Nişan üzüyü
boğçada qaldı
Şəhidlər vurulan zaman ölmür,
unudulan zaman ölür...
Heydər Əliyev
Ədalət deyənin əyilməz dizi,
Sizdəndir ellərin
söhbəti, sözü.
Doğma Azərbaycan
unutmaz sizi,
Siz torpaq
uğrunda ölənlərsiniz !
Şəhidlər xiyabanında bir şəhid uyuyur. Bu qəhrəman Qərbi Azərbaycanın Hamamlı
mahalının Spitak rayonunun Saral kəndində 1970-ci ildə
doğulmuş Əsəd
Cəlal oğlu Əhmədovdur. Şərəfli
müəllim ailəsində
uşaqlığı keçən,
gələcəyə əhd-peyman
bağlayan, lakin arzuları ürəyində
qalan, mərmər daşlarda heykələ dönüb əbədiyyətə qovuşan
Əsəd Əhmədov
haqqında fikirlərimi
hekayə halında cəmləşdirməyə çalışdım.
Onun haqqında məlumatları tək bacısı olan məktəbimizin müəllimi
Afidə Əhmədovadan
aldım.
Əsəd dünyaya
göz açanda tale onun ömür
kitabına acı bir kədər yazıbmış. Bu qəhrəman oğul Daşdəmirlilər tayfasından
olan Qaçaq Bəkirin nəslindəndir.
Atalar gözəl deyib: “Ot kökü
üstə bitər.”
Belə ki, Bəkir Qurban oğlu çar Rusiyası dövründə
qaçaqçılıq edib şöhrətlənmişdir.
Həmin vaxt bir erməni ilə arasında münaqişə olur və zoğal çubuğu ilə onu məhv edir.
Bəli,
tarix təkrar olunur.Əsəd Əhmədov
da ziyalı ailəsində boyümüş,
kənddə ziyalılığı
ilə nüfuz qazanmış atası Cəlal müəllimdən
dərs almışdı.
Ailənin beşinci övladı olan Əsəd orta məktəbdə oxuyarkən
davranışı, bilgisi
ilə hamıdan
seçilərdi.1988-ci ildə Spitak rayonunda zəlzələ baş verir. Həmin vaxtı oradan köçürülən ailələrdən
biri də Cəlal müəllimin ailəsi olur. Bakıya pənah gətirən Əsəd
5 nömrəli texniki-peşə
məktəbində elektrik
peşəsinə yiyələnir.
1989-cu ildə Sovet Ordusu sıralarında Almaniyada hərbi xidmət keçir. Xidmətdən sonra Milli Orduya üzv
yazılır. 1992-ci ildə
Xocalı faciəsindən
sarsılan Əsəd
cəbhəyə yola
düşür. Həmin vaxtı
Şuşanın Zarıslı,
Tuşssu, Salatınkənd
yaşayış məntəqələri
uğrunda döyüşlərdə
fəal iştirak edərək, 70-ə qədər
erməni quldurunu məhv edir. Ölümdən qorxmayan Əsədin həyat yolu kimi döyüş
yolu da qısa
olur.Alın yazısı deyilən bir həqiqət var ki, orada
eniş-yoxuşlar, zülmət,
işıq, bəxtiyarlıq,
göz yaşları var. Alnına nə yazılıbsa o da olmalıdır. Şəhidlik də alın yazısıdır.
Həyatda Günəş
və ölümün
üzünə dik baxmaq olmur. Yalnız
qəhrəmanlar ölümün
üzünə dik baxırlar. Belə bir deyim var:
“Qalarsa göy bəyənsin, ölərsə
yer bəyənsin.” Şəhidlərimizi isə
hər ikisi bəyənir. Onlar əməlləri ilə tarix yazırlar.Vətənpərvərlik
ailədən başlayır.
Simuzər ananın, Cəlal
müəllimin tərbiyəsi
buna bariz nümunədir. Əsəd
qəhrəmanlığı Böyük Vətən müharibəsi illərində
qəhrəmancasına həlak
olmuş Azərbaycan Sovet Ensiklopediyasında yer almış əmiləri Veysəl və Rəsul Əhmədovlardan öyrənmişdir.Cəlal
müəllim ailədə
5 igid oğul, 1 qız övladı böyütmüşdü. Qardaşı
Qarabağ qazisi kapitan İntiqam Əhmədov da bu il dünyasını
dəyişmişdi. Bir ailəyə
2 zərbə vurulmuşdu.Əsədin
vətənpərvərliyi haqqında sinif müəllimi Aslan müəllim və sinif rəhbəri Şahbəndiyar müəllim
danışarkən Əsədin
yenidən orduya getməsini rayonumuzdan 15 nəfərin, kəndimizdən
isə 3 nəfərin
qətlə yetirildiyini
əsas gətirirdilər. Anası
Simuzər ana bir dəfə onun əlinin yaralandığını görüb
narahat olanda o deyir: “Qəm yemə, ana
! Əlimin yaralanması
nə böyük şeydir?” Həmin vaxtı o bacısı Afidəni qızıl mağazasına apararaq bir nişan üzüyü və sırğa alır: “Bacı, saxla erməniləri qovan kimi bilirsən də...” Gedəndə o atası Cəlal müəllimə deyir ki: “Ölsəm, qəhrəman kimi öləcəyəm, girov
düşməyi ağlına
belə gətirmə.”
Sən demə insan
öz qısa ömrü ilə bütöv bir insan ömrü yaşaya bilərmiş və ölümdən yüksəkdə dayanan bir zirvəyə qalxa bilərmiş. Bəli, Əsəd də şərəfli ölümü ilə əbədi ölümsüzlüyə
qovuşdu. İyulun
31-i onun son döyüşü oldu.
Qaraqaya və Kətik yaşayış məntəqələrinin
azad edilməsində düşmən onu qana boyadı. O gəzib doymadığı
Dəlidağı, Kərim
bulağını, Pəmbək
çayını, dostları
və nişan göndərəcəyi el
qızını gözləri
önünə gətirdi.
Qəlpələr dünən
onun mükafat aldığı pulları
qana boyamışdı.
Bəlkə də o son dəfə anasını xatırladı:
Mənim üçün
ağlama,
Ana şəhid
olmuşam.
Ürəyimi dağlama,
Haqqa şahid
olmuşam.
İsti yay
günlərinin birində
Əhmədovlar ailəsinin
qapısı təlaşla
döyüldü. Hərbi
paltarlı şəxslər
çətin də olsa ölüm xəbərini onlara deyə bildilər. Tez bir zamanda
göy guruldadı, şimşək çaxdı,
yağış yağdı,
sanki bu ağır itkiyə görə təbiət də ağlayırdı.
Bacısı Afidə
qəşş edərək
“Nişan üzüyü
boğçada, arzun ürəyində qaldı,
qardaş !” dedi. Əsəd! Vətən oğlu! Sən şəhidlik qismətinlə müqəddəsliyə
qovuşdun. Anadan olduğun ayda da əbədiyyətə
qovuşdun. Nişan üzüyün göz dağı oldu. Simuzər anaya, Afidə bacıya, Cəlal ataya. Adını gizli saxladığın bir gözəlin bəxt ulduzu beləcə söndü. Müəllimlər
müəllimi olan Cəlal müəllim sənin yoxluğuna dözə bilmədi, aramızdan vaxtsız getdi. Simuzər ana isə hər
qapı açılıb
örtüləndə baxır,
bir oğul yolu gözləyir: “Başını uca tut, ana, sənin
oğlun vətən,
torpaq uğrunda şəhid olub.”
Beləcə, bir ömür də soldu. İki gəncin taleyi yarımçıq qaldı. Əsəd yaşasaydı yəqin ki, Azərbaycana neçə-neçə vətənpərvər
oğul, qız bəxş edəcəkdi.
Vətən eşqi səni Cəlal müəllimdən, Simuzər
anadan alıb el-obaya, Azərbaycana oğul elədi. Vətən oğlu isə heç zaman unudulmur.05 fevral
1993-cü il tarixində
Azərbaycan Respublikasının
Prezidenti sənə “Milli Qəhrəman” fəxri adı verdi. Simuzər anaya vətənpərvər
oğul tərbiyə
etdiyinə görə
“Mehriban ana” medalı təqdim etdi. Şəhidlər xiyabanında məzarının
qara lenti üzərində belə
bir ürəkdağlayan
sözlər yazılmışdı:
“Ölümünə inanmıram,
Əsəd ! Mən səni dəlicəsinə sevirdim,
sevirəm, sevəcəyəm
də. Sonu necə olacaq bilmirəm...”
Yəqin ki,
bu sətirlər adını gizli saxladığın el qızının sənə
son sözləri idi. Bəlkə də el qızı
sənə bunları
da çatdırmaq istəyirmiş:
Sən gedəndən
hey basıram səbrimi,
Bölməkçün hesabımı-cəbrimi.
Qoy yanında
qazım sonra qəbrimi,
Özüm gələcəyəm
yanına bir gün...
Bakının Yasamal rayonunda bir küçə və 308 nömrəli məktəb Əsəd Əhmədovun adını
daşıyır. Torpağı vətənləşdirən oğullar,
adlarını da əbədiləşdirirlər.Kaş yaşayıb Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti
ilə bu müharibədə necə
qalib olduğumuzu görəydin. 44 günlük
müharibədən zəfərlə
çıxmağımız hamını sevindirdi.
Bu sevinc payı Sizə də çatır, çünki qələbəni
ilk dəfə Sizlər çalmısınız.
Rahat yatın, elin qəhrəman oğulları,
torpaqlarımız işğaldan
azad olunub və sükan xalqın yeganə etibar etdiyi, məğrur sərkərdəmiz
İlham Əliyevdədir.Ümid
edirik ki, bundan sonra da
müzəffər Ali
Baş Komandanımızın
rəhbərliyi altında
qədim Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə,
İrəvan mahalları
da işğaldan azad olunacaqdır.
Nazilə Rəsul qızı Əliyeva,
Nərimanov rayonu, 177 nömrəli tam orta məktəbin dil ədəbiyyat müəllimi, metodbirləşmə
sədrirıb
Səs.- 2021.- 12 iyun.- S.13.