Məhərrəm Əliyev: Azərbaycan Ordusu bundan sonra
da xalqımızın
və dövlətimizin
etimadını şərəflə
doğruldacaq
"Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü
münasibəti ilə Silahlı Qüvvələrimizin şəxsi
heyətini təbrik edir, möhkəm
cansağlığı, uzun ömür, ailə səadəti
və şərəfli xidmətlərində müvəffəqiyyətlər
arzulayıram. Doğma Vətənimiz uğrunda canlarından keçən
şəhidlərimizə Allahdan
rəhmət, ailələrinə
və yaxınlarına
səbir, qazilərimizə
şəfa diləyirəm".
Bu fikirləri
Trend-ə Azərbaycan
Respublikası Prezidentinin
köməkçisi - Administrasiyanın
Hərbi məsələlər
şöbəsinin rəhbəri,
general-polkovnik Məhərrəm
Əliyev deyib.
"Məlum
olduğu kimi, Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev 1998-ci ildə imzaladığı
müvafiq Fərmanla Milli Ordu quruculuğunda
varislik ənənələrinin
bərpası istiqamətində
çox mühüm addım atdı və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan
korpusunun yaradıldığı
gün - 26 iyun Azərbaycan
Respublikasının Silahlı
Qüvvələr Günü
elan edildi", deyə xatırladan Məhərrəm Əliyev
vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev görkəmli dövlət
xadimi, dünya miqyaslı böyük siyasətçi, həm də peşəkar hərbçi idi. SİTAT: "1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə azərbaycanlıların hərbi
məktəblərə daxil
olmalarının təmin
edilməsi, zabit kadrlarımızın vəzifələrə
irəli çəkilməsi,
hərbi təmayüllü
ixtisaslaşdırılmış orta məktəbin əsasının
qoyulması ordu quruculuğu sahəsində
milli maraqlarımızın
nəzərə alınması
istiqamətində aparılan
siyasətin bünövrəsini
təşkil edirdi. Xalqın təkidli çağırışlarına səs verərək
1993-cü ildə yenidən
hakimiyyətə qayıdan
Ümummilli Lider ordu quruculuğu sahəsində tarixi qərarlar qəbul etdi və genişmiqyaslı
islahatlara start verdi. “Mənim
həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın
müstəqilliyinin qorunub
saxlanmasına, ölkəmizin
bu ağır vəziyyətdən çıxmasına
həsr olunacaqdır”,
– deyən Ulu Öndər ilk növbədə ölkədə
vətəndaş həmrəyliyi
və sabitliyin bərqərar olunmasına nail oldu. Silahlı qüvvələrin mükəmməl qanunvericilik
bazası yaradıldı,
dövlətçiliyi və
hərbi andı hər şeydən uca tutan, hərbçi
olmağı şərəf
bilən, mənəvi
baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə
cəlb olundular.
Müəyyən qrupların
və siyasi dairələrin şəxsi
maraqlarına xidmət
edən silahlı dəstələr buraxıldı,
ayrı-ayrı qoşun
növlərinin, hərbi hissələrin
formalaşdırılması prosesi qısa müddət ərzində
tam başa çatdırıldı, eyni
zamanda orduya çağırış və
fərarilik halları
ilə bağlı problemlər həll edildi. Şəxsi heyətin mənəvi-psixoloji
hazırlığına, döyüş
ruhunun yüksəldilməsinə
diqqət artırıldı, hərbi vətənpərvərlik işi
gücləndirildi. Ordunun
mərkəzləşdirilmiş maddi-texniki təminatı və maliyyə-təsərrüfat
fəaliyyəti nizama
salındı".
General-polkovnik vurğulayıb ki,
Ümummilli Lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyev strateji əhəmiyyətli
sahələrində dinamik
inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirərək müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizamlı
və yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına
nail oldu.
SİTAT: "Dünya
miqyasında ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz işğal
altında olan torpaqlarımızın azadlığı
uğrunda 44 günlük
Vətən müharibəsində
mükəmməl döyüş
taktikası ilə yeni nəsil müharibə nümunəsi
göstərdi. Ötən illər ərzində Silahlı Qüvvələrdə çox
ciddi və əhəmiyyətli işlər
görülüb və
bundan sonra da ordu quruculuğu
sahəsində müvafiq
tədbirlərin davam
etdirilməsi nəzərdə
tutulur. Ali Baş Komandanın
tələb və tövsiyələrinə uyğun
olaraq bu gün qarşımızda
Silahlı Qüvvələrin,
qoşun növlərinin,
hərbi hissə və birləşmələrin
döyüş qabiliyyətinin
gücləndirilməsi, daha
effektiv silahların və döyüş texnikalarının istehsalı
ilə müdafiə
sənayesinin genişləndirilməsi,
Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin
daha da təkmilləşdirilməsi,
beynəlxalq təlimlərdə
iştirakın təmin
olunması, hərbi qulluqçuların hüquqlarının
müdafiəsi və
sosial-məişət şəraitlərinin
yaxşılaşdırılması
kimi tapşırıqlar
durur. Cənab Ali Baş Komandan İlham Əliyev bu məsələlərə xüsusi
diqqət göstərir
və öz çıxışlarında Azərbaycan
Ordusunun bundan sonra da gücləndiriləcəyini,
dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini vurğulayır. Bu xüsusda
Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında hərbi-strateji əməkdaşlığın
perspektivləri baxımından
müstəsna əhəmiyyət
kəsb edən Şuşa Bəyannaməsinin
imzalanması müdafiə
qabiliyyətinin və
təhlükəsizliyin möhkəmləndirilməsi,
birgə təlimlərin
keçirilməsi və şəxsi
heyət mübadiləsi,
aidiyyəti strukturların
əlaqəli fəaliyyətinin
təmin olunması, müştərək layihələrin
reallşdırılması və müdafiə sənayesi texnologiyalarının
inkişaf etdirilməsi
sahəsində ölkələrimiz
arasındakı münasibətlərin
keyfiyyətcə yeni mərhələyə
yüksəlməsinə mühüm
töhfələr verəcək
tarixi bir sənəddir".
Məhərrəm Əliyev əminliklə
ifadə edib ki, Azərbaycan Silahlı Qüvvələri
daim Vətənin keşiyində dayanaraq, ölkənin təhlükəsizliyini,
müdafiəsini və
ərazi bütövlüyünün
qorunması təminatını
ən yüksək səviyyədə həyata
keçirir.
"Sonda bir daha əminliklə
qeyd etmək istərdim ki, qalib Azərbaycan Ordusu bundan sonra
da xalqımızın
və dövlətimizin
etimadını şərəflə
doğruldacaq, hərbi
intizamını artıracaq,
döyüş və
mənəvi-psixoloji hazırlığını
yüksəldəcək və
Müzəffər Sərkərdəmiz,
cənab Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını
yerinə yetirmək üçün hər an hazır olacaqdır",
deyə Prezidentin hərbi məsələlər
üzrə köməkçisi
vurğulayıb.
Səs.- 2021.-25 iyun.- S.5.