Türkiyənin Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərinə dair xüsusi hesabat hazırlayıb

 

Türkiyə Respublikasının Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb.

 

Ermənistan-Azərbaycan müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən insan haqlarının pozulması ilə bağlı hesabatadı ilə təqdim olunan sənəd təcavüzkar Ermənistanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda dinc əhaliyə, yaşayış məskənlərinə mülki infrastruktura qarşı həyata keçirdiyi hərbi təcavüzə dair faktlar, o cümlədən raket ağır artilleriya zərbələri nəticəsində yaranmış tələfat dağıntılar əksini tapıb.

 

Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun hesabata yazdığı təqdimatda Birləşmiş Millətlər Təşkilatı başda olmaqla insan haqlarını qorumaq məqsədilə təsis edilən beynəlxalq təşkilatların missiyası xatırlanır. Diqqətə çatdırır ki, təcavüzkar Ermənistan dünyanın gözü qarşısında Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib bu azmış kimi, davamlı olaraq təxribatlar törədərək yeni ərazi iddiaları irəli sürüb. Sentyabrın 27-də başlayan müharibənin hərbi əməliyyatlar zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilən müharibə cinayətlərinin birbaşa məsuliyyətini Ermənistan dövləti daşıyır. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı məqsədyönlü hücumları nəticəsində Azərbaycanda uşaqlar, qadınlar, yaşlılar daxil olmaqla 94 dinc sakinin öldürüldüyü, 400 nəfərdən çox günahsız şəxsin yaralandığı xatırlanır. Vurğulanır ki, insan haqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatlar bu bəşəri cinayətə səssiz qalmamalıdırlar.

 

HesabatınDağlıq Qarabağ məsələsiadlı bölməsində tarixi faktlar rəsmi sənədlər təqdim olunur. Bu bölmədə ermənilərin regiona sonradan köçürülməsi ilə bağlı məlumat da yer alıb. Azərbaycan torpaqlarının hesabına indiki Ermənistan dövlətinin yaradılması, eləcə bu ölkənin əzəli sakinləri olan azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti bu bölmədə öz əksini tapıb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdiyi, Dağlıq Qarabağı ətrafındakı yeddi rayonu zəbt etdiyi diqqətə çatdırılır. Münaqişənin həlli üçün beynəlxalq məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyi vurğulanır.

 

Münaqişə bölgəsindəki gündəlik vəziyyətbölməsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini infrastrukturunu hədəfə alması barədə məlumat verilir. Burada ballistik raket artilleriya zərbələri ilə hədəfə alınan dinc insanların hücum nəticəsində hansı acınacaqlı vəziyyətə düşmələri orijinal fotolarla təqdim olunur. Dağıntı tələfatın göstəriciləri Ermənistanın müharibə cinayətləri barədə aydın təsəvvür yaradır. Bildirilir ki, müharibə günlərində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 3410 fərdi evə, 120 çoxmərtəbəli binaya 512 mülki obyektə ciddi ziyan dəyib.

 

Hücumların insan haqlarının pozulması aspektindən dəyərləndirilməsibölməsində 1949-cu ilin Cenevrə Konvensiyası, 1977-ci il tarixli eyni mahiyyətli protokollar, humanizm prinsipləri xatırladılır. Göstərilir ki, təcavüzkar Ermənistan üç dəfə atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycanın dinc əhalisinə qarşı dağıntı tələfatla nəticələnən hücumlar edib. Dağıntı tələfatın miqyası, habelə hücumların edilməsi vaxtı deməyə əsas verir ki, bütün bu hadisələr məqsədli planlı şəkildə törədilən cinayətlərdir.

 

Hesabatın nəticə hissəsində Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın dinc əhalisini, yaşayış məskənlərini mülki infrastrukturunu hədəf alan raket artilleriya hücumlarının xronologiyası, eləcə həmin zaman kəsiyində qətlə yetirilən yaralanan insanların siyahısı təqdim olunub. Siyahıda qətlə yetirilən şəxslərin ad, soyad ata adları, yaşları, onların harada hansı formalı hücum nəticəsində öldürülmələri aydın şəkildə göstərilib.

 

Hesabatın əhatə dairəsi, əlavə edilən fotolar infoqrafika üslubunda məlumatlar oxucuda ilk baxışdan mövzu ilə bağlı aydın təsəvvür yaradır. Hesabat təkcə beynəlxalq təşkilatlar məhkəmə orqanları üçün deyil, eyni zamanda, tarix, politologiya, münaqişələrin təhlili, terror, müharibə, hərbi cinayətlər s. sahələr üzrə araşdırmaçılar üçün əyani vəsaitdir.

 

Bildirilir ki, hesabat bu həftədən etibarən Avropa İttifaqı ölkələrinin insan haqları komissiyalarına, eləcə Türkiyədə digər dövlətlərdə insan haqları ilə məşğul olan qurumlara göndəriləcək.

 

Xatırladaq ki, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti cari ilin oktyabrında Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin üzvləri Gəncədə, Ermənista Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti cari ilin oktyabrında Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin üzvləri Gəncədə, Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində dağılmış yerlərdə olub, yaralanan insanlarla görüşüb, törədilən müharibə cinayətinin fəsadlarını öz gözləri ilə görüblər.

 

 Səs.- 2020.- 28 noyabr.- S.6.