Bakı Ali Neft Məktəbi YAP-la birgə tədbir
keçirdi
Bakı Ali Neft Məktəbində (BANM) Yeni
Azərbaycan Partiyasının
(YAP) sədr müavini
- Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqovun iştirakı ilə Azərbaycan xalqının taleyində
böyük əhəmiyyət
daşıyan 15 iyun -
Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Tarixi Zəfərə” adlı tədbir keçirilib.
Tədbirdə BANM-in tələbə, professor-müəllim heyəti
və əməkdaşları
iştirak edib. Karantin qaydalarına uyğun şəkildə
təşkil edilən
canlı görüş
paralel olaraq onlayn formatda da yayımlanıb. Onlayn görüşə
900-dək iştirakçı qatılıb.
YAP-ın sədr
müavini - Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov ilk olaraq Ali
Məktəbdə yaradılmış
tədris şəraiti,
maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə yaxından tanış olub. Bakı Ali Neft Məktəbinin
rektoru Elmar Qasımov tədris üçün yaradılan
şərait, infrastruktur,
gələcək planlar
barədə qonağa
ətraflı məlumat
verib. Ulu öndərin büstü
önünə gül
düzülüb, Bakı
Ali Neft Məktəbinin tədris otaqlarına, tədqiqat laboratoriyalarına, İnnovasiya
Mərkəzinə, neft
tarixinə dair nadir eksponatların yer aldığı muzeyə baxış keçirilib.
Tədbirdə çıxış edən
Tahir Budaqov qeyd edib ki,
tariximizdə Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə
malikdir. O bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması
xalqımızın çoxəsrlik
tarixinə taleyüklü
siyasi hadisə kimi daxil olub.
“Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini
qoydu. Bu gün milli qurtuluş ideologiyasının
təntənəsi müstəqil
respublikamızın davamlı
inkişafında özünü
büruzə verir, regionda və dünyada Azərbaycanın
nüfuzu daha da artır. Bu gün Azərbaycanda müstəqil dövlətçilik
ənənələri formalaşdırılmışdır
və şübhəsiz
ki, bu mühüm
nailiyyətin əldə
edilməsində ümummilli
lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna
əhəmiyyəti vardır”
– deyə o qeyd edib.
T.Budaqov vurğulayıb ki,
“Dəmir yumurq” əməliyyatı ilə
qazanılan tarixi zəfərin əsasında
Müzəffər Ali
Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın
siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurları
və xalq-iqtidar birliyi dayanır.
Bakı Ali
Neft Məktəbinin rektoru Elmar Qasımov
da öz növbəsində Ümummilli
lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda
hakimiyyətə qayıdışını
dövlətçilik tariximizin
şanlı səhifəsi
adlandırıb.
“Qazanılan bütün nailiyyətlərin
əsasında Ümummilli
Lider tərəfindən
müəyyənləşdirilən siyasi kurs və
Prezident İlham Əliyevin bu siyasi kursu uğurla
davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində
Azərbaycan dünyanın
dinamik inkişaf edən, modernləşən,
beynəlxalq miqyasda nüfuzu gündən-günə
artan dövlətə
çevrilib, ötən
dövr ərzində
möhtəşəm iqtisadi
uğurlara imza atılıb” – rektor əlavə edib.
T.Budaqova Bakı
Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.
Sonda Tahir
Budaqov Bakı Ali Neft Məktəbinin
tələbələrinin çoxsaylı
suallarını cavablandı
Səs.- 2021.- 12 iyun.- S.4-5