Fransalı alim: Şuşa Bəyannaməsi
bütün region üçün möhkəm
sülh, sabitlik və tərəqqi amilidir
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü
tarixən kök salmış qardaşlıq
münasibətləri ilə
bir-birinə bağlı
olan iki böyük ölkə arasında növbəti tarixi görüşdür.
Türkiyənin də
mühüm rol oynadığı 44 günlük
müharibə nəticəsində
azad edilmiş Azərbaycanın mədəniyyət
mərkəzi olan Şuşada baş tutan bu görüş
çox böyük rəmzi məna kəsb edir. Bölgənin “güclü
dövləti”, eləcə
də NATO-nun strateji üzvü olan Türkiyə və NATO-nun sonuncu Zirvə görüşündə ABŞ Prezidenti Co Baydenin
Prezident Rəcəb Tayyib Ərdoğanla səmimi salamlaşması
- bütün bunlar rəmzi məna daşıyır.
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin
bu görüşü
iki qardaş ölkə arasındakı
çox mühüm əməkdaşlığı bir daha təsdiqlədi.
Həmçinin bu görüş Azərbaycanın
mədəniyyətə və
sülhə verdiyi önəmi əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
Şuşa şəhəri
cari ilin mayında Azərbaycanın
mədəniyyət mərkəzi
elan edildi. Yaxşı bilirik ki, sülhə yer olmayanda, mədəniyyətə də
yer olmur. Bu baxımdan Şuşa mesajının
ünvanı aydındır.
Ona görə də bu tarixi
Bəyannamə bütün
region üçün
möhkəm sülh,
sabitlik və tərəqqi amilidir.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri Fransa Milli Elmi Tədqiqatlar
Mərkəzinin (CNRS) islamşünas
alimi, Paris Ali Tədqiqatlar Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü
Karim İfrak
AZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib: “Qarabağda
erməni minasının
qurbanı olmuş iki azərbaycanlı jurnalistin ailəsinə başsağlığı verirəm.
Dünya ictimaiyyətini
mövcud reallıqlarla
məlumatlandırmaq istəyən
iki jurnalist həyatını itirdi. Bu hadisə Ermənistanın insan və tank əleyhinə
minalarının nə
qədər təhlükəli
olduğunu göstərən
faciədir. Bu, eyni zamanda Ermənistanın
beynəlxalq konvensiyaları,
xüsusilə 1949-cu il
Cenevrə Konvensiyasını
kobud şəkildə
pozduğunu göstərir.
Bu dözülməz vəziyyət hamımızdan
beynəlxalq ictimaiyyətə
çağırışlar etməyi tələb edir.
Qeyd edilib
ki, azərbaycanlı jurnalistlərin ölümü
bir daha minaların nə dərəcədə təhlükəli
olduğunu dünyaya xatırlatdı. Azərbaycan
erməni əsgərlərini
qaytarmaqla humanist siyasətini bir daha nümayiş etdirdi. Ermənistan təkcə bir rayonun deyil, işğaldan azad olunmuş bütün ərazilərdə yerləşdirdiyi
minaların xəritələrini
verməlidir.
Diqqətə çatdırıb ki, Ermənistana diplomatik və iqtisadi münasibətləri möhkəmləndirməklə
regionda sülhün bərqərar olmasına çağırış etməklə
Azərbaycan sülhpərvər
mövqeyini göstərir.
Bu, Azərbaycan xalqının sülh və tərəqqi niyyətində olmasının
sübutudur. Beynəlxalq
hüququn normalarına
riayət etməyən
Ermənistan isə bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq, azad edilmiş ərazilərdə yerləşdirdiyi
minaların xəritələrini
verməməklə barışıq
və yenidənqurma layihələrindən imtina
edir. Mülki insanların ölümü
və ya yaralanması ilə nəticələnən minalarla
bağlı passivlik göstərmək qəbuledilməzdir.
Vəziyyətə təcili olaraq
yenidən baxılmalı,
beynəlxalq təsisatlar
onsuz da ciddi olan vəziyyətin
daha da ağırlaşmasının
qarşısını almaq
məqsədilə Ermənistanın
əməkdaşlığa cəlb olunması üçün bütün
zəruri imkanlardan yararlanmalıdır.
Karim İfrak
bildirib ki, Minsk qrupunun üzvü olan Fransa Azərbaycanın sülh layihəsini dəstəkləməli və
Ermənistanı mina xəritələrini verməyə
məcbur etməlidir.
“Ermənistanı bütün mina xəritələrini verməyə
məcbur etmək lazımdır. Otuz il əvvəl on minlərlə azərbaycanlı ailəsinin
evlərindən didərgin
salınması, əcdadlarının
yurdundan qovulması böyük faciə və bəşəriyyət
tarixinin qara səhifəsidir. Bu gün həmin ailələrin öz evlərinə dönmək,
yenidən normal həyata başlamaq şansı yaranıb. Azərbaycan hökuməti
bu istiqamətdə artıq quruculuq işlərinə başlayıb.
Məndə olan məlumata görə, bir və ya
iki il ərzində
yeni kəndlər və şəhərlər
inşa ediləcək.
Bu ailələr artıq evlərinə dönə biləcəklər.
Hətta Britaniya hökumətinin də bu istiqamətdə Azərbaycana yardım təklif etdiyini eşitmişəm. Buna görə düşünürəm
ki, Fransa da eyni addımı
atmalı və son dərəcə perspektivli olan bu regionda sülh
quruculuğu prosesində
Azərbaycana kömək
etməlidir”, - deyə
K. İfrak diqqətə
çatdırıb.
Şəhla Ağalarova
Səs.- 2021.-18 iyun.-
S.3.