Gəncəyə hücum Ermənistanın faşist simasını ifşa etdi

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. Dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 30 illik həsrətimizə son qoyuldu!

 

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirib ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Ancaq cinayətkar, faşist xislətli təcavüzkar Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat cəhdini reallaşdırdı. İşğalçı, təcavüzkar Ermənistan Azərbaycanın tələb etdiyi ədalətli beynəlxalq hüquqa əsaslanan şərtlər əsasında danışıqlar prosesinə getmək üçün razılığın alınmasına kömək məqsədilə dünya dövlətlərinə, nüfuzlu təşkilatlara yalvardı, imdad istədi, onların qarşısında diz çökdü bir sözlə, Azərbaycan işğalçını, təcavüzkarı sülhə məcbur etdi.

 

Oktyabrın 10-da Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycanın Ermənistanın Xarici İşlər nazirləri arasında Moskvada keçirilən görüşdə humanitar atəşkəslə bağlı razılıq əldə olunsa da, yenə Ermənistan riyakarğılığını nümayiş etdirdi. Razılaşdırılan humanitar atəşkəsi pozaraq oktyabrın 11-də gecəyarıdane keçmiş Gəncəyə raket hücumu edərək, yaşayış məntəqələrini, mülki əhalini atəşə tutmaqla bir daha antifaşist niyyətlərini göstərdilər. Erməni vəhşiliyi nəticəsində azyaşlı uşaqlar olmaqla 10 mülki şəxs həlak oldu, 34 nəfər isə yaralanıb. Budur Erməni vandalizmi. Ancaq bu gün Güclü Azərbaycan Ordusu məğrur rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək artıq 20 gündür ki, Azərbaycanımızın şanlı tarixini yazır. Dövlət başçımız xalqa müraciətində bildirdi ki, Güclü Ordumuz, rəşadətli əsgərlərimiz düşmənləri 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovurlar: "İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik edəcəyik!".

 

Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Təcavüzkar işğalçı Ermənistan gördü ki, xalq-iqtidar-ordu birliyinin nümunəsi QƏLƏBƏDİR! Həmçinin, bu vəhdətin nümunəsi qədirbilən xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyidir. Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Bunu nəinki erməni xalqı, bütün dünya gördü görür.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, " qədər gec deyilsə, düz yola gəl" məsələnin sülh yolu ilə həllində verilən axırıncı şansdan istifadə et. Prezident İlham Əliyev oktyabrın 9-da Azərbaycan xalqına müraciətdə bildirdi ki, Ermənistana axırıncı şans veririk, axırıncı şans: “Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim statuskvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

 

Bəli, biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır! Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: “ qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq”.

 

MEHDİ BALABƏYOV

 

YAP Şabran rayon təşkilatının sədri

 

Səs.- 2020.- 17 oktyabr.- S.13