Ermənilərin İran və Rusiyadan Azərbaycana
köçürülməsi təsadüfi hal olmayıb
1787-1795-ci illərdə Rusiya ilə
Osmanlı imperiyası arasında müharibənin
başlanması məkrli erməni-rus birləşmələrinin
Qarabağa planlaşdırılan hücumlarının
qarşısını aldı. Bununla da Qarabağ
xanlığı iqtisadi inkişafını və hərbi
qüdrətini artırmaq imkanını qazandı. Amma bir həqiqət
var ki, məkrli düşmən heç zaman yatmır.
Düşmən hər zaman bölgənin aparıcı
xanlıqlardan olan ərazini işğal etmək, insanları
isə məhv etmək üçün fürsət gəzir.
Bax, bu fürsəti əldə edən Rusiya, Gürcüstan
və erməni məlikləri 1806-cı ilin iyununda İran
şahının Şuşaya hücum etməsindən istifadə
edərək Qarabağın ərazilərini işğal etməyə
başladılar. Hətta Şuşadakı rus qarnizonunun rəisi
mayor Lisanoviç Cıdır düzündə ailəsi ilə
yaşayan İbrahimxəlil xanı xaincəsinə qətlə
yetirir. Bununla da Qarabağ Rusiya imperiyasının işğal
zonasına çevrilir. Bir faktı qeyd etmək
lazımdır ki, XVI əsrin əvvəlində Rəvan xan Səfəvi
şahı Şah İsmayıl Xətaiyə məktub
göndərir. Həmin məktubda göstərilir ki, İran
ərazisindən bu ərazilərə köçürülən
ermənilərin sayının çoxalması bizə
çoxlu sayda problem yaradacaq. Təəssüf
ki, Şah İsmayıl Xətai Rəvan xanın xəbərdarlığını
nəzərə almadı. Hətta 1507-ci ildə Osmanlı
torpaqlarından və digər xarici ölkələrdən
daha 10.000 erməninin İrəvan, Qarabağ daxil olmaqla Azərbaycanın
digər ərazilərində yerləşməsinə izn
verdi. Baş verən proseslər onu
göstərdi ki, 5 əsr bundan əvvəl Rəvan xanın
söylədiyi həmin xəbərdarlıqdan sonralar da nəticə
çıxarılmadığından Azərbaycan xalqı
çox ciddi bəlalarla üzləşməli oldu. 1918-ci ilə
qədər zaman-zaman ermənilər dövlət yaratmaq iddialarını
reallaşdırmaq üçün səylər göstərdilər.
Nəhayət, ermənilər Rusiyanın himayəsi
və dəstəyi ilə İrəvan xanlığı ərazisində
Ermənistan dövləti yaratdılar. İstəsək də
və istəməsək də reallıq ondan ibarətdir ki,
İrəvanın ermənilərə verilməsində
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin
ciddi səhvləri rol oynamışdır. Bunu sonrakı mərhələlərdə
cümhuriyyət qurucuları da qeyd ediblər. 1919-ci il dekabr
ayının 1-də (Azərbaycan Xalq Cümhuriyyəti
dövründə) Fətəli xan Xoyski Nəsib bəy Yusifbəyliyə
bir teleqram ünvanlayır. Həmin teleqramda
göstərilir ki, “İrəvanı Ermənistana verməklə
biz sərhəd məsələsini həll etmiş olduq və
ermənilərlə bizim daha heç bir problemimiz olmayacaq”.
1919-cü ildə İrəvan torpaqlarının arxasınca
Dərələyəz, daha sonra isə Göyçə ermənilərə
verildi. Bir məsələni də xatırlatmaq
lazımıdır ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan
Xalq Cümhuriyyəti elan olunanda Azərbaycanın ərazisi
114 min kv.km idi. Amma 1920-ci il aprel ayında Azərbaycan ərazisi
86 min kv.km oldu. Çox təəssüflər olsun ki, 1918-
1920-ci illərdə ADC-nin bu cüır buraxdığı səhvlər
1992-1993-cü illərdə AXC hakimiyyəti dövründə
də təkrar olundu. XX əsrin sonlarında Azərbaycanın
aran Qarabağ ərazisi ermənilər tərəfindən
işğal olundu. Qeyd etmək lazımdır ki, ermənilərin
aran Qarabağı işğal etmək niyyəti olmayıb.
AXC hakimiyyətinin prosesləri düzgün qiymətləndirib,
ondan düzgün nəticə çıxarmaması ermənilərin
Dağlıq Qarabağı, daha sonra isə aran
Qarabağı işğal etmələrinə gətirib
çıxarmışdır. Yəni bütün hallarda
AXC-nin səhv, düşünülməmiş siyasəti Azərbaycan
xalqının başına bəla oldu.
Tarixi fakt - I Pyotrun türk əsgərləri tərəfindən
əsir götürülməsi
Tarixdə baş verən bir faktı yada salaq:
Rus-türk müharibəsi zamanı, 1696-ci ildə Odessa ətrafında
gedən döyüşlərdə I Pyotr türk əsgərləri
tərəfindən əsir götürülür. 1 Yekaterina türk
generalına bir boyunbağı verərək, I Pyotru azad
etdirir. Bunu bilən Osmanlı sultanı boyunbağını əridərək
həmin qızılı Yekaterinadan alan
generalın boğazına tökdürür. I
Pyotrun azad olunması türklərin başına bəla oldu.
XVIII əsrdən XX əsrə (1920-ci ilə qədər)
qədər türklərlə ruslar arasında 10 müharibə
olur. I Pyotr əsir götürülənə
qədər, yəni dörd döyüşdə türklər
ruslara qalib gəlir. Amma ondan sonra baş
verən altı müharibədə türklər məğlub
olurlar. Yəni buraxılmış bir səhv
Türkiyəyə baha başa gəldi.
XX əsrin 90-cı illərinin əvvələrində
hakimiyyətdə olan Xalq Cəbhəsi Qarabağ məsələsini
beynəlmilliləşdirməklə eyni səhvi təkrarlamış
oldu. Bununla onlar Azərbaycana ən böyük bəla gətirdilər.
Yalnız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin uzaqgörən müdrik siyasəti, prinsipial qərarları
nəticəsində Müzəffər ordumuz 44 günlük
Vətən Müharibəsi ilə AXC-Müsavat
iqtidarının kobud səhvlərini aradan qaldırmaqla erməni
işğalı altında olan torpaqlarımızı azad edə
bildir. Bu gün artıq Qarabağ münaqişəsi
bitib. Qarabağımız rahat nəfəs
alır. Ancaq tarixi
yanlışlıqları unutmaq olmaz. Biz
buraxdığımız səhvlərdən
çıxatmadığımız nəticələrin bəlasına
düşmüşük. Nəzərə
almaq lazımdır ki, Rusiyanın himayəsi altında erməni
dövlətinin yaradılması, həmçinin, ermənilərin
İran və Türkiyədən Rusiyanın işğal
etdiyi torpaqlara köçürülməsi təsadüfi hal
olmayıb. Erməni-rus münasibətlərinin
əsasını rus və erməni ədəbiyyatında təbliğ
edildiyi kimi yalnız ticarət əlaqələri deyil,
başlıca olaraq Şərqin müsəlman dövlətlərinə,
xüsusilə, Türkiyəyə, XVIII əsrdə həm də
Azərbaycana qarşı düşmənçilik münasibəti
təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən
istifadə edən Dəli Pyotrun 1724-cü ilin noyabr
ayının 10-da ermənilərin Azərbaycanın Xəzər
dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin,
Gilan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını
rəsmiləşdirən fərman imzalayıb. Bu fərmana görə ermənilər Rusiya
imperiyasının Cənubi Qafqazadan İran körfəzinə
kimi geniş əraziləri ələ keçirmək
planının həyata keçirilməsində
"beşinci qüvvə" rolunu oynayırdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan
əhalisini, hansı yolla olursa-olsun, yaşadığı
yerlərdən didərgin salmaq əmri almışdılar.
Lakin Rusiyanını Qafqazdakı hərbi
uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması
siyasətini bir müddətə dondurdu.
Onu da qeyd edək ki, Azərbaycan tarixində özünə
qara iz buraxmış “Türkmənçay” müqaviləsinin
nəticəsi olaraq 40 000 erməni Azərbaycanın müxtəlif
ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin
“Ədirnə” sülhünün nəticələrinə
görə isə, Osmanlı İmperiyası ərazilərində
yaşayan 90 000 erməni də Azərbaycanda yerləşdirildi.
Onlar əsasən Naxçıvan, İrəvan
və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.
Məşhur rus diplomatı, Rusiya
imperiyasının İranda səfiri olmuş A.S.Qriboyedov ermənilərin
Cənubi Qafqaza köçürülməsində aktiv
iştirak etmişdir. Məşhur yazıçı
A.S.Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən
müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdi
və onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən
sıxışdırıb çıxarmağa
başlamışdılar. Biz, həmçinin,
müsəlman əhalisini düşdüyü çətin
vəziyyətlə barışdırmağa və onları
inandırmağa çalışmalıyıq ki, bu çətinliklər
uzun sürməyəcək və ermənilər müvəqqəti
onlara yaşamağa icazə verilən ərazilərdə
daimi olaraq qalmayacaqlar." Rus
imperiyasının hakim dairələri Cənubi Qafqazda
yeritdikləri müstəmləkə siyasətində ermənilərə
çox bel bağlayırdılar. Amerika alimi Castin
Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu, Azərbaycanda
erməni koloniyalarının yaradılması haqqında
bunları demişdir: "1828 və 1920-ci illər arasında
yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin
xeyirinə dəyişmək siyasəti nəticəsində
iki milyondan çox müsəlman məcburi olaraq
yaşadığı ərazilərdən sürgün edilmiş
və yüz minlərlə insan isə qətlə
yetirişmişdir. Ruslar iki dəfə 1828 və
1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş,
lakin hər iki halda geri çəkilməyə məcbur
olmuşlar. Geri çəkilərkən
onlar özləri ilə 100 000 ermənini də Qafqaza gətirmiş
və yurdlarından qovulmuş və məhv edilmiş
türklərin (azərbaycanlıların) yerlərində
yerləşdirmişdilər." Onu da
bildirmək lazımdır ki, 1877-1878-ci illər müharibəsində,
ruslar Qars vilayətini zəbt etmiş, müsəlmanları
qovaraq onların yerində 70 000 erməni məskunlaşdırmışdılar.
Ermənilərin
İran və Rusiyadan Azərbaycan ərazilərinə
köçürülməsi
1895-1896-cı
illərin hadisələrində isə təxminən 60000 erməni
Qafqazda məskun edilmişdir və birinci dünya müharibəsi
illərində miqrasiya balanslı şəkildə davam
etmiş, Şərqi Anadoludan olan 400000 erməni Qafqazın
400000 müsəlman əhalisinə dəyişdirilmişdir. Amerikalı alimin isə, göstərdiyi rəqəmlərə
görə, 1828 və 1920-ci illər arasında Azərbaycana
560000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən
işğalı nəticəsində Azərbaycan
torpaqlarında - Araz çayının şimalında erməni
əhalisi sürətlə artmağa başladı.
Bununla bağlı diqqətəlayiq bir faktı da Z.
Balayanın özü etiraf etmişdir: "Onun (Yerevanın) əhalisi
başqa yerlərdən gəlmələrdir. Əslində,
həqiqi yerevanlı yoxdur". Akademik
A.İ.İonisian yazır ki, "Yerevan şəhərinin əhalisinin
yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar
burada mütləq üstünlük təşkil edir".
Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə
verdiyi fərmanına görə, Azərbaycanın
Naxçıvan və İrəvan xanlığı ləğv
olunmuş, onların yerində rus hakimləri tərəfindən
idarə olunan "Erməni mahalı” adlanan yeni inzibati qurum
yaradılmışdır. 1849-cu ildə
bu mahalın adı dəyişdirilərək Yerevan
quberniyası qoyulmuşdur. Ərazilərinin
genişləndirilməsi məqsədini güdən ermənilər
1836-cı ildə Rusların köməyi ilə Azərbaycanda
o zaman fəaliyyət göstərən Alban patriarxat kilsəsinin
ləğv olunmasına və onun mülklərinin erməni
kilsəsinə verilməsinə nail oldular. Bir qədər
sonra keçmiş Alban dövlətinin qərb əraziləri,
daha dəqiq desək, Qarabağ regionu ermənilərin XIX əsrdə
davam edən sıx məskunlaşması nəticəsində
dövlətçiliyini və dini müstəqilliyini itirdi və
həmin yerlərin əhalisinin
qreqorianlaşdırılması, yəni erməniləşdirilməsi
prosesi başlandı. Bu açıq həqiqət
hələ XIX əsr də bəlli idi. Məşhur rus
tarixçisi V.L.Veliçko yazırdı: "Səhvən
erməni adlandırılan, əslində isə, erməni-qreqorian
təriqətini qəbul edən və yalnız
üç-dörd əsr əvvəl erməniləşmə
prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil
edirdi". Bunu erməni müəllifi B.İşxanyan da təsdiq
edərək yazırdı: "Dağlıq Qarabağda məskunlaşmış
ermənilərin bir qismi yerli olub qədim Alban xalqının
nəsilləri, bir qismi isə Türkiyə və İrandan
qaçmış, təqib və təzyiqlərdən
sığınacaq tapmış erməni əhalisidir." Onu da vurğulamaq vacibdir ki, ermənilər
Zaqafqaziyaya köçürülərkən onların harada
yerləşdirilməsinə xüsusi diqqət verilirdi.
A.S.Qriboyedov yazırdı: “Rus ordusunun tutduğu rayonlardan - Təbriz,
Xoy, Salmas və Marağadan bütün erməniləri
Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə
köçürmək lazımdır. Qriboyedovun
bu tövsiyəsi layiqincə yerinə yetirildi. Şavrov isə öz əsərində qeyd edirdi
ki, ermənilər erməni əhalisinin cüzi miqdarda
olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən
yaxşı xəzinə torpaqlarında yerləşdirildi.
Yelizavetpol quberniyasının dağlıq hissəsi
(Dağlıq Qarabağ nəzərdə tutulur) və
Göyçə gölünün sahilləri bu ermənilərlə
məskunlaşmışdır. Beləliklə,
ermənilərin köçürülməsi ilə
adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə
başladı. 1823-cü ilin məlumatına
görə, Qarabağ vilayətinin (keçmiş Qarabağ
xanlığının ərazisi) 20 minə yaxın ailəsindən
cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi
kəskin şəkildə dəyişir. 1832-ci ildə
azərbaycanlılar Qarabağ əhalisinin 64,8
%, ermənilər isə 34,8% təşkil etmişdir. Rusiya bu siyasəti rnəqsədyönlü şəkildə
dəyişməklə davam etdirilməyə başladı.
XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin
milli tərkibində azərbaycanlılar 41,5%,
erməniiər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il
siyahıya alınmasına görə bu rəqəmlər 45
və 53%, 1917-ci ildə isə 40,2 və
52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistan
Respublikasının törətdiyi azərbaycanlı
qırğınları Qarabağı da əhatə
etmişdi. 1923-cü ildə isə
Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil
edərkən tarixi ədalətsizliyə yol verildi,
Qarabağın dağlıq və aran hissəsi süni şəkildə
bir-birindən ayrıldı, erməni əhalisinin
konsolidasiyası üçün əlverişli şərait
yaradıldı, azərbaycanlıların demoqrafik mövqeyinə
ciddi zərbə vuruldu. XX əsrin 20-60-cı illərində
yəni, 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş
siyahıya almalara görə DQMV-nin azərbaycanlı və
erməni əhalisi müvafiq olaraq 10,1 və
89,1%»; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9%
olmuşdur. Dağlıq Qarabağ erməniləri
1978-ci ildə köçürülmələrinin 150 illiyini
qeyd etmiş, bu münasibətlə Mardakert - Ağdarə
rayonunun Marağaşen - Leninavan kəndində xüsusi abidə
qoymuşdular. Ermənilərin
köçürüldüyü qeyd edildiyi kimi həm
Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri
ilə bağlı olmuşdur. Minlərlə
erməni hər iki dövlətin bu fitnəkar siyasətinin
düşünülmüş qurbanı olmuşdur.
İqtisadi mənafe ilə bağlı olan məsələlərdə
çox pərgar olan ermənilər bu siyasi oyunların
acınacaqlı nəticələrindən dərs ala bilməmiş,
Rusiya və Ermənistan liderlərinin onlar üçün
müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə
canla-başla və amansızlıqla yerinə yetirmiş, hər
dəfə də bu əməllərin qanunauyğun nəticəsi
kimi milli məğlubiyyət və faciəyə
düçar olmuşlar. Bu fitnəkarlığın
başlıca obyekti olan Türkiyə və Azərbaycan
müəyyən çətinliklərə baxmayaraq həmişə
bu imtahandan uğurla çıxmışdır. Tariximizin diqqətçəkən səhifələrindən
biri də ermənilərin Naxçıvana
köçürülməsi siyasəti ilə
bağlıdır.
Çar
Rusiyası siyasətində ermənilərin Azərbaycana
köçürülməsi
Çar Rusiyası siyasətində ermənilərin
Şimali Azərbaycana köçürülmə siyasətində
Naxçıvan bölgəsinə də xüsusi yer
ayrılmışdır. Rusiyada bu siyasətə
haqq qazandırmaq üçün İrəvan və
Naxçıvan kimi tarixi Azərbaycan ərazilərini erməni
torpağı kimi qələmə verməkdə davam edirdi.
Çar I Nikolay (1825-1855) İrəvan və Naxçıvan
xanlıqları əsasında qurama "Erməni vilayəti"
yaradılması haqqında 1828-ci ilin martında fərman
vermişdi. Lakin qısa bir müddət sonra, 1840-cı
ildə bu vilayəti ləğv etmiş, beləliklə, həmin
ideyanın doğru olmadığı təsdiq olunmuşdu. Buna baxmayaraq, 1828-1831-ci illərdə
Naxçıvan bölgəsinə xeyli miqdarda erməni
köçürülmüşdü. Naxçıvan vilayəti
və Ordubad dairəsinə İrandan 2387 ailə, yaxud 11992 nəfər
(6339 kişi, 5653 qadın), Türkiyədən 8 ailə, yaxud
27 nəfər (17 kişi, 10 qadın) köçürülür.
Qriboyedovun ermənilərin İrandan
Naxçıvana köçürülməsinə dair faktları
Şopendən müəyyən qədər fərqlənir.
Şopen İrandan Naxçıvana köçürülənlərin
ümumi sayının 2387 ailə (Naxçıvan 122 Qafqazda
imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə
köçürülməsi əyaləti üzrə 2137,
Ordubad dairəsi üzrə 250 ailə)
olduğunu göstərirsə, Qriboyedov da bu rəqəmlər
müvafiq olaraq 2551 (+164), 2285 (+148) və 266 (+16) təşkil
edirdi. Qriboyedovun təqdim etdiyi cədvəl ermənilərin
haradan haraya köçürülməsini də
aydınlaşdırır. Cədvəldən aydın olur ki,
Naxçıvan əyalətinə köçürülən
2285 ailədən 416-sı (18,2%) Naxçıvan şəhərində
məskunlaşmışdı. Qalan ailələr
Naxçıvan əyalətinin 43, Ordubad dairəsinin 5 kəndində
yerləşmişdi. Qriboyedovun təqdim etdiyi cədvəlin
mühüm cəhətlərindən biri də ondan ibarətdir
ki, o, Naxçıvana köçürülən ermənilərin
yaş və cins kimi vacib demoqrafik göstəriciləri
haqqında təsəvvür yaradır.
Köçürülən ermənilərin (13160 nəfər)
6954 nəfərini (52,8%) kişilər təşkil edirdi.
Kişilərə dair məlumat iki yerə
bölünmüş, burada böyüklər və
kiçik yaşlılar ayrılmışdır. Bu rəqəmlər
də, əslində, ciddi informasiya mənbəyidir.
Köçürülən ermənilərin 4459 nəfəri
(64,12%) böyüklər, 2495 nəfəri (35,88 %) kiçik
yaşlılar idi. Bu fakt köçürülən ermənilər
içərisində demoqrafik artım potensialını
göstərir. Köçürülən ermənilərin
6206 nəfərini (42,2 %) qadınlar təşkil edirdi.
1919-cü ildə Mikoyan Stalinə yazırdı ki, ermənilər
“böyük Ermənistan” yaratmaq xülyasındadırlar. O
zaman ermənilər Rusiyanın dəstəyi ilə iyrənc
ideyalarını reallığa çevirməyə
çalışırdılarsa, bu gün də bu
xülyanı ABŞ və Fransadan böyük dəstək
aImaqla həyata keçirməyə cəhd göstərirlər.
Sovet dövründə ermənilər
“böyük Ermənistan” yaratmaq planını gündəmdən
çıxarmışdılar. Çünki rəsmi Moskva
ermənilərin bu məkrli planına dəstək verməsi
ilə imperiyanın gözləniləndən tez
dağılacağından ehtiyat etmişdir. Amma ermənilər
zaman-zaman planlarının həyata keçirilməsi
üçün səylərini davam etdirmişlər.
Xüsusilə də 1980-ci ilin əvvəllərində bu məsələni
daha qabarıq formada ortaya atmışdırlar. Amma Azərbaycanın
Ümumilli Lideri Heydər Əliyevin böyük bacarığı
nəticəsində bu məsələ gündəmdən
çıxarıblar. Ermənilər Ulu Öndər
Heydər Əliyevin Sovet İttifaqı Mərkəzi Komitəsindən
(MK) uzaqlaşdırılmasına qədər gözlədilər
və Ulu Öndər MK-dən uzaqlaşdırılandan sonra
yenidən məkrli planlarını qabartmağa
başladılar. Haşiyə
çıxaraq qeyd etmək lazımdır ki, ermənilər
bütün vasitələrdən, o cümlədən
ordan-burdan köçürülüb, gələn
haykanuşlardan da istifadə etməklə “böyük Ermənistan”
yaratmağa səylər göstərmişlər. Biz isə
dili-dini bir olan Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla
birləşməyə tərəddüdlər etmişik. Nədəndir
ki, bu birləşməni farslar və ruslar arzu etməmişlər.
Nədəndir ki, ermənilər bu birləşmədən
sonra ayaqlar altında qala biləcəklərindən
qorxmuşlar. Məhz buna görə də 1943-cü ildə
tarixi şəraitə əsasən ələ düşən
fürsət- Şimali Azərbaycanla Cənubi Azərbaycanın
birləşməsi baş tutmamışdır. Nəzərə
almaq lazımdır ki, o zaman birləşmə ilə
bağlı bütün məsələlər öz həllini
tapmışdır. Təbrizi Azərbaycana birləşdirmək
üçün İrana gedən Azərbaycan nümayəndə
heyətinin tərkibində görkəmli alimlərimiz
Əziz Əliyev və İmam Mustafayev də olmuşdur.
Onların xatirələrində də bu məsələ qeyd
olunub. Amma birləşmə planı erməni-rus
maraqlarının üst-üstə düşməsi səbəbindən
pozulmuşdur. Planın pozulmasında Mikoyanın böyük
xidməti olur. Mikoyan hiyləgərliklə, uydurulmuş
yalanları ilə Stalinin Cənubi Azərbaycanla Şimali Azərbaycanın
birləşməsinə “yox” deməsinə inandıra
bilmişdir. Erməni ideoloqu deyir ki, Cənubi Azərbaycan əraziləri
ilə Şimali Azərbaycan birləşərsə, onda 30
milyonluq Azərbaycan dövləti formalaşacaq. Bununla da, Ermənistan
ayaqlar altında qalacaq. Yəni ermənilərin maraqları
imkan vermirdi ki, cənubdakı torpaqlarımızla Şimali Azərbaycan
torpaqları birləşsin. Baxmayaraq ki, Cənubi Azərbaycanda
hərəkat oldu və demokratik dövlət quruldu. Sonda
Pişəvəri hərəkatının nümayəndələri
Azərbaycana gəldi və onlar burda öldürüldülər.
Bundan sonra ABŞ-ın təzyiqi və ermənilərin
hiyləgər planı hesabına sovet qoşunları
İrandan çıxarıldı. Hətta ABŞ prezidenti
Trumen 21 mart 1946-cı il tarixində SSRİ-yə ultimatum verərək,
Stalindən sovet hərbi qüvvələrinin İrandan
çıxanlmasını təiəb etmişdir. Sovetlər dönəmində də aradabir
azğınlıq edən ermənilər Dağlıq
Qarabağa uğursuz iddialar da ediblər. 1945-ci ilin
payızında Ermənistan KP MK-nın katibi A.Arutyunov
ÜİK(b)P MK-nın müzakirəsinə Dağlıq
Qarabağ Vilayətinin Ermənistana verilməsi barədə
təklif - layihə təqdim edir. Təklifdə
xüsusi vurğu ilə bildirir ki, Dağlıq
Qarabağın əhalisinin əksəriyyəti ermənilərdən
ibarət olduğu üçün həmin ərazi Ermənistana
verilməlidir. Bu zaman ÜİK(b)P katibliyi Azərbaycan KP MK
katibi M.C.Bağırovun rəyini öyrənmək
üçün ona müraciət edir. A.Arutyunovun
məktub-layihəsindəki dəlilləri alt-üst edən
M.C.Bağırov bildirir ki, əgər ermənilərin əsas
götürdükləri səbəbə görə
Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul
sayılırsa, nə olar, qoy DQMV-nin Şuşa rayonu istisna
olunmaqla ərazisi Ermənistana verilsin. Ancaq bir şərtlə.
Elə bu arqumentə-amilə əsaslanaraq azərbaycanlıların
yaşadığı Vedi, Qarabağlar və Yeğeqnadzor
rayonları Naxçıvana birləşdirilsin, habelə,
vaxtilə Gürcüstana və Dağıstana verilən Azərbaycan
torpaqları geri qaytarılsın. Bu tutarlı tələb
qarşısında aciz qalan ermənilər iddialarından
geri çəkilir.
İ.ƏLİYEV
Səs.- 2021.- 17 avqust.- S.12-13.