Bu gün  Qarakənd faciəsindən 29 il ötür

 

 

 

 

Bu gün vertolyot qəzası faciəsinin 29-cu ildönümüdür. Məhz 29 il bundan öncə Ayaz Mütəllibovun Azərbaycana rəhbərlik etdiyi dövrdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində hərbi vertolyot qəzaya uğradı. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Azərbaycan Respublikasının Prezidenti Aparatına saat 19:55-də çatır. Lakin qədər maraqlı olsa da, bu faciə haqqında xəbər ilk olaraq Xankəndidən erməni dilində yayımlananVətən vətəndaşverlişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin faciə haqqında İrəvan radiosu saat 16:15-də, Tehran radiosu 17:00-da məlumat verdilər.

 

20 noyabr faciəsi nəticəsində Azərbaycanın keçmiş dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, jurnalistlər Osman Mirzəyev, Alı Mustafayev bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki, həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Xankəndidəki rus qarnizonunun hərbi prokuroru, polkovnik (bu rütbə ona cinayət işindən sonra verilib) İ.Lazukitin baş vermis qəza ilə bağlı 248-ci maddə ilə (RF CM) (Uçuşun düzgün idarə olunmaması insan tələfatı") cinayət işi açır. Qeyd edək ki, onun anası Emilya Arustavna Baqdasaryan ermənidir. Axalkalakidə anadan olub.

 

İ.Lazutikin özü 1989-cü ilədək Cavaxetiyada işləyib. O, ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən ümumiyyətlə istintaq materiallarından  heç anlamaq olmurdu. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edirdi ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya ermənilər göstərib. Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlılıqla şərh edirdi. VertolyotunQara qutusu”nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi. Erməni əsilli prokuror belə  bir məlumat da yaydı ki, “Qara qutu” “istidənyanğından”, “partlayışdansıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbukiqara qutuGəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokuror İ.Lazutikin hamını aldadırdı. Onun əzilməsi sıradan çıxması üçün 3800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakıqara qutu”nu Rusiyaya göndərdilər. Ancaq sözügedənqara qutudan indinin özündə heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi bu gün helikopterin vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir.

 

Əvvəl rəsmi məlumat səsləndi ki, vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. İndiyə qədər hələ məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə vertolyotu müşayiət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi? Sadəcə, elə bu fakt bütün mümkün qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.

 

Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həm kütləvi qırğın silahları sırasında yer alır. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna nüvə yanğını deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqları mərkəzdən 500-600 metr kənara atılır.

 

Artıq 29 ildir ki, cavabını gözləyən çoxsaylı suallar bu gün açıq qalmaqdadır.

 

Röya Rasimqızı

 

Səs.- 2020.- 20 noyabr.- S.9.