Fransa portalı Qarabağda erməni vandalizmindən yazır
Bəzi ölkələr işğal
olunmuş ərazilərin
təbii ehtiyatlarından
son dərəcə bəhrələnib,
digərləri isə
buna laqeyd qalaraq onu yalnız
hərbi işğal kimi qəbul ediblər. Təəssüf
ki, Qarabağın Ermənistan tərəfindən
27 il işğalı
dövründə sadalanan
ssenarilər baş verib: işğal altındakı ərazilərdəki
şəhərlər, oranın
təbiəti, mədəni
və tarixi obyektləri Ermənistan tərəfindən dağıdılıb
və viran edilib. Bölgənin inkişafı üçün
konkret heç bir iş görülməyib
və bu işğal sayəsində
Ermənistan iqtisadi cəhətdən inkişaf
da edə bilməyib.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər
Fransanın “Mondeafrique”
portalında dərc olunan “Ermənistanın işğalı altında
Qarabağ mədəniyyətinin
məhv edilməsi” sərlövhəli məqalədə
yer alıb.
Yazıda
1992-ci ilə qədər
azərbaycanlıların yaşadığı
bu bölgənin Ermənistan tərəfindən
işğal edilməsindən
ötən 27 il ərzində bölgədəki tarixi və mədəniyyət
abidələrinin məhv
olunmasından söz açılıb.
Bildirilib
ki, işğal dövründə Ağdam
kabus şəhərə
çevrilib, buradakı
bütün tarixi və mədəni irs nümunələri,
eləcə də şəxsi evlər və binaların yerlə-yeksan edilib. Vurğulanıb ki, işğal dövründə
Ağdamda 571 mədəniyyət
abidəsi, o cümlədən
286 kitabxana, 237 ev və klub, 19 muzey, 24 musiqi məktəbi, 1 kinoteatr, 2
teatr və 2 qalereya binası darmadağın edilib.
Diqqətə çatdırılıb ki,
rayonda olan 67 məsciddən yalnız biri pis vəziyyətdə
olsa da qalıb.
Ermənilər bu məsciddən nəzarət
postu kimi istifadə etdikləri üçün onu tam dağıtmayıblar.
Digər məscidlər
isə tamamilə məhv edilib. Rayondakı körpülər, Zərdüşt
ibadətgahları, Füzuli
rayonunda Hacı Ələkbər məscidi,
Dədəli, Merdinli,
Gecəgözlü, Yuxarı
Veysəlli kəndlərindəki
məscidlər, Horadiz
kəndində 2 məscid,
Cəbrayıl rayonunun
Süleymanlı və
Papı kəndlərindəki
məscidlər, Qubadlı
rayonundakı Mamer
və Yusifbəyli kəndlərindəki, həmçinin
Zəngilandakı məscidlər
yerlə-yeksan edilib. Ağdam şəhərindəki
Pənahəli xan (XIX
əsr) və Mehdiqulu xan türbələrinə,
abidələrə ciddi
ziyan dəyib. XIX əsr tarixi abidəsi olan İbrahimxəlil xanın
türbəsi isə yer üzündən tamamilə silinib.
Vurğulanıb ki, işğal dövründə erməni
silahlı qüvvələrinin
İslam mədəni
irsini hədəfə
aldığı aydın
görünür. Həmçinin
qeyd olunub ki, işğal altındakı ərazilərdə
qanunsuz arxeoloji qazıntılar aparılıb.
Qafqaz Albaniyasına məxsus bir çox abidələrin, eləcə də Xudavəng və Gəncəsər monastırlarının
da erməni silahlı qüvvələri
tərəfindən vandalizmə
məruz qaldığı
bildirilib.
Müəllif yazıb ki,
regionun mədəni irsinə qarşı Ermənistan tərəfindən
törədilən vandalizm
aktlarının beynəlxalq
sənədlərin, xüsusilə
də “Silahlı münaqişələr zamanı
mədəni sərvətlərin
qorunmasına dair
1954-cü il Haaqa Konvensiyası”, “Arxeoloji irsin qorunmasına dair Avropa Konvensiyası” və “Dünya mədəni və təbii irsinin qorunmasına dair Konvensiya”ların kobud şəkildə pozulmasıdır. Azərbaycanın
meşə ehtiyatlarının
54 min hektarı erməni və ermənipərəst qüvvələr
tərəfindən məhv
edilib. Müharibə dövründə də ermənilərin Azərbaycan
mədəni irsinə
maksimum zərər verməyə çalışıb,
evləri yandırıblar.
Eyni zamanda,
diqqətə çatdırılıb
ki, Azərbaycanın azad edilmiş ərazilərdə bərpa
işlərinə başlanıb.
Bildirilib ki, aeroportların, yolların
tikintisi, ümumiyyətlə,
azad olunmuş ərazilərdə infrastrukturun
yaradılması bir milyona yaxın azərbaycanlı məcburi
köçkünün doğma
yurduna qayıtmasına
imkan yaradacaq.
Səs.- 2021.- 10 aprel.- S.7.