Azərbaycanın infrastruktur siyasəti
yüksək mərhələdə
Prezident İlham
Əliyev: "Azərbaycanın bütün yolları bundan
sonra da ən yüksək standartlara cavab verməlidir"
İnkişaf və tərəqqi yollardan
başlayır. Azərbaycan Prezidenti İlham Əliyein mütəmadi
olaraq, nəinki avtomobil yollarının, həmçinin digər
sahələrin də inkişaf etməsinə daha çox
diqqət yetiri, vəsaiti ayırır, yeni yolların,
yeraltı keçidlərin açılışını
edir. Elə avqustun 9-da Prezident İlham Əliyevin Mərdəkan-Zuğulba
avtomobil yolunda yerüstü piyada keçidinin
açılışı deyilənlərin
realllığıdır. Verilən məlumata görə bu
yerüstü piyada keçidi tikilərkən ətrafdakı
yaşayış massivi, məktəbin mövcudluğu,
insanların daha çox yolun bu hissəsindən istifadəsi
və digər amillər nəzərə alınıb.
Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama
əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
çərçivəsində inşa edilib. Keçidin
ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç
dayaq üzərində torşəkilli metal konstruksiyadan
quraşdırılmış keçidin orta hissəsinin
uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə
57 dərəcə bucaq altında kəsişən 39 ədəd
polad halqadan yığılıb. Rahat hərəkət
üçün keçiddə beynəlxalq standartlar nəzərə
alınmaqla panduslar quraşdırılıb. Pandusların
maililiyi 8 dərəcəyə bərabərdir. Bildirilib ki,
bu piyada keçidinin layihəsi italiyalı dizaynerin təxəyyülünün
məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər
tərəfindən hazırlanıb.
Bəli, əsl iyasət konkret
real iş görməkdən ibarətdir. "Əsl siyasət
konkret, real iş görməkdən ibarətdir" deyən
dövlət başçısının son 17 il ərzində
qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar
Cənab Prezidentin daim xalqın mənafeyindən
çıxış etdiyini, habelə, verdiyi vədlərin
sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini,
gerçəkliyə adekvat olduğunu göstərmişdir.
Məhz ölkəmizin davamlı inkişafına,
xalqımızın rifahının yüksəlişinə
xidmət edən, sürətlə yeniləşən və
müasirləşən yol infrastrukturu da müstəqil
dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir.
Məhz Azərbaycan Prezidentinin də ən böyük
amalı xalqının rahat, firavan yaşamasıdır. Görülən
işlərin reallıqları bunun təsdiqidir.
"Azərbaycan yol infrastrukturunun keyfiyyətinə
görə, bir çox inkişaf etmiş ölkələri
qabaqlayır və bu proses davam etdiriləcək"
Ölkəmizin davamlı inkişafına,
xalqımızın rifahının yüksəlişinə
xidmət edən, sürətlə yeniləşən və
müasirləşən yol infrastrukturu da müstəqil
dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir.
Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyanı Prezident İlham Əliyev uğurla davam etdirərək,
onu dövrün tələblərinə, zamanın çağırışına
uyğun olaraq, daha da zənginləşdirib. Bunun bariz
nümunəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə son 17 ildə Azərbaycanda sürətli və
davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu inkişafın əsas
elementlərindən biri olan yol infrastrukturunun müasir səviyyədə
yenidən qurulması istiqamətində ölkəmizdə
tarixi layihələr icra olunub. Bu gün Azərbaycanda
dövlət büdcəsi hesabına ən müasir yol
infrastrukturu qurulur və irimiqyaslı layihələr icra
olunur. İndi istər paytaxt Bakıda, istərsə də
bölgələrdə uzanan müasir yollar, ümumilikdə,
ölkə əhalisinin təhlükəsizliyini və
rahatlığını təmin etməklə yanaşı,
regionların sosial-iqtisadi inkişafına da təsir
göstərir. Azərbaycan Prezidentinin Sərəncam
və göstərişlərinə əsasən, ölkəmizin
hər yerində - paytaxtımızda, eləcə də,
regionlarda kənd və qəsəbələri birləşdirən
yolların, həmçinin, yaşayış məntəqələrinin
daxili yollarının təmirinə və yenidən
qurulmasına ayrılan diqqətin nəticəsidir ki,
avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur
təzələnir və müasirləşir. Dövlətimizin
başçısının tapşırıq və göstərişlərinə
əsasən, beynəlxalq əhəmiyyətli yolların
inşası ilə yanaşı, yeni kənd yollarının
çəkilməsi, mövcud yolların yenidən qurularaq,
müasir səviyyəyə çatdırılması istiqamətində
də çox mühüm layihələr icra olunub.
Prezident İlham Əliyev "Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət
Proqrammı"nın icrasının birinci ilinin
yekunlarına həsr olunan konfransda da bu məsələyə
toxunub: "Avtomobil yollarının çəkilişi ilə
bağlı bir neçə önəmli layihə həyata
keçirilir. Onlardan biri Gəncə-Gürcüstan sərhədi
avtomobil yolunun dörd zolağa genişləndirilməsidir.
Sumqayıtdan Rusiya sərhədinə gedən yeni
dördzolaqlı yolun tikintisi aparılır və hesab edirəm
ki, ilin sonuna qədər bu yol da istifadəyə veriləcək.
Astara-İran sərhədi avtomobil yolunun tikintisi də
gündəlikdədir".
Dövlətimizin
başçısının tapşırıq və göstərişlərinə
əsasən, beynəlxalq əhəmiyyətli yolların
inşası ilə yanaşı, yeni kənd yollarının
çəkilməsi, mövcud yolların yenidən qurularaq,
müasir səviyyəyə çatdırılması istiqamətində
də çox mühüm layihələr icra olunub.
Məhz dövlət
başçısının yol infrastrukturuna xüsusi diqqət
ayırmasının nəticəsidir ki, bu gün
respublikanın ən ucqar kəndlərinə belə
müasir, beynəlxlaq standartlara cavab verən yollar çəkilib.
Ümumilikdə, əhalinin rahat gediş-gəlişinin təmini
istiqamətində böyük layihələr
reallaşdırılır. Paytaxt Bakının qəsəbədaxili
yolları yenidən qurulur.
Bir faktı da vurğulamaq
lazımdır ki, ölkə Prezidenti regionların sosial-iqtisadi
inkişafı ilə əlaqədar istər Bakıda, istərsə
də hər bir rayonda tikintisi başa çatmış sosial
obyektlərin, infrastruktur layihələrinin
açılışını edərək, görülən
işlərin keyfiyyətinə nəzarət etməklə
yanaşı yerlərdə əhali ilə görüşlər
edir, onları narahat edən məsələlərlə
maraqlanıb.
Həmçinin, onu da vurğulamaq
lazımdır ki, respublikamızın bütün şəhər,
rayon və kəndlərində yol tikintisinə çox
milyardlıq investisiyalar qoyulub. Bütün bunları nəzərə
alan cənab Prezident sistemli şəkildə kəndarası
yolların yenidən tikilməsi barədə də sərəncamlar
imzalaması o bölgələrdə yaşayan on minlərlə
insanın sevincinə səbəb olub. Və bu da bir daha hər
bir azərbaycanlıya Prezidentin qayğı və diqqətinin,
xalqın da öz Prezidentinə inamının göstəricisidir.
"Bütün yol-nəqliyyat infrastrukturu
müasir tələblərə cavab verməlidir"
Yeri gəlmişkən, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin
sədrinin qəbulu zamanı bildirib ki, ölkəmizdə yol
tikintisinin geniş vüsət aldığını bildirərək
deyib ki, hər il bizdə min kilometr yeni yol çəkilir, bu
il də istisna deyil: "Şadam ki, Davos Ümumdünya
İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş
var. Keçən dəfə yolların keyfiyyətinə
görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik
və MDB məkanında birinci yerdəyik".
Dövlət başçısı onu da
bildirib ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini
verir. Yol tikintisi geniş vüsət alıb və yollar
yüksək keyfiyyətlə tikilir: "Bu ilin investisiya
proqramında yolların tikintisi üçün kifayət qədər
vəsait ayrılıb. Həm magistral yolların, şəhərlərarası,
kəndlərarası və kənd yollarının çəkilişi
üçün. Magistral yollara gəldikdə, biz əsas
qonşularımızla - üç qonşu ölkə ilə
yollarımızın çəkilişini demək olar ki,
başa çatdırmışıq. İndi Rusiya sərhədinə
qədər yeni yol çəkilir. Bu barədə məlumat
verərsiniz. Eyni zamanda, Gürcüstan istiqamətinə - Gəncədən
sərhədə qədər ikizolaqlı yolu biz
dördzolağa genişləndiririk. Bu layihə haqqında da
məlumat verərsiniz. İran sərhədinə qədər
yolun bir hissəsinin çəkilişi hələ qalıb, əsas
yol çəkilib, məsafə də qısalıb. Bu da
çox önəmli layihədir".
Dövlət başçısı,həmçinin
şəhərlərarası yolların səkilişi ilə
yanaşı kənd yollarınnı da tikintisinə də
diqqət yetirlməyi bildirib: "Bu il, eyni zamanda, şəhərlərarası
yolların çəkilişinə və kənd
yollarının tikintisinə vəsait nəzərdə
tutulub. O cümlədən son dəfə mən sizə
tapşırıq verdim ki, Bakı qəsəbələrinin
yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası,
həm də qəsəbədaxili yolları təmir
olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi
yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar
olmamalıdır. Qəsəbədaxili yollara asfalt
vurulmalıdır".
Bütün dünyanın
koronavirus pandemiyasına görə böhrana düçar
olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm
də qeyri-neft sektorunda inkişafın qeydə alınması
bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət
hər vəziyyətdə, hər cür şəraitdə
öz bəhrəsini verir və ölkə Prezidenti
bundan sonra da bu işlərin görülməsini tələb
edib. Təqdirəlayiq məsələlərdən
biri də budur ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə
əlaqədar büdcədə zəruri olmayan layihələrin
dayandırılması və ixtisara salınması barədə
göstəriş versə də, sosial sahədə heç
bir proqramın ixtisar edilməyəcəyini bildirmişdir.
Bu bir daha onu deməyə əsas verir ki, ölkəmizdə
aparılan siyasətin ana xəttini Azərbaycan
Respublikasının vətəndaşı tutur, vətəndaşa
yüksək qiymət verilir, görülən hər bir
iş vətəndaşın sosial rifahının
yaxşılaşdırılmasına yönəlib. Məhz
bu gün ölkəmizdə sosial sahəyə göstərilən
qayğının nəticəsidir ki, orta aylıq əməkhaqqı
28 faiz, orta pensiyanın məbləği 27 faiz artıb. Nəticədə
hazırda orta aylıq əməkhaqqı 712, orta pensiya 295,
yaşa görə pensiya isə 330 manata yaxındır.
Hazırda ünvanlı sosial yardım alan insanların
sayı 70 mindən çoxdur.
Bir sözlə, bütün
bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının
yüksəlməsi məsələsini priotitet sahə kimi
diqqətdə saxladığını, artıq bu istiqamət
üzrə çox böyük işlər
görüldüyünü və qarşıdan gələn
illərdə də bu tendensiyanın qorunub
saxlanacağını bir daha təsdiq edir.
Qısqanclıqla qarşılanan həqiqətlər…
Sözsüz ki, ölkəmizdə
dövlət başçımızın rəhbərliyi və
nəzarəti ilə görülən uğurlu işlərə
ancaq bir düşmənimiz ermənilər, bir də
içimizdə olan "sapı özümüzdən olan
baltalar" -satqın və mənəviyyatsız radikal
müxalifət. Göründüyü kimi, bütün
çətinliklərə baxmayaraq, məhz ölkə
Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir
ki, hətta böhranlı illərdə də və
bugünkü pandemiya dövründə də Azərbaycan
sürətlə inkişaf edə bilir. Belə
ki, iqtisadi potensialın gücləndirilməsi, müasir
sosial infrastrukturun yaradılması, minlərlə istehsal
müəssisəsinin, nəhəng zavod və fabriklərin,
yeni iş yerlərinin açılması, əmək
haqlarının, pensiyaların, müavinətlərin
ardıcıl şəkildə artırılması əhalinin
sosial durumunun əhəmiyyətli dərəcədə
yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq bəzi
daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən
mətbuat əsassız, qərəzli şəkildə həyata
keçirilən siyasəti ləkələməyə, onun əhəmiyyətini
azaltmağa çalışır. Bu mənada
bir sıra müxalifət funksionerləri koronavirusla
bağlı aparılan uğurlu addımları öz
maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə
çevirmək üçün müəyyən cəhdlər
göstərsələr də xalq öz Prezidentinə
inanır. Çünki ölkə Prezidentinin
apardığı uğurlu islahatlar ölkəmizin
inkişafına, vətəndaşların rifah halının
yaxşılaşdırılmasına
hesablanmışdır.
"Biz bu uğurlara doğru birlikdə, vəhdət
şəklində getmişik, bundan sonra da həmin yolumuzu
davam etdirəcəyik"
Bəli, Azərbaycan inkişaf
yolunu tutub və bu reallıq inkaredilməzdir ki, dövlətimizin
düzgün təmələ əsaslanan siyasəti nəticəsində
arxada qalan il əvvəlki ildən daha böyük
uğurlarla zəngin olur. Ölkənin hərtərəfli
inkişafında iqtisadi amilin rolunu önə çəksək,
Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu
gün digər ölkələrə nümunə göstərilməsi,
ən əsası inkişafın Azərbaycan modelinin
mövcudluğundan bəhs olunması
uğurlarımızın təsdiqidir. Dövlətimizin
başçısı İlham Əliyev də bu uğurlara əsaslanaraq
bildirir: "Bu gün Azərbaycan öz qüvvəsi, maliyyə
imkanları hesabına ən mürəkkəb layihələri
icra edə və onu məntiqi sonluğa çatdıra bilər.
Biz bu uğurlara doğru birlikdə, vəhdət şəklində
getmişik, bundan sonra da həmin yolumuzu davam etdirəcəyik".
Azərbaycan Prezidenti İlham Əliyev həmişə
bildirir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm
də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yolun insanların, ölkənin
həyatında oynadığı müstəsna rolun əhəmiyyətini
bitr daha diqqətə çatdıran möhtərəm
dövlət başçımız öz səmərəli
fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına
açıq, rahat və müasir yol şəbəkəsi
təqdim edir.
Göründüyü kimi,
bütün bunlar bir daha onu təsdiqləyir ki,
xalqımız möhtərəm Prezidentimiz İlham
Əliyevin rəhbərliyi altında bundan sonra daha
böyük nailiyyətlərə imza atacaq, qabaqcıl
dövlətlər arasında layiqli yerini tutacaq.
RƏFİQƏ KAMALQIZI
Yeni Azərbaycan.-
2020.- 12 sentyabr.- S.3.