Sənət inciləri
ılə dünyada şöhrət tapan böyük bəstəkar
13 sentyabr görkəmli bəstəkar
Arif Məlikovun dogum günüdür
Görkəmli bəstəkar, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvü, Azərbaycan
Respublikasının xalq
artisti, Dövlət və Heydər Əliyev mükafatları
laureatı, Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdçüsü,
əməkdar incəsənət
xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikov musiqi sənəti tariximizdə
iz salmış simalardan biridir. 1933-cü il sentyabrın 13-də Bakı şəhərində
anadan olan sənətkar istedadı və zəhməti ilə Azərbaycan tarix və mədəniyyətində
iz buraxmağı bacarıb. Həm bəstəkar, həm rəssam, həm müəllim, həm də ictimai xadim kimi ölkəsinə
və xalqına xidmət göstərib.
Zəngin bir irsi sənət yoluna həkk edən Arif Məlikov orta məktəbi bitirdikdən sonra o,
1948–1951-ci illərdə Bakı
musiqi texnikumunda oxumuş, 1953–1958-ci illərdə
Azərbaycan Dövlət
Konservatoriyasında bəstəkarlıq
ixtisası üzrə
ali təhsil aıb. Tərcümeyi-halına yazıldıgı kimi əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim
kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada
1966–1968-ci illərdə baş
müəllim, 1968–1978-ci illərdə
dosent, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək
bəstəkarlıq kafedrasının
müdiri vəzifələrində
çalışıb. Arif Məlikov
Azərbaycan mədəniyyəti
tarixinin yetirdiyi sənətkarlar nəslinin
parlaq yaradıcılıq
ənənələrini ləyaqətlə
davam etdirib və milli musiqi
salnaməsinə yeni səhifələr yazıb..
Zəmanəmizin böyük
bəstəkarı Qara
Qarayevin bəstəkarlıq
məktəbinin istedadlı yetirməsi
və davamçısı
olmaqla, onun hələ tələbəlik
illərindən etibarən
müxtəlif janrlarda
bəstələdiyi əsərlər
diqqəti cəlb etmiş və musiqisevərlər tərəfindən
dərin rəğbətlə
qarşılanıb.
Kino və
dram tamaşalarına
yazdığı musiqi,
eləcə də romans və mahnıları məşhur
sənətkarların ifasında
səslənərək geniş
populyarlıq qazanıb.
Ən gözəl Azərbaycan filmlərinə
musiqi yazmış bəstəkardır. Onların
sırasında “Sehrli
xalat”, “Axırıncı
aşırım”, “Ulduzlar
sönmür”, “Qərib
cinlər diyarında”
və başqalarını
xüsusi qeyd etmək olar. Arif Məlikovun bəşəri idealları
özündə dolğun
əks etdirən əsərləri ölkəmizin
hüdudlarından kənarda
bu gün də uğurla səsləndirilməkdədir. “Məhəbbət əfsanəsi”
baletinin isə dünyanın tanınmış
teatr səhnələrində
yarım əsrdən
artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm
nailiyyətlərindəndir. 26 yaşında yazdığı
“Məhəbbət əfsanəsi”
ilə milyonların məhəbbətini qazandı. Amma bu uğur heç də onu arxayın salmadı. Gecəsini gündüzünə qataraq
daha böyük inam və inadla
yazıb-yaratdı. Məşhur
bəstəkar Dmitri Şostakoviç “Məhəbbət
əfsanəsi” baleti haqqında dəyərli fikirlər söyləyərək
belə deyib: “Arif Məlikov istedadlı bəstəkardır.
Musiqisi əsl professionaldır. Onun əsərində dərin
musiqi dramaturgiyası,
daxili inkişaf, dəqiqlik, qəhrəmanların
xarakterini yüksək
səviyyədə ifadə
etmək məziyyətləri
vardır. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik
və tamaşaçılara
məftunluq gətirib”.
Nə yazdısa ürəyinin səsi, qəlbinin hökmü ilə yazıb-yaratdı. Bəstəkarın
musiqi mədəniyyətimizin
çoxəsrlik tarixə
malik bünövrəsi
zəminində və
müasir kompozisiya texnikasını mükəmməl
mənimsəyib yüksək
professionallıqla yaratdığı
simfoniya, balet, operetta, kantata, vokal, kamera və
instrumental əsərlər
misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli
inciləri sırasında
özünə həmişəlik
yer tutdu. Bəstəkarlıq fəaliyyəti ilə
yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin
təcrübəsindən bəhrələnməklə
gənc musiqiçilər
nəslinin yetişdirilməsi
və peşəkar musiqiçi kadrların hazırlanması işində
müstəsna xidmətlər göstərmişdir.
Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur.
Arif Məlikov SSRİ
xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında
ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə
münasibətdə daim
vətənpərvər ziyalı
mövqeyi nümayiş
etdirdi.
Akademik Arif
Məlikovun Azərbaycan
musiqi mədəniyyətinin
inkişafı və təbliği sahəsində
uzunmüddətli səmərəli
fəaliyyəti dövlət
tərəfindən layiqincə
və yüksək qiymətləndirilmişdir. O, bir
sıra fəxri adlara layiq görülmüş,
Azərbaycan Respublikasının
ali mükafatlarından
“Heydər Əliyev”,
“İstiqlal” və “Şöhrət” ordenləri
ilə təltif olunmuşdur.
Böyük bəstəkar, görkəmli
pedaqoq, əsl ziyalı və gözəl insan Arif Məlikov v 2019-cu il may ayının
9-da ömrünün 86-cı ilində vəfat etmiş və onun əziz xatirəsi sənətsevərlərin
qəlbində daim yaşayır və yaşayacaq.
ZÜMRÜD BAYRAMOVA
Səs.- 2020.- 12
sentyabr.- S.12