Yeni günün mübarək, azad AĞDAM

 

27 ildən sonra Ağdam Azərbaycana qayıdır

 

Bu gün 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bu Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapıb. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub: "Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır".

 

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİNDƏ DÖYÜŞ MEYDANINDA ÖZ SÖZÜNÜ DEDİ

 

27 ildən sonra günəş şüaları ilə nurlanmış işıqlı, ev Ağdam öz sakinlərinə qovuşacaq. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqlarıDağlıq Qarabağ onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Bu işğal etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu status götürüldü. Ağdam sakinləri yurd-yuvasına dönür. Bundan qürurlu ola bilər. Qalib dövlətin qalib sakini kimi. Tarixdə çox az xalqlara nəsib olan bir məqamdır. Bu qüruru xalqımıza yaşadan Ali Baş Komandanımızdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə Azərbaycanın güclü ordusu Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində bu gün Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu. Bəli, bu gün Ağdam öz sakinlərinə qaytarılır. 27 il Ağdam şəhəri daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan bir rayon. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altında idi.

 

AĞDAMDA YENİ HƏYAT BAŞLAYIR

 

Bu gündən Ağdam Azərbaycan Respublikasına təhvil verilir. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamışlar. Uzun bir tarixə malik olan Ağdam Dağlıq Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.

 

Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisiniDağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağdan doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirib. Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum edir. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəiflədi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər muzdlu əsgərlər var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürülüb. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub.

 

Artıq biz Ağdamın işğal tarixindən deyil, onun qələbəsindən, azad olmasından yazacağıq. Ağdamda həyata keçirilən abadlıq-quruculuq işlərindən yazacağıq. Ermənilər qədər vandallıq əməlləri törətsələr , xalqımza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalır. Azərbaycan öz haqqına qovuşur. Ağdamda yeni həyat başlayır. Yeni günün mübarək, azad AĞDAM!!!

 

Nəzakət ƏLƏDDİNQIZI

 

 Səs.- 2020.- 20 noyabr - S.11.