Bəhruz Quliyev: “Müharibə dönəmində
Azərbaycan mətbuatı
vahid cəbhədə
vuruşdu”
“Ümumiyyətlə Azərbaycan mətbuatı
heç bir zaman erməni və digər millətlərin kilsəsi
haqqında neqativ məlumatlar verməyib və vermək ixtiyarında da deyil. Çünki bu bizim daxili
və milli mədəniyyətimizə sığmır”.
Bunu SİA-ya SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Siyasi ekspertin
sözlərinə görə,
ermənilərin dini-tarixi
abidələrimizə qarşı
etdikləri vandal hərəkətlər dünyaya
çatdırılmalıdır: “Amma etiraf etmək
lazımdır ki, biz bu məlumatları
dünyaya çatdırmaqda
bir qədər zəiflik nümayiş etdiririk. Özümüz deyib, yazıb və oxumaqla böyük iş görə bilmərik. Biz bunu dünyaya
çatdırmalıyıq. Lakin təəssüflər
olsun ki, dünyada da bir qısqanclıq hökm sürür. Necə ki siyasətdə,
diplomatiyada ikili baxış standartı var, həmin baxışlar eyni zamanda bizim milli
mədəniyyətimizə, mənəviyyatımıza qarşı
da yönəldilib. Məhz o baxışların
nəticəsidir ki, biz bu gün
həqiqətləri dünyaya
çatdıra bilmirik.
Vətən müharibəsi dönəmində
cənab Prezident İlham Əliyev xarici mətbuata kütləvi şəkildə
30-dan artıq müsahibələr
verdi. Həmin müsahibələrin hər
biri bütün dünya mətbuatında yayımlandı. Bir məqamı qeyd etmək istərdim ki, həmin müsahibələrin özündə
də bəzən ittihamedici notlar hiss olunurdu. Bəzi suallar təxribatçı və
provakasiya xarakteri daşıyırdı. Axı
jurnalist hansı hüquqla bir ölkənin başçısına
qarşı bu formada suallar ünvanlaya bilər? Təbii ki, dövlət başçımız
çox ustalıqla və qətiyyətli şəkildə həmin
təxribatçı suallara
cavab verdi. Jurnalistin davranışı
bir növ həmin dövlətlərin
münasibətini ortaya
qoydu. Başqa bir misal çəkmək
istərdim. Ermənistan-Azərbaycan
münaqişəsi ilə
bağlı həqiqətləri
əks etdirdiyənə
görə Fransanın
“TF1” telekanalı Fransada
yaşayan ermənilərin
ciddi təzyiq və təhdidinə məruz qaldı. Bu faktla söz
və mətbuat azadlığı kobud şəkildə pozudu. Fransız jurnalistləri peşə fəaliyyətlərinə
görə təhdid etdilər. Erməni lobbiçiliyi və diasporasının təzyiqi,
təqibi nəticəsində
həmin sujet çıxarıldı və
bir daha yayımlanmadı. Dünya
bunu eşitməlidir.
Çox sevinirəm ki, müharibə dönəmində Azərbaycan
mətbuatı vahid cəbhədə vuruşdu.
Amma gəlin biz bu cəbhədə
özümüz deyib,
özümüz eşitməyək.
Xatırlayırsınızsa, müharibə dönəmində
informasiya məkanımıza
çoxsaylı hücumlar
oldu və bunun qarşısı alındı. Mətbuat sahəsində də biz onları üstələdik və qalib gəldik”.
Müəllif: Ceyhun
Səs.- 2020.- 21
noyabr.- S.7.