Azərbaycanda siyasi
partiyaların fəaliyyəti üçün geniş
imkanlar yaradılıb
Ədliyyə Nazirliyi Qeydiyyat və
notariat baş idarəsinin rəisi İlqar Məmmədovun
AZƏRTAC-a müsahibəsi
Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin
2020-ci ilin yekunlarına
dair bu günlərdə
keçirilmiş onlayn
mətbuat konfransında
bir çox məsələlərlə yanaşı,
ölkədə siyasi
partiyaların fəaliyyətinə
dair məsələlərə
də toxunulub. Bununla bağlı müxbirimiz nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovdan müsahibə alıb. Müsahibəni təqdim edirik.
– İlqar müəllim,
istərdik ki, hazırda ölkədə
dövlət qeydiyyatına
alınmış siyasi
partiyaların fəaliyyəti
ilə bağlı fikirlərinizi öyrənək.
Bu barədə məlumat oxucularımız
üçün maraqlı
olardı.
– Bildirmək
istərdim ki, ölkəmiz müstəqilliyini
bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən
hüquqi dövlət
quruculuğu yolunu tutan Azərbaycanda mütərəqqi dünya
təcrübəsinə əsaslanaraq
sərbəst siyasi fəaliyyət üçün
hər cür şərait yaradılıb. Bu da çoxsaylı
siyasi partiyaların yaranması ilə müşayiət olunur. Ötən dövrdə müxtəlif yönümlü,
məram və məqsədləri ilə
fərqlənən 62 siyasi
partiyanın, o cümlədən
keçən il
7-sinin dövlət qeydiyyatına
alınması ölkəmizdə
siyasi plüralizmin və çoxpartiyalı sistemin
inkişafının əyani
təzahürüdür.
Qeyd olunmalıdır ki, siyasi sistemin
təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam
zəmində qurulması,
partiyalararası dialoqun
genişləndirilməsi Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin fəaliyyətinin mühüm
prioritetlərindən olmaqla,
hazırda bu sahədə önəmli
islahatlar həyata keçirilir.
Siyasi sistemin
inkişafı baxımından
2020-ci il uğurlu il kimi səciyyələndirilməlidir.
Belə ki, fevral ayında
ölkəmizdə azad
və demokratik şəraitdə Milli Məclisə seçkilər
keçirilərək çoxpartiyalı
yeni parlament formalaşıb, müxtəlif
partiyaların nümayəndələri
Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil
olunublar. Əlbəttə
ki, bu, siyasi
mədəniyyətin, siyasi
qüvvələr
arasında əməkdaşlığın
növbəti bariz nümunəsidir.
Eyni zamanda,
siyasi partiyalar dövlət başçısının
təşəbbüsünə müsbət cavab verərək siyasi dialoqa qoşulublar. Artıq deyə bilərik ki, ölkəmizdə demokratik
ənənələrin formalaşmasına
xidmət edən bu təcrübə şaxələnir. Prezident Administrasiyasında
partiya nümayəndələri
ilə mütəmadi
görüşlər keçirilərək
cəmiyyəti düşündürən
məsələlərin açıq
şəkildə müzakirə
olunması ölkənin
hərtərəfli inkişafı
baxımından olduqca
əhəmiyyətlidir.
Zəfər ili kimi yadda qalan 2020-ci ildə torpaqlarımızın
işğaldan azad olunması uğrunda aparılan və xalqımızın Böyük
Qələbəsi ilə
nəticələnən Vətən
müharibəsində siyasi
partiyalar bir araya gələrək Azərbaycan Ordusuna, Müzəffər Ali
Baş Komandana öz dəstəklərini
ifadə edib, ölkəmizdə yaşanan
milli və siyasi həmrəyliyi bir daha nümayiş
etdiriblər.
Qeyd olunmalıdır
ki, siyasi partiyaların tam əksəriyyəti bu gün respublikanın ictimai-siyasi həyatında
fəal iştirak edir, dövlət siyasətinin aktual məsələlərinə dair
mövqe bildirir, ictimai təşəbbüslərlə
çıxış edirlər.
Lakin partiyaların bəziləri
uzun müddətdir praktiki olaraq tam fəaliyyətsizdir, siyasi arenada görünmür, qanunvericiliklə
üzərinə düşən
vəzifələri yerinə
yetirmirlər.Halbuki bu
gün Azərbaycanın
siyasi palitrasında təmsil olunan bütün partiyaların
normal fəaliyyəti
üçün geniş
imkanlar mövcuddur – qərargahla, texniki avadanlıqla təmin olunurlar, mətbu orqanlara malikdirlər, müvafiq beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir,
kütləvi tədbirlər
təşkil edir, seçki proseslərinə
qatılırlar və
s.
– Belə qənaətə
gəlmək olar ki, faktiki fəaliyyətsiz
olan həmin partiyaların sadəcə
adları var, özləri yoxdur. Bu halda onlar
nə üçün
fəaliyyətlərinə xitam vermirlər. Ümumiyyətlə, belə
təşəbbüslə çıxış edən
olubmu?
– Elədir. Artıq
uzun müddətdir tam fəaliyyətsiz olan partiyalar var ki, onların
adları müvafiq reyestrdə olsa belə, əslində mövcud deyillər. Buna misal olaraq 1990-cı illərin əvvəllərində
yaradılmış Azərbaycan
Dirçəliş və
Tərəqqi, Müstəqil
Azərbaycan, Azərbaycan
Milli Dövlətçilik,
Azərbaycan Vətənpərvərlər,
Azərbaycan Vahid Kommunist partiyalarının
adlarını çəkmək
olar.
Həmçinin elələri var ki, rəhbərləri, habelə bir çox üzvləri vəfat edib və ya partiya
sıralarını tərk
ediblər. Yaxud partiyanın üzvü kimi qeyd olunan
şəxslər bundan
məlumatsızdırlar, eləcə
də həmin təşkilatlar qeydiyyata alınmış hüquqi
ünvanlarda mövcud
deyillər.
Partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” və “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında”, habelə digər qanunlarla tənzimlənir və qanunvericilikdə onların
hüquq və vəzifələri təsbit
olunub.
Təəssüf ki, qeyd olunan partiyalar qanunvericilikdə nəzərdə
tutulmuş vəzifələri
icra etmirlər: qurultaylar keçirmir, idarəetmə orqanlarını
formalaşdırmır, maliyyə
hesabatlarını vaxtında
və ya ümumiyyətlə, təqdim
etmir, digər nöqsanlara yol verməklə qanunvericiliyin
tələblərini pozmuş
olurlar.
Bununla bağlı
nazirlik tərəfindən
rəsmi müraciətlər
edilib və qanunvericiliyin tələblərinə
uyğun tədbirlərin
görülməsi xahiş
olunub. Lakin həmin partiyalar tərəfindən heç
bir addım atılmayıb.
Fürsətdən istifadə edib belə partiyalara bir daha müraciət
edərək fəaliyyətlərini
bərpa etmək istəyənlərə zəruri
hüquqi yardım göstərməyə Ədliyyə
Nazirliyinin hazır olduğunu bildirirəm.
Partiyaların öz fəaliyyətlərinə
xitam verməklə bağlı sualınıza
gəlincə isə,
bildirməliyəm ki,
ləğvetmə proseduru
mürəkkəb və
uzun sürən bir proses olmaqla
qanunvericilikdə öz
əksini tapıb. Belə ki, bunun
üçün partiyanın
qurultayı keçirilməli,
ləğvetmə komissiyası
yaradılmalıdır. Partiyanın
ləğvi barədə
elan verilməli, ləğvetmə ilə bağlı müvafiq, o cümlədən maliyyə
xarakterli sənədlər
hazırlanmalı, əmlakları
barədə qərar
qəbul edilməli və s. tədbirlər görülməlidir. Bununla
bağlı qanunvericilikdə
konkret müddətlər
müəyyən edilib.
Ləğvetmə prosesinin
ümumi müddəti
bir ildən çox çəkdikdə
isə, o, yenidən başlanır.
Ona görə də
partiyanın ləğvi
ilə bağlı qərar qəbul etmək və bununla əlaqədar hər hansı addım atmaq iqtidarında olmadıqlarından
həmin təşkilatlar
üçün daha asan və əlverişli
yol fəaliyyətlərinə
məhkəmə qaydasında
xitam verilməsidir.
Bu səbəbdən artıq bəzi partiyaların üzvləri
Ədliyyə Nazirliyinə
müraciət edərək
ləğvetmə prosesini
nazirliyin təşəbbüsü
əsasında məhkəmə
yolu ilə həyata keçirmək niyyətində olduqlarını
bildiriblər.Şübhəsiz ki, əsas istəyimiz
və məqsədimiz
cəmiyyətimizdə vətəndaş həmrəyliyinin və milli birliyin
möhkəmləndirilməsinə, bütövlükdə Vətənimizin
hərtərəfli tərəqqisinə
və dirçəlişinə
öz töhfələrini
verən siyasi qüvvələrin fəaliyyətinə
dəstək göstərməkdir.
Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyə
uyğun tədbirlər
davam etdiriləcək.
Şübhəsiz ki, əsas istəyimiz
və məqsədimiz
cəmiyyətimizdə vətəndaş
həmrəyliyinin və
milli birliyin möhkəmləndirilməsinə, bütövlükdə Vətənimizin
hərtərəfli tərəqqisinə
və dirçəlişinə
öz töhfələrini
verən siyasi qüvvələrin fəaliyyətinə dəstək göstərməkdir. Bununla
bağlı Ədliyyə
Nazirliyi tərəfindən
qanunvericiliyə uyğun
tədbirlər davam etdiriləcək.
Məmmədov İlqar
Səs.- 2021.- 11 fevral.- S.5.