Şəhid ailələrinə
və qazilərə diqqət və qayğı artırılır
Prezident İlham
Əliyev ölkəmizin
ərazi bütövlüyü
uğrunda şəhid
olmuş insanların ailələrinin, əlillərin
sosial məsələlərinin
həllini xüsusi diqqət mərkəzində
saxlayır
Azərbaycan dövlətinin apardığı
siyasətin əsas məqsədi ölkənin
iqtisadi cəhətdən
daha da inkişaf
etməsidir. Çünki
məhz iqtisadi yüksəliş dövlətə
sosial məsələləri
uğurla həll etməyə imkan verir. Təsadüfi deyil ki, hər
il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət
mərkəzində olur.
Büdcədən sosial sahəyə
ayrılan vəsaitin həcmi ildən-ilə artır. İstər pandemiya şəraiti səbəbindən, istərsə
də İkinci Vətən Müharibəsi
dövründən dövlətin
gəlirləri müəyyən
qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb. Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olmaqla, ölkənin sosial dəstəyə ehtiyacı
olanların hamısının
mənafeyi nəzərə
alınıb. Azərbaycanda
tələbələrdən tutmuş İkinci Dünya müharibəsinin
veteranlarına kimi hamıya sosial qayğı göstərilir.
Prezident İlham Əliyev çıxışlarında
dəfələrlə bəyan
edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşının mənafeyi dayanır. Xüsusilə, Prezident İlham
Əliyevin şəhid
ailələri və qazilərlə bağlı
cari ilin yanvar ayının 25-də
imzaladığı "Azərbaycan
Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun
müdafiəsi ilə
əlaqədar əlilliyi
müəyyən edilmiş
şəxslərin və
şəhid ailələrinin
sosial-məişət
şəraitinin yaxşılaşdırılması
ilə bağlı bir sıra tədbirlər
haqqında" Sərəncamı
deyilənlərin bariz
nümunəsidir. Bu Sərəncam
da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi
bütövlüyü, müstəqilliyi
və konstitusiya quruluşunun müdafiəsi
uğrunda döyüşlərdə
əlil olmuş vətəndaşların və
şəhid ailələrinin
sosial müdafiəsində
həyata keçirilən
sosial siyasətin
əsas istiqamətlərindən
biridir. Bu Sərəncam çoxsaylı
ailələrə mənzil
ehtiyaclarını qısa
zaman kəsiyində ödəməklə onlara
böyük sevinc bəxş edəcək, bununla da şəhid
ailələrinin sosial
müdafiəsi daha da yaxşılaşacaq.Qeyd
edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq
göstərişlərinə əsasən dövlət
qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün
mütəmadi olaraq tədbirlər həyata keçirilir. Xüsusilə, Prezident İlham
Əliyevin 8 dekabr
2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
müdafiəsi ilə
əlaqədar yaralananların
və şəhid ailələrinin təminatına
dəstək məqsədilə
"YAŞAT" Fondunun yaradılması,
Fond tərəfindən
qısa müddətdə ciddi işlərin
görülməsinə başlanılması
nəticəsində davamlı
olaraq müharibə əlilləri və şəhid ailələrinin,
o cümlədən müharibə
veteranlarının sosial
vəziyyətinin yaxşılaşdırılması
istiqamətində həyata
keçirilən intensiv
tədbirlər artıq
öz təsirli
nəticələrini verməkdədir.
Eyni zamanda, şəhid ailələri
və müharibə əlillərinin mənzil
və fərdi evlə, müharibə əlillərinin avtomobillə
təminatı tədbirləri
yüksək səviyyədə
davam etdirilir. Həmçinin, əlil vətəndaşlara
dövlət qayğısının
gücləndirilməsi siyasətinə
uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin
sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş
Dövlət Proqramının
maliyyələşdirilməsi təmin olunub. "Sosial müavinətlərin
məbləğinin artırılması
haqqında", "Müharibə
əlillərinə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdü"nün artırılması və
"Müharibə əlillərinə
Azərbaycan Respublikası
Prezidentinin təqaüdü"nün
təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq
və onlara göstərilən dövlətin
davamlı qayğısının
bariz nümunəsidir.
Bütün deyilənlərlə yanaşı, Azərbaycan
Respublikası Prezidentinin
tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən
Müdafiə Nazirliyinin
rəsmi siyahısında
yer almış şəhidlərdən banklar
qarşısında kredit
öhdəliyi olan 830
şəhidə aid 1
503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Eyni zamanda, şəhidlərimizin
ailə üzvlərinə
aid olan 286 sayda, xəsarət almış hərbçilər
üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər
çəkmiş 9 nəfər
mülki şəxsin
borc öhdəliklərinin
tamamilə silinməsi
təmin olunub. Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmayıb və onlar da
qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsinin təmin edilməsi, həmçinin, "Şəhid
adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən
güzəştlər haqqında"
qanuna əsasən, dövlət ali, orta
ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatda ödənişli
formada təhsil alan şəhid ailələrinin üzvləri
təhsil haqqı ödəməkdən azad
olunmasıdır. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm
addımların atılmasını,
sosial inkişafda ciddi irəliləyişləri
təmin edir. Bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi
əlillərinin mənzil
və fərdi evlə təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli
şəkildə minnətdarlıqlarını
ifadə ediblər genişləndirilir.Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin
ərazi bütövlüyü
uğrunda şəhid
olmuş insanların ailələrinin, əlillərin
sosial məsələlərinin
həllini xüsusi diqqət mərkəzində
saxlayır.
"Bu, ədalətli
qərardır"
2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə
Prezident İlham Əliyev məcburi köçkünlər üçün
nəzərdə tutulmuş
evlərin şəhid
ailələrinə verilməsi
barədə də qərar qəbul etdiyini diqqətə çatdırması deyilənlərin
reallığıdır: "Artıq göstəriş
verdim ki, Dövlətqaçqınkomun balansında
olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər
növbədə dayanan
şəhid ailələri
yerləşdirilməlidir bu
evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində
şəhid olmuş qəhrəman hərbçilərimizin
yaxınları bu evlərdə yerləşdirilməlidir.
Bu, ədalətli qərardır".Bir sözlə, görünən odur ki, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan
dövlətinin qarşısında
duran strateji vəzifələrdən biridir.
Şübhəsiz ki,
ölkə başçısının
sözügedən kateqoriyadan
olan insanlara yüksək diqqət və qayğısı hər kəsə nümunə olmalıdır. Elə yerli icra hakimiyyəti
orqanları da bu yenilikdən irəli gələn vəzifə öhdəliklərini
vicdanla yerinə yetirməlidirlər. Bu, həm vətəndaşın
öz dövlətinə
inamının daha da artmasına, həm də ölkədə milli birliyin güclənməsinə
xidmət edəcək.
MƏŞHUR
MƏMMƏDOV.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü
Səs.- 2021.- 2 fevral.- S.12.