Xalqa bəxş
edilən ömür
Ulu Öndər
Heydər Əliyevin məqsədyönlü siyasəti
nəticəsində Azərbaycanda
müasir, demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu sisteminin formalaşmasına nail olunub
Müasir Azərbaycanda
vətəndaş cəmiyyətinin
təşəkkülü, milli-mənəvi dəyərlərə
qayıdış, elm,
təhsil və mədəniyyətin inkişafı,
məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Dahi Şəxsiyyətin
ideyaları Azərbaycan
dövlətinin və
xalqının qarşısında
yeni-yeni üfüqlər
açıb. Bu gün
müstəqillik yolunda
inamla irəliləyən
Azərbaycanın qazandığı
böyük uğurlar,
məhz Ulu Öndər Heydər Əliyev dühasının
bəhrəsidir. Ölkə
həyatının bütün
sahələrində nail
olunan uğurlar Böyük Siyasi Xadim Heydər Əliyevin adı. Ümummilli Lider Heydər
Əliyevin qətiyyəti
və uzaqgörənliyi
sayəsində Azərbaycanda
ictimai-siyasi sabitliyə
nail olunub, dövlətçiliyimiz məhv
olmaq təhlükəsindən
xilas edilib.Düşünülmüş
və məqsədyönlü
siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən,
bugünkü uğurlarımız üçün
möhkəm baza yaradan Ulu Öndər
Heydər Əliyevin Azərbaycan xalqının
tarixində böyük
rolu vardır. Onun hər addımı
ölkəmizin inkişaf
tarixinə biri-birindən
əhəmiyyətli uğur
səhifələrini yazıb.
Onun ideyaları hər bir azərbaycanlı
üçün dəyərlidir.Böyük
Şəxsiyyət bütün
varlığı ilə
sevdiyi Azərbaycanı,
xalqını, onun dövlətçilik tarixini
çox çətin
sınaq və imtahanlardan çıxarıb.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik
etdiyi dövrdən etibarən, Azərbaycanın
iqtisadi inkişafının
əsaslarının yaradılması,
zəngin iqtisadi potensialının ölkənin
gələcək inkişafına
və xalqın rifahının yüksəlməsinə
yönəldilməsi
prosesinə başlanılıb.
Ulu Öndər
Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsinə rəhbərlik
etdiyi dövr ərzində respublikanı
geridə qalmış
və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə
müvəffəq olub.
Kənd təsərrüfatının
və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında,
sosial məsələlərin
həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında
böyük irəliləyiş
əldə edilib. O, dahiyanə uzaqgörənliklə,
dərindən ölçüb-biçərək
ölkənin uzunmüddətli,
dinamik və hərtərəfli inkişafını
təmin edən kompleks inkişaf proqramları hazırlatdı
və dərhal onların icrasına başlanıldı. Böyük
Siyasətçi iqtisadiyyat,
o cümlədən, kənd
təsərrüfatı və mədəniyyətin
müxtəlif sahələrində
vətəninin, xalqının
inkişafı üçün
zəruri olan ən vacib məsələlər
barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli
qərarlar qəbul edilməsinə nail olur. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki
cəhətdən yüksək
tərəqqi etmiş
bir ölkəyə çevirmək yolunda qətiyyətli yorulmadan çalışırdı. Qısa
bir aman məsafəsində bütövlükdə,
respublika ərazisində
yüzlərlə zavod,
fabrik və istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi
işə salındı.
Bir çox mühüm istehsal sahələrinə görə
Azərbaycan Sovet İttifaqında aparıcı
yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə
ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki
50 ildəkinə bərabər
idi.
ÖLKƏMİZ DEMOKRATİYA, HÜQUQİ
DÖVLƏT QURUCULUĞU YOLU İLƏ
İRƏLİLƏDİ, XALQ-İQTİDAR
BİRLİYİ YARANDI
1990-cı illərin
əvvəlləri Azərbaycan
dövrünün ağır
günlərini yaşayırdı.
Bir tərəfdən,
separatçı qüvvələr
və onların himayədarları ölkəmizi
parçalayır, digər
tərəfdən, iqtisadiyyatımız
tamamilə dağılmışdır.
Şəhər və
kəndlərimiz bir-birinin
ardınca işğal
edilirdi. Müstəqilliyimizin ilk illərində
hakimiyyətdə olan
və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı
vəziyyəti daha da ağırlaşdıraraq
təhlükəli böhran
vəziyyətinə çatdırmışdılar.
Ölkəni bürümüş
dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış
insanları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən
məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə
başlamışdı. İqtisadiyyatımız
böhranlı vəziyyətə
gəlib çatmış,
işsizlik, demək olar ki, kütləvi
hal almışdı.
Bunun nəticəsi
olaraq əhalinin yaşayış
səviyyəsi minimum
səviyyəyə çatmışdı.
Ölkənin ictimai-siyasi
həyatında anarxiya,
xaos hökm sürürdü. 15 İyun
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ölkəni
düçar olduğu
vəziyyətdən çıxardı.
Ölkəmiz demokratiya,
hüquqi dövlət
quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.
Azərbaycan cəmiyyətində
dövlətçilik ideyalarının
bərqərar olması
fundamental mahiyyət kəsb etməyə başladı.Ulu Öndərin
Azərbaycan dövlətçiliyi
qarşısında tarixi
xidmətlərindən biri
də dövlət quruculuğunun hüquqi
bazasının yaradılması
oldu. Belə ki, 1995-ci ildə
qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət
quruculuğunun əsaslarını
formalaşdırdı. Azərbaycan
demokratik-hüquqi və
dünyəvi dövlət
kimi, ilk dəfə olaraq, insan hüquqlarının
prioritetliyini və hakimiyyət bölgüsünü
özünün gələcək
inkişaf yolu kimi seçdi.
Dahi Öndər Heydər Əliyevin müəllifliyi
ilə hazırlanmış
və ümumxalq səsverməsi nəticəsində
qəbul olunmuş bu ali Sənəd
müstəqil Azərbaycan
Konstitusiyası kimi tarixə yazıldı.
1995-ci ildə müstəqil
Azərbaycanın ilk parlamentinə keçirilən
seçkilər isə
dövlət müstəqilliyinin
möhkəmləndirilməsi prosesinin hüquqi
bazasının yaradılmasına
daha geniş imkanlar açdı. Milli neft strategiyasının
əsası qoyuldu.
"Əsrin müqaviləsi"
imzalandı. Neft strategiyasının beynəlxalq
layihələrin və
iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə
bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına səbəb
oldu.
AZƏRBAYCAN XALQININ HƏMRƏYLİYİ,
XALQ-İQTİDAR BİRLİYİ UĞURLARI
ŞƏRTLƏNDİRİR
Azərbaycanda bu gün müstəqil dövlətçilik
ənənələri formalaşdırılmışdır
və şübhəsiz
ki, bu mühüm
nailiyyətin əldə
edilməsində Ümummilli
Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna
əhəmiyyəti vardır.
Onun siyasi xadim olaraq yürütdüyü
siyasətin başlıca
qayəsi Azərbaycanı
hər bir vətəndaşının təhlükəsizliyini
qoruya biləcək qədər qüdrətli
dövlətə çevirmək
olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru
aparır. Azərbaycan
durmadan yüksəlir,
inkişaf edir və uğurlar qazanır.
Prezident İlham Əliyev
imzaladığı məqsədyönlü
fərman və sərəncamlarla, qəbul
etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və
insanların rifahının
yüksəlməsini təmin
edib. 2003-cü ildən
etibarən Azərbaycan
Respublikasının Prezidenti
Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar
proqramı ölkəmizin
bütün sahələrdə
yeni nailiyyətlərlə
müşahidə olunan
sürətli inkişaf
mərhələsinə qədəm
qoymasına səbəb
olub. Müasir yanaşmalar və
milli iqtisadi prioritetlər əsasında
mükəmməl islahatlar
konsepsiyasının reallaşdırılması
nəticəsində Azərbaycan
son illərdə yüksək inkişaf templərinə görə
dünyanın lider dövlətləri sırasındadır.
Bu gün Azərbaycanı
1990-cı illərin əvvəli
ilə müqayisə
etmək mümkün
deyil. Əgər Azərbaycanın müstəqilliyinin
ilk illərində baş verən hadisələrin qarşısı
alınmasaydı və
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından
belə söhbət açıla bilməzdi. Bu gün müasir
Azərbaycanda nəhəng
enerji layihələri,
ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin
dünyada tanınması
və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir.
Həyata keçirilən
çoxtərəfli və
balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan
regionun ən güclü və nüfuzlu dövlətinə
çevrilib.
Prezident İlham
Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü
ordu strategiyası torpaqlarımızın işğaldan
azad olması ilə nəticələndi.
Azərbaycan ordusunun döyüş taktikası
dünya ölkələrində
öyrənilir. Bir mərkəzdən idarə
edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab
verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə
dərs verdi. Azərbaycan 44 günlük
Vətən müharibəsində
neçə illərə
bərabər bir yol getdi, döyüş
əməliyyatı apardı.
Dünyanı təəccübləndirən,
hərb tarixində yeni səhifə olan müharibədə qalib dövlət oldu. Azərbaycan xalqının həmrəyliyi,
xalq-iqtidar birliyi uğurları şərtləndirən
amil olduğundan ölkəmizi daha da böyük nailiyyətlər gözləyir.
Zümrüd Bayramova
Səs-
2021.- 7 may.- S.4.