Dağıdılan məscidlərimiz erməni
kimliyindən danışır
Azərbaycan ərazisində pravoslav, katolik, gürcü-pravoslav
kilsəsi, sinaqoq və digər ibadət yerləri multikultural mühitin mövcudluğudur
Yaşadığımız
yüzillikdə dünyada
çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda
müxtəlif xalqlar arasında ənənəvi
dostluq və qardaşlıq münasibətləri,
tolerantlıq hökm sürür. Odlar diyarında yaşayan
müxtəlif xalqların
milli-mənəvi dəyərlərini,
dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini
inkişaf etdirmək üçün mövcud
olan şərait ölkəmizin dünya ölkələri üçün
tolerantlıq nümunəsinə
çevirib. Bu bir real mənzərədir
ki, ölkəmizdə
bütün dini konfensiyaların nümayəndələrinə
etiqad azadlığının
təmin edilməsi üçün zəruri
şərait yaradılıb.
Azərbaycanda rus pravoslav, katolik kilsələr, sinaqoqlar var və hər
biri dövlətin diqqət və qayğsı ilə əhatə olunub. Noyabrın
23-də Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən
dövlət başçısı
Ağdam məscidinin qarşısında çıxışı
zamanı bildirib ki, Rusiya Pravoslav
Kilsəsinin patriarxı Kiril Bakıda
olarkən Azərbaycanda
bu sahədə görülmüş işlərə
yüksək qiymət
verib, Pravoslav kilsələrində olub:
"Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda
tolerantlıq, dini dözümlülük, multikulturalizm
haqqında danışıb.
Kim bizə irad tuta bilər?
Məscidləri bağlayan?
Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş
donuzların başlarını
atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün
tarixi abidələrimiz
dövlət tərəfindən
qorunur. Mənim göstərişimlə və
dövlət vəsaiti
hesabına hazırda iki pravoslav kilsəsi
təmir edilir, üçüncü kilsə
isə təmir olunub. İnzibati bina tikilir. Müharibə
dövründə udi
qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir
olunaraq istifadəyə
verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü
kilsələrimiz, erməni
kilsəsi". Dövlət
başçısı vəhşi
düşmənin isə
Ağdam məscidində
inək, donuz saxladığını bildirib:
"Bu şəkillər
var internetdə. Azad edilmiş Zəngilan məscidində,
Cəbrayıl məscidində
donuz saxlayıb". Bütün zamanlarda dini abidəərə hörmətlə, həssaslıqla
yanaşan Azərbaycanın
dini ocaqlarına olan bu münasibət
dözülməz olsa
da erməni kimliyin ifadəsidir. Bu onların vandallığının nəticəsidir.
Bu həqiqətləri
dünya görür və görməlidir. Gerçəkliklərə göz
yummaq elə vəhşi əməllərin
müəllifləri ilə
həmrəylik, həmfikirlilik
deməkdir. "Biz
UNESCO ilə çox sıx əməkdaşlıq
edirik" deyən dövlət başçısı
qeyd edib ki, gəlib xristian məbədlərinə
baş çəkmək
istəsə, buraya gəlsin: "Gəlsin və desin vəhşi
erməni neyləyib burada. Bir də
ki, bir neçə
il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri
bu məsciddə, burada olublar. Onlar iki dəfə
faktaraşdırıcı missiyalar keçiriblər
və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar?
Niyə bu, bəzi Qərb liderlərində narahatlıq
yaratmayıb? Deməli,
müsəlman məscidlərini
təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə
məşğul olsunlar,
bizim işimizə burunlarını soxmasınlar".
Azərbaycan ərazisində məscidlərin,
pravoslav, katolik, gürcü-pravoslav kilsəsi,
sinaqoq və digər ibadət yerləri fəaliyyəti
multikultural mühitin mövcudluğuna tam əsaslanır. Xalqımızın
bütün dinlərə,
dini abidələrə
ehtiramla yanaşması
böyük xalq olduğundan xəbər verir. Nəyisə qurub yaradan, bacarığı olan onun qədir-qiymətini bilər. Bir "xalq" kimi varlığından xəbərsiz,
saxta tarixlə "dövlət" yaradan erməni dini abidənin nə olduğunu, insanlığın
nə olduğunu, ibadətin nə olduğunu haradan bilə bilər.
Bildiyimiz kimi, Azərbaycanda
yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində
ölkəmizə köçürüldükləri
ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin
ünsiyyət qurmasına
əlverişli zəmin
yaradıb. Azərbaycanda
yaşayan almanların
əksəriyyəti protestantlığa
etiqad edirdilər. Ölkəmizdə protestant
kilsəsi 1857-ci ildə,
məhz Helenendorfda (Xanlar ərazisində) tikilib. Azərbaycanda almanların inşa etdikləri məşhur tiklilərin bəziləri
Bakıda da yerləşir. Bakıda-28 May
küçəsində yerləşən
alman kilsəsi-Kirxa onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət
aparırlar.
Bu rəngarənglik
ölkəmizin dünyanın
inkişaf edən, bəşəri dəyərlərə
sayğı göstərən
ölkə kimi tanınmasından əsas
göstəricilərdəndir. Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir.
Müxtəlif tarixi dövrlərdə Azərbaycan
ərazisində məskunlaşmış
dini-etnik qruplar burada özlərini nəinki yad hesab edib, hətta
yerli əhali ilə qaynayıb-qarışıblar.
Fərqli dini konfessiyaların nümayəndələri
hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycanın azadlığı və firavanlığı uğrunda
mübarizə aparıblar.
Azərbaycan xalqı digər xalqlara qarşı həmişə
tolerantlıq göstərib
və bu gün də bu ənənə qorunub-saxlanılır. Dünyada
terror, ksenofobiya, irqçiliklə bağlı
münaqişələr baş
verdiyi halda, Azərbaycan ümumbəşəri
və humanist ideyalarını təbliğ
edir.
Tarix boyu
bütün dinlərə
hörmətlə yanaşan
Azərbaycanın islami
dəyərlərə də
olan münasibəti əməli fəaliyyətdə
aydın görünür.
Dini ocaqlara məscidlərimizə olan
münasibət Azərbaycanda
din-dövlət münasibətlərinin,
vətəndaş həmrəyliyinin
yüksək səviyyəsini
nümayiş etdirir. Son illərdə Azərbaycanda yeni məscidlərin tikilməsi
və ya təmir edilməsi milli mənəvi dəyərlərimzə olan
diqqətdir. Xalqımız
üçün çox
böyük dəyər
kəsb edən Bibiheybət, Təzəpir,
Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi və başqaları insanların ixtiyarındadır.
Bildiyimiz kimi, dövlət başçısının
tapşırığına əsasən Cocuq Mərcanlı kəndində
Şuşa məscidinin
bənzəri olan məscid tikilib. Bu, bir daha
dünyaya bəyan edir ki, Azərbaycan
İslam dünyasının
bir parçasıdır,
öz tarixi keçmişinə sadiqdir.
Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası
həm də o demək idi ki, gün gələcək
Şuşadakı məscid
də bərpa ediləcək. Artıq o zaman yetişdi. Azərbaycan və Şərq memarlığının
nadir incilərindən
sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda
dindarlar üçün
hər cür şərait yaradılıb.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkədə
milli-mənəvi dəyərlərin
qorunub saxlanmasında müstəsna xidmətlər
göstərir. Dövlətimizin başçısı İslam
dininin xalqımızın
həyatındakı rolunu,
onun milli kimliyimizin formalaşmasındakı
əhəmiyyətini nəzərə
alaraq ölkədəki
dini ibadətgahların
qorunmasında, onların
gələcək nəsillərə
çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir.
Tezliklə işğaldan azad
olan məscidlərimiz
bərpa olunacaq, sakinləri rahat bir şəkildə öz ibadətlərini bu ocaqlada qılacaqlar.
Əlbəttə ki, dövlət başçısının
Ağdam məscidinə
Məkkədən gətirdiyi
“Qurani-Kərim”i bağışlaması
dinimizə, adət-ənələrimizə
olan münasibətin təzahürüdür:
"Mən xoşbəxt
adamam ki, dörd dəfə Məkkə ziyarətində
olmuşam. Bir dəfə rəhmətlik
atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər
müqəddəs Kəbənin
içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın
işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları
işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də
dədə-baba torpağımıza
qayıdaq". Artıq
qayıtmışıq. Tanrı
səsimizi eşidib.
Təbii ki, görülən
bu işlərdə əsas məqsəd vətəndaşların rahat
ibadət etmələrini
təmin etməkdir. Şübhəsiz, dinə
bu cür qayğının təməlində
milli mənəvi dəyərlərimizin qorunması,
qloballaşan dünyada
milli özünəməxsusluğun itirilməsinin qarşısının
alınması, azərbaycançılıq
məfkurəsinin təbliği
və gəncləri milli ruhda yetişdirmək
istəyi durur. Ölkədə formalaşan
bu dəyərlər Azərbaycan cəmiyyətini
səciyyələndirən ənənəyə çevrilib.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.-
2020.- 27 noyabr.- S.11.