MEK-də Heydər Əliyev və Azərbaycanda kitabxana işi adlı lektoriya keçirilib
Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər
Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanda
kitabxana işi” adlı növbəti məşğələsi
keçirilib.
İştirakçılar
öncə müstəqil
Azərbaycan dövlətinin
banisi, ümummilli lider Heydər Əliyevin MEK-in foyesindəki büstünün
önünə əklil
qoyaraq dahi liderin əziz xatirəsini yad ediblər. Sonra MEK tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü
münasibətilə hazırlanmış
video izlənilib.
Lektoriyanı giriş sözü
ilə MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq dahi liderin respublikaya
rəhbərlik etdiyi dövrlərdə gördüyü
işlərdən, eləcə
də kitabxana sahəsinə göstərdiyi
xüsusi qayğısından,
əvəzsiz xidmətlərindən
söhbət açıb.
Baş direktor qeyd edib
ki, fenomen şəxsiyyət Heydər
Əliyevin fəaliyyəti
dövründə kitabxanaların
hüquqi bazası möhkəmləndirilib və
bu fəaliyyət hazırda cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. "30 ildən artıq işğal altında qalan torpaqlarımızda erməni vəhşiliyi nəticəsində mədəniyyət
abidələrimiz, kitabxanalar
məhv edilib. Həmin abidələr sırasında
elm məbədi adlandırdığımız kitablar da var.
Şuşa başda olmaqla işğaldan azad edilən torpaqlarımızda yeni infrastruktur layihələri
həyata keçiriləndən
sonra heç şübhəsiz ki, kitabxanalar, məktəblər,
kolleclər, elmi-tədqiqat
institutları və ali təhsil ocaqlarının açılacağı
da istisna deyil" - deyə professor Məmməd Əliyev vurğulayıb.
Həmçinin, baş direktor
qeyd edib ki, kitabxana işinə
dövlət tərəfindən
xüsusi qayğının
bariz nümunələrindən
biri də tərkibində 2 milyona yaxın kitabların qorunub saxlanıldığı
MEK-in müasir standartlara cavab verən texniki avadanlıqlarla təchiz edilməsidir.
Tədbirdə Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin Prezident
Kitabxanasının direktor
müavini Kəmalə
Sarıcalinskaya əvəzolunmaz
lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı
misilsiz xidmətlərindən
danışıb.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə
doktoru, dosent Ələmdar Cabbarlı,
ADA Universiteti Kitabxanasının
rəhbəri Elçin
Məmmədov, BDU-nun
Elmi Kitabxanasının
direktoru, tarix üzrə fəlsəfə
doktoru, dosent Nigar İsmayılova, “Elm” nəşriyyatının
direktoru, filologiya
üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, Azərbaycan
Dillər Universitetinin
Elmi Kitabxana-informasiya Xidməti Mərkəzinin
direktoru Cəmilə Əliyeva ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən,
Azərbaycan dövlətçiliyinin
bərpasında, qorunub
saxlanılmasında misilsiz
xidmətlərindən, ümummilli
liderin xalqımızın rifahı
naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan, kitabxanaların
qurulmasından və bu sahənin inkişafı üçün
imzalanan Sərəncam
və Qanunlardan, aparılan uğurlu islahatlar nəticəsində
qazanılan nailiyyətlərdən
söhbət açıblar.
Qeyd edilib ki, bütün türk dünyasının
böyük oğlu, fenomen şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının
və kitabxana işçilərinin qəlbində
əbədi yaşayacaqdır.
“Kitabxana xalq, millət üçün, cəmiyyət
üçün müqəddəs
bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” kitaba belə dahiyanə dəyər verən Heydər Əliyev Məkkədən
gətirdiyi “Qurani Kərim” kitabını Milli Kitabxanaya hədiyyə etmişdir"
- deyən Azərbaycan
Respublikasının əməkdar mədəniyyət işçisi,
Milli Kitabxananın Kitabxana-İnformasiya xidməti
və beynəlxalq əlaqələr üzrə
direktor müavini Ədibə İsmayılova
dahi liderin xatirəsinin Milli Kitabxanada da uca tutulduğunu, hər zaman yad edildiyini bildirib. Ədibə İsmayılova "Azərbaycanın
görkəmli şəxsiyyətləri:Heydər Əliyev-Biblioqrafiya"
adlı kitabı MEK-ə
hədiyyə edib.
Sonda qonaqlar
MEK-in xatirə kitabında öz ürək sözlərini
bölüşüblər.
Rövşən Rəsulov
Səs.-
2021.- 8 may.- S.13.