Azərbaycan Sərhəd Mühafizəsinin 102 illiyi münasibətilə təntənəli mərasim keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin tarixi Zəfərindən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizəsinin 102 illik şanlı tarixinin qələbəli səhifələrini ən yüksək əhval-ruhiyyə, Azərbaycan dövlətçiliyinə xidmətdən irəli gələn qürur hissi ilə qarşılayırlar.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, DSX-nin rəhbərliyi şəxsi heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil gül dəstələri qoyub.

 

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilib.

 

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş igid oğulların xatirəsi anılıb, “Əbədi məşəlabidəsinin önünə əklil qoyulub.

 

Dövlət Sərhəd Xidmətinin aparatında Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 102-ci ildönümünü böyük təntənə ilə qeyd edən qalib ölkənin sərhədçilərini peşə bayramı münasibətilə təbrik edib.

 

Dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, Vətən müharibəsinin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmələri, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmələri, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində Zəngilan şəhərində dövlət bayrağımızı sancmaları, Ermənistanla dövlət sərhədində strateji yüksəklikləri azad etmələri, Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin Şuşa şəhərinin, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin azad olunmasında Azərbaycan sərhədçilərinin qəhrəmanlıq igidlik nümunələri göstərdikləri xüsusi vurğulanıb.

 

Dünyanın aparıcı ordularının, hərbi-strateji araşdırma mərkəzlərinin tədqiqat mövzusuna çevrilmiş, müasir müharibə aparma təcrübəsində yenilik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla pilotsuz uçuş vasitəsi kimi tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat zərbəendirici pilotsuz uçuş aparatlarının sinxronlaşdırılmış istifadəsi nəticəsində müharibənin ilk günlərindən Qarabağ səmalarına hakim olmağımız qürurla vurğulanıb, “Açıq səmaadlı bu döyüş əməliyyatının xüsusilə vacib rol oynadığı qeyd edilib.

 

Dövlət Sərhəd XidmətininHarop”, “Quzğunpilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən "Toçka-U", “Elbrus” (SKAD) operativtaktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları digər texnikası, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin, çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirildiyi diqqətə çatdırılıb.

 

Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin döyüş məharətini Müzəffər Ali Baş Komandanımızın xüsusi qiymətləndirdiyi, sərhədçilərin "Vətən Müharibəsi Qəhrəmanıadı ilə, orden medallarla təltif olunduğu, Vətən yolunda qələbə sevincini bizə yaşadan şəhidlərimizin fədakarlığının qədirbilən xalqımızın yaddaşından silinməyəcəyi vurğulanıb, səngərdə sərhəddə böyük əzmlə xidmət aparan sərhədçilərin dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövləti maraqları ən yüksək səviyyədə müdafiə edəcəkləri ifadə olunub.

 

Dövlət Sərhəd Xidmətinin yaradıcısı dahi öndər Heydər Əliyevin Vətən müharibəsində həlak olmuş qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 17-də imzaladığı sərəncamlar şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunub. Həmçinin Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması ərazi bütövlüyünün bərpası zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, döyüşlər zamanı şəxsi igidlik şücaət göstərdiklərinə görə təltif olunmuş hərbi qulluqçulara orden medallar təqdim olunub.

 

Tədbir çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaşıblar.

 

Səs.- 2021.- 19 avqust.- S.5.