Əsrimizin dühası – HEYDƏR
ƏLİYEV
Ulu Öndər Heydər Əliyevlə şəxsən
tanışlığım 1971-ci ildə Azərbaycan Pedoqoji
İnstitutuna gələn zaman olub. O zaman belə bir qayda var idi ki, I katiblər rus dilində
danışırdılar. Lakin Ulu Öndər
Heydər Əliyev bizim İnstituta gələn zaman Azərbaycan
dilində danışmağa başladı. Həm də çox maraqlıdır ki, Azərbaycan
dilində çox zəngin və həssas
danışırdı. Səlis nitqindən
bir daha aydın görünürdü ki, Onun çox
böyük natiqlik qabiliyyəti var və bu məharətindən
çox bacarıqla istifadə edir.
Dəqiq yadımdadır Ulu Öndər 1971-ci ilin noyabr
ayında indiki Nizami küçəsində gəzintiyə
çıxmışdı. İnsanlarla
salamlaşan zaman bir gənc Heydər Əliyevə
yaxınlaşaraq bildirdi ki, 8-ci kilometr qəsəbəsində
işıqlar tez-tez kəsilir, sakinlər buna görə əziyyət
çəkirlər. Həmin vaxt Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı işləyən Aydın Məmmədov
da Heydər Əliyevlə birlikdə gəzintidə
iştirak edirdi. Həmin gəncin şikayətinə
cavab gecikmədi. Hətta həmin gecə
televiziya vasitəsilə verilən son xəbərlərdə
Bakı şəhərinin 8-ci kilometr qəsəbəsində
elektrik enerjisi ilə bağlı problemin olması barədə
informasiya elan olundu.
Ulu Öndər Heydər Əliyevin mühüm əhəmiyyət
verdiyi sahələrdən biri də təhsil sahəsi idi. Xüsusilə,
azərbaycanlı gənclərin hərbi sahədə təhsil
almaları üçün Heydər Əliyevin təşəbbüsü
ilə 1972-ci ildə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycan
Dövlət Pedoqoji Universitetinin nəzdində Hərbi və
Fiziki təlim fakültəsi açıldı. Həmin fakültə öz fəaliyyətini bu və
ya digər şəkildə bu gün də davam etdirir.
Elə həmin illərdə Bakıda Cəmşid
Naxçıvanski adına Hərbi Təhsil
müəssisəsi yaradıldı. 1970-1980-cı
illərdə təhsil sahəsində elə ixtisas sahələri
vardı ki, onları bizim Ali təhsil müəssisələrində
almaq mümkün deyildi. Ona görə də
Ulu Öndər Heydər Əliyev orta məktəbi yenicə
bitirmiş istedadlı gənclərin SSR-nin böyük elm mərkəzlərinə
getmələrini təşkil edirdi. İmtahanlar
Bakıda keçirilir, lakin təhsil almaq üçün gənclər
Mokvaya, Leninqrada və Kiyevə göndərilir və bununla da
onlar mükəmməl təhsil alırdılar. Heydər Əliyev eyni zamanda aspirantura və
doktorantura dərəcələrini bu ölkələrdə
oxumaq istəyən tələbələrin həmin şəhərlərdə
təhsil almalarına önəm verirdi. Bütün
vaxtlarda da həmin məsələlərin nə yerdə
olduğuna bilavasitə nəzarət edirdi. Eyni zamanda hərbi sahədə də Azərbaycanlı
gənclərin SSR-də fəaliyyət göstərən Hərbi
məktəblərə birbaşa, məqsədli ezam
olunmalarına və həmin böyük elm mərkəzlərində
hərbi təhsil almalarına qayğı göstərirdi.
Biz bu gün Ulu Öndər Heydər Əliyevə
xeyirxah əməllərinə görə borcluyuq.
Çünki həmin vaxtda Heydər Əliyevin bilavasitə
qayğısı və nəzarəti sayəsində ali təhsil, yüksək elmi dərəcə
almış, hərb elminin sirrlərinə yiyələnmiş
mütəxəssislər bu gün Azərbaycan
Respublikasının elm, təhsil və hərbi sahəsindəki
işlərinin idarə olunmasında məharətlə
iştirak edirlər. Ulu Öndər Azərbaycanın
bu gününü deyil, onun gələcəyini fikirləşirdi.
Heydər Əliyev ilk azərbaycanlı olub ki, təhlükəsizlik
orqanlarında müxtəlif vəzifələrdə
çalışıb və ən yüksək - general
rütbəsi alıb. Azərbaycan xalqının
ziyalılarını real təhlükələrdən xilas
edib. Bu barədə televiziyalarda,
yazılı mətbuatda həmin şəxslərin öz
dilindən eşitmişik, Ulu Öndər Heydər
Əliyevin ünvanına xoş sözlərinin və minnətdarlıqlarının
şahidi olmuşuq.
1992-ci ildə Heydər Əliyev Naxçıvanda Milli Məclisin
Sədri vəzifəsində idi. Qədirbilən Azərbaycan
xalqı Heydər Əliyevlə əlaqələrini heç
vaxt kəsmirdi. Respublikanın müxtəlif
regionlarından Naxçıvana gedən insanlar Onunla
görüşür, ölkəmizdə baş verən hadisələri
və bundan çıxış yollarını müzakirə
edirdilər. Həmin görüşlərdə
məqsəd Azərbaycanın o zamanki ağır durumundan
çıxış yolları tapmaq idi. Bu
məsələdə nicat yolunu hər kəs Heydər
Əliyevdə görürdü. 1992-ci il
16 oktyabrda bir qrup Azərbaycan ziyalısı (indi rəsmi sənədlərdə
həmin ziyalılar “91-lər” adlandırılır) Ulu
Öndər Heydər Əliyevə məktubla müraciət
etdilər. Əlbəttə, həmin məktubun
cavabı çox gecikmədi. Elə 1992-ci il 26 oktyabr tarixində Heydər Əliyev həmin
müraciətə müsbət cavab verdi.
Ancaq o vaxtkı hakimiyyət Heydər Əliyevin Bakıya
gəlməsinə süni əngəl yaratmaqda davam edirdi. Bunu nəzərə
alaraq 1992-ci ilin 21 noyabrında Naxçıvanda əlverişsiz
bir şəraitdə Yeni Azərbaycan Partiyasının təsis
konfransı keçirildi və Ulu Öndər yeni yaradılan
partiyanın Sədri seçildi. Heydər
Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası
qısa zaman kəsiyində, təxminən 6 ay sonra hakimiyyətə
gəldi. Bu, Azərbaycan tarixində
müstəsna hadisələrdəndir. Bu,
ancaq Ulu Öndər Heydər Əliyev dühasının Azərbaycan
xalqı yanında illərdən bəri qazandığı
etimadın və etibarın nəticəsi idi.
1988-ci ildən başlayaraq Azərbaycanda hakimiyyət
uğrunda ciddi mübarizə gedirdi. Hakimiyyətə gələnlər
ölkəni idarə edə bilmir, qısa zamanda hakimiyyətdən
gedir və onları başqaları əvəz edirdi. Xüsusilə də 1988-1992-ci illərdə baş
verən Qarabağ münaqişəsi də ölkədə
ciddi sosial və iqtisadi, o cümlədən hərbi-siyasi xaos
yaratmışdı. Hakimiyyətin səriştəsizliyi
səbəbindən respublikada qarşıdurmalar artıq vətəndaş
müharibəsi həddinə gəlib
çatmışdı. Ölkənin
parçalanamaq təhlükəsi getdikcə artırdı.
Ona görə Heydər Əliyev ona edilən müraciətə
müsbət cavab verdi və 1993-cü ilin
iyun ayında Bakıya gəldi.
Onu da qeyd
edək ki, Ulu Öndərin Bakıya gəlişi
üçün təkcə “91-lər” deyil, həm də o
zaman hakimiyyətdə olanlar müraciət etmişdilər. Çünki onların özlərinin də həyatı
təhlükə qarşısında idi. Sürət
Hüseynov adlı korpus komandiri özünün
tabeçiliyində olan hərbçilərlə paytaxtdan 70
kilometr məsafədə olan Nəvahi qəsəbəsinə
qədər gəlib çatmışdı və hakimiyyətdəkiləri
hədələyirdi ki, Bakıya gəlib onları "Azadlıq"
meydanında dar ağacından asacaq. Həmin
vaxtda Ulu Öndər Heydər Əliyev Bakıya gəldi və
Milli Məclisin sessiyasında iştirak etdi. Sessiya bitəndən sonra elan etdi ki, indi Gəncəyə
gedirəm. Gəncəyə getməyinin səbəbini
isə orada baş verən qarşıdurma ilə əlaqədar
olduğunu izah etdi. O vaxta qədər AXC-Müsavat
cütlüyü Gəncəyə bir neçə dəfə
ağsaqqallardan ibarət dəstə göndərmişdi ki,
Sürət Hüseynov bu qarşıdurmadan çəkinsin. Lakin Sürət Hüseynov Ulu Öndər Heydər
Əliyevdən öncə Gəncəyə bu müraciətlə
getmiş heç bir şəxsi qəbul etməmişdi.
Çünki həmin adamlara inam yox idi.
Heydər Əliyev Milli Məclisdə Gəncəyə gedəcəyini
elan edən zaman bir neçə nəfər Heydər
Əliyevlə birgə Gəncəyə getmək istədiyini
dedi. Ulu Öndər Heydər Əliyev o zaman
bildirdi ki, "məgər siz indiqə qədər Gəncənin
yolunu bilmirdiz? Mənə bir neçə nəfər
jurnalistdən başqa heç kim lazım
deyil. Onlar da məni gözləyirlər".
Həqiqətən də Heydər Əliyev Milli Məclisdən
birbaşa Gəncəyə getdi, xalq və o zaman
qarşı-qarşıya dayanan hərbçilər Ulu
Öndəri böyük mənuniyyətlə qəbul etdilər. Bir-birinə
silah tuşlamış əsgərlər Ulu Öndərin gəlişindən
sonra Qarabağ uğrunda gedən döyüşlərə qatıldılar.
Bununla da Gəncədə qarşıdurmaya son
qoyuldu. Təsəvvür edin ki, hadisələr
zamanı hakimiyyətdə olan cəbhəçilər Gəncənin
bombalanmasını tələb edirdilər. Bu, çox
dəhşətli fəlakətlərə səbəb ola bilərdi. Heydər
Əliyevin müdrikliyi, fədakarlığı, soyuqqanlılığı
faciəni önləyə bildi. Mənim tələbələrimdən
də Qarabağ döyüşlərinə iştirak edənlər
var idi. Sürət Hüseynov, həmiçinin hakimiyyətdə
olan cəbhəçilər silahlarını
separatçı ermənilərə yönəltmək əvəzinə
Gəncədə qarşı-qarşıya gəlmişdilər.
Tərəflərdən heç biri də geri
çəkilmək niyyətində deyildi. Çünki, bir-birlərini xəyanətdə
suçlayan bu insanlara "dur" deyən həqiqi
ağsaqqal, lider yox idi. Bütün bunlar
tarixi faktlardır.
Bəli, Heydər Əliyev 1993-cü oktyabr ayında Azərbaycan
Respublikasının Prezidenti seçildi və bundan sonra Azərbaycanın
bütün sahələrində baş verən
uğursuzluqlarının aradan qaldırılması prosesinə
başlanıldı. Hətta, Qarabağda gedən döyüşlərdə
dönüş baş verdi. 1994-cü ilin
may ayında atəşkəsə nail olmağın əsas məqsədi
vaxt qazanmaq, Azərbaycan ordusunun döyüş
hazırlığını yüksəltmək və Azərbaycan
ordusunun döyüşlərdə müasir texniki vasitələrdən
istifadə etmək bacarığını yüksətlməklə
əlaqəli idi.
1994-cü ilin 20 sentyabrında tarixə böyük
saziş adı ilə daxil olmuş “Əsrin müqaviləsi”
imzalandı. Bu isə dünya ölkələrinin Azərbaycana
inamının artmasına şərait yaratdı. Azərbaycana investisiya qoyuluşu
qarşılıqlı tərəfdaş kimi
danışıq imkanlarını artırdı. Düzdür, 18 oktyabr 1991-ci ildə Azərbaycan
öz müstəqilliyini elan etmişdi, lakin həmin müstəqillik
təhlükə altında idi. Ona görə
də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıtması ilə müstəqilliyimizin xilaskarına
çevrildi. Ulu Öndərin qatı əleyhdarları
belə düşünürdülər ki, Azərbaycanı
düşdüyü çətin vəziyyətdən
yalız Heydər Əliyev xilas edə bilər.
Ulu Öndərin ən böyük xidmətlərindən
biri də Prezident seçildikdən sonra böyük dövlətlərə
olan səfərləri idi. Dahi şəxsiyyət
hər səfərində dünyaya sübut edirdi ki, Azərbaycan
sivil bir ölkədir. Onun xarici ölkələrə
mütəmadi səfərləri bizi hər zaman gileyləndiyimiz
informasiya blokadasından çıxarırdı. İnformasiya blokadasından xilas olmaq Azərbaycanın
bugünkü uğurlarının başlanğıcı
idi.
Ümummilli Lider 1994-1995-ci illərdə baş verən
dövlət çevrilişinə cəhdlərin
qarşısını aldı, Azərbaycanın hərtərəfli
çiçəklənməsi üçün şərait
yaratdı.
Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə
ölkəmizi yüksək ustalıqla, peşəkarlıqla
idarə etdi, bütün sahələrdə canlanma,
inkişaf baş verdi, çox sayda
islahatlar aparıldı, istedadlı və bacarıqlı
insanları dövlət vəzifələrində irəli
çəkilməsinə şərait yaratdı. Həmin kurs bu gün də davam etdirilir.
Dahi şəxsiyətin Azərbaycan xalqı
qarşısında daha böyük bir xidməti isə Onun
irsini davam etdirən siyasi varisi İlham Əliyev cənablarına
xeyir dua verməsi idi. 2003-cü ilə İlham Əliyev ölkəyə
Prezident vəzifəsinə seçildi. İlham
Əliyev vətəndaşlarla görüşəndə gənclər
Onu özlərinin qardaşı, yaşlılar da özlərinin
övladı kimi qəbul etdilər.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev
bizə 2020-ci ilin 10 noyabr Zəfərini yaşatdı. Ona görə,
xalqımız bütün hallarda Onun Ali Baş Komandan kimi
böyüklüyünə, sərkərdəliyinə
hörmət və rəğbətlə yanaşır.
Ulu Öndər Heydər Əliyevin
yaratdığı Yeni Azərbaycan Partiyasının bu
gün üzvlərinin sayı 700 mindən artıqdır.
Dahi Öndər Heydər Əliyevin də dediyi kimi Yeni Azərbaycan
Partiya dünənin, bu günün və sabahın
partiyasıdır...
Ədalət Fərəcov,
Yeni Azərbaycan Partiyası Veteranlar
Şurasının üzvü
Səs.- 20201.- 4 may.- S.8-9