Bütün istiqamətlər
üzrə dayanıqlı inkişafın ünvanı Naxçıvan Muxtar respublikası
Prezident İlham Əliyevin
hakimiyyətdə olduğu
illər ərzində
Naxçıvan Muxtar
Respublikasına 15 dəfə
səfər etməsi
Azərbaycanımızın ayrılmaz parçası
olan bu bölgənin
taleyüklü məsələlərinə
diqqət yetirilməsi
ilə yanaşı, həm də regionda maraqlı qüvvələrə xüsusi mesajlar verməsi cəhətdən
də böyük önəm daşıyır.
Muxtar respublikada sosial-iqtisadi inkişafın təməlində
iqtisadi inkişafın
sosialyönümlü olması,
hər bir vətəndaşın maddi
rifahının yüksəldilməsi,
iqtisadiyyatın dövlət
tənzimləmə mexanizmlərinin
liberallaşdırılması, iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət,
investisiya mühitinin daha da yaxşılaşdırılması,
məhdudiyyətlərin aradan
götürülməsi, investisiyaların
və sahibkarlığın
inkişafının təşviqi
üsullarından geniş
istifadə olunması
və iqtisadi təhlükəsizliyin təminatı
üçün aparılmış
kompleks işlər dayanır.Naxçıvan Muxtar
Respublikasında infrastrukturun
yenilənməsi, müasir müəssisələrin,
yeni iş yerlərinin açılması
istiqamətində sistemli
tədbirlərin həyata
keçirilməsi uzunmüddətli
və hərtərəfli
inkişaf konsepsiyasının
reallaşdırılmasına əsaslı töhfələr
verir.Naxçıvan Muxtar
Respublikasında son 20
il ərzində ümumidaxili məhsulun 10
dəfədən çox
artması iqtisadi cəhətdən çox
ciddi rəqəmdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri
çərçivəsində Azərbaycan Televiziyasına
müsahibəsində iftixar
hissilə qeyd etdi ki, Naxçıvan
sürətlə inkişaf
edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Dövlət başçısı
daha sonra bir neçə infrastruktur layihəsinin açılışında iştirak
etdiyini bildirdi və dedi: “Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın
səviyyəsi artıq
100 faizə çatıb.
Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə
Naxçıvanda işıq
yox idi, enerji yox idi.
Azərbaycandan gələn
xətlər də Ermənistan tərəfindən
kəsilmişdi. İndi
isə Naxçıvan
özünü elektrik
enerjisi ilə tam təmin edir və bərpaolunan
mənbədən istifadə
edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl
təbiətinə və
ekoloji vəziyyətinə
töhfə kimi qəbul edilməlidir”.Naxçıvanda əsas prioritet sahələr kənd təsərrüfatı,
emal sənayesidir. Qəsəbə və kəndlərdə
ticarət və xidmət obyektləri daxil olmaqla hər
cür zəruri infrastrukturun yer aldığı nümunəvi
kənd mərkəzlərinin
yaradılması, kənd
əhalisinin məşğulluğunun
təmin edilməsi bol məhsul əldə etməyə şərait yaradıb.
Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, keyfiyyətli yol çəkilişləri,
təbii qazın, işığın davamlı
verilməsi, bütün
kəndlərin telefonlaşdırılması,
kənddə şəhər
rahatlığının ən
yüksək səviyyədə
təmin olunması insanların torpağa bağlılığını
daha da artırıb,
kənd təsərrüfatının
inkişafını təmin
edib. Aqrar sahədə fəaliyyət
göstərən təsərrüfat
subyektlərinə verilən
güzəştli kreditlər
nəticəsində 2020-ci ildə 537 milyon 584 min 800 manatlıq kənd təsərrüfatı
məhsulu istehsal olunmuş, 103 milyon 158 min 200 ABŞ dolları həcmində məhsul muxtar respublikadan ixrac olunmuşdur. 2020-ci
ildə muxtar respublikaya, ümumilikdə,
82 milyon 27 min ABŞ dolları dəyərində
məhsul idxal olunmuş, 428 milyon 520 min 400 ABŞ dolları dəyərində məhsul
ixrac olunmuşdur.Kənd
təsərrüfatının əsasını təşkil
edən taxılçılıq
aqrar sektorun digər bölmələrinin
inkişafında həlledici
rol oynayır. Taxıl istehsalının
artırılması blokada
vəziyyətində yaşayan
Naxçıvan üçün
xüsusilə əhəmiyyətlidir.
Sevindirici haldır ki,
bu sahə muxtar respublikada hər il daha
da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə
olunur. Ötən dövrdə muxtar respublikada taxılçılıq
üstün istiqamət
kimi saxlanılmış,
2020-ci ilin məhsulu üçün əkilmiş
36 min 879 hektar sahədən 115 min 649 ton məhsul götürülmüşdür.
Məlumat üçün
bildirək ki, 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63405 hektar sahədə əkin aparılmışdır. Bu da
2019-cu illə müqayisədə
435 hektar çoxdur.Yeri
gəlmişkən qeyd
edək ki, regionun strateji əhəmiyyətini nəzərə
alaraq muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə qida təhlükəsizliyi sistemi
ən yüksək səviyyədə qurulmuşdur. 2020-ci ilin 9 ayında muxtar respublikada 943 yeni iş yeri yaradılıb
ki, bunun da 39,3 faizi daimi
iş yerləridir. Dövlətimizin başçısı
bölgədə sənaye
potensialı inkişaf
etdiyinə də diqqət çəkdi: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə
rekordsmen bölgədir.
Ümumi daxili məhsul 10 dəfədən
çox artıb. Kənd təsərrüfatı
ilə bağlı görülmüş işlər
nəticəsini verməkdədir.
Bu gün Süni Mayalanma Mərkəzinin açılışında
olduq. Bildirməliyəm ki, ölkəmizdə
cəmi iki mərkəz var – biri Göygöldə, biri də Naxçıvanda.
Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində
yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində
artıq bütün işlər tamamlanmış
olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir. Yəni, bütün bunlar inkişafın təzahürüdür”.Ali
Baş Komandan Naxçıvanda hərbi
xidmətdə olanların
sosial vəziyyətinin
yaxşılaşdırılması daim diqqət mərkəzində olduğunu
xüsusi qeyd etdi. Bildirdi ki, Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvan
Muxtar Respublikasının
təhlükəsizliyinin təmin
olunması işinin təşkilində əlamətdar
hadisədir. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində,
hərbçilərin xidmət
və məişət
şəraitinin yaxşılaşdırılmasında
bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi
xidmət şəraiti
yaxşılaşır, yeni
hərbi hissələr
tikilir. Son illər ərzində Naxçıvanda bütün
hərbi hissələr
yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır.
Naxçıvan Qarnizonu
Mərkəzi Hospitalının
açılışı da əlamətdar hadisədir. Çünki
bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir,
çarpayıların sayına
görə Mərkəzi
Xəstəxanadan da böyükdür. Eyni zamanda,
hərbi aerodromun açılması Naxçıvan
Muxtar Respublikasının
təhlükəsizliyinin təmin
edilməsində xüsusi
yer tutur.Prezidentimizin Azərbaycan televiziyasına
müsahibəsində həmin
gün Naxçıvanda
olmağının xüsusi
rəmzi mənası
olduğu fikrini də bölüşdü:
“Naxçıvan bizim
əziz diyarımızdır,
Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın
inkişafı, çiçəklənməsi
artıq reallıqdır.
Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin
xatirəsinə göstərilən
ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.Prezident müsahibəsində
bir daha əminliklə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi
həll olunub. Əgər onlar hansısa praktiki əməllərə keçsələr,
dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Ermənistanda nə güc var, nə iradə
var, nə hər hansı bir mənəvi haqq var ki,
revanşist fikirlərlə
yaşasın. Bu, onlar üçün özünəqəsddir. Əgər
zərrə qədər
təhlükə olarsa,
dərhal yerlərindəcə
məhv ediləcəklər.
Onlar da bunu bilirlər. Azərbaycanın gücü
də var, iradəsi də var, cəsarəti də var. Yumruq
da yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Bu gün müstəqil
Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Yəni Heydər Əliyev siyasəti bu gün də Azərbaycanın hərtərəfli
inkişafına xidmət
etməkdədir. Dövlətimizin
hazırkı parlaq və möhtəşəm
nailiyyətlərinin əsasını
Ümummilli Lider tərəfindən qoyulan
ideyalar təşkil edir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə
milli maraqlara və müasir qlobal çağırışlara
uyğun həyata keçirilən uğurlu
siyasətin qanunauyğun
nəticəsi kimi, Azərbaycan dünyada güclü, nüfuzlu dövlət, sabitlik adası və dinamik inkişafa malik olan ölkə
kimi tanınır, qazanılan möhtəşəm nailiyyətlər
ölkəmiz qarşısında
yeni perspektivlər açır. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı
bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir.
Könül Məmmədova,
YAP Şamaxı rayon təşkilatının Şura
üzvü
Tərəqqi medallı
Səs.-
2021.- 21 may.- S.11.