Əli Hüseynli:
Azərbaycan dövləti
işğal dövründə
vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
Azərbaycan dövləti işğal
dövründə vurulmuş
ziyana görə təzminat almaqda israrlıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici
jurnalistlər üçün
keçirdiyi mətbuat
konfransında 4 saatdan
artıq müddətdə
canlı yayımla dünyanın 35 ölkəsini
təmsil edən 50-dən
çox jurnalistin suallarını fasiləsiz
cavablandırdı.
Məhz Xocalı faciəsi
qurbanlarının anım
günündə soyqırımı
həqiqətlərinin dövlətimizin
başçısı tərəfindən
dünya ictimaiyyətinin
diqqətinə çatdırılması,
erməni faşizminin
təkzibolunmaz faktlarla
ifşasının nüfuzlu
KİV-lərin manşet
xəbərlərində
tirajlanması informasiya
cəbhəsində növbəti
böyük uğur olaraq, ilk növbədə,
beynəlxalq ictimaiyyətin
Azərbaycana artan diqqətindən xəbər
verir.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Milli Məclisin deputatı Əli Hüseynli deyib.
Deputat bildirib
ki, media nümayəndələrinin Ermənistanın
30 il ərzində işğal altında saxladığı ərazilərdə
Azərbaycana vurduğu
ziyan və bu cinayətə görə cəza perspektivləri barədə
sualları xüsusi maraq doğurur.
Bildiyiniz kimi, erməni
varvarları zəbt etdikləri Qarabağ torpaqlarını viran qoyub, bütün infrastrukturu məhv edib, evləri, binaları talayaraq yerlə-yeksan etmiş, xalqımızın tarixi,
mədəni və mənəvi irsinə ağır zərbə vurublar. 100 min hektar kənd təsərrüfatı təyinatlı
münbit torpaqlar,
54 min hektar ərazidə meşə fondu məhv edilib, bölgə ekoloji fəlakət həddinə çatdırılıb.
Bu vandallıq hətta 10 noyabr üçtərəfli Bəyanatın
qəbul olunmasından
sonra da davam etmişdir. Vurulmuş ziyanın həcmi 100 milyardlarla ölçülür.
Görünən odur ki, başı
daxili çəkişmələrə
qarışmış məğlub
Ermənistan hakimiyyəti
bu hərbi cinayətlərin dairəsini
hələlik tam təsəvvür edə bilmir. Amma bütün
əvvəlki oxşar
hərbi cinayətlərin
araşdırılması göstərir
ki, söhbət böyük məbləğdə
təzminat tələbindən
gedir. Artıq dünyanın aparıcı
media qurumları da Ermənistan tərəfindən barbarcasına
dağıdılan şəhərlərimizi
Xirosima ilə müqayisə edirlər, onları “ruhlar şəhəri” adlandırırlar.
Bu, məhz hərbi cinayətin miqyasını göstərən
müqayisələrdəndir. Mətbuat konfransının
gedişində Prezident
İlham Əliyev bu məsələyə münasibətini açıqlayaraq
söylədi: “Bütün
dünya bunu gördü. İkinci Qarabağ müharibəsinin
əhəmiyyəti təkcə
ərazilərimizin, ərazi
bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün
dünya erməni faşizminin əsl real sifətini gördü. Biz, əlbəttə ki, bütün dəymiş ziyanı hesablamalıyıq
və hesablayırıq.
Mənim göstərişimlə
indi Azərbaycanın
müvafiq qurumları
video, foto çəkilişlər aparırlar,
dron çəkilişləri
aparılır. Dəymiş
bütün ziyan hesablanacaq. Dağılmış bütün evlərin
protokollaşdırılması işlərinə start verilib ki, vətəndaşlar
fərdi qaydada dəymiş ziyanın ödənilməsi üçün
beynəlxalq məhkəmələrə,
ilk növbədə,
Azərbaycan məhkəmələrinə
və sonra beynəlxalq məhkəmələrə
müraciət etsinlər”.
Eyni zamanda,
həmin ərazilərdə
iqtisadi aktivliyin dayanması ciddi ziyan kimi hesablanmalıdır.
Bu baxımdan, Ermənistanın işğal
altındakı ərazilərimizə
vurduğu ziyan, sadəcə, onun birbaşa etdiyi dağıntılar ilə
məhdudlaşmayacaq. Həmin
ərazilərimizin böyük
iqtisadi potensialını
nəzərə aldıqda
Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil
edilməsinə ehtiyac
yaranır. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin dediyi kimi, bununla
bağlı işlər
bir neçə istiqamətdə və mərhələdə reallaşacaq:
“İkinci mərhələdə,
- artıq bu sahədə də işlər başlanıb,
müvafiq sənədlər
imzalanıb, - buna oxşar münaqişələrdə
dəymiş ziyanın hesablanması üçün
təcrübəsi olan
beynəlxalq şirkətlərlə
də sənədlər
imzalanıb, onlar yaxın gələcəkdə
Azərbaycana gələcəklər.
Əlbəttə ki, onlar özləri tədqiqatlar aparacaqlar, ancaq biz də
onları lazım olan materiallarla təmin edəcəyik.
Bu beynəlxalq şirkətlərin bu sahədə təcrübəsi
var və dəymiş ziyanın ödənilməsi, təzminatın
ödənilməsi üçün
əlbəttə ki, beynəlxalq məhkəmələrdə
iddialar qaldırılacaq”.
Təbii resurslarımızı
icazəsiz istismar edən xarici şirkətlərin də
məsuliyyətə cəlb
edilməsi gündəlikdədir.
Bu, beynəlxalq cinayətdir. Prezident İlham Əliyev açıqladı ki, artıq bu cinayəti
törətmiş bəzi
qurumların məsuliyyətə
cəlb edilməsi üçün ilkin hazırlıq işləri
aparılıb: “Mən bu məsələ
ilə bağlı bir-iki dəfə öz sözümü demişəm, bir daha demək istəyirəm ki, ya bu şirkətlər
bizə təzminat ödəyəcəklər, kompensasiya
verəcəklər, ya
da ki, məhkəməyə
gedəcəklər. Məhkəməyə getdikləri təqdirdə,
tam əminəm ki, məhkəmədə
onlar uduzacaqlar, eyni zamanda, dünya
miqyasında biabır
olacaqlar. Çünki
başqa ölkədə
qanunsuz işlərlə
məşğul olmaq,
qanunsuz sahibkarlıqla
məşğul olmaq,
o ölkənin təbii
sərvətlərini talamaq
cinayət sayılır.
Bu şirkətlərin
beynəlxalq reputasiyasına
da çox ciddi ziyan dəyəcək”.
Bu cinayət əməllərinin
mühakiməsi ilə
bağlı perspektivlərə
gəldikdə, ölkə
rəhbəri dünya
ictimaiyyətinə və
beynəlxalq hüquq institutlarına çağırış
edərək, onları
bu məsələdə
ədalətli və obyektiv olmağa dəvət etdi: “İndi beynəlxalq məhkəmələrdə
buna nə dərəcədə reaksiya
veriləcək? O, işin
ikinci məsələsidir.
Burada, əlbəttə
ki, əsas məsələ obyektivlikdir.
Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bu təzminatı
ödəməli olacaqlar.
Biz, eyni zamanda, beynəlxalq praktikaya da nəzər
saldıq. Xarici İşlər Nazirliyinə
tapşırıq verildi
və artıq bu günlərdə mənə məlumat verildi, presedentlər necə olub, bu presedentlər var. O qədər də çox deyil, amma var.
Burada, əlbəttə,
hər bir presedent bizim tərəfimizdən təhlil
edilməlidir ki, bunun təməlində nələr dayanır? Obyektivlik, yoxsa ki, siyasi sifariş?
Çünki sirr deyil ki, beynəlxalq
məhkəmə sistemi
də siyasi təzyiqdən azad deyil və bəzi
hallarda siyasi sifarişlər də yerinə yetirilir. Ona görə hər şey bundan asılı olacaq. Hər halda, biz öz
üzərimizə düşən
missiyanı yerinə yetiririk və yaxın zamanlarda dolğun hesabat hazırlanacaqdır”.
Prezident İlham Əliyevin
hələ ötən
il noyabrın 6-da imzaladığı “Ermənistan
silahlı qüvvələrinin
Azərbaycan ərazisinə
təcavüzü nəticəsində
mülki əhaliyə,
dövlət əmlakına,
o cümlədən infrastruktur
obyektlərinə, habelə
sahibkarlıq fəaliyyəti
subyektlərinə dəymiş
ziyanın qiymətləndirilməsi
və aradan qaldırılması ilə
bağlı tədbirlər
haqqında” Sərəncama
uyğun olaraq Dövlət Komissiyası
və müxtəlif regionlar üzrə yaradılmış 9 işçi
qrupu bu istiqamətdə fəaliyyətini
davam etdirir.
Digər tərəfdən, tarix və mədəniyyət
abidələrinin mühafizəsi,
bununla da insanların mədəni hüquqlarının təmini
tək o ölkələrin
daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq
hüquq normaları ilə tənzimlənir.
Azərbaycan Respublikası müstəqil
dövlət olaraq bir sıra beynəlxalq
müqavilələrə, o cümlədən müvafiq
beynəlxalq konvensiyalara
qoşulmuş, öz
milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşdırmışdır. 1998-ci il aprelin 10-da “Tarix və mədəniyyət
abidələrinin qorunması
haqqında” Azərbaycan
Respublikası Qanunu qəbul edilib. Bu qanun tarix
və mədəniyyət
abidələrinin mühafizəsi,
öyrənilməsi və
onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.
Beləliklə, həm milli qanunvericilik səviyyəsində,
həm də beynəlxalq hüquq normaları baxımından
yetərincə imkanların
mövcudluğu təzminatla
bağlı məsələlərin
həlli prosesində Azərbaycan tərəfinin
nikbinliyi artıran ən vacib amildir.
Səs.-2021.- 3 mart.-
S.5.