Yerli özünüidarəetmə
orqanlarının fəaliyyətində
daha çox keyfiyyət göstəricilərinə
nail olmalıyıq
Milli Məclisin
deputatı Fatma Yıldırım www.yap.org.az saytına
müsahibə verib:
-
Fatma xanım, bu günlərdə Milli Məclisin Gənclər
və idman komitəsinin və Azərbaycan Şəhər, Qəsəbə
və Kənd Bələdiyyələri Milli
assosiasiyalarının birgə təşkilatçılığı
ilə “Yerli özünüidarəetmədə gənclərin
rolu” mövzusunda videokonfrans keçirilib. Videokonfransda siz də iştirak etmisiniz. Mövzunun aktuallığı ilə
bağlı fikirlərinizi
bilmək istərdik...
- Hər bir
ölkənin ictimai-siyasi,
sosial-mədəni həyatında
gənclər mühüm
rola malik əsas qüvvələrdən
biri hesab olunur. Azərbaycanda gənclər dövlətin
diqqət və qayğısını hər
zaman öz üzərlərində hiss
edir. Xüsusən də, cənab
Prezident İlham Əliyevin təsdiq etdiyi 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin
inkişaf Strategiyası
və digər sərəncamlardan irəli
gələn tədbirlər
müasir gəncliyimizin
intellektual, fiziki və mənəvi, bir sözlə hərtərəfli inkişafını təmin etmişdir. Görülmüş
çoxsaylı tədbirlər
nəticəsində əminliklə
deyə bilərik ki, respublikamızda gənclər siyasəti uğurla davam etdirilir.
Ötən dövrlər ərzində
əldə olunan mühüm nailiyyətlərdən
biri də gənclərin dövlət
və yerli özünüidarəetmə orqanlarının
işində gənclərin
təmsilçilik səviyyəsinin
artırılmasıdır. Ölkəmizdə son 3 bələdiyyə seçkilərinin
nəticəsində gənclərin
üzv olaraq seçilmə statistikasına
əsasən 2009-cu ildə
26%, 2014-cü ildə 36%, son
seçkilərdə isə
1606 bələdiyyə üzrə
15000-ə yaxın bələdiyyə
üzvündən 40% gənclərin
seçilməsi doğrudan
da böyük uğurlarımızdan sayılır.
Lakin, əldə olunan bu kəmiyyətdəki
irəliləyişlərlə bərabər çalışmalıyıq
ki, bələdiyyələrin
fəaliyyətində keyfiyyət
göstəricilərinə də nail olaq.
Tədbirdə bu istiqamətdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, həmçinin Elm və təhsil
komitələrinin üzvü
kimi təkliflərimi
səsləndirdim.
- Həmin təkliflər
nədən ibarətdir?
- Bildiyimiz kimi,
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası
Qanununun 6-cı maddəsi
yerli ekoloji proqramlardan bəhs edir. Gənclər belə proqramların hazırlanması və qəbul edilməsində təşəbbüskarlıq və
fəallıq göstərməlidir.
Son bələdiyyə seçkilərində
seçilmiş gənclər
yeni ideyalarını qanunvericilikdə nəzərdə
tutulduğu qaydada əsaslandırmaqla üzvü
olduğu bələdiyyənin
və rayon icra hakimiyyətlərində
fəaliyyət göstərən
müvafiq komissiyaların
rəhbərliyinə bildirməlidirlər.
Məlumdur ki, bir çox ölkələrdə,
o cümlədən Azərbaycanda
su ehtiyatlarından səmərəli istifadə
əhalinin və təsərrüfat subyektlərinin
tələbatına uyğun
olaraq təmin edilməsi aktual və həlli vacib olan məsələlərdən
biridir. Yaranmış
vəziyyət üzv
olduğum parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində deputatların və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
rəhbərliyinin iştirakı
ilə müzakirə
edilib.
Bilirsiniz ki,
qeyd etdiyimiz məsələ ilə bağlı Prezident İlham Əliyev iyul ayında aidiyyatı qurumların rəhbərlərinin iştirakı
ilə müşavirə
keçirmiş, mövcud
vəziyyət hərtərəfli
təhlil edilmişdir.
Müzakirələrin nəticəsi
olaraq olaraq “Tədbirlər planı” təsdiq edilmiş və əlavə tədbirlər görülməsi
üçün bir sıra müvafiq sərəncamlar verilmişdir.
Hesab edirəm ki, bələdiyyələr
də bu prosesdən kənarda qalmamalı, qanunvericiliklə
müəyyən edilmiş
vəzifələrini yerinə
yetirməlidirlər.
Bələdiyyələrin
su təsərrüfatı
haqqında Azərbaycan
Respublikasının Qanunundan
irəli gələrək
bələdiyyələrin içməli su və suvarma suyunun istifadəsində iştirakı üçün
geniş imkanlar vardır. Belə ki, əhali
arasında suvarma və içməli sudan istfadə olunmasına dair təbliğat işlərinin
aparılması, suvarma
sularının istifadəçiləri
arasında düzgün
və növbəliliklə
bölünməsinin, həmçinin
sahələr arası
su arxlarının təmizlənməsinin təşkil
edilməsi bələdiyyələrin
əsas vəzifələrindən
biridir. Qəsəbə və kəndlərdə
mövcud bulaq və kəhrizlərin mənbəyinin ətrafının
təmizlənməsi və
dezinfeksiya işlərinin
aparılması, əhaliyə
verilən içməli
su borularının təmiri və yeniləri ilə əvəz edilməsi işlərini bələdiyyələr
həyata keçirməklə sakinlərin
etimadını daha da qazanmış olardı.
Yerli ekoloji proqramlar
tərtib edərkən
bələdiyyə ərazisinin
abadlaşdırılması, məişət tullantılarının
yığılması və
digər sahələr
üzrə dövlətin
həyata keçirdiyi
tədbirlərdən kənar
olaraq yerli layihələrin tərtibinə
üstünlük verilməlidir.
- Sizcə, bələdiyyələr
öz potensialından,
gənclərin imkanlarından
səmərəli istifadə
edə bilirmi? Yerli özünüidarəetmə
orqanları inkişaf
üçün daha hansı addımlar ata bilərlər?
- Çox arzu
edərdim ki, qanunvericilikdə nəzərdə
tutulan təhsil və məktəbəqədər
tərbiyə müəssisələri
yaradılsın. Bilirsiniz
ki, ölkəmizdə
xeyli sayda özəl uşaq baxçaları yaradılmışdır.
Maliyyə imkanı yaxşı olan bələdiyyələrdə belə
sosial yönümlü
təşəbbüslərin irəli sürülməsi
çox təqdirəlayiq
hal olar.
Bu gün
gənc bələdiyyə
üzvlərinin əksər
çoxluğunu qadın
üzvlər təşkil
edir. Ölkəmizdə
Birinci vitse-prezident Mehriban xanım Əliyeva geniş miqyaslı gender siyasətinin reallaşmasına
çox böyük dəstək verir. Hesab edirəm ki, həmin siyasətə uyğun olaraq yerli özünüidarəetmədə
həm gənclərin,
həm də qadınların rolunun artırılması prosesi
paralel davam etdirilməlidir.
Artıq bir
sıra bələdiyyələrdə
gender komissiyalarının
yaradılması istiqamətində
tədbirlər görülür.
Bir neçə bələdiyyə
isə pilot olaraq müəyyən edilmişdir. 93 saylı Bərdə şəhər
seçki dairəsinin
deputatı olaraq mənim üçün çox xoşdur ki, Bərdə şəhər bələdiyyəsi
də pilot olaraq müəyyən edilib və bələdiyyəyə həm
texniki, həm də metodiki kömək göstərilir. Yaradılacaq
həmin komissiyanın
işində və digər tədbirlərdə
çalışacağam ki,
müəyyən dəstək
göstərək və
tövsiyyələrimimzi çatdıraq.
Düzdür, ola bilsin ki, istər yerli ekoloji, istərsə də digər sahələrdə
təşəbbüslər maliyyə çətinliyi,
kadr potensialı və ya digər
səbəblərdən bələdiyyə
rəhbərliyi tərəfindən
ilkin olaraq dəstəklənməyə bilər.
Lakin, gənclər ruhdan düşməməli,
öz ərazilərində
vətəndaşların sosial
sifarişlərindən irəli
gələn təkliflərinin
həlli yollarını
daha da əsaslandırmalıdır.
Yaxşı olar ki, beynəlxalq təcrübədən yararlanaraq,
yerli və xarici donorlara layihələrlə müraciət
edilsin. Bir sözlə, potensial yerli imkanları bir daha təhlil
eməklə, gənclər
öz təşəbbüskarlığını
davam etdirməlidir.
Artıq iki
ildir ki, bəzi bələdiyyələr
dövlət büdcəsindən
subvensiya alırlar. Yaxşı olardı ki, dayanıqlı gəlir məmbələrinin yaradılması
istiqamətində aidiyyatı
qurumlara layihələr
təqdim edilsin. Əgər, doğrudan da layihələr qanunvericiliklə müəyyən
edilmiş tələblərə
cavab verməklə büdcə gəlirlərinin
artmasına səbəb
olacaqsa yəqin ki, gec-tez həmin
layihələr dəstəklənəcəkdir.
Həmçinin 2020-ci il respublikamızda “Könüllülər
ili” elan olunub. Pandemiya dövrünü əhatə edən 2020-ci
ildə bələdiyyələr
könüllülərin iştirakı
ilə müəyyən
tədbirlər təşkil
edə bilərlər.
Ərazilərdə olan
əhaliyə gənclər
qədər yaxın heç kim
ola bilməz. Ona görə də vətəndaşlar arasında
maarifləndirmə tədbirlərində
fəal iştirak etməklə onların məmnunluğunu təmin
edən dövlət və bələdiyyə maraqlarını ifadə edən mesajlar çatdırmaq lazımdır.
Bir sözlə,
gənclər elə fəallıq göstərməlidir
ki, bu, yerli
özünüidarəetmədə gənclərin rolunu artırmaqla ölkə bələdiyyələrinin inkişafına
töhfə olsun.
Yıldırım Fatma
Səs.-2020.- 1
sentyabr.- S.8.