Erməni vəhşiliyi dünya xalqlarını

dəhşətə gətirir –şok faktlar

   

1827-ci ildə İrəvan qalasının tutulması zamanı başda Eçmiədzin arxiyepiskopu Nerses olmaqla, ermənilər satqınlıqla məşğul olmuşdular

 

XIX əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyası tarixən Azərbaycan ərazisi olan Borçalı, Gəncə, Şəki, Şirvan, Lənkəran, Qarabağ, İrəvan və Naxçıvan bölgələrini işğal etməyə başlamışdır. Bu azmış kimi, Osmanlı İmperiyasına olan nifrətini gizlədə bilməyən Çar Rusiyası daha məkrli planı həyata keçirməyə başlamışdır. Belə ki, azəri türklərinin köməyi ilə öz dövləçiliyini qoruyub saxlayan İran, Rusiya imperiyası ilə birlikdə Anadoluya məkrli niyyətlər üçün qul qismində gətirilən hayların xəyanətkar xislətindən istifadə edərək, zaman-zaman türklərə qarşı deportasiya planlarını həyata keçirmişlər. I Pyotr 1723-cü ildə Bakını işğal etdikdən sonra orada və Dərbənd şəhərində erməniləri yerləşdirməyə başladı.

1768-ci ildə II Yekaterina ermənilərin qorunma altına alınması haqqında fərman imzaladı. 1802-ci ildə çar I Aleksandr öz məktubunda Azərbaycan türklərinin qənimi olan N.Sisiyanova yazırdı: «Nəyin bahasına olursa-olsun, Azərbaycanın bu və ya digər xanlıqlarında ermənilərdən istifadə olunmalıdır». 1801-ci ildən müasir Azərbaycan əraziləri işğal olunmağa başlayır. Qərbi Azərbaycandan azəri türklərinin ilk deportasiyası 1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra baş vermişdir. Belə ki, Şəmşədil və Lor Pəmbək əyalətlərinin rusların əlinə keçdikdən sonra yerli əhali oranı zor gücünə tərk etməyə məcbur edilmişdir. Bunu 13 iyul 1801-ci ildə erməni əsilli general Lazarevin Qafqaz ordusu komandanı Knorrinqə göndərdiyi raportda da öz əksini tapmışdır: «Pəmbək əyalətinin 14 kəndinin 5-6 min nəfərə qədər əhalisi İrəvan xanlığının ərazisində özlərinə sığınacaq tapmışdır».

1804-cü ildə İrəvan xanlığından qaçan və Rusiya təəbəliyini qəbul edən 2 minə qədər haylar həmin boşaldılan kəndlərə yerləşdirilmişdir. Elə həmin il rus ordusu Qarapapaqların yaşadığı Şörəyel mahalını işğal edirlər. 1807-ci il rus-türk müharibəsindən sonra onlar İrəvan xanlığının və Qars paşalığının ərazisinə köçmək məcburiyyətində qalırlar. 1805-ci ildə (XIX əsr) Qarabağ xanlığı ilə Rusiya arasında müqavilə bağlanılıb. Həmin müqavilə əsasında Qarabağ xanlığı Rusiyaya tabe olur. Məhz bundan sonra 1804-cü ildə Gəncə, 1806-ci ildə Bakı, 1809-cu ildə Lənkəran Rusiya tərəfindən işğal olundu. Ən gec işğal olunan ərazilər İrəvanla Naxçıvan olmuşdur. Rusiya 1826-cı ilə qədər (XIX əsr) bu əraziləri tam işğal edə bilməyibdir. XIX əsrin əvvəllərində İrəvan xanlığı 15 mahaldan ibarət idi: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Sürməli-Dərəkənd, Parçanis, Saatlı, Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə. Ruslar 1804-1813-cü illər ərzində İrəvan şəhərini tutmağa iki dəfə cəhd etsələr də, cəhdləri boşa çıxmışdır. Rus ordusu yalnız 1827-ci ilin 26 iyununda Naxçıvanı, 20 sentyabrında Sərdarabadı, 1 oktyabrda isə İrəvan qalasını tuta bildilər. İrəvan qalasının tutulması zamanı başda Eçmiədzin arxiyepiskopu Nerses olmaqla, ermənilər satqınlıqla məşğul olmuşdular.

 

“Böyük Ermənistan” adlı mif yüz illər

 boyu Xəzər dənizindən Qara

dənizədək olan sahəni əhatə edib

 

İrəvan işğal olunan zaman ətraf kəndlərdə yaşayanlar oranı məcburi şəkildə tərk etməli olmuşlar. Bu fakt qraf Paskeviçin 27 iyul 1827-ci ildə qraf Nesselroda göndərdiyi məktubunda da öz əksini tapmışdır: «Qarapapaqlardan 100 ailə və ayrımlardan 300 ailə Qarsa, tanınmış Uluxanlı tayfasından 600 ailə Bəyazidə, m üsəlman kurdləri-səlallılar Muşa köçmüşlər. Qarapapaqlılardan digər 800 ailə Arazı keçərək İrəvan xanı Hüseyn xanın qardaşı Həsən xanın dəstəsinə qoşulmuşlar. 700 ailə kürdcamədənlilər, 400 ailə birukinlilər, 400 ailə dovşanlılar, 200 ailə çobankerinlilər, 1000 ailə zilani-kürdləri də onlarla birlikdə Türkiyəyə keçmişlər». “Türkmənçay” (10 fevral 1828) müqaviəsindən sonra isə 21 mart 1828-ci ildə imperator I Nikolayın fərmanı ilə əzəli Azərbaycan torpaqları olan Qarabağ, Naxçıvan və İrəvan xanlıqlırının ərazisində «erməni vilayəti» yaradıldı ki, onun da 9700 əhalisinin 7331-i azəri türkləri idi. Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi “Türkmənçay” müqaviləsinin XV bəndinə uyğun olaraq 1828-1830-cu illər ərzində İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə İrandan 40 min, Türkiyədən isə 84600 erməni köçürüldü. Hərbi müdaxilə zamanı yüzlərlə kənd boşaldıldı və minlərlə insan qətl edildi. Bütün bu soyqırımı siyasətinə baxmayaraq, rus imperiyasının apardığı siyahıyaalmaya əsasən, 1897-ci ildə İrəvan quberniyasında 313 178 azəri türkü yaşayırdı. Erməni tarixçilərinin bəzi əsərlərində tarixi hadisələr, faktlar “böyük Ermənistan” ideyası naminə bir tərəfli qaydada təhrif olunur. Guya “böyük Ermənistan” adlı mif yüz illər boyu Xəzər dənizindən Qara dənizədək olan sahəni əhatə edirmiş. Ermənilərə görə “Ermənistan dövləti” e.ə II -I əsrlərdə mövcud imiş.... Hansı ki, Alban tarixçisi M.Kalankatlının “Alban tarixi” əsərində heç yerdə erməni adı çəkilmədiyi halda, ənənəvi olaraq erməni tarixçiləri coğrafi adları özlərinə məxsus bir tərzdə təhrif edərək, Aralıq, Qara və Xəzər dənizləri arasında yerləşən ərazini Ermənistan, orada yaşayan əhalini isə ermənilər adlandırırlar. Əgər Albaniya Ermənistarıın tərkib hissəsi olsaydı, onda bütün qədim erməni mənbələrində bu ölkənın adı “Ağvan” yox, “Hayastan” olardı... Azərbaycanın Kiçik Qafqaz dağlarının cərıub-şərq ətəklərindən başlayaraq Kür və Araz çayları arasındakı ərazisini əhatə edən tarixi Qarabağ vilayəti qədim dövrlərdə və erkən orta əsrlərdə Qafqaz Albaniyasının tərkibində olmuşdur. XX əsrə qədər Dağlıq Qarabağ anlayışı mövcud olmayıb. Artsax adlanan yer Albaniyanın əyaləti olmuş, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri tərkibində Qarabağ adlanmışdır. Albaniyanın Artsax vilayəti 12 kiçik inzibati ərazi vahidindən ibarət olmuşdur. 14 may 1805-ci il tarixdə “Kürəkçay” sülh müqaviləsinə görə Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçmiş, 1822-ci ildə isə rəsmi olaraq ləğv edilib Qarabağ əyalətinə çevrilmişdir. 1840-cı il islahatı ilə Qarabağ əyaləti ləğv olundu. Qafqazda imperiyalar və ermənilərin Azərbaycan arazilərinə köçürülməsi əvəzində Şuşa qəzası yaradılmış, qəza əvvəl Kaspi vilayətinin, 1868-ci ildən isə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olmuşdur.

XIX əsrin 20-ci illərində Yermolovun tələbi və təkidi ilə keçirilən siyahıyaalmada Qarabağ regionunda yaşayan 18.563 ailədən yalnız 1559-u (cəmi 18 %-i) erməni ailəsi olmuşdur. Bundan bir neçə il sonra (1832-ci il) aparılan kameral sayıma görə, İran və Türkiyədən köçürülən erməni abidələrinin hesabına Qarabağda ermənilərin sayı xeyli artmışdır. XIX əsrin 20-30- cu illərində Zaqafqaziyaya o cümlədən, Qarabağa 200.000 errnəni köçürülür. (N.İ.Şavrov: Novaya uqroza russkom u delu v Zaqafkazye; predstoyaşaya rasprodaja Muqani i narodtsam. SP-b.1911, s.59) Azərbaycanlıların deportasiya tarixi isə XIX əsrin əvvəlində, yəni 1801-ci ildən başlayır. İlk dəfə olaraq, rus ordusu indiki Ermənistan ərazisindən- 14 kənddən azəri türkünü deportasiya etdilər. Yəni azərbaycanlıların deportasiya olunmasının tarixi 200 il əvvələ gedib çıxır. Azərbaycanlıların deportasiya olunduğu həmin ərazilərə ermənilərin köçürülməsi həyata keçirilib. Rusiya ilə İran arasında gedən 1804-1813 və 1826-1828-ci illər müharibəsindən sonra imzalanan Gülüstan (1813-cü il 12 oktyabr) və Türkmənçay (1828-ci il 10 fevral) müqavilələri ilə Azərbaycan Rusiya və İranın məkrli işğalçılıq siyasətinin acı nəticəsi olaraq faciələr dolu həyat yaşamağa məhkum edildi. Azərbaycan xalqı iki yerə bölündü və Azərbaycanın şimalı Rusiyanın, cənubu isə Qacar dövlətinin (1936-cı ildən bu dövlət İran adlandırıldı-red) idarəçiliyinə keçmiş oldu. Diqqətçəkən müdhiş məqam ondan ibarətdir ki, Rusiya çarı 1-ci Nikolay 21 mart 1828-ci ildə Naxçıvan və İrəvan ərazisində erməni məhəllələrinin yaradılması haqqında 16 maddədən ibarət olan qərar qəbul etdi. Eyni zamanda, Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, ermənilərin İrandan Naxçıvan, İrəvan və Dağlıq Qarabağa köçürülməsi prosesi həyata keçirilməyə başladı. Bunun azərbaycanlılar öz vətənlərində, doğma yurdlarında sıxışdırılmağa başlamışlar. Rusiya ilə Turkiyə arasında 1828-1829, 1877-1878 müharibələrinin sonlarında da ermənilərin Türkiyədən Azərbaycan ərazilərinə köçürülməsi siyasəti həyata keçirildi. Ümumilikdə, 1829-1830-cu illərdə İrandan 40 min, Türkiyədən isə 84 min 600 erməni Azərbaycanın müxtəlif ərazilərində yerləşdirilmişdir. 1905-1907-ci illərdə Rusiyada baş verən qarışılıqlardan istifadə edərək, planlı şəkildə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Qazax, Ordubad, Eçmiadzin və Cavanşir bölgələrində ermənilər və onların havadarlarının törətdiyi qırğınlar nəticəsində yüz minlərlə azərbaycanlı, gürcü, kürd, yəhudi, ləzgi və digər xalqların nümayəndələri məhv edilmişdir. İrəvan və Gəncə quberniyalarının 200 kəndi, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının 75 kəndi dağıdılmış, əhalisi isə deportasiya edilmişdir. 1905-1907-ei ilə hadisələrindən sonra azəri türklərinə qarşı repressiya gizli formada həyata keçirilmişdir. Bunu o zamankı statistik məlumatlar da təsdiq edir. Belə ki, əgər İrəvan quberniyasının 5 qəzasında ümumi əhali 1916-cı ildə 1831-ci illə müqayisədə 40 dəfə artmışdırsa, həmin rnüddət ərzində azəri türklərinin sayı cəmi 4,6 dəfə artmışdır. Bu tükürpədici rəqəmlər erməni şovinistlərinin Rusiya imperiyasının himayəsi altında həyata keçirdikləri «türksüz Ermənistan» planını açıb göstərir. 8 avqust 1905-ci il - Şuşada Cənubi Azərbaycandan olan 17 nəfər azərbaycanlı fəhlə erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilir. Həmin gün Vəng kəndinin 300-dən çox silahlı erməni sakini quldurcasına yaxınlıqdan keçən azərbaycanlı karvanına basqın edirlər; tacirlər öldürülür, əmlakları talanır. Sonra ermənilər qonşu müsəlman kəndinə basqın edərək, burada kənd sakini Abbas bəyi, onun oğlunu, qardaşını və bir neçə nökər-naibini amansızlıqla öldürürlər. Az sonra kəndin bütün sakinləri erməni yaraqlıları tərəfindən qəddarcasına öldürülür, onların evləri isə yandırılır. Ermənilərin başladıqları Şuşa qırğını 10 gündən çox davam edir. 15 avqust 1906-cı il - Son bir həftə ərzində müsəlmanların yaşadıqları Oxçu, Şəbədək, Xələc, Qatar, Karxana, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Moltalar, Batuman, Atqız, Pirdavud, Zutul, Güman, İyilti, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq və digər kəndlər erməni quldur birləşmələri tərəfindən dağıdılıb talan edilir. 200 nəfərdən çox müsəlman qətlə yetirilir. Erməni işğalçı qəsbkarlarının xalqımıza qarşı etdikləri vəhşiliklər, həyata keçirdikləri qanlı hadisələr yüzlərlə, minlərlədir.

XX əsrin əvvəllərində baş verən bu kimi hadisələr Zəngəzur, Naxçıvan və Qarabağ ərazilərində daha intensiv xarakter almışdır. 1918-ci il daşnak quldur dəstələrinin Naxçıvan və Dərələyəz qəzalarına, eləcə də Qarabağa qanlı hücumları ilə də yadda qaldı. Daşnak quldur dəstələrinin təşkilatçı və başçılarından biri, Azərbaycan və Türkiyə milli demokratik hərəkatının qatı düşməni olan Andranik Ozanyanın silahlı, quldur dəstəsi Yaycı, Aza və digər kəndlərində rastlarına gələn bütün türk əhalisini qırdı. Təkcə Yayıcı kəndindən 2500 nəfəri öldürərək, meyitlərini Araz çayına tökmüşdür. ("Soobşerıiye Zakavkazskoqo krayevoqo komiteta rossiyskoy kommunistiçeskoy partii (bolşevikov)", N° 6-7, iyun-iyul 1919 qoda, Tifiis). 1918-ci ii mayın sonunda Naxçıvan və Şərur - Dərələyəz qəzalarının əhalisi Kərim xan İrəvanlının başçılığı ilə Mehmet Vahib paşanın yanına xüsusi nümayəndə heyəti göndərərək, Andranikin quldur dəstələrini dağıtmağı və Naxçıvan diyarına qoşun yeritməyi xahiş etdi. 1918-ci il iyunun əvvəlində 9 və 11-ci türk qoşunları diviziyaları Uluxanlıdan Naxçıvana hərəkət etdilər. 1918-ci il iyunun 4-də türk qoşunları Naxçıvana daxil oldu (Qarabekir paşa Kazim Birinci Kafkaz Kolorolnonun, 1919, s. 11 - 12.).

Azərbaycanın görkəmli tarixçi alimi, AMEA-nın müxbir üzvi Y.Mahmudov arxiv sənədləri əsasında dəqiqləşdirmişdir ki, indiki Ermənistan Respublikasının ərazisində 1918-1920-ci illər ərzində İrəvan Quberniyasında (indiki Yerevan) 211 müsəlman kəndləri yandırılmış və 22 min nəfər öldürülmüşdür. Erməni dilində nəşr olunan «Aşxadavor» («Zəhmətkeş») qəzetinin 2 noyabr 1919-cu il 231-ci sayında göstərilirdi ki, «ancaq İrəvan şəhəri və onun ətrafındakı 88 kənddə 1920 ev yandırılmış və 131 970 nəfər türk öldürülmüşdür». Həmin illər ərzində Zəngəzur mahalında (indiki Sisiyan və Qafan) 112 kənd dağıdılmış, 10 min nəfər məhv edilmiş və 50 min nəfər qovulmuş; Göycə mahalında (indiki Çambarak və Vardanes) 22 kənd dağıdılmış və 22 min nəfər öldürülmüş; Dərələyəz mahalında (indiki Exnadzor və Vayk) 7695 ev yandırılmış və 57530 nəfər öldürülmüşdür.

AMEA İnsan Hüquqları İnstitutunun araşdırıcı qrupu tərəfindən müəyyənləşdirilmişdir ki, təkcə 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən 400 min azəri türkü, 120 min gürcü, 22 min ləzgi, 15 min kürd və 3 minə qədər yəhudi öldürülmüşdür. Əlbəttə, ermənilər tərəfindən tonqallarda yandırılan körpə uşaqları, qarınları xəncərlə yırtılmış hamilə qadınları, üzlərinə bıçaq, xəncər və süngü ilə xaç şəkli çəkilmiş qızları, ayaqları nallanmış gəncləri, kürəklərinə qaynar samovar bağlanmış oğlanları, başlarına mismar çalınmış cavanları, qulaqları, bədənlərinin müxtəlif orqanları kəsilmiş kişiləri, yem üçün quduz itlərə atılan məsum körpələri, kəsilmiş saçlarından çatı toxunan qadınları, kürəklərinə qızdırılmış dəmirlə möhür vurulmuş günahsız insanları, ağlasığmaz işgəncələrdən sonra çılpaq-çılpaq ağaca asılmış qocaları, deyiləsi və yazılası işgəncələri unutmaqmı olar? Quldur daşnaq birləşmələrinin viran etdiyi yüzlərlə Azərbaycan kəndlərini yaddan çıxarmaqmı olar? Andranik, Qay, Yapo, Keri, Sancan, Aşot, Saqo, Murad, Soqrad, Baqrat, Aram, Beda, Konyan, Njde, Dro, Lalayan, Purimyan, Sarkisyan, Hamazasp, Şaumyan kimi daşnak qaniçənlər silahsız müsəlmanlara tutduqları divanlar birmi, ikimi, üçmü...? 1932-ci ildə Z.Korkodyanın İrəvanda çap olunmuş «Sovet Ermənistanının əhalisi. 1831-1931» kitabında göstərilmişdir ki, əgər Ermənistanda 1918-ci ildə 575 min azəri türkü var idisə, artıq 1920-ci ildə onların sayı 10 minə düşmüşdü. Qalanları isə ya qırılmış, ya da deportasiya olunmuşdur. 25 sentyabr 1918-ci ildə “Azərbaycan” qəzeti yazırdı: “Türkiyənin Avropa müharibəsində iştirakında daşnaklar özlərinin böyük arzularım ən yaxın vaxtlarda həyata keçirmək imkanı gördülər. Lakin “böyük Ermənistan” xülyası etnik cəhətdən təmiz ərazinin yaradılmasını tələb edirdi. Və əvvəlcə Qars və Qars vilayətinin müsəlman əhalisinin sistematik surətdə döyülməsi başlayır”.

Diqqətinizi belə bir fakta cəlb etmək istəyirik ki, rəsmi tarixdə göstərildiyi kimi, Qars vilayətində türk qoşunları deyil, məhz erməni qoşunları cinayət və dəhşətlər törətmişdi. “Azərbaycan” qəzeti 13 noyabr 1918-ci ildə yazırdı: “İrəvan quberniyasının hər yerində müsəlmanların həyatı tükdən asılı idi; bu vaxt erməni ştabının əmrilə 200-dən çox müsəlman kəndi qılıncdan keçirilmiş, yandırılmış və 200 mirıə yaxın müsəlman kəndlisi evsiz-eşiksiz qalmışdı; bütün bunlara aclıq və xəstəlik də əlavə edilmişdi”. Qars vilayətində erməni qoşunları dinc əhaliyə qarşı qəddarlığının həddi olmayan vuruşa başladılar. Bu, həmin erməni hərbi hissələri idi ki, “Brest-Litovsk” sülh müqaviləsinə görə Rusiya Respublikası bunları tərxis edib buraxmalıydı. Ermənilər özləri Qarsın dinc əhalisinə qarşı daşnak başkəsənlərinin göstərdikləri vəhşilikləri qismən də olsa təsdiq edirdilər. 30 iyun 1930-cu ildə ermənicə “Kommunist” qəzetində dərc ediimiş “Müstəqil Ermənistan” məqaləsində qeyd edilirdi: “On illərlə ya ölüm, ya azadlıq”,- deyə bağıran daşnak qatillər, avantüristlər və satqınlar, quldur mauzerçilər... inqilabi Bakını hədələyirlər”.

Qars vilayəti azad edildikdən sonra türk ali baş komandanlığı Qafqaz cəbhəsindəki qüvvələri yenidən təşkil edib, 4 və 1-ci ordu korpuslarını Yaqub Şövqi paşanın komandanlığı altında Qars qoşunları qrupunda birləşdirdi. Qars qoşunları qrupunun qarşısına keçmiş İrəvan quberniyasının bütün bölgələrini tutmaq və burada yaşayan müsəlman əhalini mü dafiəsi və himayəsi altına götürmək vəzifəsi qoyulmuşdu. 8 may 1918-ci ildə 1-ci ordu korpusunun komandiri, general Kazım Qarabəkir paşa Gümrünü (Aleksandropolu) tutmaq əmri aldı. 10 may 1918- ci ildə türk qoşunları Arpaçayı keçdilər, şimaldan və cənubdan Gümrüyə yaxınlaşmağa başladılar və mayın 15-də günün sonuna yaxın türk qoşunları şəhəri tutdular. Türk qoşunlarının irəliləməsi daşnaklar arasına vəlvələ salmışdı. Amma Türkiyəyə olunan xarici müdaxilə Türk ordusunun Ermənistanın içərilərinə doğru irəliləməsinin qarşısını aldı. Bundan istifadə edən ermənilər azərbaycanlılara qarşı geniş miqyaslı soyqırıma başladılar. 1918-ci ilin noyabrında Cənub-Qərbi Qafqazın müsəlman əhalisi daşnak qırğınlarından xilas olmaq üçün kömək məqsədilə ilk dəfə olaraq Osmanlı imperiyasına üz tutdu. Məğlub edilmiş Osmanlı imperiyası isə öz xalqına və qardaşlarına - İrəvan quberniyasının Azərbaycan türklərinə bu köməyi göstərmək iqtidarında deyildi. Artıq 1918-ci il noyabrın 4-də “Türkiyə ilə həmsərhəd qəzalara köçmüş” İrəvan quberniyası müsəlmanlarının nümayəndələri Bakıya gəlmişdilər ki, özlərinin faciəli vəziyyətləri haqqında məlumat versinlər. Türk qoşunlarının köçürülməsi başlamışdı, lakin qoşunlar hissə-hissə çıxırdılar. Buna baxmayaraq, müsəlmanların nümayəndə heyəti Azərbaycana müraciət etməyi və qırğının qarşısını almağa kömək istəməyi özlərinin borcu hesab etdilər. Bununla əlaqədar olaraq “Azərbaycan” qəzeti 4 noyabr 1918-ci ildə yazırdı: “Bütün Zaqafqaziyada erməni-müsəlman münasibətlərinin qurbanı olmuş İrəvan müsəlmanlarının səsini bütün Azərbaycan xalqı eşitməlidir. İrəvan quberniyasının sağ qalmış müsəlman əhalisinin məhv olmaqdan xilas etmək üçün hər şey etməliyik, bu, bizim vətəndaşlıq borcumuzdur”.

 

Qafqazda ingilis- ABŞ siyasəti

 

Maraqlıdır ki, o zaman ABŞ-dakı erməni lobbisi inadkarlıqla Ermənistan mandatı almaq istəyirdi. Bu məqsəd qabarıq sürətdə Qafqazda ingilis-ABŞ siyasətində həyata keçirilirdi. 1918-ci il noyabrın 28-də hərbi komitənin iclasında Lloyd Corc və Kerzon Ermənistan və Konstantinopolun Amerikanın iradəsi altına verilməsi haqqında fikir irəli sürdülər. Bu fikirlərə tərəfdar olan Vilson da qeyd edirdi ki, “Ermənistan özü bir tərəfdən türklərə, digər tərəfdən isə bolşeviklərə qarşı müqavimət göstərə bilməz”. ( L. Djordj. Pravda o mirnıx pereqovorax, t. II, M., 1957. s. 389.) Bu ölkələrin başçılarının belə mövqeyi ermənilərin iştahını daha da qıcıqlandırır, onlarda belə illüziya yaradırdı ki, hər şeyə izin verilir. Onlar şura iclasında daşnaklar “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq iddialarını açıq sürətdə bildirdilər. Ermənistanın bu siyasəti Sovet İttifaqı zamanı da davam etmişdir. 1947- ci ilin dekabr ayının 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul etmişdir. Həmin qərarın birinci bəndinə görə 1948-ci ildə 10 min nəfər, 1949-cu ildə 40 min nəfər və 1950-ci ildə 50 min nəfər azərbaycanlı köçürülməli idi. Lakin 1948-1952- ci illər ərzində Ermənistan SSR-nin 183 kəndi boşaldılaraq 144654 nəfər azəri türkü sürgün olunmuşdur. Onların da əksəriyyəti dağlıq şəraitdən birbaşa aran zonasına köçürüldüyünə görə, iqlimə adaptasiya ola bilməmiş və məhv olmuşdur. Çox maraqlıdır ki, bu insanların qırılacağı barədə azəri türklərinin fikirləri Ermənistan SSR-nin daxili işlər naziri, general-mayor Qriqoryanın 3 may 1948-ci ildə SSRİ DİN-ə göndərdiyi «Azərbaycan SSR-yə köçürüləcək Ermənstanın azərbaycanlı əhalisinin əhval-ruhiyyəsi haqqındakı» 01/3745 saylı məxfi arayışında göstərilsə də, Moskva bunu qulaqardına vurmuşdur. Məxfi arayışda deyilir: «Sisyan rayonunun Comərclli kəndində yaşayan Cəlal Qurbanov həmkəndlilərinə demişdir: ... Çoxları bilmir ki, Azərbaycanda necə istilər olur. 1918-ci ildə biz Ermənistandan Naxçıvana qaçmışdıq. O zaman biz 14 nəfər idik. İki ildən sonra 3 nəfər qaldıq. Qalan 11 nəfər istidən və xəstəlikdən öldü. Aran zonası Naxçıvanla müqayisədə daha dəhşətlidir. Biz çox itki verəcəyik».

Azərbaycanlıların Ermənistandakı tarixi dədə-baba yurdlarından deportasiya olunması əvəzinə isə Yunanıstan, Suriya, Livan, Bolqarıstan, İran, Rumıniya, ABŞ, Fransa, Fələstin və Misirdən 95400 nəfər erməni köçürülmüşdür. Bunlar tarixi faktlardır və danılması da mümkün deyildir. Ermənistan SSR ərazisində sonuncu deportasiya isə 1988-89-cu illərdə həyata keçirilmişdir. Əsrlərlə öz tarixi torpaqlarında yaşamış 250 mindən çox azəri türkü, hal-hazırda Ermənistan Respublikasında hakimiyyətdə olan «Daşnaksütyun» partiyasının (dünyada yeganə partiyadır ki, onun nizamnaməsində terror rəsmən qəbul edilmişdir) rəhbərliyi altında həmin ərazilərdən zorla deportasiya edilmişdir. Deportasiya zamanı 225 nəfər qətlə yetirilmiş, 300 nəfər müxtəlif bədən xəsarətləri almış, 2000-ə yaxın azərbaycanlı türklərinin yaşadıqları kəndlər boşaldılmış, azərbaycanlılara məxsus tarixi mədəni abidələr və qəbiristanlıqlar dağıdılmış, tarixi-coğrafi adlar dəyişdirilmiş, insanların mülkləri və şəxsi əşyaları əvəzsiz mənimsənilmişdir. Ermənilər insana yaraşmayan hərəkətləri etməklə aşağıdakı beynəlxalq sənədlərin müddəalarını kobudluqla pozmuşlar: BMT Nizamnaməsi; «İnsan Hüquqlarının Ümumi Bəyannaməsi» (1948); «İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası (1950); Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Pakt (1966); «Dini əqidə əsasında diskriminasiya və dözülməzliyin bütün formalarının ləğv edilməsi haqqında» Bəyannamə (1986); «Hərbi cinayətlər və bəşəriyyət əleyhinə olan müddət tarixinin tətbiq edilməməsi haqqında» Konvensiya (1968) və s.

 

İ.ƏLİYEV

 

Səs.- 2021.- 30 iyul.- S.8-9.