermənilərin edə biləcəklərinin
heç də hamısı deyil. Bir sözlə, qələbə
sosial, iqtisadi, ekoloji fəlakət və çoxsaylı insan
itkiləri müqabilində qazanılacaqdı.
Ən
çətin problemi necə həll etdik?
Qarabağ
probleminin həlli dünyada ən çıxılmaz vəziyyət
kimi görünürdü. Burada elə bir formul tapmaq
mümkün deyildi ki, həm hər iki tərəf razı
qalsın, həm beynəlxalq hüquq və ədalət bərqərar
olsun. Azərbaycan isə məsələni elə həll etdi
ki, həm özünün bütün istəklərini yerinə
yetirdi, həm də ermənilərin bütün bəhanələrini
əlindən aldı.
Qarabağ
problemi bizim əvvəllər təklif etdiyimiz kimi və baza
prinsiplərinə əsasən, 5+2 və Qarabağa yüksək
muxtar statusla həll edilmədi. Biz Qarabağın
dağlıq hissəsinə dünyadakı ən yüksək
statusu təklif edirdik, demək olar ki, yarımmüstəqil
dövlət statusu. İndi isə Azərbaycan bütün
Qarabağı geri qaytardı- yarısını
döyüşlə azad etdi, yarısını isə
sülhlə qaytarmağa məcbur olurlar. Heç bir statusdan
da söhbət getmir.
Ermənistanın
bütün rəhbərləri, ictimai xadimləri əmindirlər
ki, ermənilər özləri orada yaşamaq istəməyəcək
və yaxın vaxtda Qarabağda erməni qalmayacaq. Məsələn,
Ermənistanın keçmiş hərbi naziri Ohanyan da
sazişi təslim aktı adlandırıb və hər
şeyin itirildiyini bəyan edib: “Sazişdəki şərtlərə
görə, Dağlıq Qarabağ Azərbaycanın sadəcə
Ermənistana dəhlizi olan yığcam bir ərazisinə
çevrilir. Proses ona aparıb çıxaracaq ki, oralarda erməni
qalmayacaq. Deməli, son nəticədə, sülhməramlıların
fəaliyyəti faydasız olacaq".
Qələbəni
nəyin müqabilində qazandıq?
Bütün
bu qələbə ilk növbədə Ali Baş
Komandanın rəhbərliyi altında Ordumuzun, qəhrəman
hərbçilərimizin hesabına əldə olundu. Qısa
müddətdə Qarabağın 30 faizi gərgin
döyüşlərlə azad edildi. Lakin müharibəni təkcə
dövlət, təkcə ordu aparmır. Arxa cəbhədə
də müharibə gedirdi. Xalqımız orduya maddi-mənəvi
dəstəyi ilə, informasiya müharibəsindəki zəhməti
ilə, kibermüharibədəki zərbələri ilə
Ermənistanın hərbi, siyasi, iqtisadi, texnoloji cəhətdən
çökməsində böyük rol oynadı.
Nəticədə,
Ermənistan təslimçi sülhə razı olmaq məcburiyyətində
qaldı və bizim bütün tələblərimiz
artıqlaması ilə yerinə yetirilmiş oldu. Azərbaycan
Qarabağın böyük hissəsini (azı 70 faizini) itki
vermədən, dağıdılmadan əldə etdi.
İlham Əliyevin
güclü sərkərdəlik qabiliyyəti, böyük
siyasi-diplomatik təcrübəsi, ağıllı iqtisadi
strategiyası sayəsində həm döyüş
meydanında, həm də siyasi meydanda qələbə əldə
olundu.
Bu Qələbənin
əhəmiyyətini saymaqla bitməz. Qarabağın azad
olunmasının ölkəmizə verəcəyi
böyük iqtisadi faydalar isə tamam başqa yazının
mövzusudur və bu məsələləri əvvəlki
yazılarmızda qeyd etmişik.
Sülh
razılaşmasında nələr əldə etdik?
İşğal
olunmuş Qarabağın bütün ərazisi faktiki olaraq da
Azərbaycan tərkbinə qayıdır. Keçmiş
Dağlıq Qarabağ vilayətinə aidiyyatı olmayan 4
rayon (Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) tamamilə,
keçmiş vilayətə daxil olan Hadrut rayonu (indiki Xocavəndin
yarısı) və Şuşa şəhəri tamamilə,
keçmiş Martuni və Ağdərə rayonlarının
da bir hissəsi işğaldan azad edilib, 3 rayon da sülhlə
geri qaytarılır (Ağdam, Laçın, Kəlbəcər).
Cənab
Prezidentin çıxışında adı çəkilməyən
rayonlardan bəziləri rayon kimi mövcud deyil, məsələn,
Ağdərə rayonu ləğv edilərək ərazisi Kəlbəcər,
Ağdam və Tərtər rayonlarına verilib. Əsgəran
rayonu da yoxdur, ləğv olunub. Hətta keçmişdə
ermənilərin yaşadığı 2 rayon- Martini və
Hadrut da yoxdur, bunlar hazırda bir rayonda birləşib Xocavənddə.
Bəzi
rayonların adları ona görə xüsusi çəkilir
ki, onlar əhalidən də tam boşaldılmalıdır. Söhbət
ermənilərin sonradan köçdükləri, vaxtilə
yalnız azərbaycanlıların yaşadığı
rayonlardan gedir. İlk növbədə bu rayonların azərbaycanlı
əhalisi öz evlərinə qayıdacaq. Ermənilərin
vaxtilə yaşadığı bəzi rayonlardan isə
mülki erməni əhalisi qovulmur, yaşamalarına icazə
verilir, Azərbaycan vətəndaşı kimi, Azərbaycan
qanunlarına tabe olaraq.
Yerli ermənilərin
azərbaycanlılarla qarışıq yaşaya biləcəkləri
çox kiçik ərazi qalır- Xankəndi şəhəri
və ətrafı, Ağdərə (keçmiş Mardakert)
rayonunun çox hissəsi, Xocavənd rayonunun yarısı
(keçmiş Martuni rayonu). Ermənilər cəmi 3 min kv
km-lik ərazidə yaşaya bilərlər. Qarabağın
azad edilmiş 15 min kv km-lik ərazisinin yalnız 3 min kv km-də,
yəni beşdə birində- 20 faizində. O da bizimlə
qarışıq halda.
Laçın
koridorunun heç bir xüsusi statusu olmayacaq, bura Azərbaycan ərazisidir.
Sadəcə, ermənilərin Qarabağın dağlıq
hissəsində yaşadıqları ərazidən Ermənistana
və əksinə təhlükəsiz gediş-gəlişi
təmin ediləcək. Buna görə də, Ermənistan bizə
Naxçıvana koridor verir və ölkəmizin
bütünlüyü birbaşa əlaqə cəhətdən
təmin olunur. Bu yol həm də Türkiyə ilə Azərbaycanı,
Rusiyanı, Orta Asiya ölkələrini birləşdirən
mühüm quru yolu olacaq.
Qarabağda
etnik balans necə olacaq?
Münaqişə
başlamamışdan əvvəl Qarabağın bölgəsinin
ümumi əhalisinin 76 faizi azərbaycanlılar, 23 faizi ermənilər
olub. Qarabağ bölgəsindən qovulmuş 700 mindən
artıq azərbaycanlı köçkün öz
yurdlarına qayıdır. Bunların bir hissəsi də ermənilərin
yaşamasına icazə verilən yerlərdə-
keçmişdə yaşadıqları şəhər və
kəndlərdə məskunlaşacaq. Yəni, ermənilərin
yaşadığı bu kiçik ərazi hər tərəfdən
Qarabağa qaytarılacaq 1 milyona yaxın azərbaycanlı ilə
əhatə olunur.
Ermənilərin
keçmiş vilayətdə sayı təxminən 120 min nəfər
olub. Onların yarıdan çoxu keçən 30 ildə
Amerika, Rusiya, Avropa ölkələrinə köçüb.
Yerdə qalan 50-60 minlik erməni 1 milyona yaxın azərbaycanlının
yaşadığı bölgədə yaşamalı olacaq, əlbəttə
yaşamaq istəsə. Sonradan, Livandan, Ermənistandan,
Fransadan… Qarabağa köçürülənlər bura aid
deyil. Onlar Qarabağın yerli əhalisi olmadığına
görə ərazini tərk etməli olacaqlar. Artıq bu
böyük kütləvi köç başlayıb.
Ermənilərə
yaşamaq icazəsi verilən bütün yaşayış məntəqələrində
Azərbaycan hakimiyyəti bərpa ediləcək, Azərbaycan
dövlət idarələri və ictimai təşkilatları,
həmçinin hüquq-muhafizə orqanları fəaliyyət
göstərəcək, Azərbaycan bayrağı
dalğalanacaq, Azərbaycan qanunları hakim olacaq. Dövlət
dili Azərbaycan dilidir.
Vasitəçi
və sülhməramlılar niyə vacibdir?
Rusiya
SSRİ-nin varisi və regionda nüfuz sahibi olan fövqəldövlət
kimi münaqişənin həllində əsas rol oynamalı
idi. Amerika və Fransanın aşkar və qəti şəkildə
Ermənistanı müdafiə etməsi və Rusiyanın isə
neytral mövqe tutması fonunda bundan yaxşı variant yox idi.
Ermənistanda
Paşinyan hakimiyyətini Amerikanın rəngli inqilabla
dövlət başına gətirdiyi və Vaşinqtondan idarə
olunduğu məlumdur. Baydenin qatı ermənipərəst
olması və demokratlar adı ilə tanınan qlobalistlərin
Paşinyanın birbaşa ağaları olması Ermənistanın
əlini gücləndirəcəkdi.
Rusiyanın
mövqeyi və maraqları, hazırki situasiyada bizim tərəfimizdə
idi. Bundan da məharətlə istifadə etdik. İndi
Qarabağ həm de-yure, həm de-fakto Azərbaycanındır.
Sülhməramlı
kontingentin gəldikdə, bu missiyanın konkret vəzifə və
səlahiyyət dairəsi olur. Hansı ölkələrin
nümayəndələrindən ibarət olmasına
baxmayaraq, BMT mandatı ilə, dəqiq təlimatla hərəkət
edə bilərlər. Sülhməramlılar ordu deyil, bir
növ müşahidəçi komissiyadır. Sülhməramlılar
5 il müddətinə Qarabağın kiçik bir hissəsində
və Laçın dəhlizi boyu 5 km-lik hissədə yerləşdirilir
və təhlükəsizliyin təmin olunmasına nəzarət
edəcək.
Sülhməramlı
missiyada Rusiya ilə yanaşı Türkiyə də
iştirak edəcək. Bu isə qarşıya çıxan
problemlərin 2 dost dövlət tərəfindən birgə
həllini şərtləndirəcək. Missiyanın
mövcudluğu ermənilərin sülhü və razılaşmanın
şərtlərini poza bilməməsini, onların qanunlara
riayət etməsini təmin edir…
Beləliklə,
çox qısa müddətdə Azərbaycan problemi həll
etdi və torpaqlarını qaytararaq ərazi
bütövlüyünü bərpa etdi. Bu müharibədə
Ali Baş Komandanımızın rəhbərliyi ilə
ordumuz ön cəbhədə, bütün xalqımız da
arxa cəbhədə döyüşdü. Xalqla dövlətin
birliyi qalib gəldi. Qələbəmiz bir daha Mübarək!
Elçin Bayramlı
Səs.-
2020.- 13 noyabr.- S.15.