Ulu öndər Heydər Əliyev milli
dövlətçiliyimizin ideya təməlini qoyub
Müasir Azərbaycan dövlətinin
yaranması və inkişafı Ulu Öndər Heydər
Əliyevin titanik fəaliyyəti ilə bağlıdır
Tarixi faktlar və reallıqlar göstərir
ki, hər bir dövlətin müstəqillik əldə etməsi
və inamlı inkişafını təmin edən strateji
amillərdən biri liderlik fenomenidir. Tarixi-siyasi, coğrafi
şəraitdən, siyasi sistemin xüsusiyyətindən
asılı olmayaraq, liderlik fenomeni milli dövlətin
formalaşmasında və inkişafında həlledici rola
malikdir. Bu mənada, bu gün Azərbaycanın
müstəqil dövlət kimi mövcudluğu və
inkişafı liderlik amili ilə birbaşa
bağlıdır. Ölkəmizin inkişafında, gələcəyə
əmin addımlarla irəliləməsində lider fenomeni
müstəsna əhəmiyyətə malikdir. İnkaredilməz
reallıqdır ki, Azərbaycan xalqı və
dövlətinin tarixin səhnəsində özünəməxsus
yer tutmasını, gerçək müstəqilliyini əldə
edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət,
əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev
olmuşdur.
Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın
intibah salnaməsi
Ulu Öndərin Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlər minilliklər boyu davam edən
dövlətçilik tariximizin şanlı səhifəsidir.
Bu mərhələ Azərbaycanda müstəqilliyin
əbədi və dönməz xarakter alması, dövlətçiliyin
möhkəmləndirilməsi, iqtisadi inkişaf
üçün möhkəm təməlin yaradılması,
milli-mənəvi yüksəliş, hər bir fərdin
özünü layiqli vətəndaş olaraq dərk etməsi
ilə müasir tariximizə əbədi həkk olunmuşdur.
Azərbaycanın hərtərəfli
inkişafı, gələcək tərəqqisi
üçün möhkəm əsasların
yaradılması zəngin təcrübəyə,
böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə,
yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə,
tükənməz enerjiyə malik Heydər Əliyevin
sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində
mümkün olmuşdur.
1969-cu ildə Dahi Öndər Heydər
Əliyevin respublikamıza rəhbərlik etməsi ilə
başlanan şərəfli missiya sayəsində Azərbaycanın
siyasi və iqtisadi inkişafının əsasları
yaradılmışdır. Onun əsas qayəsi
ölkəmizi ittifaq miqyasında əsas respublikalardan birinə
çevirmək, həyata keçirilən inkişaf
proqramlarını insanların sosial həyatına, iş yerlərinin
və sənaye komplekslərinin yaradılmasına, təhsilə,
səhiyyəyə, elm, mədəniyyət, incəsənət,
idman sahələrinin dirçəlişinə nail olmaq
idi. Həyata keçirilən məqsədyönlü
tədbirlər sayəsində respublika iqtisadiyyatında
mühüm struktur dəyişiklikləri aparıldı, Azərbaycan
sovet respublikaları arasında xammal mənbəyi sayılan
aqrar respublikadan inkişaf etmiş sənaye ölkəsinə
çevrildi, sənaye və kənd təsərrüfatının
bütün sahələrində inkişafa nail
olundu, yeni sənaye sahələri yaradıldı, istehsalla
bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin
inkişafına diqqət artırıldı. Mütərəqqi
texnologiyaların istehsalata tətbiqi sayəsində Azərbaycan
SSRİ-də qabaqcıl mövqeyə yiyələndi, istehsal
olunan məhsulların keyfiyyəti
yaxşılaşdı.
1969-1982-ci illərdə respublikamızın
iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri
baş verdi. Ulu Öndərin rəhbərliyi sənaye sahəsində
dərin islahatlar aparmaqla respublikamızda sənayeləşmənin
əsası qoyuldu. Sənaye iqtisadiyyatın əsas güc mərkəzinə
çevrildi. Həyata keçirilən məqsədli
dövlət proqramlarının icrası nəticəsində
təkcə Azərbaycan üçün deyil, İttifaq
respublikaları və xarici ölkələr üçün
strateji əhəmiyyət kəsb edən iri sənaye obyektləri,
Dərin Özüllər Zavodu, Bakı Məişət
Kondisionerləri Zavodu, Cənubi Qafqazın
ən iri Poladtökmə zavodu, Gəncədə Əlvan
metallar zavodu, Ələtdə Ağac emalı kombinatı,
Naxçıvanda və Sumqayıtda Şüşə
zavodları və digər güclü sənaye müəssisələri
yaradılaraq istifadəyə verildi. Əgər 1969-cu ilədək
Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə,
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk
dövrdə, yəni cəmi 14 il ərzində onların
sayı 1048-ə çatmışdı. O dövrdə Azərbaycanın
sənaye müəssisələrində istehsal olunan 350 adda məhsul
dünyanın 65 ölkəsinə ixrac edilirdi. Bu, SSRİ
miqyasında ən böyük iqtisadi hadisə idi. Respublikamızda neftmaşınqayırması və
neftayırma sənayesinin yenidən qurulması həyata
keçirildi ki, bu da müstəqillik dövründə yeni
neft strategiyasının uğurla həyata keçirilməsində
mühüm rol oynadı. Azərbaycanın
neftmaşınqayırma sənayesinin yeni sahələri yaradıldı.
Bunun nəticəsində 1975-ci ildə respublikada
ümumi neft və qaz hasilatının həcmi 3 dəfəyə
yaxın artaraq 27,1 milyon tona çatdı. 1982-ci il dekabrın
ilk günlərində Azərbaycan və keçmiş
SSRİ-nin siyasi tarixində mühüm əlamətdar hadisənin
əsası qoyuldu. Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyev Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun
üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci
müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə
işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi,
sosial və mədəni həyatının ən
mühüm sahələrinə rəhbərlik edib. Heydər
Əliyev həmişə qurub-yaratmaq, inkişaf etdirmək
amalı ilə çalışmış və hansı vəzifədə
olmasından asılı olmayaraq dövlət işlərinə
sədaqətlə xidmət etmişdir. Onun təşəbbüskarlığı
və gərgin əməyinin məhsulu olan Baykal-Amur
magistralı, dəmir yolları, körpülər, yol və
genişmiqyaslı nəqliyyat qovşaqları, infrastruktur
layihələri, mühüm strateji dövlət obyektləri
tikilib istifadəyə verilmişdir.
Azərbaycanın ciddi sınaq dövrü
Müstəqilliyin ilk illəri Azərbaycan
üçün ciddi sınaq dövrü olmuşdur. Müəssisələr arasında mövcud əlaqələrin
pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi,
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan
ərazisinin 20%-nin işğalı, 1 milyondan çox
soydaşımızın doğma yurd-yuvasından didərgin
düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin
sosial-iqtisadi həyatında xaosa gətirib
çıxarmışdı. 1991-1994-cü illər ərzində
ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5%
azalmışdı. Tənəzzül meyli sənayedə
xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən
sənaye istehsalının həcmi 1993-cü ildə 50%-ə qədər azalmışdı. 1991-ci ildən
etibarən inflyasiya səviyyəsi dəfələrlə
artaraq, 1994-cü ildə 1764%-ə çatmış, büdcə
kəsirinin ümumi daxili məhsula nisbəti 13%-ə qədər
olmuş, 1992-1994-cü illərdə xarici ticarət
dövriyyəsinin həcmi 42% azalmışdır.
Yalnız Ümummilli Liderimiz Heydər
Əliyev xalqın yekdil çağırışı ilə
hakimiyyətə qayıtdıqdan sonra respublikamızda sabitlik
təmin edildi, inkişafın bünövrəsi qoyuldu,
irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Azərbaycan
Ulu Öndərin uzaqgörən siyasəti və qətiyyətli
rəhbərliyi sayəsində parçalanma təhlükəsindən xilas olaraq yeni bir
inkişaf dövrünə qədəm qoydu. 1994-cü ildə
dünyanın aparıcı neft şirkətləri ilə
"Əsrin müqaviləsi” imzalandı və bununla da
ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli
qoyuldu. Neft müqavilələrinin imzalanması nəticəsində
xarici investisiyaların ölkə
iqtisadiyyatına cəlb edilməsi
təmin olundu, Azərbaycanın beynəlxalq əhəmiyyətli
strateji-iqtisadi layihələrə qoşularaq dünyanın
qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığı
dərinləşdi. 1995-2003-cü illərdə
iqtisadiyyatın əsas güc mənbəyi olan enerji
resurslarının dünya bazarlarına
çıxarılması və yüksək neft gəlirlərinin
əldə olunması iqtisadi inkişafı təmin etdi.
Ulu Öndər Heydər Əliyev neft
strategiyasının əsas istiqamətlərindən biri kimi,
Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab
edirdi. Bu məqsədlə müəyyənləşdirilən
ən uğurlu marşrut Bakı, Tbilisi və Ceyhanı birləşdirən
boru kəmərinin çəkilməsi idi. Həmin dövrdə
müxtəlif xarici qüvvələrin təxribatlarına və
təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin əzmkarlığı
və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan
boru kəmərinin çəkilməsinə dair sazişin
imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan
dövlətlərinin birliyi, Amerika Birləşmiş
Ştatlarının dəstəyi nəticəsində, ən
əsası isə Ulu Öndərin əzmkarlığı
sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə
reallığa çevrildi.
Azərbaycanın ötən 17 illik
şanlı və zəngin tarixi bizim üçün
qürur mənbəyidir
Ulu Öndər Heydər
Əliyevin əsasını qoyduğu möhtəşəm
inkişaf salnaməsi onun siyasi varisi, yeni güclü lider
İlham Əliyev tərəfindən uğurla davam etdirilərək
Azərbaycanın inkişaf piramidasının yeni
obrazını yaratdı. 2003-cü ildən sonra
inkişafının yeni mərhələsinə
qədəm qoyan Azərbaycanın ötən 17 illik
şanlı və zəngin tarixi bizim üçün
qürur mənbəyidir. Ötən illər ərzində
ölkəmiz sürətli iqtisadi tərəqqiyə
çatıb, dünyanın ən inkişaf etmiş dövlətlərindən
birinə çevrilib, ölkəmizin hər bir vətəndaşı
layiqli və ləyaqətli sosial həyat, şəraitlə
təmin olunmuşdur. Prezident İlham Əliyev
dövlət başçısı kimi fəaliyyətə
başladığı ilk gündən demokratik, hüquqi,
dünyəvi dövlətin quruculuğu istiqamətində
yorulmaq bilmədən inamla, inadla çalışmış,
hər bir vətəndaşın rəhbəri olmaq
üçün diqqət və qayğısını əsirgəməmiş,
ölkəmizdə möhkəm tolerantlıq mühiti
yaratmış, irqindən, milliyyətindən, sosial mənşəyindən,
dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin
hüquq və azadlıqlarının hərtərəfli və
etibarlı müdafiəsini təmin etmişdir.
YAP Sədri, Prezident İlham Əliyevin
uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq
aləmdə böyük nüfuzu sayəsində Azərbaycan
dünyanın siyasi və iqtisadi məkanında mövqeyini
gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı
olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayır.
Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə
Xəzər dənizinin enerji resursları region ölkələrinə
və Avropaya nəql edilir. Son illərdə
reallaşdırılan ən mühüm layihələrdən
olan, Azərbaycanın təşəbbüsü və
liderliyi ilə həyata keçirilən, Prezident İlham
Əliyevin "XXI əsrin layihəsi”
adlandırdığı "Cənub qaz dəhlizi” layihəsi
isə enerji əməkdaşlığımızı
genişləndirərək Azərbaycanı Avropanın
böyük təbii qaz təchizatçılarından birinə
çevirməkdədir. Azərbaycanla Türkiyə
arasında dünyanın ən böyük enerji layihələrindən
olan TANAP layihəsinin icrasına başlanılması və
istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun
açılışı enerji-nəqliyyat sahəsində
uğur dastanının şanlı səhifələridir.
44 gün ərzində tariximizin Zəfər
Salnaməmiz yazıldı
Bəli, 17 il öncə deyilənlər, bu
gün öz müsbət nəticəsini verib. Ulu Öndər
Heydər Əliyev: “İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”,-vəsiyyətini
reallaşdıran Prezident İlham Əliyev bütün sahələrdə,
son 17 ildə özünü dəfələrlə
isbatlayıb. Bu realllığı Azərbaycan
xalqı görür və bəlkə də bu son 30 ildə
bu qədər qürurlu olmamışdı - 44 gün ərzində
tariximizin Zəfər Salnaməmiz yazıldı, Bütövləşən
Azərbaycanımız – Qarabağ Azərbaycanımıza
qovuşduq. Məhz bu Böyük Qələbə
Prezident İlham Əliyevin sözünə, vədinə
sadiq qalan dövlət başçısı imicini
qazanması bütün sahələrdə təsdiqlənməsinin
reallığıdır. Bu yerdə Prezident İlham
Əliyevin 2003-cü ildə keçirilən andiçmə
mərasimində söylədiyi bu fikirləri bir daha yada
salmaq yerinə düşər: "Mən Azərbaycanın
xoşbəxt gələcəyinə inanıram. Əminəm
ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da
güclənəcəkdir. Azərbaycanda demokratiya daha da
inkişaf edəcək, siyasi plüralizm, söz
azadlığı təmin olunacaqdır. Ölkəmiz
müasir dövlətə çevıriləcəkdir.
Bütün bunları etmək üçün Azərbaycanda
çox işlər görmək lazımdır. Ancaq
bütün bunları həyata keçirmək və Azərbaycanı
qüdrətli dövlətə çevirmək
üçün, ən başlıcası, ölkədə
Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir.
Bu gün yüksək kürsüdən
çıxış edərkən, mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq
qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Bu gün artıq verilən bütün vədlər
reallaşıb. Dövlət başçısı əldə
olunan Qələbə zamanı xalqa müraciətində də
bildirmişdir ki, Azərbaycanda bundan sonra da Heydər
Əliyevin siyasətini davam etdirəcək: “Azərbaycanı
qüdrətli dövlətə çevirmək
üçün ən başlıcası, ölkədə
Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən
çıxış edərkən mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq
qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm",-deyərək
son 17 illik Prezidentlik fəaliyyətinin nəticəsidir
ki, son 30 il ərzində həsrətində olduğumuz
Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf
işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və
ərazi bütövlüyümüzə və nəhayət
Qələbə Zəfərimizə nail olduq!”.
Bir sözlə, deyilənləri
yekunlaşdıraraq, demək istərdim ki, Ulu Öndər
Heydər Əliyevin ideyaları və əməlləri Onun
siyasi və layiqli varisi qalib Sərkərdə, Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin
daxili və xarici siyasətində müstəqil Azərbaycanın
yeni-yeni zirvələri fəth etməsinə
böyük imkanlar yaradıb və bu, əbədi olaraq belə
olacaq!
Aydın Hüseynov
Milli Məclisin deputatı, YAP Təftiş
Komissiyasının üzvü
Səs .- 2021.- 6 may.- S.8-9.