Hikmət Babaoğlu: “Qafqaz İslam Ordusunun Bakıya gəlişi əsl qardaşlıq və fədəkarlıq nümunəsi
idi”.
"15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının
əbədiyyətə qədər
davam edəcək şərəf tarixidir. Bakının 15 sentyabr 1918-ci ildə
Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi XX əsr dövlətçilik tariximizdə
ən əhəmiyyətli
günlərdən biridir
və olduqca strateji əhəmiyyətə
malikdir. Çünki
Bakının işğal
altında qalması faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı mərhələdə
mövcudluğunu sual
altında qoya, onun beynəlxalq miqyasda tanınması ilə bağlı ciddi problemlər yarada bilərdi. Olduqca mürəkkəb və çətin bir zamanda Nuru
Paşa Killigilin Qafqaz İslam Ordusu ilə Bakını, Qarabağı,
Şirvanı, Lənkəranı,
Qubanı və s. azad etməsi, əslində, bütövlükdə
Azərbaycanı xilas
etmək idi. Bu, həm yüksək cəsarət və qəhrəmanlıq, həm
də əsl qardaşlıq və fədəkarlıq nümunəsiydi.
Çünki bir tərəfdən ingilis işğalçı qüvvələri,
bir tərəfdən
erməni-daşnak quldur
birləşmələri, digər
tərəfdən
isə rus işğalçı gücləri
Azərbaycanı işğal
altında saxlamaqla onu müstəqil dövlət qurmaq imkanlaından məhrum etmək istəyir, ərazisini isə bölüb parçalamaq
niyyəti güdürdülər".
Bunu SİA-ya açıqlamasında Milli
Məclisin üzvü,
"Yeni Azərbaycan"
qəzetinin baş redaktorun, siyasi şərhçi Hikmət
Babaoğlu deyib.
Onun sözlərinə
görə, Bakı və Abşeronu nəyin bahasına olursa-olsun Xalq Cümhuriyyətinə vermək
istəmir, onu Rusiya Federasiyasının muxtar hüquqlu subyektinə çevirməyə
çalışırdılar: "Bir tərəfdən
də erməni-daşnak
terrorçuları dinc
müsəlmanlara qarşı
soyqırımı törədir,
Şimali və Cənubi Azərbaycanda günahsız insanları
qətl edirdilər.
1918-ci il mart qırğınları zamanı
minlərlə günahsız
türk-müsəlman yalnız
etnik və dini mənsubiyyətinə görə qəddərcasına öldürülmüşdü. Məhz belə bir vaxta qardaş
Türkiyənin (Osmanlı
imperiyasının) özünün
çətin vəziyyətdə
olmasına baxmayaraq, Azərbaycanı xilas etməsi tarixdə misli görünməmiş
bir qardaşlıq nümunəsi idi. Əgər həmin dövrdə Bakı azad edilərək Azərbaycan Xalq
Cümhuriyyətinin paytaxtına
çevirilməsəydi, nə
1919-cu il Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi
tanınacaq, nə sonrakı mərhələdə
Sovet İttifaqı yaradılan zaman Azrbaycan müstəqil respublika kimi ittifaqa daxil ediləcəkdi. Şübhəsiz
ki, belə olacağı təqdirdə,
1991-ci ildə SSRİ süquta uğrayarkən Azərbaycan sovet imperiyasının tərkibindən
müstəqli respublika
kimi deyil, federasiya subyekti kimi çıxacaqdı ki, bu da
müstəqil dövlətimizin
olmayacağı anlamını
ifadə edəcəkdi.
Ona görə də qədirbilən Azərbaycan
xalqı öz xilaskarı olan türk qardaşlarını
həm sovet repressiyaları dövründə,
həm də ondan sonra əsla
unutmadı. Qəhrəman
türk əsgərinin
məzarını yaddaşında,
ürəyində qorudu
və ilk fürsətdə ona abidə ucaltdı".
Deputat bildirib
ki, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini
əldə etdikdə
də yenə də onu ilk
tanıyan qardaş Türkiyə Cümhuriyyəti
oldu: "Qədirbilən
xalqımız bu gün də həmin tarixi hadisəni unutmur, böyük dövlət xadimi, Ulu Öndər
Heydər Əliyevin “bir millət, iki dövlət” məfkurəsinə sarılaraq
bu qardaşlığı
davam etdirir. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə həyata
keçirilən təntənəli
paradda Azərbaycan Prezidenti İlham Əliyevin “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi
və Nuru paşanın rəhbərliyi
altında Gəncədən
Bakıya gəlməsi,
bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli
döyüşlər nəticəsində Bakının
azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz
xatirəsini daim öz qəlbində yaşadacaqdır” fikrini səsləndirməsi bu mühüm tarixi hadisəyə Prezident İlham Əliyevin verdiyi yüksək qiymətdir. Yüz il sonra yenə
də olduqca mürəkkəb hadisələrin
cərayan etdiyi çətin bir tarixi mərhələdən
keçməkdəyik. Yenə
də bu çətin zamanlarda Azərbaycanın yanında
qardaş Türkiyə,
Türkiyənin yanında
da Azərbaycan var".
H.Babaoğlu vurğulayıb ki, "Azərbaycan həyata keçirdiyi bütün regional və qlobal layihələrdə
Türkiyənin maraqlarını
nəzərə almaqla
onun mühüm nəqliyyat–kommunikasiya qovşağına çevirilməsində
əlindən gələni
edib: "Qarşılıqlı
sərmayə qoyuluşu
və strateji müttəfiqlik əlaqələri
iki qardaş xalqın bundan sonrakı mərhələdə
də inkişav perspektivlərini təmin edib. 13 avqust 2020-cil il tarixində Türkiyə-Azərbaycan birgə
hərbi təlimləri
zamanı qardaş ölkənin müdafiə
naziri Hulisi Akarı qəbul edən zaman Azərbaycan
Prezidenti İlham Əliyev bir daha bəyan etdi ki, “əminəm
ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu
kimi, hərbi-texniki əməkdaşlıq sahəsində
də bizim üçün bir nömrəli tərəfdaş
olacaqdır. Bildiyiniz
kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün
ölkələr üçün
örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm
ki, bu gün
dünyada Türkiyə
və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi
və etnik köklərə əsaslanan
həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da
möhkəmləndirdik”. Səsləndirilən bu fikirlər və onun ifadə
etdiyi reallıq bu gün də
Azərbaycan ilə Türkiyənin birlik və qardaşlıq üçün qan tökən və öz canından keçən qəhrəman
şəhidlərimizin ruhuna
layiq şəkildə
münasibətləri davam
etdirmk əzminin göstəricisidir və bu, sonsuza qədər belə davam edəcək".
Müəllif: Aysel Məmmədova
Səs.- 2020.- 16
sentyabr.- S.8.