“Müharibənin taleyi faktiki olaraq həll olunub”

 

 

 

Müsahibimiz Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalıdır

 

- Fəzail müəllim, humanitar atəşkəs razılaşmasını pozan Ermənistan Gəncəni bombalamaqla qanlı terror hadisəsi törətdi. Bu terror Ermənistanın faşist sifətinin əyani göstəricisi sayıla bilər?

 

- Gəncənin bombalanması əslində erməni xalqının mahiyyətindən doğan və onun söykənmiş olduğu faşist düşüncələrindən irəli gələn bir terror idi. Ümumilikdə ermənilərin Azərbaycana qarşı apardıqları soyqırımı aktları əslində bu cür anti-bəşəri faktlarla müşayiət olunub. İki yüz ildir Azərbaycan erməni vandalizmi və barbarlığı ilə üz-üzədir. Arxalandıqları dövlətlərin hərtərəfli yardımı ilə tarixi torpaqlarımızda Ermənistana dövlət yaradıldı. Sonrakı mərhələdə ermənilər azərbaycanlılara qarşı qətliamlar törətdilər. 20-ci əsrin əvvəllərində, yəni 1905-1907, 1918-1920-ci illərdə ermənilər faktiki olaraq təkcə torpaqlarımızı işğal etməklə kifayətlənməlilər, həm də xalqımıza qarşı böyük qırğınlar, soyqırımlar törətdilər və tarixi torpaqlarımız axıdılan qanlar, vəhşiliklər hesabına onların əlinə keçdi. Bu gün o ənənə davam edir. Atəşkəs xarakteri deyilən bu məsələ əslində humanitar xarakter daşıyır. Vaxtı ilə müharibələrdə bu və ya digər şəkildə humanitar xarakterli atəşkəs həyata keçirilib. Yəni komandanlar vasitəsilə ümumi razılıq əldə olunub və qısa fasilə nəticəsində orda ölənlər və yaralananlar çıxarılıb. Oktyabrın 10-da Dağlıq Qarabağ müharibəsi ilə bağlı Moskvada əldə olunan razılaşmada ona bənzər bir atəşkəs idi. Ona görə də düşünürəm ki, xalqımızın içərisində bu atəşkəslə bağlı düzgün olmayan yanaşmalar, münasibətlər var. Əslində bu atəşkəs deyil.

 

- Ancaq, ermənilər ilk gündən razılaşmanın müddəalarını pozdular.

 

- Bəli, elə ilk gündən ermənilər humanitar atəşkəsin qaydalarını pozdular, ona əməl etmədilər. Atəşkəsin bəyanatı Lavrov tərəfindən elan edilən və qüvvəyə mindiyi andan ermənilər Azərbaycanın dinc əhalisinə qarşı törətmiş olduqları vəhşiliklərdən imtina etmədilər, dayanmadılar. Nəhayət Gəncədə böyük vəhşilik törədildi, barbarlıq ortaya qoyuldu. Əslində bu terror deyildi, bu düşünülmüş şəkildə Ermənistanın hərbi siyasi rəhbərliyinin əmr ilə hazırlanmış soyqırımı aktıdır. Baxın, gecənin yarısı insanların yatdığı bir vaxtda əhalinin sıx yaşadığı məkana dağıdıcı raketlərlə atəş açılır və 35 nəfər yaralanır, 10 nəfər isə həyatını itirir. Ölən və yaralananlar arasında uşaq, qadın, yaşlı insanlar var. Yəni belə bir vəhşiliyi ermənilər etdilər və bununla onlar sübut etdilər ki, onlarla sadəcə olaraq, atəşkəs dilində, danışıqlar formasında, stol arxasında problemi həll etmək mümkün deyil. Ona görə də, bu gün bizim müzəffər ordumuz çox yüksək səviyyədə qarşıya qoyduğu vəzifələri müvəffəqiyyətlə yerinə yetirir. Bizim ordumuz Ali Baş Komandana tabe olan məsuliyyətli bir dövlətin ordusu kimi, müəyyən olunmuş o humanitar atəşkəsin şərtlərinə əməl edir, lakin ermənilərə qarşı döyüşləri dayandırmır.

 

- Hazırda cəbhədə ermənilər ağır məğlubiyyətə düçar olunurlar. Buna baxmayaraq Paşinyan rejiminin ağ bayraq qaldırması nə ilə izah edilə bilər?

 

- Ermənilərin bütün hücumlarının qarşısı Azərbaycanın rəşadətli ordusu tərəfindən alınır. Onlara gələn bütün yardımlar, əlavə köməkliklər məhv edilir. Canlı qüvvələri, hərbi texnikaları və silah, sursat anbarları sıradan çıxarılır. Ordumuz qarşısında məğlub olduğundan Paşinyan rejimi Azərbaycanın dinc əhalisini hədəf seçir. Bununla əslində Ermənistan özünün bir daha vandallığını, barbarlığını ortaya qoyur. Bizim bu baxımdan demək istəyərdim ki, müvafiq strukturlarımız düz işləyirlər. Həm xarici işlər nazirliyi, həm də Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bu baxımdan xüsusi fəallıqlarını, bacarıqlarını və peşəkarlıqlarını nümayiş etdirirlər. Artıq dünya miqyasında erməni vandallığı təqdim olunub, yəni dünyanın ayrı-ayrı ölkələrində Gəncədə törədilən erməni vandallığı ilə bağlı KİV-lərdə yazılar gedib, görüntülər yayılıb, səfirlər və müxtəlif beynəlxalq təşkilatların Azərbaycanda olan nümayəndələri həm Gəncəyə, həm də Mingəçevirə aparılaraq onlar öz gözləri ilə bu vandallığın şahidi olublar. Beləliklə artıq Azərbaycanın bundan sonra apara biləcəyi və apardığı hərbi əməliyyatlar beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən bu və ya digər şəkildə ittiham oluna və qınanıla bilməz. Kim bundan sonra Ermənistanın yanındadırsa deməli o da vandallığı, faşizmi, soyqırımı müdafiə edən ölkədir. Yəni bu artıq birmənalı şəkildə bu cür qəbul edilməlidir.

 

- Azərbaycan ermənilərin Gəncədə dinc əhaliyə qarşı törətdikləri terror əməli ilə bağlı beynəlxalq məhkəməyə müraciət edə bilərmi?

 

- Faktiki olaraq Ermənistanın davamlı olaraq həyata keçirdiyi vandalizm və dinc əhaliyə qarşı vəhşilikləri heç şübhəsiz ki, fakt kimi dərhal nəzərə alınır və bununla bağlı ölkənin baş prokurorluğu tərəfindən cinayət işi açılıb. Bu gün Azərbaycanın hüquq-mühafizə orqanları ermənilərin dincə əhaliyə qarşı, eyni zamanda Gəncədə törətmiş olduqları vəhşiliklərlə bağlı bütün faktları araşdırır. Açılmış olan istintaq materiallarına bütün bunların hamısı ciddi şəkildə əlavə olunur və bununla kifayətlənilmir, eyni zamanda həmin materiallar beynəlxalq səviyyədə ən üstün qurumlra təqdim olunur. Bu artıq gələcəyin işidir. Mən tamamilə əminəm ki, işğalçılar torpaqlarımızdan bir nəfər kimi tənzimlənəcək və ondan sonra artıq onların törətmiş olduqları təkcə bu cinayət deyil, eyni zamanda, Xocalı soyqırımı və çox saylı digər vandal əməlləri, soyqırımı xarakteri daşıyan ermənilərin cinayətləri heç şübhəsiz ki, beynəlxalq səviyyədə özünün layiqli hüquqi-siyasi qiymətini alacaq. Sadəcə olaraq, indi xalqımızı əmin etmək istəyirik ki, Azərbaycanın qəhrəman ordusunun atmış olduğu addımlar əslində ermənilərin törətmiş olduğu bu cür cinayətlərin qarşısında kifayət qədər daha ciddi nəticələr verir. Onların törəmiş olduğu hər bir bu cür vandal hərəkətlərinə qəhrəman, rəşadətli ordumuz birə-on qat cavabını verir və bunun intiqamını alır. Yəni ermənilərin atmış olduqları bu vəhşi addımlar bu gün ordumuzun onların övladlarına qarşı cəbhədə dinc insanlara qarşı yox, döyüş xəttində, əlində silah tutan erməni sakinlərinə, ermənilərə qarşı cavablar verilir və kifayət qədər o intiqamımızı bizim ordumuz alır. Bir sözlə, ermənilərin atmış olduğu bu vandalizm cavabsız qalmayacaq, buna mən qətiyyən şübhə etmirəm. Ordumuz irəliləyir, müvəffəqiyyətli əməliyyatlar həyata keçirilir, mən deyərdim ki, əslində işğal olunmuş torpaqlarımızın erməni işğalçılarından azad edilməsinin taleyi Azərbaycan xalqının xeyrinə demək olar ki, həll olunub.

 

- Hansı səbəbdən?

 

- Birincisi, işğal olunmuş torpaqlarımızın, bütövlükdə Qarabağın işğaldan azad edilməsinin taleyi Hadrutda həll olunub. Hadrut Azərbaycanın rəşadətli silahlı qüvvələri tərəfindən ələ keçirildi. Artıq orda bütün yüksəkliklər Azərbaycan ordusunun ixtiyarındadır, bu birmənalıdır və ermənilərin yaymış olduğu dezinformasiyanın heç bir əsası yoxdur. Onlar bir necə dəfə cəhd ediblər ki, bizim ordumuzun ələ keçirmiş olduğu strateji yüksəklikləri, yaşayış məskənlərini geri alsınlar, amma böyük itki verərək geri çəkiliblər. Müharibənin taleyinin bizim xeyrimizə həll olunmasının ikinci mühüm vacib və son dərəcə mühüm arqumenti rəsmi şəkildə artıq Azərbaycanın müdafiə nazirliyi səviyyəsində eyni zamanda, müstəqil hərbi ekspertlər səviyyəsində qeyd olunub. Bildirilib ki, Ermənistanın Dağlıq Qarabağda yerləşmiş olduğu hərbi texnikanın və canlı qüvvəsinin 80 faizə qədəri məhv edilib. Hadrutu ələ keçirəndən və ES-300 zenit kompleksini vurandan sonra, onlar artıq idarə olunmaz vəziyyətə düşdülər və Gəncədə vandallığı törətdilər.

 

- Deməli Ermənistan hakimiyyəti əhalisinin qığına verməklə, bunun fərqində olmadıqlarını nümayiş etdirirlər?

 

- Bütün mənalarda onların hərbi texnikası, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları tamamilə məhv edilibsə, koloşnikov avtomatı ilə bizim ordumuzun qabağında necə dayana biləcəklər? Ağır və acı məğlubiyyət qaçılmazdır. Digər bir tərəfdən bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanın aparmış olduğu yüksək texnologiyalar müharibəsini təhlil edirlər. Yeganə Azərbaycan ölkəsidir ki, 20-ci əsirdə yüksək texnologiyaların imkan vermiş olduğu dronlar və pilotsuz aparatlar vasitəsi ilə canlı qüvvəmizi də itki vermədən, hətta təyyarələrə belə ehtiyac olmadan pilotsuz aparatlar ermənilərin bütün strateji nöqtələrini vurur, hərbi texnikasını məhv edir, artilleriya qurğularını, canlı qüvvəsini sıradan çıxarır.

 

- Deməli artıq, Hadrurdan sonra yolumuz Şuşaya, Xankəndinədir...

 

- Faktiki olaraq Ermənistan məğlub olub. İndi qalıb bizim digər təmizləyici işlərimiz. Hadrutdan Xankəndinə 50-60 kilometrdir. Bu gün Hadrut ətrafında götürdüyümüz yüksəkliklərdən Ermənistanın və Dağlıq Qarabağın istənilən nöqtəsini yerlə yeksan etmək mümkündür. Deməli müharibənin taleyi faktiki olaraq həll olunub. Mən istəməzdim ki, bu gün hərbi uğurlarımızın davam etdiyi bir zaman kəsiyində biz daha çox emosiyalara üzərində fikirlərimizi quraq, sosial şəbəkələrdə münasibətlərimizi ortaya qoyaq. Axı buna nə ehtiyac var? Ondandırsa sosial şəbəkələrdə rəşadətli ordumuzun sıralarında erməniləri məhv edən, texnikasını sıradan çıxaran əsgərlərimizin şəkillərini yaysınlar, Suqovuşanda, Talış kəndində, Cəbrayılın kəndlərində ucalan bayraqlarımızı göstərsinlər. Axı öldürülən erməninin meyitinin sosial şəbəkələrdə yaymağa nə ehtiyac var. Rəy bölümündə də yazırlar “erməni öldürüldü”. Bir erməni yox, minlərlə erməni ölüb və öləcək. Bu ermənilərin problemdir. Gəliblər torpaqlarımızı işğal ediblər, deməli özlərini ölüm maşınının qabağında qoyublar. Əgər ölmək istəmirlərsə rədd olub getsinlər bizim torpaqlarımızdan. Çünki bu torpaqları bizim torpaqlrımızdır. Onların bu gün yaşadıqları dövlət bizim torpaqlardır. O tarpaqlarda himayədarları tərəfindən dövlətlərin qurdular.

 

- Tam qətiyyətlə demək olar ki, bu gün Azərbaycan tarix yazır

 

- Elədir ki, var. Düşünürəm ki, rəşadətli silahlı qüvvələrimizin tarixə qızıl hərflərlə yazdığı bugünkü tarix müstəqil Azərbaycan ən şanlı səifələrindən biridir. Bu gün etiraf olundu ki, Azərbaycan Prezidenti İlham Əliyev həm də çox mükəmməl bir strateq olduğunu, Ali Baş Komandan və Sərkərdə olduğunu təsdiqlədi. Bu gün ayrı-ayrı saytlardan da oxuyuruq ki, dünyanın hərbi ekspertləri Azərbaycanın aparmış olduğu müharibənin uğurlarını başlayırlar təhlil etməyə və görürlər ki, 30 il cəbhədə möhkəmlənən, ən müxtəlif səviyyələrdə mühəndis-istehkamları quran ermənilərin müdafiəsinin hamısını əsgərlərimiz böyük itki vermədən dağıtdı. Nəzərə alsaq ki, biz aşağıda, onlar yuxarıda idilər. Yəni daha çox itik verə bilərdik. Ancaq peşəkarlıq və yüksək hərbi hazırlıq öz sözünü dedi. Az itki verməklə erməni murdarları ölkəmizdən qovmaqda davam edirik. Son əsgərinə qədər getməsələr onların meyitləri Azərbaycanda qalacaq. Düşünürəm ki, çox qısa zaman kəsiyində ərazi bütövlüyümüzü təmin edəcəyik və işğalçı ordunu Azərbaycanın ərazisindən iti qovan kimi qovacağıq. Ulu Öndər Heydər Əliyev təməlinin qoymuş olduğu və ölkə Prezidentinin Ali Baş Komandanın formalaşdırdığı silahlı qüvvələrimiz atmış olduğu addımlarla və əldə etmiş olduğu qələbələrlə nəyin ki, hər bir azərbaycanlını sevindirir eyni zamanda, Ulu Öndərimizin ruhunu da şad edir. Məsələ bundandır ki, ərazi bütövlüyümüz təmin ediləndən sonra regionda geosiyasi vəziyyət tamam dəyişəcək. Siz bunun şahidi olacaqsınız. Azərbaycan qalib bir dövlət kimi ədalətə haqqa söykənən bir dövlət kimi öz cəmiyyəti ilə xalqı ilə bərabər dünya miqyasında çox böyük nüfuz sahibi olacaq və Azərbaycanla artıq başqa dildə danışmaq məsələsinə son qoyulacaq. Yəni qısqanclıq göstərən, paxıllığını çəkən olacaq, ancaq bütün bunlara baxmayaraq, Azərbaycan öz yolu ilə daha ciddi uğurlara doğru addımlar atacaq, hədəflərinə çatacaq.

 

- Ölkəmizin hər bir vətəndaşı, gənclərimiz kütləvi şəkildə cəbhəyə getməyə çalışır. Bu vətənə, doğma yurdumuza yüksək bağlılığın nümunəsi sayıla bilər?

 

- Bizim gəncliyimiz indi cəbhədə xariqələr yaradır, böyük qəhrəmanlıqlar göstərir. Bu xalq qəhrəman xalqıdır, döyüşkən xalqdır. Bizim soyumuz, yəni türk xalqları bəşəriyyətə döyüşkən xalq kimi öz imzasını atıb. Böyük dövlətlər, imperiyalar yaratmışıq. Bu gün ön cəbhədə Azərbaycanda yaşayan bütün etniklərin nümayəndələri döyüşürlər. Ermənilərə qarşı belə bir cəmiyyət heç şübhəsiz ki, dünyada çox ciddi bir hörmət sahibi olacaq. Azərbaycan regionda söz sahibi olmaqla bərabər illərdən əsrlərdən bəri içimizdə, qəlbimizdə olan o sızıltıları da aradan qaldırmaq üçün ciddi imkanlar və şərait olacaqdır. Qələbə bizimlədir, əsgərlərimizə can sağlığı arzulayırıq, uğurlar diləyirik, onları övladımız qədər sevirik, bütün Azərbaycan xalqı onlarla bərabərdir və onlar da arxayın olsunlar ki, arxaları xalqla möhkəmdir, Ali Baş Komandanına möhkəmdir, irəliliyə getsinlər, düşmənə zərbənin dalınca zərbə vursunlar, işğal olunmuş torpaqlarımızı əbədi olaraq bu vətənə birləşdirsinlər və beləliklə Azərbaycanın tarixində özlərinin əbədi qəhrəmanlıq salnaməsini yazıb, qəhrəman kimi bu vətən övladı kimi tarixə düşsünlər.

 

- Azərbaycanda ordu-xalq birliyi daha böyük zəfərlərə imza atacağımıza əsas olduğunu demək olarmı?

 

- Hər bir dövlətin bel sütunu nədir? Onun ordusudur. Azərbaycanın bel sütunu olan ordusu Ermənistanın bel sütununu sındırıb. Bel sütunu sındırılanda ətraflar tamamilə hərəkətsiz və iflic olur. Yəni bədən iflic olur. Bu baxımdan Ermənistan eyni şəkildə iflic vəziyyətinə düşüb və mən tamamilə əminəm ki, Ermənistanda reallığı qəbul etməsələr o dövlət kimi artıq məhvə məhkumdur.

 

Hər bir dövlət başçısı özünün səviyyəsi, davranışı və intellekti, həyata keçirmiş olduğu daxili və xarici siyasətlə öz xalqını, özünü təqdim edir. Elə liderlər olur ki, o xalqını doğurdan da fəlakətli vəziyyətə salır, necə ki, Ermənistanda hakimiyyətə gələnlər və Paşinyan erməni xalqını artıq layiq olduğu yerdə saxlamaqdadır, o fəlakətli vəziyyətə gətirib saxlamaqdadır. O xalqların ki, lideri bütün ruhu və varlığı ilə millətinə bağlıdır, yüksək intellekti var və xalqına təmənnasız xidmət etməyi özünə şərəf bilir, onun ən balaca uşağından başlamış ən yaşlı insanlarına qədər onu sevgi ilə, həmdə səmimi hissləri ilə özünün aurasına alırsa, o xalqlar, o millətlər çox xoşbəxtdir. Bizim Prezidentimiz İlham Əliyev bax bu xarakterli dövlət başçısıdır. O çox fərqli bir lider olduğunu ortaya qoydu və təkcə Azərbaycan xalqının böyük Sərkərdəsi, Ali Baş Komandanın adını əbədi olaraq Azərbaycan tarixinə yazan dövlət və siyasi xadim, Prezident kimi deyil, eyni zamanda, bəşəri dəyərləri özündə ifadə edən dünya lideri səviyyəsində özünü təqdim etdi. Axıra qədər dedi ki, mən tapşırıq vermişəm ki, bir nəfər də olsun mülki vətəndaşa atəş açılmasın, buna biz getmirik və getməyəcəyik də. Hədəfimiz əli silahlı düşməndir, onlara aman verilməyəcək. Silahı yerə qoyub, təslim olmasalar hamısı məhv ediləcək. Yolumuz Şuşaya, Xankəndinədir, Qarabağ Azərbaycandır!

 

Müəllif: Gülyana

Səs.- 2020.- 17 oktyabr.- S.11