Bu günümüz və sabahımız
Ülu Öndər Heydər Əliyevin yaratdığı
özül üzərində ucalır
Yeni Azərbaycan Partiyası Veteranlar
Şurasının sədri, partiyanın İdarə Heyətinin
üzvü Arif Rəhimzadə www.yap.org.az saytına
müsahibə verib:
- Arif müəllim, mayın 10-da Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının
98-ci ildönümü tamam olur. Bu əlamətdar hadisə
münasibətilə ölkəmizdə müxtəlif tədbirlər
keçirilir, o cümlədən, Ulu Öndərimizi
yaxından tanıyan şəxslər Onun haqqında xatirələrini
bölüşürlər. Bu mənada, siz fenomenal şəxsiyyət
olan Heydər Əliyevi necə xatırlayırsınız?
-Azərbaycanın
yeni tarixinin bütöv bir dövrü XX əsrin nəhəng
dövlət xadimi Heydər Əliyevin adı ilə
bağlıdır. Onun adı
xalqın simvoluna, əməlləri isə şəxsi
hünər rəmzinə çevrilmişdir. Bu dövr iki
hissədən ibarətdir. Birinci hissə 1969-1988-ci illəri,
ikinci hissə isə sonrakı 15 ili əhatə edir.
Düzdür, bu dövr ərzində Heydər Əliyev bir
neçə il Azərbaycanın dövlət
başçısı olmayıb, Bakıda yaşamayıb.
Ancaq Heydər Əliyev hansı vəzifədə və harada
olmasından aslı olmayaraq, Azərbaycanın hər bir
şüurlu vətandaşı onun dövlətçilik məharətinə,
xalqına, vətəninə olan sevgisinə inanıb və
güvənib.
Heydər Əliyev ilk dəfə 1969 –cu ilin
yayında Azərbaycana rəhbər seçilməsi ərəfəsində
respublikadakı vəziyyəti yaxşı xatırlayıram.
Leninqrad şəhərində dissertasiya müdafiə etdikdən
və Krasnodar vilayətində bir müddət işlədikdən
sonra Bakıya yenicə gəlmişdim. Və özümdən
aslı olmayaraq, ora ilə buranı daima müqayisə edirdim.
Əfsuslar olsun ki, bu müqayisə heç də bizim xeyrimizə
olmurdu. Cəmiyyətdə bədbinlik, ətalət,
inamsızlıq əhval – ruhiyyəsi hökm
sürürdü. Çoxları düşünürdü
ki, həyatın mövcud axarına təsir etmək, onu dəyişdirmək
mümkün deyil. Sosial –iqtisadi göstəricilərin əksəriyyətinə
görə respublikamız ölkədə axrıncı yerlərdən
birini tuturdu.Kənd təssərüfatı və sənaye məhsullarının,
demək olar, bütün növlərinin istehsalı ilbəil
azalırdı.
Ermənistanın respublikamıza qarşı ilk açıq ərazi iddiaları da
həmin dövrə aiddir. Bu iddiaların hansı faciəli nəticələrə
gətirə biləcəyini əhalinin böyük əksəriyyəti
dərk etmirdi. Lakin, bu iddialar şəraiti xeyli
kəskinləşdirir, xalqın respublika rəhbərlərinə
inamsızlığını daha da artırırdı. Ulu
Öndər Heydər Əliyev ictimai-siyasi həyatda yenicə
yaranmaq istəyən meyilləri məharətlə sezir və
respublikanı qarşıdakı sınaqlara vaxtında
hazırlamaq üçün hər şeyi edirdi.Yüksək vəzifəyə seçildiyi ilk günlərdəAzərbaycana
ərazi iddiaları ilə əlaqədar olaraq Ermənistan rəhbəri ilə
görüşdü. Onların danışıqları barədə
heç bir məlumatımız yoxdur, lakin erməni tərəfi
anladı ki, Heydər Əliyev dövründə bütün
səyləri əbəsdir. Sonrakı 19 il ərzində
belə cəhdlər göstərilmədi.
- Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində
gördüyü işlər haqqında nə deyə bilərsiniz?
-Ulu Öndər Heydər
Əliyev geriliyin, inamsızlığın və sosial ətalətin
aradan qaldırmasına nail oldu.1969-1982-ci illərdə
iqtisadiyyatın bütün sahələrində köklü
dəyişikliklər aparıldı. Kənd təsərrüfatı,yüngül
və yeynti sənayeləri və diğər sahələr sürətlə
inkişaf etdi, mühüm sosial dəyişikliklər həyata
keçirildi,insanların güzaranı
yaxşılaşdı.Sənayedə struktur dəyişiklikləri
edildi,mövcud sahələr moderinləşdirildi. O vaxt sənaye məhsulunun
əsas həcmi neftmaşınqayırması və neftemalı zavodlarının
payına düşürdü. Bu məhsulların keyfiyyəti
də yüksək deyildi.Əhalinin rifah halı istehsalın
məhdud bir sahəsində işlərin vəziyyətindən
aslı edilmişdi. Problem çoxdan
yaranmışdı, lakin sahənin müasirləşdirilməsi
istiqamətində bir fəaliyyət
yox idi.
Heydər Əliyevin rəhbərliyi ilə sənayenin
inkişaf proqramı həyata
keçirildi. Azərbaycanda
elektrotexnika,cihazqayırma, elektronika, dəzgahqayırma kimi
mütərəqqi, elm tutumlu
sahələrə aid yüzlərlə iri birlik, müəssisə
və zavodlar yaradıldı.Energetika, neft kimyası, tikinti sənayesi
güclü təkan aldı.Neft maşınqayırması və
neftayırma zavodları modernləşdirildi.
Elm, ədəbiyyat, mədəniyyət,
incəsənət parlaq inkişaf yolu keçdi.Azərbaycan
xalqının mədəni və tarixi irsi geniş təbliğ
edildi.Azərbaycanın görkəmli xadimləri ölkədə
və onun hüdudlarından kənarda böyük rəğbət
qazandılar. Respublikada yeni ali məktəblər
və tədqiqat müəssisələri,onlarca kafedra və
laboratoriyalar yaradıldı. Ali məktəblərə qəbul
xeyli artırıldı. Moskvanın, Leninqradın, Kiyevin və
ölkənin diğər şəhərlərinin
ali məktəbləri hər il Azərbaycandan əvvəlcə
500, sonralar isə 1000 nəfər gənci qəbul etməyə
başladılar.
Sovet dövründə bir qayda olaraq azərbaycanlılar
heç bir hərbi peşəyə yiyələnmirdilər,
əsasən tikintidə, digər yardımçı sahələrdə
xidmət edirdilər. Misal üçün, hərbi aviasiyada,
pilot ixtisasında bir nəfərdə azərbaycanlı yox
idi. Əlbəttə, belə halın yaranmasında Azərbaycana
qarşı ittifaqda mövcud
olan qeyri- səmimi münasibətin də təsiri var idi.
Ancaq, açıq deməliyik ki, özümüzdə bu məsələyə
heç bir maraq göstərmirdik, hərbi ixtisas üzrə
milli kadrların olmasının əhəmiyyətini
anlamırdıq. Heydər Əliyev azərbaycanlıların
hərbi məktəblərə, o cümlədən hərbi
aviasiya məktəblərinə göndərilməsini,onların
hərbi ixtisaslara yiyələnməsi məsələlərinə
nail oldu. Gəncləri yüksək vətənpərvərlik
ruhunda tərbiyyə etmək,
ölkənin gələcək sınaqlara hazırlamaq məqsədi
ilə müttəfiq respublikaların içində ilk və
yeganə hal idiki Azərbaycanda Naxçıvanski adına hərbi
məktəb yaradıldı. Bu məsələ yuxarılarda
qısqanclıqla qarşılansada, Heydər Əliyevinsəyləri nəticəsində öz müsbət
həllini tapdı. Azərbaycan kosmanavt hazırlamaq vəzifəsini
qarşıya qoyuldu.Bu məqsədlə
ixtisaslaşdırılmış üçüş məktəblərinə
onlarca gənc göndərildi.
1978 – ci ildə Heydər
Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan
Konstitusiyası hazırlanırdı. Konstitusiya layihəsində
ana dilimizə dövlət dili statusu verilməsi nəzərdə
tutulurdu.İttifaq rəhbərlərinin bir çoxunda bu fikir
ciddi narazılıq doğurdu.Hətta, Ukraynanın o
vaxtkı rəhbəri, Sovet İKP MK Siyasi Bürosunun
üzvü Heydər Əliyevə irad da tutmuşdu. Ancaq, bu,
Azərbaycanın gələcək müstəqilliyinə
yönədilmiş ən sanballı addım idi və Heydər
Əliyev bu müddəanın Konstitusiyada təsbit edilməsinə
nail oldu.
1982 – ci ildə Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin I müavini vəzifəsinə irəli
çəkildi. Siyasi Büroya üzv seçildi- Sovet
İttifaqı Kommunist Partiyasının ən yüksək
pilləsinə. Bu vəzifədə Heydər Əliyevin fəaliyyəti
əvvəlki dövrlə müqayisə olunmayan bir miqyas
almışdı. Ancaq, bu yüksək və məsuliyyətli
vəzifədə o, heç
vaxt Azərbaycanı unutmur, daim onun sevincinə, kədərinə
şərik olur, respublikanın iqtisadi və sosial
inkişafı barəsində düşünürdü.
Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanda beynəlxalq miqyaslı kurort və turizm
sahəsinin inkişafına dair xüsusi proqram
hazırlandı.Proqramda Abşeron yarımadasında və
bütün Xəzər boyu müasir istirahət
zonasının yaradılması nəzərdə tutulurdu.Gəncədə
nəhəng avtomabil zavodunun tikintisi
planlaşdırılırdı, bir neçə müasir hərbi
sənaye kompleksi müəssisəsi, elektron hesabalama
maşınları zavodu və diğər obyektlərin
inşası nəzərdə tutulurdu.Əfsuslar olsun ki,
respublika rəhbərliyinin bacarıqsızlığı,
siyasi bəsirətsizliyi nəticəsində bu və
başqa obleyktlərin inşası başa
çatdırılmadı.
- 1990-cı illərin əvvəlində
Azərbaycan olduqca mürəkkəb vəziyyətlə
qarşı-qarşıya idi və faktiki olaraq siyasi, iqtisadi
böhran dərin tənəzzülə yol
açmışdı. Həmin dövrdə həm müstəqilliyin
qorunub saxlanması, həm də milli dirçəlişin təməlinin
qoyulması istiqamətində Ulu Öndər Heydər
Əliyevin xidmətlərini necə dəyərləndirirsiniz?
-Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə ikinci gəlişi Azərbaycanın
müasir tarixində ən faciəli dövrdə -1993-cü
ildə baş vermişdi.Ölkədə vəziyyət
günbəgün pisləşir, hakimiyyət tam iflic vəziyyətə
düşür.Partiyalar, ictimai-siyasi hərakatlar, nəhayət,
bəzi imkanlı adamlar silahlı dəstələr və
silahlı birləşmələr yaradırlar. Kriminal
düşüncəli adamlar ağsaqqallıq etmək,dövlət
rəhbəri olmaq iddiasına
düşür və hətta buna nail olurlar.
Azərbaycan müharibəni açıq
–aşkar uduzur. Erməni silahlı qüvvələri tərəfindən
Şuşa şəhərinin ələ keçirilməsi
hamını çaşqın vəziyyətə salır. Cəmiyyətdə
müdafiəsizlik və yaşayışın
mümkünsüzlüyü
övqatı kütləvi xarakter alır. Prezident
dönə -dönə Heydər Əliyevə müraciət
edərək Bakıya gəlməsini xahiş edir.
1993-cu il iyunun 15-də Heydər
Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilir, bir
neçə gündən sonar isə prezident Bakıdan
qaçdığına görə Milli Məclisin qərarına
uyğun olaraq, hakimiyyəti bütünlüklə öz
öhdəsinə götürür. Azərbaycan
tarixində Heydər Əliyev zəmanəsinin ən dinamik, gərgin
və səmərəli dövrü başlanır.Heydər
Əliyevin nəhəng səyləri nəticəsində
artıq başlanmış vətəndaş müharibəsinin
alovları söndürülür.Lənkəranda və Gəncədə
tabelikdən çıxmış silahlı birləşmələr
tərkisilah edilir.Döyüş qabiliyyətinə malik əsl
ordu yaradılır və onun döyüş qüdrəti
sayəsində atəşkəs sazişinin bağlanması mümkün olur.
Xəzər dənizinin neft və
qaz ehtiyyatlarının işlənməsi, yeni tranzit xətlərin
çəkilməsi, Qədim
İpək Yolunun bərpası, diğər transkontinental
layihələrin reallaşdırılması nəticəsində
Azərbaycana beynəlxalq siyasi və maliyyə marağı
yaranır. Republikamız dünyanın ən dinamik
inkişaf edən ölkələrindən birinə
çevrilir. Naxçıvanda Heydər Əliyevin rəhbərliyi
ilə Yeni Azərbaycan Partiyası yaradılır.
İntellektual elitanın içərisindən çıxmış insanların
təşəbbüsü əsasında formalaşan partiya
respublikanın ən nüfuzlu siyasi təşkilatına
çevrilir.
Heydər Əliyev iki dəfə
respublikanın rəhbəri olduğu 30 ildən artıq bir
dövr Azərbaycanın çoxəsirlik tarixində
kiçik bir müddətdir.Lakin, bu dövr dövlətçiliyimizin
və xalqımızın milli süurunun formalaşmasında
tarixi bir mərhələ təşkil edir. Heydər
Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında
dönüş nöqtəsinə, çiçəklənmə,
cəmiyyətdə yeni dünyabaxışının
yaranması, insanların öz qüvvə və
imkanlarını dərk etməsi dövrünə
çevrilmişdir. Biz naqislik kompleksi hissinə yaxın olan
bir vəziyyətdən xilas olduq,özümüzü daha
inamlı hiss etməyə başladıq, gözümüzdə
dəyərlərimiz yüksəldi.
1993-cü ildə Heydər
Əliyevin ölkə rəhbərliyinə
qayıdışı yenicə əldə edilmiş müstəqilliyimizi,
dağılmaqda olan dövlətçiliyimizi, hər kəsin
və bütövlükdə millətin şərəf və
ləyaqətini qorudu.Bu dövürdə demokratik
inkişafın əsasları yaradılmaqla, uğurlu iqtisadi
siyasət müəyyən edilib, həyata
keçirildi.
- Arif müəllim, bu gün
müstəqil Azərbaycan Ulu öndər Heydər
Əliyevin ideyaları əsasında inkişaf edir.
Ümummilli Liderin əsasını qoyduğu siyasət
Prezident İlham Əliyev tərəfindən müasir
dövrün tələbləri və reallıqlarına
müvafiq surətdə uğurla davam etdirilir. Bu
baxımdan, müasir müstəqil Azərbaycanın
hazırkı mənzərəsini necə dəyərləndirirsiniz?
-2003-cü ildə cənab
İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra
ölkənin inkişafında yeni mərhələ
başlandı. İdarəçilikdə yeni ideya və
yanaşmalar tətbiq olundu. İqtisadiyyatın sürətli
inkişafı, ardıcıl, yüksək professionallıqla
aparılan səmərəli xarici siyasət, ölkənin
maliyyə imkanlarının artmasına, bir
çox sosial problemlərin həllinə, ordumuzun müasir hərbi
silah-sursatla təmin edilməsinə, ölkəmizin
nüfuzunun beynəlxalq aləmdə yüksəlməsinə
gətirib çıxardı. Biz yaxşı dərk edirik ki,
bu nailiyyətlər Ulu Öndər
Heydər Əliyevin yaratdığı özül üzərində
ucalır.
Sonda, Ermənistanın 1988-ci ildəki rəhbəri
Dəmirçiyanın bir çıxışını yada
salmaq istəyirəm.Yeravanın Teatr meydanında, o,
aşağıdakı sözləri demişdir: “ Ey mənim
sevimli erməni millətim, biz həlli mümkün olmayan bir
işdən yapışmışıq. Yaxşı bilin ki,
20-ci əsrdə türklərin yetişdirdiyi iki qüdrətli
adam var : Atatük və Heydər
Əliyev. Onlardan ikincisi
sağdır. Bütün cəhdlərimizə baxmayaraq, o,
çekist məharəti ilə hər tələdən
qurtarır. Bilin ki, nə qədər o sağdır, biz nə
Qarabağı ala biləcəyik, nə də başqa əraziləri.
O, bizdən ağır zərbələr alsa da, Azərbaycan
xalqı ən çətin günlərdə yenidən onu
Bakıya gətirəcək və bununlada bizim
arzularımız puça çıxacaqdır”. Bu fikrə nə
demək olar ?!
Yalnız bir kəlmə: “ Ay başı bəlalı erməni xalqı, yadda saxla ki,
Atatürk və Heydər Əliyevlə yanaşı, türk
dünyasının İlham Əliyevi də var!”.
Arif Rəhimzadə
Səs.- 2021.- 8 may.- S.4.