Peyvənddən əvvəl və
sonra necə qidalanmalı?
Hər
şeydən əvvəl bu problemi həll edən xarici mənbələrdəki
məlumatlara görə, antiinflamatuar qidaların və ya C
vitamini kimi əlavələrin Covid-19 peyvəndinə daha təsirli
olacağını dəstəkləyən kifayət qədər
araşdırma yoxdur. Bununla birlikdə, yüksək
kalorili qidaların istehlakı və C vitamini qəbul etmək
immunitet sisteminə kömək edir. Qidalanma ilə
bədən arasındakı əlaqəni ortaya qoyan işləri
ilə məşhur olan həkim Viliam məsələyə
münasibət bildirərkən qeyd edib ki, hər hansı bir
şeyin Covid-19 peyvəndini daha təsirli hala gətirdiyinə
dair qəti bir məlumat yoxdur: “Vaksinin bədəndəki
reaksiyasını artıracağını iddia edən hər
hansı qida əlavəsindən və ya məhsuldan
ehtiyatlı olmaq lazımdır". SİA həmin
araşdırmanı təqdim edir.
Həkim Luis Malinovun fikirlərinə görə,
uzun müddətli pəhriz virusdan qorunma gücünü
artıraraq, infeksiyalarla daha yaxşı mübarizə
aparmağa kömək edə bilər: “Yalnız peyvəndə
görə deyil, ümumiyyətlə işlənmiş
qidaların istehlakını azaldın. "Fast food" kimi
qidalar və qəlyanaltı olaraq seçim etdiyimiz
qablaşdırılmış məhsulların tərkibindəki
zərərli yağlar bədəndə iltihaba səbəb
olur. Bunun əvəzinə fındıq, zeytun yağı,
badam, qoz, balıq, meyvə və tərəvəz kimi qidalara
diqqət yetirin. Peyvənd olunduqdan sonra iltihab əleyhinə
qidalar qəbul edə bilərsiniz, ancaq bu peyvəndin yan təsirlərini
azaltmayacaq. Peyvənddən sonra yeyə biləcəyiniz asan və
rahat yemək axtarırsınızsa, əriştə ilə
toyuq suyu şorbası bunun üçün idealdır.
Peyvəndə gedərkən ac ya tox
olmalısınız?
Məlumatlara görə, Covid-19 peyvəndi
olmaq üçün ac qalmaq önəmli deyil. İynə
qorxusundan ürək bulanması olan bir insansınızsa,
aclıq sizdə başgicəllənmə və huşunu
itirmə ehtimallarını artırır. Tövsiyə olunur
ki, evdə hazırlanan qatıq, meyvə, yumurta kimi qidalardan
istifadə edin. Peyvənddən sonra qol ağrısı,
yüngül qızdırma və ya bədən
ağrıları kimi yan təsirlər yaşana bilər.
Mütəxəssislər bunun immunitet sisteminizin aktiv
olduğunu göstərdiyini deyir. Bu simptomları aradan
qaldırmaq üçün həkiminizin təyin etdiyi
ağrı kəsicilərindən istifadə edə bilərsiniz.
Nə qədər su qəbul olunmalıdır?
Mütəxəssislər Covid-19 peyvəndindən
əvvəl və sonra kifayət qədər su qəbul etməyin
son dərəcə vacib olduğunu deyirlər. Su istehlakı,
bütün bədən tarazlığını təmin etməklə
yanaşı, peyvənd prosesində də bədəni dəstəkləyir.
Həmçinin, immunitet sistemini artırmaq üçün
meyvə, tərəvəz və bulyon əsaslı qidalar da
istehlak edilə bilər. Peyvəndin yan təsiri kimi baş
verən qızdırma halında, su bədəniniz
üçün də bir qalxan olacaqdır.
Spirtli içki içməyin, çünki
...
Peyvənddən bir gün əvvəl və
sonra alkoqoldan çəkinmək tövsiyə olunur,
çünki, spirt immunitet sistemini boğub bədəni
susuzlaşdırır. Alkoqol istifadəsi bəzən,
Covid-19 ilə əlaqəli kəskin tənəffüs
çətinliyi sindromu və sətəlcəm riskini
artıra bilər. Ümumiyyətlə, spirtli içki qəbul
etmək bədəninizin infeksiya ilə mübarizə qabiliyyətini
zəiflədir, ağırlaşma riskini artırır və
xəstə olduğunuz təqdirdə sağalmanı
daha da çətinləşdirir.
Doyunca yatın...
Sağlam bir pəhrizlə yanaşı, peyvənddən
əvvəl yaxşı bir yuxu almaq da vacibdir. Çünki,
pis bir gecə yuxusu immunitet gücünü yüzdə 70
azalda bilər. Mütəxəssislər, bədəniniz
müdafiəsini bərpa etmək üçün yuxudan
istifadə edir və xroniki yuxusuzluq immunitet sistemini boğur.
Yaxşı yatmadınızsa, narahat olmayın, keyfiyyətli
yuxu almağın yollarını axtarın.
İdmanla məşğul olmaq olar?
Xüsusilə, peyvənddən sonra
özünüzü pis hiss edirsinizsə, idman son dərəcə
vacibdir. Həmçinin, özünüzü yaxşı
hiss edirsinizsə, mütəxəssislər sürətli bir
gəzintiyə çıxa biləcəyinizi söyləyirlər.
Bu, insanın qan dövranını sürətləndirərək
immuniteti artırmağın ən yaxşı yolu olaraq izah
edilir. Sağlam bir həyat antikor reaksiyasına təsir edir. Pəhriz tərkibi və forması, yuxu rejimi, fiziki
məşqlər, siqaret çəkməmək, alkoqol istifadəsi,
stres və gigiyena şərtlərinə riayət etmək
kimi həyat tərzi dəyişiklikləri immunitet sisteminə
və bu səbəbdən peyvənddən sonra antikor
reaksiyasına əhəmiyyətli dərəcədə təsir
edən amillərdir. Koronavirus peyvəndindən əvvəl və
sonra pəhriz antikor reaksiyası baxımından təyin
olunur. Təzə, təmiz, yerli istehsal olan tərəvəz
və meyvələrdən ibarət pəhriz
mümkündürsə, antikor reaksiyasını müsbət
təsir edir. Elmi araşdırmalarda, gündə
5 porsiya və ya daha çox tərəvəz və meyvə
istehlak edənlərin antikor reaksiyasının gündə 3
porsiyadan az tərəvəz və meyvə yeyənlərə
nisbətən daha yüksək olduğu aşkar edilib.
Məsələ ilə əlaqədar
danışan həkim Ayça Kaya da əlavə edib ki,
qatqısı olan maddələrdən çəkinin:
"Peyvənd üçün ac və ya tox
olmağınızın heç bir əhəmiyyəti
yoxdur. Ancaq peyvənddən sonra maska, sosial məsafə
qaydalarına riayət etməklə birlikdə, immunitet
sistemimizi güclü tutmaq üçün adekvat və
balanslı qidalanmağa da diqqət göstərməliyik. Bu
baxımdan, vitamin-mineral
çatışmazlığınız varsa, mütləq həkim
tövsiyəsi ilə vitamin qəbul etməli, immunitet
sistemini zəiflədən qatqı maddələrindən uzaq
olmalı, əsas qida baxımından balanslı pəhriz etmək
lazımdır. Bütün bunlara əlavə olaraq
güclü immunitet sisteminə sahib olmaq üçün
nizamlı şəkildə idman etmək və keyfiyyətli
yuxunun vacibliyini də unutmamalıyıq".
Həkim Oğuz Özyaral bədəni kənar
bütün təhlükələrdən qorumağın
yollarından bəhs edərkən bildirib ki, Covid-19 prosesi bizə
adekvat qidalanmanın əslində tam doymaq
olmadığını öyrətdi. Tam doyuran, lakin
qidalandırmayan məhsullardan uzaq durun. Həmişə
bunları söyləyirik ki, nə yesən, o olarsan. Peyvənddən
əvvəl və sonra bu hal eynidir. Balanslı qidalanma, keyfiyyətli
və düzgün yuxu, idman, hobbilərimizlə məşğul
olmaq bizi həqiqətən qoruyur. İmmunitet sistemimizi tək
yönlü fast-fud tərzi qidalar və vitamin əlavələri
ilə gücləndirməyimiz mümkün deyil. Hər zaman
qazan yeməklərinə üstünlük verməliyik.
Şəkərli və yağlı qidalardan mütləq
uzaqlaşın. Təzə və qurudulmuş meyvələrdən
kifayət qədər qidalandırıcı şəkər
almaq mümkündür. Bundan əlavə, masalarda daim təbii
bal olmalıdır".
Mövsümi tərəvəz və meyvələri
mütləq yemək lazımdır, çünki onlar suda B,
C və yağda həll olunan A, D, E, K vitaminləri ilə zəngindir.
Hər biri yaxşı bir antioksidan qaynağıdır və
toxunulmazlığımızı gücləndirir.
Yaşıl qidalar, xüsusilə, böyük yarpaqlı
yaşıl tərəvəzlər, yerkökü və
gül kələmi A vitamini ilə zəngindir. Digər tərəfdən,
limon, yaşıl bibər, naringi, portağal, qreyfurt,
gavalı, qara üzüm, böyürtkən, ispanaq, turp, cəfəri
tam C vitamini mağazasıdır. Yaşıl yarpaqlı tərəvəzlər
və yağlı toxumlar, fındıq, fıstıq, qoz və
balıq da E vitamininin təbii mənbəyidir. Balıq B12 və
B6 ilə yanaşı, Omega-3 və 9 ilə də zəngindir.
Həftədə iki dəfə istifadə etsək çox
faydalıdır. İmmuniteti artırmaqda maye qəbulunun rolu
mübahisəsizdir, xüsusən də bol su içmək.
Bundan əlavə, ayran, təbii sıxılmış təzə
meyvə suları maye ehtiyacımızın bir hissəsini
qarşılayır. Yoluxucu Xəstəliklər Mütəxəssisi
Yasemin Akkoyunlunun sözlərinə görə, həm Covid-19
xəstəliyinə yoluxan, həm də xəstəliyin
qarşısını almaq üçün peyvənd olunarkən
sağlam bir pəhrizə xüsusi diqqət yetirilməlidir.
Vaksinin hədəf aldığı immunitet üçün
bədənin blokları tam olmalıdır. Hər şeydən
əvvəl, araşdırmalarda D vitamini
çatışmazlığı aşkarlananlar xəstəliyi
daha ağır keçirir, bu səbəbdən onların
vitamin səviyyəsi yoxlanılmalı və dəyişdirilməlidir.
Eyni zamanda, B12 kimi digər vitamin
çatışmazlıqlarını da aradan
qaldırılmalı və C vitamini ilə bol sitrus meyvələri,
tünd yaşıl yarpaqlı tərəvəzlər və
təzə meyvələr gündəlik olaraq qəbul edilməlidir.
İmmuniteti artırdığı elmi araşdırmalarla təsdiqlənmiş
soyuq sıxılmış çörəkotu
yağı axşam yeməkdən sonra 1 çay
qaşığı qədər istifadə edilə bilər
və ya salat, səhər yeməyi, soyuq şorba kimi yeməklər
də çörəkotu toxumu əlavə edilərək
yeyilə bilər. Göbələklər beta qlükan tərkibi
ilə immuniteti dəstəkləyərək, pəhrizə əlavə
edilə bilər və ya pəhriz əlavəsi kimi qəbul
edilə bilər. Arıların özlərini qorumaq
üçün istehsal etdikləri propolis, antibakterial və
antiviral aktivliyə sahib olan və immuniteti gücləndirən
maddədir. Dini cəhəttən həssas insanlar kiçik
bir çörəyin üzərinə alkoqollu damcılardan
istifadə edə, 20-30 dəqiqə gözləyib və
alkoqolun buxarlanmasına gözləyə bilərlər. Bundan
əlavə, bal ilə qarışdırılmış və
istifadəsi daha asan hazır pastalara üstünlük verilə
bilər.
Səs.- 2021.- 15
aprel.- S.10.