Ağdamda erməni vəhşiliyini əks etdirən məqalə Fransa mətbuatında yayımlanıb

 

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi (www.lecarrefour.az), fransızdilli jurnalist Zeynab Kazımovanın Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə aprelin 15-də jurnalistlərin Ağdama səfərindən hazırladığıQarabağın ruhlar şəhəri Ağdamda bir gün” (Une journée à Aghdam,  ville fantôme du Karabakh)  adlı reportajı Fransanın musulmansenfrance.fr  xəbər portalında yayımlanıb.

 

APA-nın xəbərinə görə, Ağdamın 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edildiyinə diqqət çəkən müəllif Ağdam şəhərinin rayonun kəndlərinin ermənilər tərəfindən dağıdıldığını vurğulayıb. Yazıda bildirilir ki, işğal altında olduğu dövrdə Ağdam şəhəri kəndləri yerlə yeksan edilib. Eyni zamanda, Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələr, qəbiristanlıqlar, yaşayış obyektləri, xəstəxanalar, kitabxanalar, məktəblər, idarə müəssisələr hamısı ermənilər tərəfindən dağıdılıb, Yer üzündən silinib.

 

Məqalədə Qaragacı qəbiristanlığı, Şəhidlər xiyabanı, II Şəhidlər Xiyabanında olan bütün məzarların, həmçinin Xocalı soyqırımı nəticəsində ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların məzarlarının dağıdılaraq məhv edildiyi deyilir.  Ağdamın işğaldan öncə geniş infrastruktura malik olduğuna diqqət çəkən müəllif şəhəri Qarabağın mədəniyyət musiqi beşiyi kimi xarakterizə edərək, Şuşa kimi burada da Azərbaycan musiqisinin, muğam sənətinin geniş inkişaf etdiyini, teatr, mədəniyyət abidələri, dünyada yeganə olan çörək muzeyinin bu şəhərdə olduğunu, lakin ermənilərin işğalı nəticəsində burada heç nəyin qalmadığını, şəhərin tamamilə viran qoyulduğunu qeyd edib. Məzarlıqların, o cümlədən Azərbaycanın görkəmli şairəsi Natəvanın qəbrinin, həmçinin qəbirüstü abidələrin ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasına diqqət çəkib. Reportajda Ağdamın tamamilə yerlə yeksan edildiyi, bütün tikililərin yoxa çıxdığı, infrastrukturun dağıdıldığı bildirilir. Ağdam sözünün etimologiyasını izah edən jurnalist bu gözəl şəhərin indiQafqazın Xirosimasıadlandırıldığını təəssüflə nəzərə çatdırır. “Bu gün Ağdam heç bir şey qalmayan, xarabalıqlarla dolu ruhlar şəhəridir. " Ev" "Qafqazın Xirosiması" na çevrilib” – deyə müəllif kədərini ifadə edir.

 

Səfər boyu əslən ağdamlı olan jurnalist həmkarlarının hiss təəssüratlarını da qələmə alan jurnalist onların öz evlərinin xarabalıqlarına ürək sızladan göz yaşları ilə baxdıqlarını, hər bir evin, məktəbin yerini göstərdiklərini, uşaq vaxtı müxtəlif oyunlar, o cümlədən futbol oynadıqları meydançanın yerini göstərdiklərini, lakin heç bir iz tapa bilmədiklərini oxucuya çatdırır. Müəllif təəssüf hissi ilə onların acısını ovuda bilmədiyini bu insanların  həyatlarının ən qiymətli hissəsiniöz uşaqlıqlarını itirdikləriniyazır. “46 yaşında həyatının əziz bir hissəsini - uşaqlığını itirən həmkarımı başa düşdüm. İnsanların illərlə öz doğma yurdlarından həsrətdə bu gün bu fəlakət qarşısında hiss etdiklərini təsəvvür etmək çətindir. Əzablarını azaltmaq üçün təsəlli verən bir söz yoxdur”, – deyə reportajda qeyd olunur.

 

İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin sədri Vito Petrocellinin Ağdam səfəri ilə əlaqəli öz "Twitter" səhifəsində etdiyi paylaşımı xatırladan jurnalist senatorunErmənistan onu öz ərazisi hesab edirdisə, onu niyə dağıtdı?” sualına diqqəti yönəldir. 

 

Reportajda müəllif həmçinin bildirilir ki, Ermənistan hələ mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina edir bu da hökumətin bərpa işləri aparmasına mane olur, mülki şəxslərin, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını gecikdirir.

 

Səs.- 2021.- 24 aprel.- S.4.