Azərbaycan aşıq
poeziyasını zirvələrə
yüksəltmiş el
sənətkarı
Dövlət başcısının qüdrətli
söz ustadı Aşıq Ələsgərin
anadan olmasının
200 illiyinin qeyd olunması ilə baglı imzaladıgı Sərəncam ədəbiyyatımıza,
söz sənətinə
dövlətimizin qaygı
və diqqətidir
Azərbaycan ədəbiyyatı çoxəsrlik
yol keçərək
zamanla cəmiyyət arasında olan reallıqları özündə
cəmləşdirmiş, insanlıq,
humanizm prinsiplərini
real lövhələrlə
təcəssüm etdirmişdir.
Bu ədəbiyyatı yaradan,
yaşadan və zaman, insanlıq meyarlarını, cəmiyyətdəki
prosesləri diqqətə
çəkən nümayəndələri
- görkəmli yazıçı
və şairlərimiz
olmuş, bədii nümunələri ilə
Azərbaycan sərvətini,
irsini bədiiləşdirərək
dünya klassikasında
yerini qazandıra
bilmişdir. Kimlərin həyat səhifəsi
vərəqlənmir bu
yaşanılan tarixdə.
Nizamilər, füzulilər,
qətran təbrizilər,
nəsimilər, xaqanilər
yetişdirən bu torpağın hər bir qələm sahibi vətənin gələcəyi, onun insanlarının firavan həyatı naminə söz səltənətində imzaların
atmışlar. XIX-XX əsr
Azərbaycan ədəbi
mühiti də bir sıra qüdrətli
sənətkarlar Xurşidbanu
Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və başqalarını
yetirmişdir. Belə
nurlu insanlara qarşı hər zaman xalq məhəbbəti
olmuş və əsərləri əldən-ələ
keçərək diqqətlə
mütaliə edilib, tədqiq belə olunmuşdur. Müasir dövrümüzdə Azərbaycan
ədəbiyyatı tarixinin
yaradıcıları olan
simalara diqqət xüsusilə artmışdır.
Bildiyimiz
kimi, Aşıq Ələsgərin 200 illik
yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası
Prezidenti İıham Əliyev Sərəncam imzalayib. 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli
nümayəndəsi, qüdrətli
söz ustadı Aşıq Ələsgərin
anadan olmasının
200 illiyi tamam olur. Bu Sərəncam Azərbaycan
ədəbiyyatına, söz
sənətinə dövlətimizin
qaygı və diqqətidir.
Xatırlatmaq yerinə düşər
ki, milli-mənəvi dəyərlərimizin dövlət
səviyyəsində qorunması
və onların
YUNESKO-nun "Bəşəriyyətin
qeyri-maddi mədəni
irsinin reprezentativ siyahısı"na salınması
Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin
nəticəsidir. Aşıq
sənətinin də
YUNESKO-nun qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına
salınmış mənəvi
sərvətlərimizə məhəbbətdir.
Sərəncamda qeyd olundugu kimi,
Aşıq Ələsgər
çox sayda yetirmələrindən ibarət
bir məktəb formalaşdırmış və
gələcəyin məşhur
el şairlərinə
qüvvətli təsir
göstərmişdir. Aşıq Ələsgərin
zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi
mədəni-mənəvi dəyərlərimizin
bütün daşıyıcılarına
həmişə qədirbilənliklə
yanaşan Ümummilli
Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sənətkarın yubileyləri
məhz Ulu Öndərin təşəbbüsü
ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının
respublikamızda və
onun hüdudlarından
kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar
hadisə baş vermiş, azərbaycanlıların
əzəli yurdlarından
olan qədim Göyçə mahalında,
doğulduğu kənddə
Aşıq Ələsgərin
qəbirüstü
abidəsi ucaldılmışdı. Həmin əzəmətli
büst soydaşlarımız
öz dədə-baba
torpaqlarından didərgin
salındıqdan sonra
erməni vandalları
tərəfindən dağıdılsa
da, milli-mədəni varlığımızın tərkib
hissəsinə çevrilmiş
Aşıq Ələsgər
irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
Aşıq poeziyasının,
ümumən ədəbiyyatımızın
ən uca zirvəsi sayılan böyük ustadımız
Aşıq Ələsgərin
adı, şəxsiyyəti,
yaradıcılığı ədəbiyyatimızda xüsusi
mərhələ təşkil
edir. Aşıq Ələsgər bir böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini,
mənəvi dəyərlərini,
adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini,
ictimai dərdlərini
çox böyük ustalıqla, uca sənətkarlıqla öz
əsərlərində əks
etdirmiş, açıb göstərmişdir.
Onun əsərlərində
Azərbaycan təbiəti,
onun dağları, düzləri, çayları,
gölləri, bulaqları,
göy yaylaqları bütün ətri, təravəti və gözəlliyi ilə öz əksini tapmışdır. Elə bu
səbəbdən də
onun bizə gəlib çatan zəngin yaradıcılığı
özündən sonra
gələn istedad sahiblərinin – şairlərin,
aşıqların, bəstəkarların,
xanəndələrin, müğənnilərin,
rəssamların diqqətini
çəkmiş, hər
kəs öz imkanı daxilində bu böyük sənətkara öz töhfəsini vermişdir.
Sərəncama əsasən, Azərbaycan
aşıq poeziyasını
zirvələrə yüksəltmiş
el sənətkarı
Aşıq Ələsgərin
anadan olmasının
200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
Azərbaycan Milli Elmlər
Akademiyası və Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar
Birliyinin təklifləri
nəzərə alınmaqla,
ustad sənətkar Aşıq Ələsgərin
200 illik yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata
keçirəcək.
Aşıq Ələsgərin
tərcümeyi-halindan məlumdur
ki, o, 1821-ci ildə İrəvan xanlığının
Göyçə mahalının
Ağkilsə kəndində
anadan olmuşdur. Ailəsi böyük olduğundan Alməmməd
kişi Ələsgəri
14 yaşında Kərbəlayi
Qurban adlı bir varlıya nökər vermiş, Ələsgər onun həyətində 4 il nökərçilik etmişdir.
Aşıq Ələsgər xüsusi təhsil ala bilməmiş, sənətin sirlərini el sənətkarlarının
və ağsaqqalların
yanında öyrənmişdi.
İlk şeirini də yeniyetməlik çağlarında aşıqların,
xalq sənətkarlarının
təsiri ilə söyləmişdir. Aşıq
qoşmalar, təcnislər,
gəraylılar, dodaqdəyməzlər
yazıb, onları şövqlə sazda ifa etmiş, dastanlar söyləyən
aşıq olmuşdur.
O, aşıq sənətini
müəllimi - böyük
ustad Aşıq Alıdan öyrənmişdi.
Aşıq Alının
yanında şəyirdlik
edən Ələsgər
aşıqlıq sənətinin
sirləri ilə bərabər ondan ədəb və mərifət qaydalarını
da öyrənmişdir.
Şəyirdlik dövrünü
başa vurduqdan sonra Ələsgər Göyçə ilə yanaşı İrəvanda,
Naxçıvanda, Qazaxda,
Qarabağda, Gəncədə
də məşhurlaşmış,
Göyçə aşıq
məktəbinə rəhbərlik
etmişdir.
Ömrünün çoxunu xalqın
içərisində, toy,
şadlıq məclislərində
keçirən Aşıq
Ələsgər təkcə
Azərbaycanda yox, Türkiyədə, İranda
və Dağıstanda
da ustad sənətkar kimi tanınmışdır. 1918-1919-cu illərdə daşnakların
türklərə qarşı
törətdiyi qırğın
nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə
məcbur olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan Aşıq Ələsgər sonra Tərtərə köçmüş,
bir neçə ay da orada
qalmışdır. Bu
yerlərin hər
birində aşığı
hörmətlə qarşılasalar
da, onun ürəyi-gözü Göyçədə
idi. O gözünü
açıb gördüyü
doğma yerlər: Srınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün çox darıxırdı. Nəhayət,
1921-ci ildə o, Ağkilsəyə
qayıtmış, ömrünün
son illərini doğma kəndində yaşamışdır. Ancaq
onun çal-çağırlı
günləri arxada qalmışdı. Ömrünü
toylarda, şadlıqlarda
keçirən aşıq
evdə oturmaqdan darıxır, qocalıqdan,
xəstəlikdən şikayətlənirdi.
O, tez-tez keçmiş
günləri xatırlayır,
dünya, həyat barədə düşünüb
kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə
tərpənir bəlalı
başım,
Daha köç
təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər
1926-cı il mart ayının 7-də doğulduğu
Ağkilsə kəndində
vəfat etmiş və burada da dəfn edilmişdir.
Lakin Dağlıq Qarabağ münaqişəsi
ilə əlaqədar
olaraq 90-cı illərin
əvvəllərində Azərbaycanın
böyük aşıq-şairinin
qəbri ermənilər
tərəfindən vəhşicəsinə
yerlə yeksan edilmişdir. Aşıq Ələsgərin sözlərinə
yüzlərlə mahnı
və romanslar bəstələnmişdir. Aşıq
Ələsgərin xatirəsi
dövlətimiz tərəfindən
əbədiləşdirilib. Onun adına küçə, mədəniyyət
sarayı, respublika Xalq Yaradıcılığı
evi fəaliyyət göstərir. O, xalq tərəfindən bu gün də sevə-sevə dinlənilir.
Zümrüd BAYRAMOVA
Səs.- 2021.- 14 aprel.- S.12.