Rusiya eksperti:
"Paşinyanın siyasəti
Ermənistanı çökdürdü"
"Erməni hərbi komandanlığı
hərbi əməliyyatların
Azərbaycanın şərtləri
ilə təcili olaraq başa çatdırılmalı olduğunu
izah etdi. Bu, həmişə tərəflərdən biri
məğlub olduqda və digəri qəti bir hərbi
qələbə qazandıqda
olur". Milli Müdafiə jurnalının
baş redaktoru, hərbi ekspert İqor Korotçenko bunu Pravda.ru-nun baş redaktoru İnna Novikovanın Ermənistanda baş verənlər haqda suallarını cavablandırarkən
deyib.
Müsahibəni oxucularımıza təqdim
edirik.
Əvvəli burada
https://sia.az/az/news/politics/838008.html
Qarabağ uğrunda
müharibə bitdi. Ermənistan müqavimət
potensialını tükəndirib.
Hərbi komandanlıq
bunu açıq şəkildə etiraf etdi və hər
şərtlə barışığa
çağırdı. Rus
sülhməramlıları bölgəyə daxil oldu. Müharibə dayandı və bununla da minlərlə
insanın ölümünün
qarşısı alındı.
Nəhayət, itkiləri
hesablamaq, səbəbləri
təhlil etmək və gələcək üçün nəticə
çıxarmaq zamanı
gəldi. Daşları
toplamaq vaxtıdır.
Ancaq ermənilər onları hamının üstünə atmağa
davam edir. Yerevanda- "poqromlar" və linç çağırışları davam edir. Ancaq
Paşinyan getmək istəmir və bunun son olmadığına
inandırmağa çalışır.
O və ya erməni xalqı öz vəziyyətlərini
tamamilə çökdürəcəklərmi?
Yoxsa bu xalqın ağlı oyanacaq? ...
- İqor, aydındır
ki, Paşinyan müharibəni uduzdu. Azərbaycanın maliyyə
vəziyyəti Ermənistandan
daha yaxşıdır.
- 1-ci müharibənin bitməsindən təxminən
30 il ötür. 30 il ərzində İsrail inkişaf etmiş bir dövlətə və beynəlxalq siyasətdə
ciddi bir faktora çevrilməyi bacardı. Onsuz da heç bir
beynəlxalq problem həll olunmur.
Düşmən ölkələrin əhatəsində
kiçik bir dövlət. Yalnız qum var idi
və praktik olaraq başqa bir şey yox
idi. İnsanlar özləri dünyanın
hər yerindən buraya gəldilər və sıfırdan bir ölkə qurdular, əkinçilik, sənaye, elm qurdular ... Ermənistan isə nə özündə, nə də Qarabağda əhəmiyyətli bir iş görmədi...
- Hər halda
İsrail istisnadır.
Dünyada yalnız müsbət nümunələr
yoxdur, mənfilər də var. Məsələn,
demək olar ki, bütün postsovet ölkələri
mənfiyə doğru
getdilər. 30 ildir Ukrayna ən zəngin ölkədən
dilənçiyə çevrilib.
Sovet İttifaqının
gözəl bir mirası qaldı, ancaq bütün ehtiyatlar müvəffəqiyyətlə
oğurlandı, yaxşı
bir şey edilmədi.
- Bu, həqiqətən
nəyi etməməyin
başqa bir canlı nümunəsidir.
Bu vəziyyətdə
Ermənistanı İsrail
ilə müqayisə
edirəm, çünki
coğrafiya və geosiyasi siyasət bir-birinə oxşayır.
İsrail tamamilə düşmən bir mühitlə əhatə
olunmuşdur. Ermənistanın
ətrafında da düşmən bir mühit mövcuddur.
Yəhudi və
erməni diasporlarının
çox böyük olması və bir çox ölkədə yerləşmələri
ilə də böyük bir oxşarlıq var. Avropada və ABŞ-da xüsusilə çox sayda və güclüdürlər,
təmsilçiləri elitlər
arasındadır və
siyasi proseslərə
təsir göstərirlər.
İsrailə diaspora hər cəhətdən kömək
etdi. Bir çox insan ora gələrək kiçik İsraili çiçəklənən bir
ölkəyə və
dünyanın əsas
geosiyasi oyunçusuna
çevirdi.
Başqa bir vəziyyətdə,
ilk Qarabağ müharibəsində qalib
gələn Ermənistanın
sonra bütün qazandıqlarını necə
itirdiyini gördük.
Çünki 30 il ərzində nə bu ölkənin səlahiyyətliləri, nə
də diaspora iqtisadiyyatın inkişafı
üçün praktik
olaraq heç bir şey etmədilər
və düşmən bir mühitdə müdafiə
qabiliyyətini gücləndirmək
üçün çox
şey etmədilər.
Paşinyan Ermənistanı
uçurumdan düşürəcək,
yoxsa xilas edəcək?
Bu, ilk növbədə, diasporanın
vəzifəsidir. Söhbət onun prioritetlərini seçməkdən gedir. Bu barədə çox danışa bilərsiniz,
amma həqiqətlər
tamamilə aydındır.
Təəssüf ki, Paşinyanın
siyasəti ölkəni
çökdürdü. Özü dedi: "Ermənistan yıxıldı,
lakin uçuruma düşmədi".
Ermənistanın nə qədər dərindən yıxıldığını
burada qiymətləndirməyi
düşünmürəm, amma tezliklə Paşinyan özü uçuruma yıxıla bilər. İnsanlar ona nifrət
edir və onu axtarırlar. Hətta İrəvan küçələrində
linç məhkəmələrini
də görürük.
Bu, əlbətdə,
məni də təsirləndirdi.
Ermənistan parlamentinin spikeri avtomobildən çıxarılarkən
və liviyalıların
Qəzzafi ilə etdiklərini onun üstündə etdikləri
formada siyasi problemlərin həlli metodlarının tərəfdarı
deyiləm.
Praktiki olaraq,
bu, birbaşa efirdə icra olunan bir qətl
cəhdi idi. O, yalnız möcüzə
sayəsində sağ
qaldı, ölümcül
döyüldüyünə baxmayaraq. Bu problem həll etmə üsulu deyil.
Ermənistanın çox sayda gənc vətəndaşı
nümayişlərə çıxdı,
binaları ələ
keçirdi və dağıtdı. Etirazçıların
çoxu 25-35 yaş arası gənclərdir.
Niyə Qarabağda
cəbhədə deyillər?
Bəlkə də bu 10 min insan
müharibədə əsas
rol oynaya bilərdi, dönüş
nöqtəsi gələcəkdi.
Erməni cəmiyyəti
bu suallara cavab verəcəkmi, bilmirəm. Cavab olmasa, vəziyyət daha da pisləşəcəkdir.
Rusiyanın rolu
Rusiya sülhməramlıları
döyüşlərin yenidən
alovlanmamasına nəzarət
edirlər. Sülhməramlılarımızı
bölgəyə gətiririk,
onlar sərhəd xətti boyunca dayanacaqlar. Bu, hər iki tərəfdə
itiriləcək minlərlə
insanın həyatını
xilas etdi.
Eyni zamanda,
erməni tərəfdən
də qınaqlar gəlir. Ermənistan mediası vəziyyətin
qərəzli qiymətləndirilməsindən
danışır.
Ancaq bu fonda, hətta təkcə Paşinyan tərəfindən
deyil, Ermənistanın
müdafiə naziri və Ermənistan Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi tərəfindən
də açıqlamalar
verildi. Özləri müqavimət potensialının
tükəndiyini etiraf
etdilər.
Müharibə bir neçə gün də davam etsəydi Qarabağın inzibati mərkəzi- azərbaycanlılar
və ermənilərin
dediyi kimi Xankəndi ya da Stepanakert- dağılacaqdı.
Bundan əlavə,
erməni qrupu parçalanmış olardı.
Bir "kotyol" olardı və daha minlərlə insan ölə bilərdi. Erməni hərbi komandanlığı
Paşinyana niyə üz tutduqlarını, hərbi əməliyyatların
Azərbaycanın şərtləri
ilə təcili olaraq başa çatdırılmalı olduğunu
izah etdi.
Əslində, bu həmişə tərəflərdən biri
məğlub olduqda və digəri qəti bir hərbi
qələbə qazandıqda
olur. Bu yaxınlarda demişdik ki, o zaman Rusiyanın
sülhməramlı səyləri
tələb olunacaq, tərəflər danışıqlar
masasına oturacaq və siyasi müqavilələr paketini
imzalayacaqlar. Bu da oldu.
Tərcümə: Elçin Bayramlı
Səs.- 2020.- 21 noyabr.- S.11.