Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi

   

 

Dövlət başçısının Sərəncamı ilə Bakı şəhərində bəstəkar Tofiq Quliyevin abidəsi ucaldılacaq

 

Sadə, melodik, lirik bir musiqi. Bu musiqini notlara köçürən hər zövqlü musiqisevərin sevimli bəstəkarı Tofiq Quliyevdir. Yaradıcılığı ruhi dünyamıza hakim kəsilən Tofiq Quliyev. Təkrarsız bir musiqidən söz açarkən qeyri-ixtiyari olaraq uşaqlıq illərimizdən daxili dünyamızda iz salan T.Quliyevin musiqisini xatırlayırıq. Onun musiqisinin həzinliyi bizləri bəstəkarın sənətinə yaxınlaşdırıb. Bu, onun yüksək bəstəkarlıq manevrinə, istedada malik olmasını özündə əks etdirir. Bu musiqidə həyat lövhələri təcəssüm olunur. Bir-birindən fərqli məzmunda olan musiqi nömrələri T.Quliyevin sənətkarlıq xüsusiyyətlərini özündə təcəssüm etdirir. Sənət tariximizdə, mədəniyyətimizdə öz möhrünü vurmuş simalara dövlətimiz tərəfindən diqqət qayğı davamlıdır. Onların yubiley təbirlərinin keçiriləməsi, xatirlərinin əbədiləşdirilməsi s. istiqamətdə tədbirlər həyata keçirilir. Bu il ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilməsi, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi s. tədbirlərin keçirilməsi ilə bağlı dövlət başçısının sərəncamları Azərbaycan mədəniyyət incəsənətinə olan dövlətin münasibətinin təzahürüdür. Bu günlərdə isə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılacaq. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edəcək.

 

7 noyabr 1917-ci il tarixində dünyaya gələn bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi Tofiq Quliyev Azərbaycan caz estrada musiqisinin banilərindən birinə çevrilib. Onun bir çox mənbələrdə öz əksini tapan tərcümeyi-halında Tofiq Quliyevin sənətə olan ilk addımlarında musiqiyə məhəbbəti diqqəti cəlb edir. O, 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S.Aysberqin sinfində fortepiano, həm S.Q.Ştrasserin sinfində dirijorluq dərsi alıb 1936-cı ildə konservatoriyanı bitirib.

 

Gələcək bəstəkarın yaradıcılıq yolunda onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük təsiri olmuşdur. 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

 

1939-cu ildə Bakıya qayıdıb 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.

 

1944-cü ildən məşhur caz ustası Eddi Rozerlə yaradıcılıq əməkdaşlığı edən Tofiq Quliyev, onun orkestri üçün "Avara" hind kinofilminin, "Qara gözlər" romansının uşaq mahnılarının mövzuları əsasında caz kompozisiyalarını işləmişdir.

 

Müharibədən sonra Azərbaycanın bir sıra teatrları ilə Azərbaycan Dövlət Dram Teatrı, Səməd Vurğun adına Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub A.Qaukun rəhbərliyi altında elmi müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.

 

Çox keçmir ki, Tofiq Quliyev dirijor kimi çıxış edir. Bir sıra simfonik kamera-instrumental əsərlər yaratsa da, onun parlaq uğurları teatr kinematoqrafa aiddir. Lakin, Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr - mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində geniş şöhrət qazanmışdır.

 

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

 

XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı" yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

 

Bütün yaradıcılıq yolunda gərgin fəaliyyətdə olan Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. 1941-45-ci illərdə müharibə dövründə "Öldü var, döndü yoxdur", sonrakı dövrlərdə "Neftçilər mahnısı", "Qızıl sünbül", "Azərbaycan", lirik mahnılardan isə "Sənə qalmaz", "İlk bahar", "Sevgilim", "Sən mənim, mən sənin", "Axşam görüşlərinə", "Bəxtəvər oldum" s. mahnılarının müəllifidir. Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən biri Tofiq Quliyev hələ sağlığında mahnı janrının aparıcı örnəyi olmuşdur. Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi təliminə gec, 12 yaşında başlamışdır.

 

Tofiq Quliyevin kino musiqisinin inkişafında da rolu vardır. 1941-ci ildə ilk dəfə "Səbuhi" filminə musiqi bəstələmiş Tofiq Quliyev, bütün yaradıcılığı boyu bu janra müraciət etmiş 40-dan artıq kinofilmin musiqisinin müəllifi olmuşdur. O, "Sevimli mahnı", "Görüş", "Qızmar günəş altında", "Ögey ana", "Telefonçu qız", "Belə ada da vardır", "Nəsimi" s. filmlərə musiqi bəstələmişdir. Tofiq Quliyev "Aktrisa"(1943), "Qızıl axtaranlar"(1963), "Sənin bircə sözün"(1967), "Tahirin süqutu" (1972), "Sabahın xeyir, Ella" (1973) operettalarının müəllifidir.

 

Dövlət tərəfindən fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. Belə ki, müxtəlif illərdə Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı Laureatı fəxri adlarına, eləcə SSRİ Qırmızı Əmək Bayrağı Ordeni, SSRİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

 

1946-47-ci illərdə Rəşid Behbudovla birlikdə həm pianoçu, həm təkrarsız mahnıların müəllifi kimi çıxış edən bəstəkar Sovet Birliyinin bir çox şəhərlərində milyonlarla dinləyicinin rəqbətini qazanmışdır.

 

Yaradıcılıqla ciddi məşğul olmaqla yanaşı, bəstəkar həmçinin geniş ictimai fəaliyyəti ilə seçilir. O, bir çox xarici ölkələrlə mədəni əlaqələrin yaradılmasında fəal iştirak edib.

 

1968-ci ildə o, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1973-cü ildə birinci katibi seçilmişdir. 1974-cü ildə Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilmiş "Nəsimi" filmi Ümumittifaq kinofestivalında mükafatlandırılır, filmin bəstəkarı T.Quliyev Dövlət mükafatına layiq görülür.

 

T.Quliyev dövrü mətbuatda musiqi sənəti ilə bağlı dərc olunmuş böyük sayda məqalələrin müəllifidir. Bu məqalələr onun müdrik bir sənətkar kimi nəzəri baxışlarını, doğma incəsənətimizin sabahı haqqında düşüncələrini əks etdirir.

 

Zümrüd BAYRAMOVA

 

 Səs.- 2021.-25 may.- S.7.