Erməni vandalizmi sərhəd tanımır
Qarabağın məhv edilən
tarixi və talan edilən mədəniyyəti ermənilərin
iç üzünü ortaya qoymaq üçün kifayətdir
Ermənilərin Balkanlar, Yaxın
Şərq və Hindistan əraziləri arasında əsrlərlə
köçəri həyat
tərzi keçirdikdən
sonra Qafqaza gəlmələri və burada özlərinə dövlət yaratmaları
regionda aborigen xalqın tarix və mədəniyyətinin
qədim izlərinin mümkün qədər çox silinməsi ilə paralel aparılıb. Azərbaycan xalqının tarixi-mədəni
irsinin mənimsənilməsi,
bu mümkün olmayanda isə silinməsi siyasəti 2 əsr davam edib. 1918-ci ildə Ermənistan dövləti
yaradıldıqdan sonra
oradakı Azərbaycan
tarixi abidələri,
mədəni irsi, tiponimləri, qədim yazılı daşlar, məzarlıqlar tamamilə
məhv edildi. Bu iş sonralar-
1990-ci ildən etibarən
işğal etdikləri
Qarabağ bölgəsində
da davam etdirildi.
Ermənilərin Qafqazda “saxta tarix” istehsalı müəssisəsi
200 il əvvəldən (1805-Kürəkçay müqaviləsi) başlayaraq
ermənilərin Şimali
Azərbaycan ərazilərinə
köçürülməsindən sonra azərbaycanlıların
deportasiyası və soyqırımı faciələri
başlandı. Gəlmə
ermənilər azərbaycanlılara
məxsus ərazilərdə
məskunlaşdıqdan sonra
onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv
etməklə onların
izlərini silməyə
çalışmış, bu, mümkün olmadıqda isə həmin maddi-mədəniyyət
nümunələrinin “qədim
ermənilərə” aid
olmaları barədə
saxta tarix yazaraq dünya ictımaiyyətini aldatmağa
başlamışlar.
Qarabağ vilayəti
e.ə. IV əsrdən-
eramızın VIII əsrinin
əvvəllərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə
Sacilər, Salarilər,
Rəvvadilər dövlətlərinin,
Səlcuq imperiyasının
və Azərbaycan Eldənizlər (Atabəylər)
dövlətinin, XIII-XV əsrlərdə
Elxanilər (Hülakilər),
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, 1501-1736-cı illərdə Azərbaycan
Səfəvilər dövlətinin,
1748-1821-ci illərdə isə
Qarabağ xanlığının
tərkibində olub.
Bu bölgədəki
bütün qədim tarixi abidələr, mədəniyyət nümunələri
Azərbaycan xalqına
aiddir. 200 il əvvələdək burada
olmamış ermənilərin
burada heç bir tarixi və
mədəniyyəti yoxdur.
Bunu ermənilər keçən əsrin
70-ci illərində Qarabağda
ucaltdıqları özlərinin
bu torpaqlara gəlişinin 150 illiyini göstərən abidə
ilə etiraf ediblər.
Bu günlərdə
işğaldan azad edilmiş Qarabağ ərazisində ermənilərin
“saxta tarix” istehsal edən müsəsisəsi aşkar
olunub. Ermənilər
həmin sexdə tarixi abidələr, daşlar üzərində
iş aparır, yeni metodlarla qədim abidələr düzəldirmişlər. (fotoya
bax).
Qədim hərflər və
şəkillər, xaçlar
daşlara çəkilir,
döyülür və
bir müddət sirkə həllində saxlanılır, Sirkənin
təsirindən turşuma
prosesi gedir və rəngini dəyişən “tarix nümunələri” qədim
və köhnə görünüş qazanır.
Sonra bu daşları Qarabağ ərazisində basdıraraq
özlərinin buradakı
tarixi və mədəniyyəti kimi qələmə verirlər.
Məlumatlara görə, Ermənistanda
da belə müəssisələr çoxdur
və onlar son onilliklərdə müasir elmin də nailiyyətlərindən
istifadə etməklə,
xeyli “qədim erməni abidəsi” düzəldiblər.
Qarabağın qədim tarix və mədəniyyət
bazası
Qarabağ ərazisində
e.ə. II minilliyə
aid Xocalı-Gədəbəy
mədəniyyətini özündə
əks etdirən tarixi mədəniyyət abidələri vardır. Ermənistanın hərbi təcavüzü
nəticəsində Şuşada
Alban məbədləri,
Şuşa Tarix-Memarlıq
Qoruğuna daxil olan qala divarları,
Qarabağ xanlarının
iqamətgahları, Xurşidbanu
Natəvanın ev muzeyi, Molla Pənah
Vaqifin məqbərəsi,
yüzlərlə tarixi-memarlıq
və təbiət abidələri işğal altında qaldı.
Regionun erməni işğalçıları
tərəfindən talan
edilmiş muzeylərində
Azərbaycan xalqının
tarixi və mədəniyyəti ilə
bağlı qiymətli
əşyalar, rəssamlıq
və mədəniyyət
əsərləri, dünya
şöhrətli xalçalar,
Azərbaycanın görkəmli
şəxsiyyətlərinin xatirə əşyaları
və digər qiymətli materiallar toplanmışdı.
İşğal olunmuş
ərazilərdə Azərbaycanın
mədəni irsini təşkil edən mədəniyyət obyektləri
məhv edilib. (fotoya bax)
Ələ keçirdikləri
ərazilərdə 12 muzey,
6 rəsm qalereyası,
tarixi əhəmiyyətli
9 saray qarət edilib və yandırılıb. Nadir tarixi əhəmiyyətli
40 min muzey sərvəti və eksponatı talan olunub. İşğal olunmuş ərazilərdə
qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid
erməni təcavüzünün
qurbanına çevrilib.
Dağıdılan və
yandırılan 927 kitabxanada
4,6 milyon kitab və misilsiz əlyazma nümunələri
məhv edilib.
Erməni terroru vandalizmi
sərhəd tanımır,
bu proses təkcə bizim xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin
dağıdılmasına yönəlməyib,
erməni vandalları
keçmiş Sovet xalqlarının Böyük
Vətən Müharibəsinə
həsr olunmuş ümumi qəhrəmanlıq tarixi
abidələri olan monumentlərin məhv edilməsini də özünə rəva görüb. (fotoya bax).
Azərbaycana azı 300 milyard dollarlıq zərər vurulub
Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın
milli mədəniyyət
ocaqlarına erməni
təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər
nəinki Azərbaycanın,
həm də bütün dünya sivilizasiyasının misilsiz
mədəniyyət nümunələridir.
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan
və Qubadlı şəhərləri, həmçinin
yüzlərlə kənd
və qəsəbə
Ermənistan silahlı
qüvvələri tərəfindən
viran və talan edilib. Ağdam,
Cəbrayıl və Füzuli şəhərlərinin
bugünkü görünüşləri
1945-ci ildə ABŞ tərəfindən
atom bombasları ilə dağıdılan
yapon şəhərləri
Xirosima və Naqasakini xatırladır.
İşğal altındakı ərazilərdəki
Azərbaycanın yeraltı
və yerüstü təbii və mədəni sərvətləri
vəhşicəsinə talan
edilərək Ermənistana
daşınırdı. Ordumuzun
qələbəsi sayəsində
Azərbaycanın işğal
edilmiş ərazilərində
bu prosesə son qoyuldu, hərçənd
bu ərazilərdə artıq tarix və mədəniyyət
adına bir şey də qalmayıb, ermənilərin
özününküləşdirdiyi bir neçə qədim alban monastrı xaric. Bu tarixi abidələr
və məbədlər
isə dağıdılıb.
(fotoya bax).
Elçin Bayramlı
Səs.-
2020.- 21 noyabr.- S.14-15.