Zəngəzur - Azərbaycanı regionun nəqliyyat qovşaqlarını
birləşdirən dəhliz
Prezident İlham Əliyev: “Zəngəzur
dəhlizi bölgədəki bütün ölkələr
üçün yeni imkanlar açacaq”
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
videoformatda təşkil
etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri”
adlı müzakirələrdə
bəzi mühüm mövzulara toxunuldu və bir çox
suallara aydınlıq
gətirildi. Azərbaycan
Prezidenti İlham Əliyevin müzakirələr
zamanı gündəmə
daşıdığı əsas
məsələlərdən biri regionun iqtisadi
mənzərəsini dəyişəcək
Zəngəzur dəhlizi
ilə bağlı oldu. Prezident İlham Əliyev
çıxışı zamanı
qeyd etdi ki, 30 illik işğala
və azad edilmiş torpaqlarda böyük miqyaslı dağıntılara və
xarabalıqlara baxmayaraq,
Azərbaycan gələcəyə
baxmağa, inteqrasiya olunmuş Cənubi Qafqazın bir hissəsi kimi gələcəyi planlaşdırmağa
hazırdır: “Ümid
edirik ki, Cənubi Qafqazdakı fəal əməkdaşlıq və
inteqrasiya barədə
danışa biləcəyimiz
vaxt gələcək.
Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması
ilə əlaqədar
bir sıra vacib təklif və təşəbbüslər
irəli sürmüşük
ki, bunlar da 10 noyabr 2020-ci il tarixli birgə
bəyanatda əks olunub. Deyə bilərəm ki, bu layihənin icrası üzərində
iş artıq başlayıb. Azərbaycan
artıq bunun üçün texniki və maliyyə resursları ayırıb.
Zəngəzur dəhlizi
açılanda o, bölgədəki
bütün ölkələr
üçün yeni imkanlar açacaq”.
Prezident İlham Əliyev
vurğuladı ki, Azərbaycan bu əməkdaşlığa, ortaq
gələcəyi planlaşdırmağa
hazırdır: “Çünki
biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq,
yenidən birlikdə yaşamağı öyrənməliyik.
Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları
bu torpaqları ziyarət edəndə və dağıntıların
miqyasını görəndə
onların duyğularını
təsəvvür edə
bilərsiniz. Ancaq siyasətçilərin rolu
öz gündəmlərini
müdafiə etmək,
bölgədə sabit
inkişafa, sülhə
və rifaha nail ola biləcəyimizi
izah etməkdir”.
Zəngəzur dirçəliş dəhlizi
türk dünyasını
birləşdirəcək tarixi
layihə
Siyasi şərhçilərin
fikrincə, Zəngəzur
dəhlizinin istifadəyə
verilməsi Azərbaycanı
regionun nəqliyyat qovşaqlarının dəhlizinə
çevirəcək. Azərbaycan
Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat
dəhlizlərinin formalaşmasında
yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına,
həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə
həmin nəqliyyat dəhlizlərinə çıxışını
təmin edəcək.
Xüsusən də Şərq-Qərb nəqliyyat
dəhlizinə naxçıvanlı
iş adamlarının
çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri
də gücləndirəcək,
ölkəmizin geoiqtisadi
əhəmiyyətini daha
da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Prezident İlham Əliyev
martın 31-də Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının videokonfrans
formatında keçirilən
qeyri-formal Zirvə görüşündə çıxışı
zamanı II Qarabağ
müharibəsi haqqında
məlumat verməklə
yanaşı, həm də dövlət başçımız tarixi
Zəngəzur çıxışı
zamanı türkdilli dövlətlərə
tarixi mesaj ünvanlayaraq bildirmişdir
ki, bu tarixi
layihə türk dünyasını birlşdirən
layihə olacaqdır:
“Müharibə başa
çatdı, münaqişə
tarixdə qaldı. Yeni imkanlar yarandı.
Onların arasında hesab edirəm ki, ən vacib
imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq
Zəngəzur dəhlizi
üzərində çox
fəal çalışırıq»,-deyən Azərbaycan Prezidenti bildirdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan
alıb Ermənistana birləşdirmək türk
dünyasının coğrafi
parçalanması idi:
«Naxçıvanda keçirilmiş Zirvə
görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan
alıb Ermənistana birləşdirmək türk
dünyasının coğrafi
parçalanması idi.
Çünki əgər
xəritəyə baxsaq,
görərik ki, sanki bizim bədənimizə
xəncər saplanmışdır,
türk dünyası parçalanmışdır.
Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının
birləşməsi rolunu
oynayacaq”.
Zəngəzur dəhlizi bütün region ölkələri üçün yeni imkanlar yaradacaq
Bir əsas
məqamı da vurğulamaq lazımdır
ki, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin iştirakı ilə reallaşdırdığı
“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq
perspektivləri” adlı
videoformatda müzakirələr
bir daha göstərdi ki, dünyanın aparıcı
gücləri bu gün Azərbaycanla əməkdaşlıq etməkdə
çox maraqlıdırlar.
Başqa sözlə deyilsə, Azərbaycan qalib dövlət və yeni regional
reallıqların müəllifi
kimi dünyanın diqqət mərkəzindədir.
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin keçirdiyi
videokonfransın gedişində
etdiyi çıxışda
Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan hər cür konstruktiv, qarşılıqlı
faydalı əməkdaşlığa
açıq ölkədir
və gələcəyə
nəzər salmağa,
vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini
planlaşdırmağa hazırdır.
Ölkəmiz, dövlətimiz
artıq bir çox mühüm təkliflərlə və
təşəbbüslərlə çıxış edib və bu təşəbbüslərin
əksəriyyəti 10 noyabr
2020-ci il tarixli birgə Bəyanatda da əks olunub.
Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma
dəhlizlərinin açılması
ilə bağlıdır.
Dövlət başçımızın
da qeyd etdiyi
kimi, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb və Zəngəzur dəhlizi açıldıqdan
sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev öz çıxışında bir
daha humanistlik nümayiş etdirərək
yaranmış iqtisadi
imkanlardan Ermənistanın
da yararlanmaq şansı ola biləcəyini də vurğuladı: “Azərbaycan
əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına
açıqdır, çünki
biz istəsək də, istəməsək
də qonşuyuq və yanaşı yaşamalıyıq və
bir daha bu birgə yaşamanı
öyrənməliyik.”
Həmçinin Avropa İttifaqı və Azərbaycan enerji təhlükəsizliyi
məsələlərində çox yaxın tərəfdaşlardır. Dövlət başçımız tərəfindən
xüsusi olaraq vurğulandı ki, Cənub Qaz Dəhlizinin başa çatdırılması ölkəmizin
Avropa İttifaqı ilə əməkdaşlığı
üçün yeni imkanlar açır. Çünki Azərbaycan
Avropa İttifaqının
enerji təhlükəsizliyi
məsələlərində artıq mühüm rol oynamağa
başlayıb. Sözsüz
ki, Avropa İttifaqının regionda
dinc inkişafa verəcəyi dəstək
çox vacibdir. Prezident İlham Əliyevin dediyi kimi, Birləşmiş Ştatlar, Rusiya, Çin və Türkiyə ilə yanaşı, Avropa İttifaqı dünyada aparıcı beynəlxalq
iştirakçılardan biridir.
Məhz bu səbəbdən, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha
da inkişaf etdirilməsi olduqca vacib məsələlərdən
biridir.
Bir sözlə,
bu dəhliz Vətən müharibəsində
qazandığımız tarixi
uğurlarımızdan biridir.
Prezident İlham Əliyev də Zəngəzur dəhlizinin
tarixi nailiyyət olduğunu vurğulayıb:
“Üçtərəfli Bəyanatda
xüsusilə bu məsələnin əks
olunması bizim, eyni zamanda, böyük
siyasi qələbəmizdir.
Hazırda Zəngəzur dəhlizinin
fəaliyyəti istiqamətində
fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri
masa üzərindədir,
müzakirə edilir və bu, bizim
növbəti tarixi uğurumuz olacaqdır”.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2021.- 10 iyun,- S.7.