İftixarlı İftixar
Həyatda cürbəcür
talelər olur. Bəzən deyirlər ki, taleni insan
özü seçmir,
Tanrıdan gələn
bəxşışdir. Amma
bir həqiqət də var ki,
insan öz taleyinin quluna çevrilib qalmamalı, Allahın verdiyi ağlın, düşüncənin
gücünə sığınıb
taleyinə yön verməlidir. Onda Ulu yaradanın sevimli bəndəsi kimi yaşadığı
həyatda uğur qazanar və xeyirli, bərəkətli
bir ömür yaşayar. Məhz uzun illər tanıdığım İftixar
Piriyev kimi...
İftixar Piriyevi
ilk dəfə televiziyada görmüşdüm.
Əlibala Hacızadənin
“İtgin Gəlin” teleserialındakı Əbdül
obrazından tanıdım
onu. Sadəcə minlərlə tamaşaçısından
biri kimi. Amma heç vaxt ağlıma gəlməzdi
ki, sevə-sevə baxdığım bir serialın Əbdülü
ilə illər sonra bir rayonda
çalışacaq, eyni
siyasi əqidəni bölüşəcəyik. İftixar
müəllim mənim
də uzun illər işlədiyim, yaşadığım Binəqədi
rayonunda yerləşən
C. Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan
dram teatrının direktoru təyin olunduğu gündən onunla çox sıx və isti münasibətlərim
yarandı. Əslində
bu cür ünsiyyətin formalaşması
təbii idi. Çünki təsis olunmasında və fəaliiyətində, təşəkkül
tapmasında ilk gündən xidmət göstərdiyim
Yeni Azərbaycan Partiyasının üzvü
olan İftixar Piriyevi çox qətiyyətli, dönməz,
sədaqətli Ümummilli
Liderimiz Heydər Əliyevçi kimi tanımışdım.
O, hər bir
situasiyada mərdlik, cəsurluq nümayiş etdirməyi bacaran insandır. Bunu onun yaratdığı obrazlar, yazdığı əsərlər, yaşatdığı
filmlər, tamaşalar
da sübut edir. Yaxşı yadımdadır, bir dəfə mənə dedi ki, Ümummilli
Liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasını özündə
təcəssüm etdirən
“Qurtuluş dastanı”
adlı bir əsər yazmışam,
onun bəzi detallarını sizinlə
müzakirə etmək
istəyirəm. Açığı
sevinc qarışıq
məni maraq bürüdü və dərhalda hə cavabı verdim. Biz görüşdük və
əsərin siyasi aspektlərini ciddi müzakirə etdik. Əslində İftixar müəllimin məqsədini
anladım ki, O, Dahi Öndər Heydər Əliyevin Naxçıvanda yaşadığı
və işlədiyi dövrlərin bəzi məqamlarını dürüstləşdirmək,
dəqiqləşdirmək istəyir ki, yanlışlıq olmasın.
Uğurlu alınan və Akademik Milli Dövlət Dram teatrın da, eləcədə C. Məmmədquluzadə adına Naxçıvan
Dövlət Dram teatrın da səhnəyə qoyulan əsər böyük anşlaqla qarşılandı.
Hətta Gürcüstanda
doğulub, boya-başa
çatan İftixar müəllimi çoxları
əslən Naxçıvanlı
bildilər. Çünki
əsərin Naxçıvan
dövrü elə ustalıqla və zərgər dəqiqliyi ilə qələmə alınmışdı
ki, bunu yalnız Naxcıvanda yaşayan insanlar bilə bilərdilər. Onun böyük sevgiylə, məhəbbətlə
yaratdığı Ulu
Öndər Heydər
Əliyev obrazı tamaşaçıların yaddaşında
silinməz izlər buraxdı...
İftixar müəllim
çox vətənpərvər,
torpağını, vətəni
sevən, dövlətçi
şəxsiyyətdir. Binəqədi
rayonunda təşkil olinan bir çox
tədbirlərdə İftixar
müəllimin xüsusi
dəsti-xətti var desək, yanılmarıq.
Yaradıcı insan olaraq onu xarakterizə
edən bir üstün cəhət də ondan ibarətdir
ki, o hər şeyə anında və adekvat reaksiya verə bilir. Faydalı məsləhətləri ilə hər bir tədbirə əlavə çalar, məna qatır. İctimai-siyasi prosesləri
ədalətli təhlil
edən, praqmatik düşüncəyə malik
olan İftixar Piriyev çox dəyərli ziyalı, iftixar olunası şəxsiyyətdir. Ömrünün
60-cı ilinin astanasında
o yenə də elə gənclik enerjisi ilə çalışır, yazır
və yaradır.. Səmimi insan, zəngin bədii təfəkkürə və
yaradıcılığa malik
olan, ictimai xadim, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, yazıçı,
publisist, nasir, dramaturq, nəhayət mənim əqidədaşım,
silahdaşım, Yeni Azərbaycan Partiyasının
fəal üzvü İftixar Piriyevi 60 illik yubileyi münasibətilə səmimi
qəlbdən təbrik
edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq
uğurları arzulayıram.
Vüsar İsmayılov
Yeni Azərbaycan
Partiyası Binəqədi
rayon təşkilatının
sədr müavini