YAP Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsinin şəhidlərini ziyarət ediblər

 

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsində böyük şücaətlə döyüşən Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan Səbail rayonunun şəhidləriMurad Qurbanov Asif oğlu, Bilal Qənbərov Xanlar oğlu Əli Nağıyev Mehman oğlunun ailə üzvlərini ziyarət ediblər.

 

YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Rayon Şurasının üzvü Faiq Qurbanov, YAP Səbil rayon «Aktyorlar evi» (Azərbaycan Teatr Xadimləri İttifaqı) ərazi ilk partiya təşkilatının sədri, Xalq artisti Hacı İsmayılov, "Kosmos mütəxəssisləri" (“Azərkosmos” ASC) ərazi ilk partiya təşkilatının sədri Ağəli Abbasov, YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli, rayon partiya təşkilatının aparat rəhbəri əməkdaşları Vətən müharibəsində hər biri qəhrəmanlıq dastanı yazan şəhidlərimizin əbədiyaşar xatirəsini ailə üzvləri ilə birlikdə böyük ehtiramla yad ediblər. Ziyarət zamanı vurğulanıb ki, Azərbaycan xalqı Vətən torpaqları uğrunda mətanətlə döyüşən, bu yolda Şəhadət zirvəsinə ucalan tarixi, möhtəşəm Qarabağ Zəfərinə imza atan Murad, Bilal, Əli kimi cəsur, fədakar övladlarının əziz xatirəsini daim uca tutacaqdır.

 

Qəhrəman Şəhidlərimizin valideynləri ailə üzvləri dövlətin bütün strukturları cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət qayğıya görə təşəkkür edərək, Vətənin adını ucaldan xalqımıza misilsiz qələbə sevincini bəxş edən övladları ilə fəxr etdiklərini bildiriblər.

 

Həmçinin, Şəhid ailələrinin üzvlərinin gündəlik qayğıları ilə maraqlanıblar Azərbaycanımıza yüksək fəxarət, şərəf gətirən bu ailələri daim xüsusi diqqət mərkəzində saxladıqlarını bildiriblər.

 

Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhunuz şad olsun, Vətənimizin qəhrəman oğulları!

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2021.- 11 fevral.- S.4.