Belçika telekanalının
saytında işğaldan
azd olunmuş Ağdam haqqında reportaj yayımlanıb
AZƏRTAC xəbər
verir ki, aparıcı reportajın
əvvəlində ”Qafqazın
Xirosiması” adlanan Ağdama səfərindən
bəhs edir, işğal dövründə
şəhərin tamamilə
dağıdıldığı, evlərin talan olunduğu, salamat saxlanan yeganə məscidin isə səmti müəyyən
etmək üçün
istifadə olunduğu
qeyd edilir.
Reportajda 30 ilədək
davam edən işğaldan sonra ilk dəfə doğma torpaqlarına geri dönən sakinlərin fikirlərinə
də yer verilir. Yerli sakinlər şəhərin
işğaldan əvvəlki
həyatı haqqında
danışaraq, indi bu ərazilərin tanınmaz hala düşdüyünü bildirirlər.
Ermənilərin dinc sakinləri didərgin saldığını və
qətlə yetirdiyini
söyləyən insanlar
onlarla yenidən birgə yaşayışın
heç də asan olmayacağını da ifadə edirlər.
Bununla belə, doğma torpaqlarına geri qayıtmaq arzusunda olan sakinlər Ağdamda aparılan quruculuq işlərindən sonra ata-baba yurdlarında rahat yaşamaq istədiklərini söyləyirlər.
Kadrlarda Ağdamda
ərazilərin minalardan
təmizlənməsinin və
dinc əhalinin geri dönüşünün
nə qədər çətin olduğu da görünür. ANAMA-nın əməkdaşı
ərazilərin mina və partlayıcı sursatlardan təmizlənməsi
prosesi barədə məlumat verir. Bildirir ki, minalanmış
ərazilərin xəritələrinin
tam verilməməsi təmizləmə işlərini
daha da çətinləşdirir.
Reportajda 44 günlük
Vətən müharibəsində
qənimət götürülmüş
erməni hərbi texnikasının nümayiş
olunduğu Hərbi Qənimətlər Parkından
da bəhs edilir. Birinci Qarabağ müharibəsində
məcburi köçkünə
çevrilən müəllim
bildirir ki, məktəbliləri bu parka gətirməklə gənc nəslə öz tarixlərini dərindən mənimsəmək,
ona sahib çıxmaq baxımından
önəmlidir.
Reportajda üçtərəfli
Bəyanatdan sonra əraziləri tərk edən ermənilərin evləri yandırmasının
və təbiətə
zərər vurmasının
görüntüləri də
yer alıb. Sonda qeyd edilib
ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə
quruculuq işlərinə
başlayıb və hazırda yolların çəkilişi, yaşayış
məskənlərinin bərpası
və infrastrukturun qurulması layihələri
həyata keçirilir.
Bu layihələr sırasında Füzuli beynəlxalq hava limanı diqqəti xüsusilə cəlb edib.
Səs.- 2021.-25 iyun.-
S.10.