“Kabuslar
şəhəri”ndə 1 gün
Və ya vaxtilə ən abad şəhərlərimizdən
olmuş, son 30 ildə erməni işğalçıları tərəfindən
tamamilə dağıdılmış
Ağdam şəhərinin
xarabalıqlarına fotosəyahət
İyunun 4-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidməti tərəfindən
Ağdam şəhərinə
təşkil olunmuş
media-tur çərçivəsində
Ermənistan işğalı
dövründə tamamilə
dağıdılmış Ağdam şəhərinin
qalıqları ilə
tanış olduq.
Səfərdə media nümayəndələri
ilə yanaşı, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Turizm Agentliyi, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi
və digər dövlət orqanlarının
əməkdaşları, həmçinin
arxeoloq alimlər və kulturoloqlar iştirak edirdi.
Mədəniyyət Nazirliyi yanında
Mədəni İrsin
Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəsi
Emin Hüseynov media-tur iştirakçılarına
ermənilərin bu
ərazilərdə törətdikləri
müharibə cinayətləri,
mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı
məlumat verdi.
Əvvəlcə, şəhərdə əsası
qoyulan tikintilərə
baş çəkdik.
Zəfər və İşğal muzeyləri,
yeni yaşayış
binaları, Ağdam Meşə Parkı, Sənaye Parkı və s. Hər tərəfdə tikinti gedir, yol çəkilir,
su və elektrik xətləri çəkilir.
Səfər çərçivəsində Ağdam şəhərində
yerləşən mədəni
irs nümunələri
Cümə məscidi,
Çörək muzeyi,
Şahmat evi, Dram Teatrı, “İmarət” kompleksi, Qiyaslı məscidi, Şahbulaq qalası, və s. tikililərə baş çəkdik. Daha doğrusu onların qalıqlarına.
30 ilə yaxın çəkən işğal
dövründə ermənilərin
burada törətdikləri
vandallıqlarla, vəhşiliklərlə
əyani tanış tanış olduq.
Ağdam şəhərində yeganə salamat qalan tikili Cümə
məscididir, onu da minarələrini müşahidə qülləsi,
özünü isə
hərbçilərinin və
heyvanlarının yaşayış
yeri kimi saxlamağa məcbur olublar. Şəhər ətrafında isə yalnız Şahbulaq qalası salamat qalıb ki, onu da turizm
mərkəzi, restoran kimi istifadə
ediblər.
Bütövlükdə Ağdam şəhəri və kəndləri tamamilə dağıdılıb.
Belə kadrları yalnız müharibə getmiş səhərdə
görmək mümkündür,
lakin Ağdam şəhərində müharibə
getməyib. Stalinqrad və onun kimi
dağılmış şəhərlər
uzun və ağır döyüşlərin
yadigarı idi, Ağdam isə dinc dövrdə qəsdən dağıdılmış,
yer üzündən silinmiş yeganə şəhərdir. Xarabalıqlar
şəhəri. Məhz
buna görə, xarici jurnalistlər Ağdamı kabus şəhər adlandırırlar.
1990-cı illərin ortalarında 3 il ərzində dayandığım
postları, düşmənlə
atışdığımız səngərləri keçmək
başqa bir təəssüratdır. 25 il
keçib. Az qala ümidimizi itirdiyimiz bir vaxtda Ali Baş
Komandanımız və
şanlı ordumuz bir möcüzə yaradaraq, Qarabağımızı
qaytardı. O vaxt yalnız binokla baxa bildiyimiz torpaqlarımıza indi sərbəst keçib gəzmək, baxmaq... Bu bir kiçik
yazıya sığmaz.
Bu təəssüratlarımı
ayrıca yazacağam,
ona görə də burada sadəcə oxucularımızı
fotosəyahətə aparmaq
qərarına gəldim.
Fotolar hər şeyi deyir. Bunlar danışan şəkillərdir.
Tezliklə burada
hər şey dəyişəcək, bu
xarabalıqların yerində
yeni, müasir bir şəhər görəcəyik. Bu fotolar isə yalnız yaddaşlarda qalacaq. Erməni faşizminin və vandalizminin tarixin yaddaşına köçmüş
sənədləri kimi...
Elçin Bayramlı
Fotolar müəllifindir
Səs.-
2021.- 8 iyun.- S.9.